Məhkəmə qərarları › İş №2(105)-210/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-210/2025

15.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-210/2025 15.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı “X9” MMC-nin Cavabdeh1 qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh “X9” MMC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X9” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Əlisəftər oğlunun, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil3, üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı “X9” MMC-nin ilk iddia üzrə Cavabdeh1 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair ilk, Cavabdeh1 cavabdeh “X9” MMC-yə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması” ilə bağlı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5899/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, №0339266 saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 1 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır.

2. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli sərəncamından görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 10 ha sahədə pilot layihə çərçivəsində “X9” Mənzil Tikinti Kooperativinə mövcud, istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərinin ümumi yaşayış sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının lahiyələndirilməsinə icazə verilmişdir.

3. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunlayihə” KLİ-nin xx.xx.2021-ci il tarixli “Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında” texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən Bina-100/104, Bina-112/116, Bina-106/110, Bina-96/98, Bina-87/97, Bina-84/94, Bina-124/128, Bina-118/122, Bina-132/136, Bina-90/94, Bina- 102/106, Bina-96/98, Bina-110/114, Bina- 134/138, Bina-140/144, Bina-126/128, Bina- 120/124, Bina-118/118, Bina-137/141, Bina- 131/135, Bina-127/129, Bina-121/125, Bina- 117/119, Bina-105/115, Bina-161/165, Bina155/159, Bina-171/175, Bina-158/162, Bina- 150/154 və Bina-165/169) nömrəli yaşayış binalarının mühəndis-müayinəsi nəticəsində aşağıdakılar müəyyən edilmişdir. Yaşayış binaları keçən əsrin 50-ci illərində inşa edildiyindən tikintidə istifadə olunmuş materiallar fiziki köhnəlməyə məruz qalmışdır. Elektrik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə olduğundan hər an yanğın təhlükəsi yarada bilər. Yığma dəmir beton tirlərin mühafizə qatı dağılmış armaturları korroziyaya uğramışdır. Yaşayış binalarına sonradan xaotik şəkildə Tikinti Norma və Qaydalarına zidd olaraq əlavə tikililər inşa olunmuşdur. Əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmalar yaranmışdır. Bəzi tikililərin dam örtükləri zədələndiyindən atmosfer yağıntıları otaqların daxilinə sızmışdır. Divarlarda rütubət izləri müşahidə olunur. Tikintilərin əksəriyyətində ağac konstruksiyalardan döşəmə, dam örtüyü, qapı və pəncərələr çürüyərək yararsız hala düşmüşdür. Binalardakı kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər pilləkən qəfəsindəki metal tirlər korroziyaya uğrayaraq möhkəmliyini itirmişdir. Yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud Tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir.

4. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin Sumqayıt Bələdiyyəsinin 352 saylı, 03 fevral 2023-cü il tarixli müraciətinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli 16 saylı rəyindən görünür ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yaşayış məntəqələri torpaqları katerqoriyasına aid olan çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsi ayrılması məsələsinə Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən baxılmışdır. Ayrılması nəzərdə tutulan torpaq sahəsində mühəndisi kommunikasiya xətlərinin olub-olmaması haqqında məlumat əldə etmək məqsədi ilə çizgidə göstərilən torpaq sahəsi, aiddiyyatı olan müvafiq təşkilatlarla razılaşdırılmışdır. Bütün bunlar nəzərə alınaraq, göstərilən şərtlər daxilində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin MİHO/2.12-2-2022-2411 nömrəli, 16 may 2022-ci il tarixli rəyinə, Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olan 2,1542 hektar torpaq sahəsinin ayrılmasına etiraz etmirlər.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid 2,99 hektar torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmasına etiraz emirlər.

6. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının “Sumqayıt şəhəri ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə qaydasında ayrılması haqqında” xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə “X9” Mənzil Tikinti Kooperativinə icarə qaydasında 5,58 (beş tam, yüzdə əlli səkkiz) ha torpaq sahəsi ayrılmışdır.

7. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, "xxxx" MMC “X9” Mənzil Tikinti Kooperativinin hüquqi varisidir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı “X9” Mənzil Tikinti Kooperativi (hazırda “X9” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında mövcud söküləcək 16/19 nömrəli yaşayış binasında Cavabdeh1 məxsus 1 nömrəli mənzilin əvəzinə MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmiş 60 kv.metr sahəsinə 11 kv.metr sahə əlavə edilib yeni tikilən binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 400 manat kirayə haqqı ödənilməklə, digər Cavabdeh2 isə ona məxsus 4 nömrəli mənzilin əvəzinə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmiş 42 kv.metr sahəsinə 9 kv.metr əlavə edilib yeni tikilən binada sahəsi 51 kv.m olan 1 otaqlı, təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 350 manat kirayə haqqı ödənilməklə köhnə binanın sökülüb, ərazinin təmizlənməsinin iddiaçı “X9” MTK-ya həvalə edilməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 16/19 nömrəli binadan cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində “X9” Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamı ilə “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə “X9” MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5.58 ha torpaq sahəsinə və bələdiyyə mülkiyyətində olan 2.99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X3 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 16/19 nömrəli binanın 1 nömrəli mənzilinin sahibi Cavabdeh1 və həmin binanın 4 nömrəli mənzilinin sahibi Cavabdeh2 adlı şəxslər “X9” MTK-nın bütün təkliflərindən imtina edərək mənzillərinin MTK-nın sərəncamına verilməsi müqavilində qat-qat yüksək məbləğlərdə pul vəsaitlərinin onlara ödənilməsini tələb edirlər. Məsələn Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən 1 nömrəli mənzilin mülkiyyətçisi olan Cavabdeh2 oğlu Nümayəndə2 MTK-nın rəhbərliyinə ərizə ünvanlayaraq paralimpiyaçı olmasını, idman ustası olmasını nəzərə alaraq ona ümumi sahəsi 42 kv.metr olan mənzilinə görə 250000 manat (mənzilinin 1 kv.mteri üçün 5952 manat), digər Cavabdeh1 isə 60 kv.metr sahəsi olan mənzilinə görə 240000 (mənzilin 1 kv.metri üçün 4000 manat) manat vəsait ödənilməsini tələb etmişdir. Həmin şəxslərə tələb etdikləri vəsaitlərin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü onlara izah olunsa da onlar təkidlə tələb olunan məbləğlər onlara ödənilmədiyi təqdirdə mənzillərini təhvil verməyəcəklərini bildirmişlər. Bir sözlə həmin şəxslərlə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alınsa ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artqı söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxslərin MTK ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MTK-ya təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyatı vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.

10. İddiaçı “X9” Mənzil Tikinti Kooperativi iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh1 MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı “X9” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X9” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı “X9” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh1 hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh “X9” Mənzil Tikinti Kooperativinin ona qarşı iddiasını rədd etməklə ona mülkiyyət hüquqlarına cavabdeh tərəfindən edilmiş qanunsuz müdaxilələrə son qoyulması, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı evin əvvəlki vəziyyətə qaytarılması, sökülmüş dam örtüyünün bərpası və həmin binaya giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadığı bina heç vaxt qəzalı vəziyyətdə olmamış, yalnız cavabdehlər bu binada yaşayan bütün sakinlərlə razılaşmadan burada söküntü işlərinə başladıqdan sonra binanı yaşayış üçün yararsız bir hala salmışlar. Halbuki bu binada onların da əmlakları vardır və cavabdehin onları mülkiyyətçi olaraq razı salmadan söküntü işlərinə başlaması onun və ailə üzvlərinin hüquqlarının pozulması deməkdir. Bundan başqa bütün şərtlərin cavabdeh tərəfindən onlara diktə edilməsi də müqavilə azadlığı prinsiplərinə ziddir, cavabdeh onun yeganə yaşayış yeri olan mənzilini sökür və əvəzində özünün tikdiyi binadan ona az bir artımla mənzil verir, halbuki bu razılaşma yalnız qarşılıqlı qaydada ola bilər ki, onlar da onun tikdiyi binadan mənzil almağa razılıq verməmişlər. Kompensasiya məbləğinə gəldikdə isə mənzilin yerləşdiyi yer və mənzilin vəziyyəti, aparılmış əlavə artırmalar bir mənzildə yaşayan ailələrin sayı da nəzərə alınmaqla tərəflərindən müəyyən bir kompensasiya məbləği təklif olunmuş, lakin cavabdeh bu təklilləri qəbul etməmiş və aralarında qarşılıqlı razılaşmanın əldə edilməməsinə baxmayaraq binada söküntü işləri aparmaqla həmin binanı və yaşadıqları otaqları qəzalı vəziyyətə gətirmiş və binanın dam örtüyü sökülmüşdür. Cavabdeh bu qanunsuz əməllərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə şikayət etmiş və verilmiş rəsmi cavab məktubunda icra başçısının müavini bildirmişdir ki, binanın sökülməsi işləri yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılıq əldə edildiyi halda aparıla bilər. Lakin belə bir razılığın onunla və ondan başqa bir çox sakinlərlə əldə edilməməsinə baxmayaraq cavabdeh söküntü işlərini aparmış və bu da onların öz evlərində rahatlıqlarını pozmuş, yaşadıqları binanın qəzalı və təhlükəli bir vəziyyətə düşməsinə səbəb olmuşdur. Əvvəlki vəziyyətlə hazırki görünüş arasında olan fərq də cavabdehin bu ərazidə törətdiyi qanunsuzluqlara sübutdur. Bu hərəkət nəinki mülkiyyət hüququna, bir vətəndaş olaraq onların və ailə üzvlərinin yaşayış hüququna müdaxilədir və bu müdaxiləyə son qoyularaq ev əvvəlki vəziyyətinə qaytarılmalı, dam örtüyü bərpa olunmalı və həmin binaya giriş-çıxışa qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır.

13. Məhkəmədə Cavabdeh1 nümayəndəsi Vəkil1 ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsi tam əsassız və qanunsuzdur. Cavabdehin mülkiyyətinə yalnız kompensasiya ödənilərək dövlət tərəfindən, dövlət əhəmiyyətli müstəsna hallarda xitam verilə bilər. Hazırda isə özəl bir şirkət cavabdehin mülkiyyət hüququna qəsd edir. Cavabdehin evi 91 kv.m olmasına baxmayaraq, iddiaçı ona 71 kv.m sahəsi olan ev təklif edir. Həmin mənzilə olan mülkiyyət hüququ dövlət tanınmasına baxmayaraq iddiaçı tərəf hazırda həmin mənzilin mülkiyyətçisi kimi çıxış edir. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5899/2024 nömrəli qərardadı ilə iddiaçı “X9” Mənzil Tikinti Kooperativinin Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işin Cavabdeh2 qarşı ayrıca icraatda ayrılması qərara alınmışdır.

15. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5899/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) ilkin iddia təmin edilmiş, Cavabdeh1 MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarılmaqla, həmin mənzilin boşaldılması və iddiaçı “X9” Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X9” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək iddiaçı “X9” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh1 hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqının ödənilməsi, cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh “X9” Mənzil Tikinti Koperativinə qarşı “mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, binanın dam örtüyünün əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması tələbi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2021-ci il tarixli, 25 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən mövcud yaşayış tikilillərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “X9” MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi “X9” MTK-ya həvalə edilmişdir. 16/19 saylı binada yaşayan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 10-20% artıq sahəsi olan təmirli yaşayış sahəsi təklif edən “X9” ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Hazırkı halda cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdeh iddiaçı “X9” MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir. Belə ki, ona mülkiyyətində olan mənzilin yaşayış sahəsindən 10-20% əlavə yaşayış təklif olunur. Həmçinin kirayə haqqının ödənilməsi, Konstitusiya Məhkəməsinin qərarlarında (25 b) bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Buna baxmayaraq o, ədalətli hesab oluna biləcək bu təkliflə razılaşmayaraq daha çox yaşayış sahəsi tələb edir. Məhkəmə hesab edir ki, hüquqdan sui-istifadəyə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır.

17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 29, 43, Mənzil Məcəlləsinin 3.1, 5.3, 18, Mülki Məcəllənin 5.3, 16.1, 152.1, 152.6, 560.1, 560.2-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, iddiaçının qanunsuz əməlləri nəticəsində cavabdehin artıq mülkiyyətindən məhrum edilməsi faktını görməzdən gələrək, iş üzrə mövcud halları nəzərə almadan qanunun tələblərinə zidd olaraq cavabdehi mülkiyyətindən məhrum etmişdir. Belə ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 bina Nizami və Polad Həşimov küçələrinin kəsişməsində, İcra Hakimiyyətinin binasından 100 metr aralıqda, Sumqayıt şəhərinin tam mərkəzində, ən gözəl və bahalı yerində yerləşir. Nizami küçəsində yol boyunca eyni illərdə tikilən, eyni mərtəbəli, oxşar dam örtüklü və fasadlı binalar sıra ilə düzülməkdədir. Lakin Sumqayıt şəhər İcra Başçısının sərəncamında və ya iddiaçının iddia tələbində hansı səbəbdən məhz 16/19 saylı binanın sökülməsi əsaslandırılmır. Məhkəmə isə iddiaçıdan bu barədə heç bir sübut əldə etmədən, işin hallarını tam araşdırmadan qanunsuz qərar qəbul edərək onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Nizami küçəsində yerləşən oxşar binaların sökülməsinin yolun başından deyil, mərkəzdən başlanması iki sualın yaranmasına gətirib çıxarır. Ya 16/19 saylı bina digərlərinə nisbətdə daha çox qəzalı vəziyyətdədir, ya da yüksək gəlir üçün daha əlverişli yerdə yerləşməsidir. 16/19 saylı binanın digər oxşar binalardan daha çox qəzalı olması barədə nə iddiaçı tərəfindən, nə də müvafiq icra hakimiyyəti tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası X5 Tikintidə X3 Agentliyi tərəfindən verilən cavab məktubunda Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən heç bir rəyin verilməməsi göstərilmişdir. Deməli Nizami küçəsində yerləşən məhz 16/19 saylı binanın sökülməsi kimlərəsə daha çox pul qazandırmaq məqsədi daşıyır. Bu hal isə Konstitusiya Məhkəməsinin aşağıdakı qərarlarında göstərilən mövqelərinə tamamilə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin Vİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qeyd olunan qərarda konstitusiya məhkəməsi mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı mütənasibliyin diqqətə alınmasını, konstitusion hüququn mahiyyətinin dəyişməməsini, layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsini vurğulamışdır. Lakin birinci instansiya məhkəməsinin qərarı ilə onun mülkiyyət hüquqları məhdudlaşdırılarkən göstərilən şərtlər nəzərə alınmamışdır. Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın 1 №-li mənzil onun - Cavabdeh1 mülkiyyətindədir. Mənzil üç otaqdan ibarətdir. Həmin mənzildə o, ailəsi ilə birlikdə yaşayır. O və həyat yoldaşı müxtəlif xəstəliklərdən əziyyət çəkir. Tikinti şirkəti tərəfindən binanın qanunsuz sökülməsi zamanı yaşadığı stresin nəticəsində həyat yoldaşında yeni şəkər və zob xəstəliyi aşkar olunmuşdur. O isə özü ürək-damar xəstəliyindən əziyyət çəkir. Binanın hər an başlarına uçma təhlükəsi onu və ailəsini çox çətin vəziyyətə salmışdır. Qeyd etmişdir ki, onun 1 №-li mənzili 16/19 saylı binanın birinci mərtəbəsində Nizami küçəsinə baxan hissəsində yerləşir. Həmin ərazidə hazırda obyektlərin 1 kv.m sahəsinə olan qiyməti 10000 manat təşkil edir. O həmin mənzili qeyri-yaşayış sahəsinə çevirməklə bağlı dəfələrlə düşünmüşdür. Hətta bununla bağlı bir neçə dəfə elanlar da asmışdır. Sadəcə hazırda əlində müvafiq məvacib olmadığından bu istəyini həyata keçirə bilməmişdir. Bu isə onu bu hüquqdan istifadə etməyəcəyi anlamına gəlmir. “X9” MTK-nın əməkdaşları gələrək binanın sökülməli olduğunu, ayda 350 manat verməklə kirayədə yaşamalı olduqlarını, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada mənzillərinin əvəzinə mövcud sahəsindən 20 kvadrat artıq olmaq şərti ilə yeni mənzil veriləcəyini bildiriblər. Hətta artıq binanın yarısını söküb yaşamaq üçün yararsız vəziyyətə salıblar. Müxtəlif xəstəlikləri olan ailənin 20 kv.m artıq, neçənci mərtəbədə yerləşəcəyi bilinməyən mənzil veriləcəyi nə mütənasibliyin qorunması, nə də layiqli həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Hətta birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsində müxtəlif xəstəlikləri olan vətəndaşların, yaşadıqları mənzildən 400 manat kirayə haqqı ödənilməklə çıxarılması, onların sosial durumu, gediş-gəlişi, binamn tikilmə müddəti boyunca çəkəcəkləri maddi və mənəvi əziyyətləri nəzərə alınmamışdır. Mövcud vəziyyətə əlaqədar ailəsini və evdə olan əşyaları bir mənzildən digərinə, sonra yenidən başqa birinə daşıyacaq nə halda deyil, nə imkanı yoxdur, nə də səhhətini nəzərə alaraq bunu onlara edəcək kimsə vardır. Nəyə görə o və ailəsi bu stresləri yaşamalıdırlar? Tikiləcək 15 mərtəbəli binada da eyni suallar, eyni vəziyyətlə qarşılaşacaq. Hazırda onun və ailəsinin nələr düşündüyünü, hansı stresləri yaşadığını tam olaraq çatdıra bilməsə də, düşünür ki, hakimlər onu tam anlayır. Bundan başqa, məhkəmə qərar qəbul edərkən mənzilinin yerləşmə mərtəbəsini nəzərə almamışdır. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Qeyd olunan qərarda mülkiyyət hüququnun iqtisadiyyatın inkişafının əsası olması göstərilmişdir. Sözügedən əmlak 16/19 saylı binanın 1-ci mərtəbəsində yerləşir. Həmin əmlakın təyinatını gələcəkdə dəyişərək icarəyə vermək və ya şəxsi sahibkarlıq fəaliyyəti üçün istifadə etmək hüququ vardır. Mənzil Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Lakin, iddiaçı tərəfindən onun binasının yerində tikəcəyi 15 mərtəbəli binada hansı mərtəbədə ona mənzil verilməsi göstərilməmişdir. Məhkəmə qərarında da bu hal nəzərə alınmamışdır. Bu isə məhkəmə qərarı ilə mülkiyyət hüququnu məhdudlaşdırılarkən mütənasibliyin qorunmamasına, konstitusion hüququnun mahiyyətinin dəyişməsinə gətirib çıxarmışdır. Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı bina çoxmənzilli binadır. Həmin binanın sökülməsi yalnız sakinlərin hamısı ilə razılıq alınmasından sonra həyata keçirilə bilərdi. Bu barədə İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci iltarixli, 25 nömrəli sərəncamının 7-ci maddəsində də göstərilmişdir. Həmin maddədə göstərilir ki, “X9” MTK tərəfindən binaların söküntüsü, tikintisi və vətəndaşlara təqdim edilməsi ilə əlaqədar aparılacaq işlər zamanı sakinlərlə bağlanacaq müqavilə və digər sənədlərlə bağlı yarana biləcək anlaşılmazlıqlar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə hüquqi müstəvidə həll edilsin. Buna baxmayaraq, iddiaçı özbaşınalıq edərək, yekun məhkəmə qərarı olmadan mülkiyyətə qəsd etmiş, sakinlər aşayan binanın, həyat və sağlamlıq üçün təhlükəli şəraitdə bir hissəsini sökmüşdür. Məhkəmə isə qeyd olunan qanunusuzluqlara ümumiyyətlə münasibət bildirməmişdir. Göründüyü kimi məhkəmənin qətnaməsi Azərbaycan Respublikasının Konstitusiyasına, Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən mövqelərinə ziddir. Birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın altında yerləşən torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, hazırda həmin torpaq sahəsinə iddiaçının istifadə hüququnun qanuni olub-olmamasını araşdırmadan, gəldiyi nəticəni əsaslandırmadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tələbinin əsaslandırmasında göstərmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə “X9” MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Lakin, iddiaçı nəzərə almamışdır ki, həmin torpaq sahəsinə onun icarə hüququ bina çoxmənzilli olduğundan bütün sakinlərlə razılaşma əldə etdikdən və dövlət qeydiyyatına alındıqdan sonra verilə bilər. Əvvəla, Sumqayıt İcra Hakimiyyətinin qeyd olunan binanın altındakı torpaq sahəsini “X9” MTK-ya icarəyə verilməsi qanunsuzdur. Çünki Mənzil Məcəlləsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər barədə məlumat verilir. Daha sonra göstərilir ki, qeyd olunan maddələrdə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Mülki Məcəllənin 243.1-ci maddəsinə əsasən isə binanın altındakı torpaq sahəsi mənzil mülkiyyətçilərinin istifadəsindədir. Buna görə də şəhər icra hakimiyyəti həmin torpaq sahəsini sakinlərin razılığı və məhkəmə qərarı olmadan tikinti şirkətinin istifadəsinə verə bilməzdi. Məhkəmənin diqqətinə çatdırmışdır ki, İcra Başçısının qeyd olunan sərəncamı cavabdeh tərəfindən inzibati qaydada mübahisləndirilməkdədir. Müraciət 2-1(118)-6836/2024 nömrə ilə qeydiyyata alınmış və iş icraata götürülmüşdür. Bu barədə məhkəməyə də məlumat verilmiş, inzibati icraat qaydasında yekun məhkəmə qərarının nəticəsi əldə olunana qədər icraatın dayandırılması istənilmişdir. Lakin, məhkəmə vəsatəti təmin etməmişdir. Hazırda çoxmənzilli binada ümumi mülkiyyət obyektlərin digər şəxslərin istifadəsinə verilə bilməsi barədə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qərar qəbul edilməmiş, iddiaçı ilə cavabdeh arasında razılıq əldə edilməmiş, nəhayət iddiaçının cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsinə dair qanunsuz tələbi üzrə çıxarılmış əsassız məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmişdir. İkincisi, daşınmaz əmlak üzərində istifadə hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməlidir (MM 139.1-ci maddəsi). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (MM 146.1-ci maddəsi). Lakin cavabdeh bu barədə məhkəməyə sübut təqdim etməmiş, təqdim edə də bilməzdi. İş materiallarına əlavə edilən İcra Başçısının torpağın icarəyə verilməsinə dair sərəncamı isə qanunsuz olduğuna görə tərəfimizdən mübahisələndirilmişdir. Üçüncüsü, iddia tələbində iddiaçı göstərmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5.58 ha torpaq sahəsinə və bələdiyyə mülkiyyətində olan 2.99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Lakin iddiaçının dəlil kimi göstərdiyi bələdiyyə mülkiyyətində olan 2.99 ha torpaq sahəsinə dair icarə müqaviləsinin mövcudluğunu təsdiqləyən heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin, sakinlərin yaşadığı binanın nə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 2.99 ha, nə də 5.58 ha torpaq sahəsində yerləşməsi barədə iş materiallarında məlumat yoxdur. Bu barədə məhkəmədə sual da yaranmamış, məhkəmə tərəfindən müvafiq mütəxəssislərin çağırılaraq mübahisənin müəyyən olunması həyata keçirilməmişdir. Buna baxmayaraq, iddiaçı qeyd olunan maddi normalara əməl etməyərək yalnız icra başçısının sərəncamını əsas tutaraq binanı artıq sökərək yaşamaq üçün iflic vəziyyətinə salmışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının bu əməlini qanunsuz saymalı olduğu halda, qeyd olunan maddi normaları tətbiq etməyərək cavabdehin Konstitusiya ilə müəyyən edilən mülkiyyət hüququnu pozmuşdur. İlk növbədə Sumqayıt icra başçısı, daha sonra isə məhkəmə istinad olunan normanı pozaraq mülkiyyətçilərin hüquqları və iradəsi ziddinə əmlaklarını iddiaçıya vermişdir. Belə ki, həmin maddədə göstərilir ki, çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Lakin məmurlar və məhkəmə tərəfindən qanunsuz əsaslarla mülkiyyətçilərin əlindən qanuni hüquqları alınmışdır. Məhkəmə ədaləti bərpa etmək əvəzinə onu pozmuşdur. Qeyd olunan maddədə qəza vəziyyəti və digər səbəblərdən 95.3-cü binanın sökülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin məhkəməyə müraciət etməsi göstərildiyi halda, iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə isə qeyd olunan hallara qiymət vermədən qanunsuz qətnamə qəbul etmişdir. İcra Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli sərəncamında mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların sökülməsi göstərilir. İddia tələbində isə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mühəndisləri E.Abdullayev, C.Qurbanov, A.Yusifovun iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki rəy əlavə edilmişdir. Həmin rəydə aşağıdakılar göstərilmişdir: Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli, istismar müddəti keçmiş yaşayış evlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən ərazidə yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. Sakinlər tərəlindən tikinti norma və qaydalarına uyğun olmadan yaşayış binasında çoxsaylı artırmalar inşa edilmişdir. Binada inşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olaraq dayanıqlılığına mənli təsir göstərir. Yaşayış evlərinin but daşından olan divarlarında müxtəlil istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühalizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə və mənzillərə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri və yaşayış binası məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri və yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Fövqəladə Hallar Nazirliyi məhkəməyə müraciət etmədiyindən normanın tələbləri İcra Hakimiyyəti tərəfindən pozulmuş, məhkəmə isə bu hala əhəmiyyət verməmişdir. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə Mənzil Məcəlləsinin aşağıdakı maddələrində ətraflı mexanizm göstərilmişdir. Məcəllənin 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq (mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi tərəfindən) verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. 16/19 saylı binanın sakinləri binanın qəzalı olması səbəbi ilə yenidən qurulması və (və ya) yenidən planlaşdırlmasına razılıq alınması üçün ərizə ilə heç kimə müraciət etməmişdir, çünki bina qəzalı olmamış, qəzalı olubsa da bu barədə onlara hər-hansı səlahiyyətli orqan tərəfindən məlumat verməmişdir. Məcəllənin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin İcrasının Təmin Edilməsi Barədə Azərbaycan Respublikası Prezidentinin 272 №-li 24 may 2010-cu il tarixli Fərmanının 1.6-cı bəndinə görə isə həmin Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Mənzil mülkiyyətçilərinin binanın qəzalı olması barədə məlumatları olmaması səbəbindən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün müraciət etməmələrinə baxmayaraq Sumqayıt İcra Hakimiyyəti normada nəzərdə tutulan prosedura əməl etməyərək 16/19 saylı yaşayış binasının qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri barədə məhkəmədə iddia qaldırmamışdır. Halbuki, qanunvericiliyin tələblərindən görünür ki, bu cür iddia qaldırılıqdan sonra binanın sökülüb yerində 15 mərtəbəli yeni binanın tikilməsi deyil, mövcud binanın təmir olunması və zərurət yaranarsa yeindən qurulması nəzərdə tutulur. Belə halda isə məhkəmə qəzanın aradan qaldırlması ilə bağlı təmir üçün ağlabatan müddət müəyyən etməli idi. Lakin qərar qəbul olunmamış, nə də iş materiallarında məhkəməyə müraciətlə bağlı məlumat yoxdur. Hər bir halda mülkiyyətçinin əmlakının İcra Hakimiyyəti tərəfindən MTK-ya verilməsi heç bir qanunda nəzərdə tutulmamışdır. Məcəllənin 28.4-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Yuxarıda şərh olunanlardan görünüyü kimi mənzil mülkiyyətçilərinin 16/19 saylı binanın qəzalı olması barədə məlumatları olmadığından təmirlə əlaqədar müraciət etməmiş, onlardan başqa hər-hansı orqanı tərəfindən də məhkəməyə müraciət olunmamış, məhkəmə tərəfindən təmir müddəti müəyyən olunmamış və sakinlər bundan imtina etməmiş, o cümlədən 16/19 saylı yaşayış binasının məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması qət edilməmişdir. Bu barədə də nə iddiaçı, nə hər hansı maraqlı şəxs məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə, hazırda iş materiallarında müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla 16/19 saylı yaşayış binasının açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunmamışdır. Məcəllənin 28.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasının) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasım) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alman mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür. Hazırda iş materiallarında müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla 16/19 saylı yaşayış binasının açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunmadığına görə 28.4-1, 28.4-2, 28.4-3, 28.4-4, 28.4-5, 28.4-6-cı maddələrində göstərilən halların şərhinə ehtiyac yoxdur. Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin İcrasının Təmin Edilməsi Barədə Azərbaycan Respublikası Prezidentinin 272 №-li 24 may 2010-cu il tarixli Fərmanının 1.1-1-ci bəndinə görə həmin Məcəllənin 28.5-ci və 140.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bu gün üçün 16/19 saylı yaşayış binasım təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşməsi barədə sübut yoxdur. Onun təmiri (bərpası) barədə isə Azərbaycan Respublikasım Nazirlər Kabineti qərar qəbul etməmişdir. Məcəllənin 28.6-cı maddəsinə əsasən qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə spkülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Məcəllənin 28.7-ci maddəsinə əsaən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir. Hazırda 16/19 saylı yaşayış binasının açıq hərraca çıxarılması barədə məhkəmə qərarı olmadığına görə həmçinin 28.6, 28.7-ci maddələrində də göstərilən halların şərhinə ehtiyac yoxdur. Qeyd olunan normalardan görünür ki, 16/19 saylı binanın qəzalı olması səbəbi ilə bərpası (sökülməsi) yuxarıdakı qaydalara əsasən həyata keçirilməli idi. Lakin, hər bir halda, sözü gedən binanın bərpasını nə şəhər icra hakimiyyəti, nə də tikinti şirkəti məhkəmə qərarı olmadan həyata keçirə bilməzdi. Hazırda məhkəmə qərarı olmadığı halda iddiaçı (həmçinin sərəncam vermiş İcra Hakimiyyəti) faktiki olaraq onları mülkiyyətlərindən məhrum etmişdir (Konstitusiyamı 29-cu maddəsi). Digər tərəfdən qanunda göstərilən prosedurun əksinə olaraq birinci instansiya məhkəməsi subyektiv hüququ olmadığı halda iddiaçının bu iddia tələbi ilə məhkəmədə iddia qaldırmasına münasibət bildirməmiş və iddia mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. Demək bina qəzalı olmamış, yalnız kimlərinsə qazanc əldə etməsi məqsədi ilə bina sökülməyə məruz qamışdır. Əgər bina qəzalı deyilsə, onda yuxarıda göstərilən rəy hansı səbəbdən işə sübut kimi əlavə edilmişdir. Qeyd olunan pozuntuları nəzərə alaraq məhkəmə ümumiyyətlə mahiyyəti üzrə iddiaya baxmalı deyildi. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Mülki Məcəllədə tikintisi başa çatmayan binanın tərkib hissələrinə hüquqların qeydiyyatı institutu ətraflı təsbit edilib (144-1-ci, 147-ci, 770-1-ci maddələr). Yəni dövlət torpağı vətəndaşların mülkiyyətinə verir, tikinti şirkəti də podratçı kimi tikintini həyata keçirir. Gələcək yaşayış sahəsinə hüquqlar da qabaqcadan dövlət qeydiyyatına alınır. Yəni tikinti layihəsinin sahibi tikinti maqnatları yox, gələcək mənzil mülkiyyətçiləri olmalı və pulu da qabaqcadan tam ödəməməlidirlər. Tikinti şirkəti bu halda adi işçidir, podratçıdır, onu hər an işdən kənarlaşdırmaq da olar. Avropa Məhkəməsi də bir sıra qərarlarında bu məsələyə toxunaraq bildirmişdir ki, mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X2 iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95). Azərbaycan Respublikasının qanunlarında isə bununla bağlı mexanizm olduğu halda “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin işi məlum olmayan yollarla öz öhdəsinə götürmüş, məhkəmə qərarı olmadan insanların həyatını və sağlamlığını təhlükə altına ataraq yaşayış olan binanı sökərək yaşayış üçün yararsız vəziyyətə salmışdır. Birinci instansiya məhkəməsi isə qanuna zidd qərarı ilə onun və ailəsinin mülkiyyət hüquqlarını pozmuşdur. Ümumiyyətlə məhkəmənin mövqeyi ağıla sığmır. Belə çıxır ki, bu gün Azərbaycan ərazisində müddəti bitmiş binaların söküntüsünü istənilən şirkət qanuna əsaslanmadan icra başçısı ilə razılaşdıqdan sonra tikə bilər. Bu çox absurddur. Bəs üzərinə öhdəlik götürən şirkət binanı tikə bilməsə necə olacaq? Oxşar hallar respublikada dəfələrlə olmuş və bu da onlardan biri ola bilər. Kim buna cavab verəcək? Təbii ki, bu məsələdə icra başçısı sakinlərin özlərinin razılığı ilə mənzillərini təhvil verdiyini bildirərək məsuliyyətdən boyun qaçıracaq. Birinci instansiya məhkəməsi qanunla tənzimlənməli olan münasibətləri tətbiq etməmiş, hansı yollarla Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın sökülüb yerində yenisinin tikintisinin cavabdehin öhdəliyinə verilməsini araşdırmamış, nəticədə qanunsuz qərar qəbul edərək onu və ailəsini əmlakdan məhrum etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən mülki qanunvericiliyin “müqavilə azadlığ” prinsipinin cavabdeh tərəfindən pozulduğunu görmüş, buna baxmayaraq qanuna zidd qərar qəbul etmişdir. Belə ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzil onun - Cavabdeh1 tam mülkiyyətindədir. Vurğulanmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istiadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Lakin yaranan mübahisə üzrə görünən odur ki, bütün şərtlər cavabdeh tərəfindən onlara diktə edilmiş, nəticədə müqavilə azadlığı prinsipi pozulmuşdur. İddiaçı yeganə yaşayış yeri olan mənzili sökür və əvəzində özünün tikdiyi 15 mərtəbəli binadan ona az bir artımla mənzil verəcəyini deyir. Bu cür razılaşma yalnız qarşılıqlı qaydada ola bilər. Kompensasiya məbləğinə gəldikdə isə mənzilin yerləşdiyi yer və mənzilin vəziyyəti, bir mənzildə yaşayan ailələrin sayı da nəzərə alınmaqla tərəfindən əmlakın əvəzində haqlı olaraq istədiyi müəyyən məbləğ bildirilmiş, lakin iddiaçı bu təklifləri qəbul etməmiş və aralarında qarşılıqlı razılaşmanın əldə edilməməsinə baxmayaraq binada söküntü işləri aparmaqla həmin binanı və yaşadığı otaqları qəzalı vəziyyətə gətirmişdir. Eyni zamanda, yuxarıda qeyd etdiyi kimi icra başçısının qanunsuz sərəncamında da bildirmişdir ki, binanın sökülməsi işləri yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılıq əldə edildiyi halda aparıla bilər. Hazırda isə nə onunla, nə də bir çox sakinlə heç bir razılıq əldə edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi isə qeyd olunan halları nəzərə almadan mülkiyyət hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrini və müvafiq münasibətləri tənzimləyən şikayətdə göstərilən digər qanunvercilik normalarına uyğun olaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 №-li 24 noyabr 2005-ci il tarixli qərarına uyğun deyil. Birinci instansiya məhkəməsi sübutları qiymətləndirməmişdir. Belə ki, mənzil mülkiyyətçilərinin 16/19 saylı binanın qəzalı olması barədə məlumatları olmadığından təmirlə əlaqədar müraciət edilmədiyini, onlardan başqa hər-hansı orqan tərəfindən də məhkəməyə müraciət olunmadığını, məhkəmə tərəfindən təmir müddəti müəyyən olunmamış və sakinlər bundan imitna etmədiyini, o cümlədən 16/19 saylı yaşayış binasının məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması qət edilmədiyini məhkəmə görməzdən gəlmiş, qanunsuz iddia tələbini təmin etmişdir. Eyni zamanda məhkəmə, iş materiallarında olan icra başçısının sərəncamlarını, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunlayihə” KLİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki rəyini, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin məktubunu, cavabdehlərin dəlillərini əlaqəli şəkildə qiymətləndirmədən qərar qəbul etmişdir. Qeyd etdiyi kimi tikinti işlərinin aparılması barədə hər-hansı qərarın, həmin işlərin görülməsi üçün “X9” MTK-nın icazəsinin olub-olmamasının aydınlaşdırılması ilə bağlı araşdırma apararkən, MTK-nın qanunsuz əməlləri barədə tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir. İddiaçının təqdim etdiyi texniki rəydə binanın qəzalı olması göstərilsə də, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binada yaşayışın təhlükəli olması və mümkün olmaması barədə məlumat öz əksini tapmamışdır. Bundan əlavə məhkəmədə bildirmişdir ki, yaşadığı bina heç vaxt qəzalı vəziyyətdə olmamış, yalnız tikinti şirkəti bu binada yaşayan bütün sakinlərlə razılaşmadan burada söküntü işlərinə başladıqdan sonra binanı yaşayış üçün yararsız bir hala salmışlar. Göründüyü kimi məhkəmə qeyd olunan sübutları qiymətləndirmədən qərar qəbul etmişdir. Bundan başqa, bir anlıq qəbul etsə ki, məhkəmənin qərarı düzgündür onda belə iş üçün əhəmiyyətli olan aşağıdakı hallar müəyyən edilməmişdir. Belə ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsinin hansı yollarla “X9” MTK-nın öhdəliyinə verilməsi, həmin şirkətin bu işləri görməyə lazımi vəsaitinin olub-olmamasım, hazırda qeyd olunan torpaq sahəsinin altında yerləşən torpağa istifadə hüquqlarının dövlət qeydiyyatına alınıb-alınmamasını, iddiaçının Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanı məhkəmə qərarı olmadan sökməsinin qanuniliyini, 400 manat kirayə pulunun mənzillərindən çıxarılan sakinlərin eyni şəraitdə yaşamasına bəs edəcəyini, çıxarılacaq sakinlərin hazırda sağlamlıq vəziyyətinin onların kirayədə yaşamasına imkan verib-verməməsini və s. halları müəyyən etməmişdir. Halbuki göstərilən hallar tərəflər arasında yaranan mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edir. Bu halların tam və hərtərəfli araşdırılmaması nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarmışdır. Qeyd olunan hallarla bağlı yuxarıda ətraflı məlumat göstərilmiş, məhkəmənin qərararının qanunsuz olması həmin hallarla öz əksini tapmışdır. Məhkəmə həmçinin mübahisənin əsl mahiyyətindən kənara çıxmışdır, çünki yuxarıda da qeyd etdiyi kimi mülkiyyətçilər onların evlərindən qanunsuz çıxarılmalarına etiraz edir, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın sökülməsi dövlət ehtiyacları üçün həyata keçirilmir. Şəhərin abadlaşdırılması adı altında kimlərinsə 21 mənzildən ibarət 3 mərtəbəli binanın yerində bəlkədə 100-dən çox mənzili olacaq 15 mərtəbəli bina tikərək qazanc əldə etməsi sakinlərin mülkiyyət hüquqlarını pozmamalıdır. İddiaçının əlavə tikiləcək mənzilləri baha qiymətə sataraq yüksək gəlir əldə etməsi onun hazırkı işdə iqtisadi maraqlarının olduğunu təsdiq edir. Belə vəziyyətdə isə mənzil mülkiyyətçisi olaraq onun azad bazar iqtisadiyyatına söykənən mülkiyyəti qarşılığında istədiyi məbləğin ona verilməməsi mülki dövriyyə iştirakçısı olaraq da hüququnu pozur. Məhkəmə iş üzrə tətbiq edilməli olan olan qanunu tətbiq etməmiş, Azərbaycan Respublikasının qanunlarında bu cür binaların sökülüb yerində yenisinin tikilməsi ilə bağlı əminli mexanizmi nəzərdə tutan normalardan fərqli qanunlara istinad etmişdir. Yuxarıda qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin qərarlarında göstərilənlərə cavab vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi qanunusuz hesab edilməlidir. Birinci instansiya məhkəməsi cavabdehin qanundan sui-istifadə ilə müşayiət olunan hərəkətlərini nəzərə almadan tətbiq edilməli olan Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrini, Mülki Məcəllənin 6.1, 144-1, 147, 770-1, 243.1, 244, 245-ci maddələrini, Mənzil Məcəlləsinin 28, 35.2, 35.4, 35.6-cı maddələrini, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsisini tətbiq etməmiş və nəticədə cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə qarşılıqlı iddia ərizəsində göstərilən iş üçün əhəmiyyətli olan bütün faktiki halların sübut olunmasına baxmayaraq, ilk iddianı qanunsuz olaraq təmin etmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsində cavabdeh yaşadığı binanın heç vaxt qəzalı vəziyyətdə olmadığını, yalnız qarşılıqlı iddia üzrə cavabdehin bu binada yaşayan bütün sakinlərlə razılaşmadan söküntü işlərinə başladıqdan sonra binanı yaşayış üçün yararsız bir hala saldığını göstərmişdir. İş materiallarından da göründüyü kimi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binada sakinlər təhlükəli vəziyyətə gətirilənə qədər və hazırda da yaşamağa davam edir. O, yeddi nəfərdən ibarət ailəsi ilə birlikdə həmin binanın 1 №-li mənzilində yaşayır. Bir sözlə binanın qəzalı olması barədə iddiaçının irəli sürdüyü dəlil faktiki hallara uyğun deyil. Bəli, iş materiallarında texniki rəy mövcuddur. Lakin, həmin rəydə, tikinti şirkətinin binanı qəzalı vəziyyətə gətirməyindən əvvəlki vəziyyətində, binada yaşamağın təhlükəli olması, sakinlərin dərhal mənzillərindən çıxarılması barədə heç bir məlumat yoxdur. Bununla bərabər yuxarıda da qeyd etdiyi kimi Nizami küçəsi boyunca eyni illərdə, eyni mərtəbəli, oxşar fasadlı və damlı binalar mövcuddur. Beləliklə, onun tərəfindən qeyd olunan hallar qanunla göstərilən sübutlarla təsdiq edilir, qarşılıqlı iddia üzrə cavabdehin məhkəməyə təqdim etdiyi sübutlar isə qeyri-mötəbər, ziddiyyətlidir. Apellyasiya şikayətində şərh olunmuş aşağıdakı qərarlarla bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmamışdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vlİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı) Məhkəmənin qətnamədə göstərdiyi dəlilər işin hallanna uyğun gəlmir. Belə ki, məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın müqabilində 10-20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzil təklif edir. Bu isə cavabdehə öz mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Məhkəmənin bu nəticəsi heç bir məntiqə, heç bir qanuna sığmır. Çünki məhkəmənin tikinti şirkəti tərəfindən cavabdehə mülkiyyətində olan əmlakın müqabilində 10-20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzil təklif etməsi barədə qeydi sadəcə məhkəmənin mülahizəsindən ibarətdir. Əvvəla yuxarıda qeyd olunduğu kimi sərəncamın verilməsi qanunun tələblərinə ziddir. Sərəncamın etibarsızlığı ilə bağlı inzibati məhkəməyə müraciət etmişdirlər. Lakin məhkəmə həmin işin nəticəsini gözləmədən qərar qəbul etmişdir. Daha sonra, birinci instansiya məhkəməsi qeyd edir ki, 16/19 saylı binada yaşayan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 10-20% artıq sahəsi olan təmirli yaşayış sahəsi təklif edən “X9” ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Məhkəmənin bu mövqeyi də heç bir məntiqə sığmır və qanuna əsaslanmır. Yuxarıda qeyd olunan əmlak onun tam mülkiyyətindədir. O həmin əmlaka istədiyi kimi sərəncam vermək hüququndadır. Mülkiyyətçinin öz əmlakını istədiyi qiymətə satması sui-istifadə kimi qiymətləndirilə bilməz. Aydın məsələdir ki, tikinti şirkəti həmin binanın yerində 15 mərtəbəli bina tikib oradakı mənzilləri istədiyi qiymətə satacaq. Onda belə çıxır ki, tikinti şirkəti də hüquqlarından suiistifadə edəcək? Yoxsa tikinti şirkəti həmin mənzilləri aşağı qiymətlərlə vətəndaşlara satacaq? Respublikada olan təcrübəyə əsasən tikinti şirkətləri binaları tikdikdən sonra onları daha baha qiymətə satıb gəlir əldə edir. Bəzən isə bir mənzili 2 və ya 3 nəfərə satır. Bu halların qarşısını almaq əvəzinə məhkəmə mülkiyyətçilərin hüququnu pozaraq 100 manat nizamnamə kapitalı olan tikinti şirkətinə milyonlarla manata başa gələcək öhdəliyi tapşırır. Göründüyü kimi məhkəmə şikayətdə qeyd edilən dəlillər məcmusunda, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin mübahisələndirilən qətnaməsi, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarıldığından apellyasiya qaydasında ləğv edilməlidir.

20. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarında mənziltikinti kooperativi binasında cavabdehə veriləcək mənzilin mərtəbəsi göstərilməmişdir. Halbuki, onun 1 nömrəli mənzili 16/19 saylı binanın birinci mərtəbəsində Nizami küçəsinə baxan hissəsində yerləşir. Həmin ərazidə hazırda obyektlərin 1 kv.m sahəsinə olan qiyməti 10000 manat təşkil edir. O, həmin mənzili qeyri-yaşayış sahəsinə çevirməklə bağlı dəfələrlə düşünmüşdür. Hətta bununla bağlı bir neçə dəfə elanlar da asmışdır. Sadəcə hazırda əlində müvafiq məvacib olmadığından bu istəyini həyata keçirə bilməmişdir. Bu isə onun bu hüquqdan istifadə etməyəcəyi anlamına gəlmir. “X9” MTK-nın əməkdaşları isə gələrək binanın sökülməli olduğunu, ayda 400 manat verməklə kirayədə yaşamalı olduğunu, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada mənzillərinin əvəzinə mövcud sahəsindən 20 kvadrat artıq olmaq şərti ilə neçənci mərtəbədə yerləşəcəyi bilinməyən yeni mənzil veriləcəyini bildirilmişdir. 16/19 saylı binanın birinci mərtəbəsində Nizami küçəsinə baxan hissəsində yerləşən mənzilin əvəzinə 20 kv.m artıq mənzil veriləcəyi nə mütənasibliyin qorunması, nə də layiqli həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Bu hal Konstitusiya Məhkəməsinin aşağıdakı qərarlarında göstərilən mövqelərinə təmamilə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin Vİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qeyd olunan qərarda konstitusiya məhkəməsi mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı mütənasibliyin diqqətə alınmasını, konstitusion hüququn mahiyyətinin dəyişməməsini, layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsini vurğulamışdır. Lakin birinci instansiya məhkəməsinin qərarı ilə onların mülkiyyət hüquqları məhdudlaşdırılarkən göstərilən şərtlər nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin istinad olunan normanın pozulması ilə çıxarıldığını hesab edir. Cavabdehə sonradan məlum olmuşdur ki, hazırda iddiaçı “X9” Mənzil Tikinti Kooperativi hüquqi təşkilatı formasının “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Bu hal cavabdeh tərəfindən bilərəkdən həyata keçirilmişdir. Çünki, cavabdeh başa düşmüşdür ki, “X9” Mənzil Tikinti Kooperativi olaraq fəaliyyət göstəridiyi halda Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın mükiyyətçilərinin həmin MTK-da üzv olmaq və onun idarə edilməsində iştirak etmək hüquqları vardır. Belə ki, istinad olunan maddə də göstərilir ki, mənzil-tikinti kooperativləri yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyidir. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunlan ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Mənzil Məcəlləsinin 110-cu maddəsinə müvafiq olaraq, mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Qeyd olunan maddələri yaranan mübahisəyə şərh etdikdə başa düşülən odur ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən (guya) qəzalı olan 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsi üçün həmin binada mülkiyyəti olan mənzil mülkiyyətçiləri özləri mənzil tikinti kooperativi yaratmalı, bina tikilib bitdikdən sonra onu ləğv edərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul etməli idilər. Lakin, hazırkı iş üzrə görünən odur ki, qanunvericiliyə zidd olaraq təsisçiləri bilinməyən “X9” mənzil tikinti kooperativi gəlib Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsini iddia etmişdir. Qeyd olunan binada mənzili sökülən, yəni pay haqqını tam ödəyən vətəndaşlar, onlardan biri də o, “X9” MTK-nın üzvü olmamışdır, nə də bu barədə heç bir bina sakininə nə məlumat, nə də təklif olunmamışdır. Bu isə “X9” MTK-nın hazırkı bilinməyən üzvləri üçün qanunsuz hərəkətlər törətməsinə gətirib çıxarmış və çıxarmaqda davam edir. Normada MTK-nın ləğv olunmasının əsasları barədə imperativ göstərişlərə baxmayaraq, “X9” MTK bəzi sakinlərlə artıq bağlanmış müqavilələri pozaraq bina hələ sökülmədən və tikilmədən özünün hüquqi təşkilatı formasını dəyişdirmişdir. İddiaçı hesab edir ki, “X9” MMC “X9” Mənzil Tikinti Kooperativinin hüquqi varisidir. Lakin Azərbaycan Respublikasının qanunlarında göstərilən hüquqi təşkilat formalarının yaradılması, idarə olunması, məqsədləri, ləğv olunması və s. barədə fərqli qaydalar göstərilir. Məhkəmənin nəzərinə çatdırır ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar (Mülki Məcəllənin 87.1-ci maddəsində). Yəni, iddiaçının hüquqi təşkilatı forması MMC olduğu halda tikintini həyata keçirə bilmədiyi və ya iflas olduğu halda yalnız öz balansı qədər məsuliyyət daşıması qanunvericilikdə birbaşa göstərilmişdir. Bu gün “X9” MMC-nin şirkət balansına baxdıqda nizamnamə kapitalının 100 manat olduğu görünür. Bu fakt iddiaçının məhkəməyə təqdim etdiyi reyestr məlumatları ilə də öz təsdiqini tapır. Belə olduğu halda on milyonlarla dəyəri olan bu layihənin tikintisində MMC-nin indidən qanunda nəzərədə tutulduğu qaydada iflas olunmasını hesab edilə bilər. Bu isə onun mənzilinin sökülməsi halında həm daşınmaz əmlakından, həm də mülkiyyət hüquqlarından məhrum olma riskini real edir. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, cavabdehin iddia tələbi tam olaraq təmin edilməlidir. Hazırda “X9” MTK “X9” MMC-ə çevrilməsi tərəflər arasında yaranacaq hüquqi münasibətlərin təmamilə dəyişməsini göstərir. Əgər 16/19 saylı binanın sakinləri “X9” MTK ilə bağladıqları müqavilələri üzvlük əsasında bağlamışlarsa, “X9” MMC ilə bu münasibətlər öz hüquqi qüvvəsini itirir. Belə olan halda 16/19 saylı binanın sakinləri “X9” MMC ilə bu münasibətlərini Mülki Məcəllənin 6.1-ci maddəsində göstərilən prinsiplər nəzərə alınmaqla podrat müqaviləsi əsasında qurmalıdırlar. Bu münasibətlərin tənzimlənməsi qaydası isə Mənzil Məcəlləsində ətraflı şəkildə göstərilmişdir. Lakin, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı çoxmənzilli binanın sakinlərinin razılığı olmadan, qanunvericiliklə onlara qoyulan müvafiq qadağalara əks olaraq Sumqayıt İcra Hakimiyyəti 16/19 saylı çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsini üzvləri məlum olmayan “X9” Mənzil Tikinti Kooperativinə vermiş, o da öz növbəsində hazırda hüquqlarından sui istifadə edərək Kooperativin hüquqi təşkilatı formasının “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə dəyişərək çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin qanunla göstərilən hüquqlarını pozmuş, pozmaqda da davam edir. Bundan başqa, istinad olunan Mənzil Məcəlləsinin 39-cu maddəsinə əsasən, çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. Əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. Hazırda iddiaçının tələbinə görə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı çoxmənzilli bina sökülərək yeni layihə əsasında qurulmalıdır. Lakin, bu layihənin həyata keçirilməsi qeyd olunan normaya zidd həyata keçirilməkdədir. Çünki bu yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmamışdır. Qeyd olunan yeni hallar məhkəmə işi üçün əhəmiyyətlidir, bu səbəbdən yeni halların aydınlaşdırılması və ya yeni sübutların yenidən tədqiq edilməsi zəruridir. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qeyd olunan qərarda konstitusiya məhkəməsi mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı mütənasibliyin diqqətə alınmasını, konstitusion hüququn mahiyyətinin dəyişməməsini, layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsini vurğulamışdır. Şəhərin ən gözəl və bahalı yerində 1-ci mərtəbədə yerləşən 3 otaqlı mənzilin əvəzinə 20 kv.m artıq 2 otaqlı, neçənci mərtəbədə yerləşəcəyi bilinməyən mənzil veriləcəyi nə mütənasibliyin qorunması, nə də layiqli həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Qeyd olunanlara əsasən hesab edir ki, Konstitusiya Məhkəməsinin istinad olunan qərarlarında göstərdiyi mütənasiblik və layiqli həyat səviyyəsinin yaxşılaşdırılması barədə mövqelərinə ziddir. Sumqayıt Şəhər Məhkəməsinin mübahisələndirilən qətnaməsi, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından apellyasiya qaydasında ləğv edilməlidir.

21. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehi mülkiyyətindən məhrum edərkən müdaxiləni “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirməmişdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Axverdiyev Azərbaycana qarşı (76254/11 nömrəli ərizə) 29 yanvar 2015-ci il tarixli Qərarı). Hazırki iş üzrə də iddiaçı İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli sərəncamını göstərmişdir. Bu səbəbdən hesab edir ki, oxşar əsaslarla mülkiyyətin məhdudlaşdırılması barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Axverdiyev Azərbaycana qarşı (76254/11 №-li ərizə) 29 yanvar 2015-ci il tarixli Qərarı olduğundan və həmin qərarda hər bir pozuntu açıq şəkildə şərh olunduğundan iddiaçı tərəfindən irəli sürülən tələbin qanunsuz olması hallarının şərhinə zərurət yoxdur. Apellyasiya şikayətində və ona verilmiş əlavələrdə göstərilən halların cəmlikdə əsas götürərək hazır ki iş üzrə də mülkiyyətçinin müllkiyyətinə edilmiş müdaxilə qanunsuz və əsassız olması, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulması açıq aşkardır. Mülki Məcəllənin 203.3-cü maddəsi birinci instansiya məhkəməsi əmlakın mülkiyyətçidən məcburi alınmasını qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla deyil, öz mülahizəsinə əsasən həll edərək cavabdehin hüquqlarını pozmuşdur. Belə ki, istinad olunan maddədə əmlakın mülkiyyətçidən məcburi alınmasına aşağıdakı hallarda yol verilməsi göstərilmişdir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Hazırki iş üzrə göstərilən əsasların heç biri olmamasına baxmayaraq, məhkəmə mülkiyyətçinin əmlakını qanunsuz olaraq məcburi almışdır. Mülki Məcəllənin 203.5-ci maddəsi birinci instansiya məhkəməsi mülkiyyətçinin əmlakını məcburi məhdudlaşdırırkən əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsini müəyyən etməmiş, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İV hissəsini pozmuşdur. Belə ki, iddiaçı tərəfindən irəli sürülən tələbdə əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi halları nə göstərilməmiş, nə də əsaslandırılmamışdır. İddiaçı yalnız İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli sərəncamını göstərmiş və iddiasını belə əsaslandırmışdır ki, 16/19 saylı bina istismar müddəti bitmiş binadır və şəhərin abadlaşdırılması məqsədi ilə sökülməlidir. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində cavabdeh tərəfindən mülkiyyət hüquqlarından sui istifadə etməsini bildirərək onu mülkiyyətindən məhrum etmişdir. Birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın altında yerləşən torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, hazırda həmin torpaq sahəsinə iddiaçının istifadə hüququnun qanuni olub-olmamasını araşdırmadan, gəldiyi nəticəni əsaslandırmadan qanunsuz qətnamə qəbul etmişdir. Hazırkı işdə iddiaçı tələbinin əsaslandırılmasında göstərmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə “X9” MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Avropa Məhkəməsinin istinad olunan qərarında göstərilənlərdən də göründüyü kimi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamı qanunsuz olmuşdur. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Qeyd olunan maddələrdən də göründüyü kimi 16/19 saylı binanın altında yerləşən torpaq sahəsi binada yerləşən mənzillərin mülkiyyətçilərinin mülkiyyətindədir, lakin onların razılığı olmadan həmin torpaq sahəsi İcra Başçısı tərəfindən tikinti şirkətinə qanunusuz verilmişdir. Mənzil Məcəlləsinin 35.2 və 35.4-cü maddələrində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər barədə məlumat verilir. Daha sonra göstərilir ki, qeyd olunan maddələrdə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Lakin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin nə ümumi yığıncağı keçirilməmiş, nə də çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilməsi barədə qərar qəbul edilməmişdir. Digər tərəfdən Mülki Məcəllənin 157.9-cu maddəsində dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyətin alınmasının əsasları göstərilmişdir. Qeyd edək ki, hazırki iş üzrə nə iddiaçı, nə də İcra Hakimiyyəti tərəfindən tələb irəli sürülərkən həmin əsaslardan heç biri göstərilməmişdir. Qeyd olunanlara və Avropa Məhkəməsinin istinad olunan qərarında göstərilən şərhləri əsas götürərək hesab edir ki, 16/19 saylı binanın altında yerləşən torpaq sahəsi binada yerləşən mənzillərin mülkiyyətçilərinin mülkiyyətində olduğundan, həmin torpaq sahəsi onların razılığı olmadan digər şəxsə verilə bilməzdi. Göründüyü kimi birinci instansiya məhkəməsi torpaq sahəsinin kimin mülkiyyətində olmasını müəyyən etmədən, mülkiyyətçilərin razılığının olubolmamasını dəqiqləşdirmədən İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvernsiyasının 1 saylı Protokolun 1-ci maddəsini pozaraq cavabdehin mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5899/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilir.

22. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, Sumqayıt İcra Başçısı, daha sonra isə məhkəmə istinad olunan normanı pozaraq mülkiyyətçilərin hüquqları və iradəsi ziddinə əmlaklarını iddiaçıya vermişdir. İlk növbədə şəhər icra hakimiyyəti həmin torpaq sahəsini sakinlərin razılığı və məhkəmə qərarı olmadan tikinti şirkətinin istifadəsinə verə bilməzdi. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, İcra Başçısının qeyd olunan sərəncamı cavabdeh və digər razılaşmayan sakinlər tərəfindən inzibati qaydada mübahisləndirilməkdədir. Müraciət qeydiyyata alınmış və iş icraata götürülmüşdür. Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı çoxmənzilli binanın sakinlərinin razılığı olmadan, qanunvericiliklə onlara qoyulan müvafiq qadağalara əks olaraq, Sumqayıt İcra Hakimiyyəti 16/19 saylı çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsini üzvləri məlum olmayan “X9” Mənzil Tikinti Kooperativinə vermişdir. Qeyd olunan halları isə məhkəmə nə araşdırmış, nə də qətnamədə onlara müvafiq qiymət verməmişdir. Göründüyü kimi məmurlar və məhkəmə tərəfindən qanunsuz əsaslarla mülkiyyətçilərin iradəsinə zidd olaraq mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 450/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Sumqayıt şəhər İcra Hakimiyyəti apellyasiya şikayətinə yazılı etirazında qeyd etmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində pilot layihə çərçivəsində “X9” Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 202 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə “AR Torpaq İcarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə "X9” Mənzil Tikinti Kooperativinə icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X3 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yolverilməzdir. Ümumiyyətlə, binalar mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Qeyd olunanlara əsasən, əsassız olduğu üçün apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edilir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən “X9” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Əlisəftər oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

28. Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.[3] İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

29. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

30. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

31. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

34. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

35. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir;

36. Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

39. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

40. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

41. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu:

42. 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

48. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5899/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq ilk iddia qismən təmin edilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Kollegiya qeyd edir ki, mülkiyyət hüququnun itirilməsinin növləri Mülki Məcəllənin 203-cü maddəsində nəzərdə tutulmuşdur ki, ilkin iddiaçının hazırkı iş üzrə tələbi cavabdehin yaşadığı binadakı mənzilə mülkiyyət hüququnun itirilməsi ilə bağlı deyil, cavabdehin yaşadığı binanın sökülərək yerində çoxmənzilli hündürmətbəli binanın inşa edilməsi ilə əlaqədar sökülən binada yeləşən cavabdehin mənzilinin inşa edilən yeni binada artırılmış sahəsi olan təmirli mənzillə əvəzləşdirilməsi olmuşdur.

51. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, ilkin iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli sərəncamına və yuxarıda adları çəkilən digər hüquqmüəyyənedici sənədlərə əsasən cavabdehin yaşadığı Sumqayıt şəhəri, 4-cü məhəllə, 16/19 saylı üç mərtəbəli binanın çox hissəsini sökmüş və sökülən hissədə yeni bina inşa etməkdədir. Həmin binanın bir hissəsi sökülməmişdən əvvəl verilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunlayihə” KLİnin xx.xx.2021-ci il tarixli texniki rəyində binanın fiziki köhnəlməyə məruz qalması, əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmaların yaranması, binalardakı kommunikasiya xətlərinin uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşməsi, əksər pilləkən qəfəsindəki metal tirlərin korroziyaya uğrayaraq möhkəmliyini itirməsi, ümumiyyətlə yaşayış binasının istismarının yol verilməz olması qeyd olunmuşdur.

52. Məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir.

53. Məhkəmə kollegiyasının qərardadı əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, № 3-16-16/2-10/2879/2025 nömrəli ekspert və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəylərində Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən binanın bir hissəsinin sökülməsi ilə əlaqədar həmin binanın qəzalı vəziyyətdə olması və sökülməyən hissənin istismara yararsız olması, sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükənin olması göstərilmişdir.

54. Həmçinin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 23 may 2025-ci il tarixli, 3-18-2/2-4920/2025 nömrəli məktubu ilə göndərilmiş Agentliyin “Azkommunlayihə” KLİ-nin mühəndisi tərəfindən tərtib olunmuş 16 may 2025-ci il tarixli rəydən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanda yerləşən binanın bir hissəsinin sökülməsi ilə əlaqədar həmin bina qəzalı hesab olunur və sökülməyən hissə istismara yararsızdır. Sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükə var.

55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qəzalı binada yaşayan sakinlərin həyat və sağlamlığına dair təhlükə olması baxımından ilıkin iddianın təmin ediməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Eyni zamanda bu hüquq mütləq hüquq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmçinin, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

57. Belə ki, ictimai maraqlar naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması mümkündür. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin nə də üçüncü şəxslərin hüquqları və qanuni mənafələrinə xələl gəlməsin.

58. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yaşayan sakinlərin çox hissəsi ilə razılaşma əldə edilmiş və həmin sakinlər öz mənzillərindən çıxmaqla, binanın həmin mənzillər olan hissəsi sökülmüş və onlar yeni binanın inşasını gözləməkdədirlər ki, cavabdehlərlə razılığın əldə olunmaması, əmlak hüquqlarından sui-istifadə etməklə, artıq sosial öhdəliklərə səbəb olan mülkiyyətlərinə görə qeyri-mütənasib kompensasiya tələb etmələri, bununla əlaqədar olaraq da söküntü və tikinti işlərinin uzanması çoxluqda olan və artıq ictimai marağa çevrilmiş digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, çoxmərtəbəli binada müəyyən intizam çərçivəsində məskunlaşma və ümumi isifadə obyektləri müəyyənləşməklə birgəyaşayış formasında ictimai maraq formalaşır ki, hazırkı mübahisə də fərdi maraqlarla ictimai maraq arasındakı ədalət tarazlıq baxımından qiymətləndirlmişdir.

59. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsaslara görə cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması onun bu hüququnun ədalətli şəkildə tam olaraq kompensasiya edilməsini zəruri etməkdədir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.

60. Hazırkı iş üzrə cavabdeh əsasən iddiaçı tərəfindən mülkiyyət hüququnun məhdudlaşması ilə əlaqədar təklif edilən əvəzləşdirmə və kompensasiya məbləği ilə razılaşmayaraq, edilən təklifin ədalətli olmamasını iddia etmişdir.

61. Kollegiya ilk iddia üzrə cavabdehə məxsus mənzilin əvəzinə sahəsi artırılmış təmirli yeni mənzil verilməsini, o cümlədən həmin mənzil ona təhvil verilənədək kirayə haqlarının veriməsini mülkiyyət hüquqlarının məhdudlaşdırılması müqabilində ədalətli kompensasiya hesab edir. Odur ki, cavabdehin apellyasiya şikayəti qeyd olunan hissədə əsassızdır.

62. Lakin kollegiya hesab edir ki, cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən 1 nömrəli mənzil 3 yaşayış otağından ibarət olduğundan, ilkin iddiaçı tərəfindən ona sökülməsi tələb olunan mənzilin əvəzinə həmin ünvanda inşa ediləcək yeni binada 3 otaqlı mənzil verilməlidir.

63. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın suratindən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə 16/19 ünvanında yerləşən 1 nömrəli mənzilə "xxxx" MTKnın nümayəndələri Ruslan Mərnmədovun, Haqverdi Alıyevin, Firavan Bayramlının və mənzilin mülkiyyətçisi Cavabdeh1 iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Aparılmış ölçü işlərinə əsasən 1 nömrəli mənzilin faktiki ümumi sahəsinin 90 kv.metr təşkil etməsi müəyyən olunmuşdur. Mənzil sahibi Cavabdeh1 mənzildə aparılmış ölçü işlərinə və ölçünün nəticəsinə dair heç bir etirazının olmadığı bildirmişdir.

64. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsinin izahatı, o cümlədən digər sakinlərlə bağlanmış müqavilələrdən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında “X9” MMC tərəfindən inşa ediləcək yeni binada 3 otaqlı mənzilin sahəsi 102 kv.metr təşkil edir.

65. Odur ki, kollegiya Cavabdeh1 mülkiyyət hüququnun müvəqqəti məhdudlaşdırılması müqabilində ona mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında sahəsi 60 kv.metr olan, 3 otaqlı 1 saylı mənzilin əvəzinə “X9“ MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 102 kv.metr olan 3 otaqlı, təmirli 1 mənzilin verilməsini və mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək ona iddiaçı tərəfindən hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsini ədalətli hesab edir.

66. Məhkəmə kollegiyası mübahisəli mənzilin yerləşdiyi binanın qəzalı və istismara yararsız olduğunu nəzərə alaraq, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir.

67. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

69. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış halarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5899/2024 nömrəli qətnaməsi - Cavabdeh1 MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında olan 1 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi və Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X9” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv. metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X9“ MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 102 kv.metr olan 3 otaqlı, təmirli 1 mənzil Cavabdeh1 verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Kollegiya həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat “X9“ MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5899/2024 nömrəli qətnaməsi - Cavabdeh1 MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında olan 1 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi və Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X9” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv. metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. MA seriyalı, ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan 1 saylı mənzilin əvəzinə “X9“ MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 102 kv.metr olan 3 otaqlı, təmirli 1 mənzil Cavabdeh1 verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat “X9“ MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar