Məhkəmə qərarları › İş №2(102)-3483/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3483/2020

30.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3483/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi - hakim), x9 və x6 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh2 MMC-in vəkili x8, 3-cü şəxs «xxxxxxxxxx» QSC-nin vəkili x5 iştirakları ilə, İddiaçı Cavabdeh2 MMC və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli 2(107)-367/2020 nömrəli qətnaməsindən Cavabdeh2 MMC və vəkili x10, 3-cü şəxs «xxxxxxxxxx» QSC və vəkili x7 tərəfindən veri lmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 MMC və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayon məhkəməsinin 08 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ondan, Almaz Dibirova və Şamil Poladovdan 19 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 27.112 ABŞ dolları, faiz borcuna görə 6.450 ABŞ dolları, hesablanmış cəriməyə görə 1.500 ABŞ dolları, cəmi 35.063 ABŞ dolları kredit borcunun tutulub “xxxxxxxxxx” QSC ödənilməsi və tutmanın mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti 63.000 m anat müəyyən edilməklə evin açıq hərracdan satılması qət edilib. Bundan sonra qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib. Cavabdeh1 sifarişi əsasındaCavabdeh2 MMC tərəfindən sözügedən ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmədən və ilkin satış qiyməti müəyyən edilmədən ipoteka predmeti satılmaq üçün hərraca çıxarılıb. Lakin, hərracın keçirilməsi zamanı iştirakı təmin edilməyib və nəticədə qanunla təmin edilmiş hüquqları pozulub. Zaqatala rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(033)-724/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.İsmayılov) İddiaçı Cavabdeh2 MMC və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, iddiaçının mülkiyyətində olan ünvan 2 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yer ləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 74,05 kv.metr, ümumi sahəsi 105,05 kv.metr olan fərdi yaşayış evinə dair keçirilmiş hərracın, “hərracın yekunları haqqında” 13 aprel 2018ci il tarixli, 41 saylı protokolun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair” 13 aprel 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilib. Üçüncü şəxs “xxxxxxxxxx” QSC və Cavabdeh2 MMC qətnamədən ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(107)1227/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Zaqatalarayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilmə klə, iddia ərizəsi rədd olunub. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2(102)-6512/2019 saylı qərarı ilə (hakimlər Ə.A.Əhmədov sədrlik edən, məruzəçi, İ.K.Dəmirov və A.Ə.İsgəndərov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2019-cu il tarixli, 2(107)-1227/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(107)367/2020 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov sədrlik edən, məruzəçi, M.M.Hüseynov və M.R.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, Zaqatala rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanmışdır. Cavabdeh2 MMC və vəkii x10, 3-cü şəxs «xxxxxxxxxx» QSC və vəkili x2 şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Cavabdeh2 MMC kassasiya şikayətini onunla əsaslandırmışdir ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. 3-cü şəxs «xxxxxxxxxx» QSC kassasiya şikayətini onunla əsaslandırılmışdir ki, apelyasiya məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-in vəkili x4 şikayətinin dəlillərinə uyğun izahat verərək şikayəti n təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs «xxxxxxxxxx» QSC-nin vəkili x2 şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı iştirak edə bilmədiyindən işin baxılmasının təxirə salınmıasını xahiş etmişdir. Lakin bununla bağlı hansı sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən k assasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd e tmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya məhkəməsində müəyyən edilmişdir ki, Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 26.08.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır və üçüncü şəxs «xxxxxxxxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 1(107)-20/2017 nömrəli 18 iyul 2017-ci il tarixli icra vərəqəsinə əsasən, ipoteka predmeti yəni, borclu İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 sayl ı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilkin satış qiyməti 63000,00 (almış min) manat məbləğində müəyyən edilməklə acıq hərraca çıxarılmışdır. Zaqatala Rayon İcra Şöbəsinin rəisi 11.12.2017-ci il tarixli 1074 nömrəli məktubla həmin icra vərəqəsinin icrası ilə əlaqədar İddiaçı tam xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Füzuli küçəsi, 15 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satışını təşkil etməsini Cavabdeh2 MMC-dən xahiş etmişdir. Bundan sonra Cavabdeh2 MMC tərəfindən barəsində mübahisə gedən fərdi yaşayış evinin satılması ilə əlaqədar onun ilkin satış qiyməti 63000 (altmış üç min) manat olmaqla 29 yanvar 2018-ci il tarixə saat 11:00-da ünvan 3 mərtəbə) ünvanında açıq hərracın keçirilməsi barədə tərəflərə, o cümlədən, hazırkı iş üzrə İddiaçı 29 dekabr 2017-ci il tarixli 10/12 nömrəli bildiriş göndərilmiş, bildiriş İddiaçı 10 yanvar 2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. Daha sonra Cavabdeh2 MMC tərəfindən barəsində mübahisə gedən fərdi yaşayış evinin satılması ilə əlaqədar onun ilkin satış qiyməti olan 63000 (altmış üç min) manat, 15 faiz endirimlə satış qiyməti 53550 (əlli üç min beş yüz əlli) manat olmaqla, 09 mart 2018-ci il tarixə saat 11:00-da ünvan 4 (4-cü mərtəbə) ünvanında açıq hərracın keçirilməsi barədə hazırkı iş üzrə İddiaçı da daxil olmaqla tərəflərə 08 fevral 2018-ci il tarixli 10/12-1 nömrəli bildiriş göndərmiş, həmin bildiriş İddiaçı 19.02.2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. 09 mart 2018-ci il tarixdə keçirilə n açıq hərracda barəsində mübahisə gedən fərdi yaşayış evi satılmamışdır. Apelyasiya instansiyası məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 42.6, 43.2, 43.3, 43.5, 44, 46.1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4 və 416-cı maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, nə birinci hərracın, nə də ikinci hərracın bağlı müəyyən olunmuş müddətlərdə mülkiyyətçi olan iddiaçıya vaxtında məlumatın verilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, iş materiallar ından müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən barəsində mübahisə gedən fərdi yaşayış evinin satılması ilə əlaqədar onun ilkin satış qiyməti 63000 (altmış üç min) manat olmaqla 29 yanvar 2018-ci il tarixə saat 11:00-da ünvan 3 mərtəbə) ünvanında açıq hərracın keçirilməsi barədə tərəflərə, o cümlədən, hazırkı iş üzrə İddiaçı 29 dekabr 2017-ci il tarixli 10/12 nömrəli bildiriş göndərilmiş, bildiriş İddiaçı 10 yanvar 2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. Daha sonra Cavabdeh2 MMC tərəfindən barəsində mübahisə gedən fərdi yaşayış evinin satılması ilə əlaqədar onun ilkin satış qiyməti olan 63000 (altmış üç min) manat, 15 faiz endirimlə satış qiyməti 53550 (əlli üç min beş yüz əlli) manat olmaqla, 09 mart 2018-ci il tarixə saat 11:00da ünvan 3 mərtəbə) ünvanında açıq hərracın keçirilməsi barədə hazırkı iş üzrə İddiaçı da daxil olmaqla tərəflərə 08 fevral 2018-ci il tarixli 10/12-1 nömrəli bildiriş göndərmiş, həmin bildiriş İddiaçı 19.02.2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. 09 mart 2018-ci il tarixdə keçirilən açıq hərracda barəsində mübahisə gedən fərdi yaşayış evi satılmamışır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə “xxxxxxxxxx” QSC-nə təklif olunmuş və nəticədə ASC tərəfindən ipoteka predmeti əldə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin əsası kimi ona istinad etmişdir ki, hərracın təşkilatçısı Cavabdeh2 MMC birinci açıq hərracın keçirilməsini 29 yanvar 2018-ci il tarixə təyin etmiş, bununla bağlı bir dəfə yəni, 29 dekabr 2017-ci il tarixdə “Kaspi” qəzetində elan dərc etdirmiş, açıq hərracın ke çirilməsinə dair bildiriş isə İddiaçı 10.01.2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. Göründüyü kimi, hərracın təşkilatçısı Cavabdeh2 MMC açıq hərracın keçirilməsinə dair bildirişi iddiaçıya hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış deyil, 18 gün qalmış vermiş, hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elanı ümumiyyətlə, verməmişdir. Bunlardan başqa, hərracın təşkilatçısı Cavabdeh2 MMC təkrar açıq hərracın keçirilməsini 09 mart 2018-ci il tarixə təyin etmiş, bununla bağlı bir dəfə yəni, 08 fevral 2018-ci il tarixdə “Kaspi” qəzetində elan dərc etdirmiş, təkrar açıq hərracın keçirilməsinə dair bildiriş isə İddiaçı 19.02.2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. Bu halda da hərracın təşkilatçısı Cavabdeh2 MMC təkrar açıq hərracın keçirilməs inə dair bildirişi iddiaçıya hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış deyil, 17 gün qalmış vermiş, təkrar hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elanı ümumiyyətlə, verməmişdir. İddiaçının fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 MMC tərəfindən 29 yanvar 2018-ci il tarixdə ilk açıq hərrac və 09 mart 2018-ci il tarixdə təkrar açıq hərrac keçirilmiş, lakin, ipoteka predmeti satılmamış və bununla da təkrar hərrac baş tutmamışdır. Bundan 30 təqvim günü ərzində yəni, 09 aprel 2018-ci il tarixədək ipoteka saxlayan üçüncü şəxs «xxxxxxxxxxx» QSC-in həmin ipoteka predmetini əldə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə vəziyyətdə məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə uyğun olaraq 09 aprel 2018-ci il tarixd ən sonra ipotekaya xitam verilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının nə birinci hərracın, nə də onun ikinci mərhələsi ilə bağlı mülkiyyətçi olaraq ona vaxtında məlumat verilməməsi, hərracın baş tutmamasına dair elanın vaxtında verilməməsi, ikinci dəfə ümumiyyətlə verilməməsi, ipoteka predmetinin əldə edilməsi ilə bağlı ipoteka saxlayanın mövqeyi ilə bağlı sübutların təqdim edilməməsinə dair dəlilləri, cavabdeh və 3cü şəxsin həmin iddia dəlillərinə etirazın əsası kimi istinad etdiyi hallar üzrə tam araşdırma aparmamış, hərraca hazırlıq, onun keçirilməsi və sonrakı prosedur hərəkətlərə tam və hərtərəfli hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tələbində hərracın keçirilməsi zamanı hər iki mərhələdə bildirişlərin ipoteka qoyana verilmə si ilə bağlı müddətlərin gözlənilməsində qanunsuzluğa yol verilməsini mübahisələndirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, bildirişlərin göndərilməsi və ya vaxtında göndərilməsi, mətbu orqanında hərrac hərəkətlərinin tamamı haqqında elanların verilməsi, bildirişlərin iddiaçı tərəfindən müəyyən olunmuş müddətlər daxilində alınması təsdiq olunduğu halda bunların iş materialları ilə sübut olunmaması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi anlaşılan deyildir. Bu nəticəyə gələrkən birinci apelyasiya baxışı zamanı təqdim olunmuş hərracın keçirilməsi ilə bağlı sənədlər tədqiq oluna bilərdi. Həmin sənədlərin tədqiq olunması zamanı isə məhkəməyə aydın olardı ki, Cavabdeh2 MMC birinci açıq hərracın keçirilməsini 29.01.20 18-ci il tarixə təyin etmiş və 29.12.2017-ci il tarixdə «Kaspi» qəzetində elan dərc etdirmişdir. 29.01.2018-ci il tarixə təyin edilmiş açıq hərracın keçirilməsi barədə bildiriş iddiaçıya 10.01.2018-ci il tarixdə imza etdirilməklə təqdim edilmişdir. 29.01.2018-ci il tarixə təyin edilmiş birinci açıq hərracın keçirilməsi ilə bağlı ikinci elan 13-15 yanvar 2018-ci il tarixdə «Kaspi» qəzetində dərc edilmişdir. 29.01.2018-ci il tarixə təyin edilmiş hərrac baş tutmamış və 07.02.2018-ci ildə «Kaspi» qəzetində hərracın baş tutmaması barədə elan dərc edilmişdir. Bundan sonra təkrar açıq hərracın keçirilməsi 09.03.2018-ci il tarixə təyin edilmiş, 08.02.2018-ci il tarixdə «Kaspi» qəzetində elan dərc edilmiş, bldiriş isə 08.02.2018-ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçı imza etməklə bildirişi 19.02.2018-ci ildə almışdır. 09.03.2018-ci il tarixə təyin olunmuş təkrar açıq hərracın keçirilməsi ilə bağlı ikinci elan 04 fevral 2018-ci il tarixdə «Kaspi» qəzetində dərc etdirmişdir. 16.03.2018-ci ildə «Kaspi» qəzetində təkrar hərracın baş tutmaması barədə elan dərc olunmuşdur. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Göründüyü kimi apelyasiya məhkəməsinin pozuntu kimi qəbul etdiyi və hərracın nəticələrinin etibars ızılığı üçün əsası kimi müəyyən etdiyi hallar işdə olan sübutlarla təkzib olunur. Belə olan halda isə apelyasiya məhkəməsinin gəldiyi nəticəsi üzrə formal mülahizələrə əsaslanmış olması aydın olur. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarından olan mövqeyinə görə bu maddənin (Mülki məcəllənin 415.2) məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Həmin qərarda Konstitusiya məhkməsinin digər mövqeyinə görə insan hüquq və azadlıqlarının qorunması və müdafiəs i prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. … MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qi ymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Apelyasiya məhkəməsinin digər mövqeyi isə təkrar hərracın baş tutmamasından sonra bununla bağlı elanın verilməməsi və ipoteka saxlayanın ipotekanı qəbul etməsi ilə bağlı 09.04.2018-ci il tarixədək ipotekanın əldə edilməsinə dair sübutun təqdim edilməməsi ilə bağlıdır. Artıq işin müəyyən edilmiş halı ilə aydın olduğu kimi təkrar hərracın baş tutmamasına dair elan 16.03.2018-ci ildə verilmişdir. İpoteka saxlayan isə məhz həmin elanın elan olduğu tarixdən 30 gün müddətində ipoteka predmetini əldə e tmək imkanı olmuş və o, ipoteka predmetini təklif olunmuş qiymətlə 13 aprel 2018-ci il tarixdə daha dəqiq ifadə olunsa, əldə etmə müddətinin son günündən 3 gün əvvəl qəbul etmişdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Göründüyü kimi ipoteka saxlayan qanunvericiliyin müəyyən etdiyi müddətdə ipotekanın əldə etdiyindən ipotekaya xitam verilməsi üçün əsasların olmamasını apelyasiya instansiya məhkəməsi nəzərə almamışdır. Apelyasiya məhkəməsinin mövqeyinə görə 13 aprel 2018-ci il tarixdə üçüncü hərrac keçirilmişdir. Lakin məhkəmə müvafiq olaraq həmin dəlili «İpoteka Haqqında» Qanunun 43.7-ci maddəsinin tələbləri baxımından araşdırmamışdır ki, bu müvafiq olaraq əldə etmənin rəsmləşdirilməsidir və ya növbəti hərracdır. Lakin nəzərə alınmalıdır ki, əldə etmənin hərrac olması qəbul edilərsə, bu zamanı əvvəlki hərraclardakı olan qaydada müvafiq prosedurların aparılması zəruri olardı. Lakin Hərracın yekunları haqqında 13 aprel 2018-ci il tarixli yekun protokolundan görünür ki, tərəflər həmin müqaviləni bağlayarkən məhz İpoteka haqqında Qanunun 43.7-ci maddəsinə istinad etmişlər. Bu norma ilə isə növbəti hərracın qaydaları deyil, müvafiq ipoteka saxlayanın əldə etmə imkanını tənzimləyir. Həmin normanın tələbinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəl i sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına apelyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işdə olan digər sübutlarla uzlaşmayan və qanunvericiliyin tələblərinə cavab verməyən iddiaçı tərəfin izahatlarına və təqdim etdiyi sənədlərə istinad edərək iddia tələbini təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəzi yyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasi ya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respu blikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli, araşdırılmış hallar əsasında cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasının faktının olub-olmamasına hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 MMC-nin və vəkili x3 şikayəti qismən, 3-cü şəxs «xxxxxxxxxx» QSC və vəkili x1 şikayəti təmin edilsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli 2(107)-367/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar