Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3487/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2 oğluna və Cavabdeh3 qarşı “əmlakın geri qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: əmlakın geri qaytarılması və ya dəyərinin ödənilməsi, etibarnamə üzrə təmsilçinin məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1 Elfan oğlunun, Cavabdeh1 və Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(103)-6558/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Nəqliyyat vasitələrinə sərəncam vermək haqqında ƏN-Vİ №808693 nömrəli 25.05.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 “Toyota Prius” minik markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilinə sərəncam verilməsi üçün 25.05.2020-ci ilədək etibarnamə vermişdir. 04.06.2019-cu il tarixli İddiaçı ünvan ünvanlanmış ərizəsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 verdiyi etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin 18.11.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 09.03.2020-ci il tarixli 01622976/220 saylı məktubundan və ona əlavə edilmiş kompüter çıxarışına əsasən “Toyota Prius” minik markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil 21.02.2019-cu il tarixli şəhadətnaməyə əsasən İddiaçı adına qeydə alınmış və qeydiyyat üçün səbəb gömrük vəsiqəsi olmuş, Cavabdeh1 25.05.2019-cu ildən 25.05.2020-ci ilədək qüvvədə olan etibarnamə verilmiş, X4 28.05.2019-cu il tarixdən 25.05.2020-ci il tarixədək qüvvə də olan etibarnamə verilmiş, 29.05.2019-cu il tarixli alğısatqı müqaviləsinə əsasən İddiaçı adından qeydiyyatdan çıxmış, daha sonra alğı-satqı müqaviləsi əsasında 29.05.2019-cu ildə X2 adına şəhadətnamə verilmiş, daha bir şəxsə iki etibarnamə verilmiş, 04.07.2019-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında X3 adına qeydiyyata alınmış, sonuncu 29.07.2019-cu il tarixdə alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh3 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və etibarnamə əsasında aldadılaraq mənimsənilmiş və hazırda da adına qeydiyyatda olan ** SE *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı “Toyota Prius” avtomobilinin cavabdehlərdən alınaraq ona geri qaytarılması, həmin avtomobilin olmadığı halda dəyəri olan 13500 manat məbləğində pul vəsaitinin kompensasiya şəklində, mənəvi zərərə görə isə cavabdehlərdən müştərək qaydada 10000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20.02.2019-cu ildə Gürcüstan Respublikasından şəxsi istifadə üçün 2008-ci il buraxılışlı “Toyota Prius” markalı avtomobil gətirmiş, avtomobili bir neçə ay idarə etdikdən sonra onu satmaq qərarına gəlmiş və “Turbo.az” elan saytına avtomobil haqqında məlumatları yerləşdirmişdir. Bir müddət sonra həmin elan vasitəsi ilə ona Cavabdeh2 adlı bir şəxs zəng edərək avtomobili haqda maraqlanmış, həmin şəxs ona Babək prospektində avtosalonu olduğunu və maşınını həmin salona gətirib danışıq aparmalarını xahiş etmişdir. Avtomobilini salona apardıqdan sonra salonda ona zəng edən Cavabdeh2 və digər bir Elxan adlı şəxs avtomobilə baxış keçirtmişlər. Baxışdan sonra hər ikisi də ona bildirmişlər ki, onların bu maşına real alıcısı var və avtomobil iki-üç gün avtosalonda qalsın, satılandan sonra gəlib salondan avtomobilin pulunu apara bilər. Qiymətini 13500 manata razılaşmışlar. Razılaşmaya əsasən, o, ikiüç gün sonra gəlib avtomobili alan adamla alğı-satqıya getməli olmuş, lakin bir gün sonra Elxan ona zəng edərək, ona məxsus olan avtomobilini onun həyat yoldaşı Cavabdeh1 ad günü olması ilə əlaqədar öz həyat yoldaşına hədiyyə etmək istədiyini bildirmiş və onunla avtomobili xanımının hazırda idarə etdiyi “Hummer” markalı avtomobil ilə barter e də biləcəklərini də bildirmiş, o, razılaşmayaraq ona pul lazım olduğunu və başqa maşınla barter edə bilməyəcəyini bildirmişdir. Bir gün sonra Elxan ona zəng edərək yoldaşının ad günü olduğunu və ona məxsus olan avtomobilə görə yoldaşına sürmək üçün etibarnamə verməyi xahiş etmiş, o isə inanıb, razılığa gəlib və onlarla birlikdə Bakı şəhəri 6 saylı Notariat kontoruna getmişdir. Razılaşmaya əsasən o, Gülçöhrəyə 10 günlük sürmək üçün etibarnamə verməli idi, sonra ona ödəniləcək 13500 manat veriləndən sonra avtomobilə görə alğı-satqıya getməli idilər. O, verdiyi sözlərin hamısına əməl etmiş, etibarnamə veriləndən bir neçə gün sonra, yəni 03.06.2019-cu il tarixində o, Elxana zəng edərək vaxtın bitdiyini və avtomobilin pulunun verilməsini istəmişdir. Lakin Elxan hazırda rayonda yas yerində olduğ unu, Bakıya sabah gəlib onunla pul haqq-hesabını bitirəcəyini bildirmişdir. Səhəri gün, yəni iyun ayının 4-ü o, Babək prospektində yerləşən avto salona getmişdir. Avto salonda şikayətçi olduğu Elxan adlı şəxslərin heç biri olmamış, ona Nürəddin adlı bir şəxs yaxınlaşaraq nə istədiyini soruşmuşdur. O, həmin şəxsə bu salonu işlədən Elxan adlı adamı axtardığını və onun bu salona bir neçə gün bundan qabaq maşın qoyduğunu bildirdikdə, Nürəddin ona bildirmişdir ki, bu avtosalonun yiyəsi odur, Cavabdeh2 onun salonuna satış üçün bir neçə avtomobil qoymuşdur və o, bir neçə gün bundan qabaq cavabdehə avtomobillərini də götürüb onun avtosalonundan çıxıb getmələrini bildirmişdir, Elxanın onun salonu ilə bağlı heç bir şərikliyi yoxdur. Bütün bunlardan sonra o, dələduzlara rast gəldiyini anlayıb, həmi n an DİN 102 xidmətinə zəng edərək bütün bu olanlar haqda polisə xəbər etmişdir. O, 6 saylı Notariusa gedib avtomobilinə görə verdiyi etibarnaməni ləğv etdirmişdir. Həmin etibarnamənin Notariusdan sürətini əldə edəndən sonra o, etibarnaməni 10 günlük yox, 1 illik verdiyinin şahidi olmuş, hətta həmin etibarnaməni sürmək üçün yox, verdiyi şəxs onun adından avtomobilə aid hər bir əməliyyatı etmək hüququna malik olduğunu görmüşdür. Avtomobilinin dələduzlar tərəfindən mənimsənilməsindən artıq 5 ay keçməsinə baxmayaraq, hələ də o, nə avtomobilini, nə də pulunu ala bilməmişdir. Həmin şikayətləri üzrə Bakı şəhəri Xətai rayon Pİ-nin 37-ci PŞ-də heç bir araşdırma aparılmadan, izahatlar alınmadan 18.11.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verilmişdir. Məhkəmənin 03.03.2020-ci il tarixli iclasında Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmuşdur. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, Cavabdeh2 və Elxan Babayev birlikdə avtosalon işlədirdilər. Cavabdeh2 ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsi özündə deyil, avtomobili adına keçirə bilməyəcəkdir. Buna görə də, avtomobilə dair ona etibarnamə verilmişdir. O, avtomobildən istifadə etməmiş, hətta avtomobilin kimdə olduğunu belə bilməmişdir. Maşını bir dəfə etibarnamə alanda görmüşdür. İddiaçı pul veriləcəyi söhbətindən də onun xəbəri yox idi. Göstərdiklərinə əsasən, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Lalə Rəhimli) 03 iyun 2020-ci il tarixli 2(011)1292/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İş m aterialları ilə müəyyən edilmişdir ki, mübahisə edilən, “Toyota Prius” minik markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair müxtəlif şəxslərə, həmçinin Cavabdeh1 29.05.2019-cu il tarixdə etibarnamə verilmiş, həmin etibarnamə 04.06.2019-cu il tarixdə ləğv olunsa da, lakin avtomobil etibarnamə qüvvədə olduğu vaxtda, yəni ilkin olaraq 29.05.2019-ci il tarixdən olmaqla, müxtəlif vaxtlarda alğı-satqı müqavilələri əsasında digər şəxslərə, sonuncu dəfə isə Cavabdeh3 satılmışdır. Həmin alğı-satqı müqavilələri etibarsız hesab olunmamışdır və hazırda qüvvədədirlər. Bu hal isə mübahisəli avtomobillərin cavabdehlərin qanuni sahibliyində olduğuna əsas verir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının tələb etdiyi əmlak ona əvvəllər məxsus olsa da, etibarnamə ilə cavabdehlərin qanuni ist ifadəsində və sahibliyində olmuşdur. Məhkəmə iddianın “avtomobil olmadıqda onun dəyəri olan 13500 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” barədə hissəsini araşdıraraq hesab etmişdir ki, mübahisəli avtomobilin cavabdehlərin qeyri-qanuni sahibliyində olması müəyyən olunmadığından, həmçinin iddiaçının qeyd edilən tələbini əsaslandıran hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və ümumiyyətlə iddiaçı ilə cavabdehlər arasında avtomobilin 13500 manata alğısatqı edilməsi barədə hər hansı müqavilələri və ya razılaşmalarının olması məhkəmə araşdırılması zamanı təsdiq olunmadığından, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin “10000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə hüquqi q iymət verərək, hesab etmişdir ki, həmin hissədə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, şəxsin mənəvi cəhətdən ziyana uğraması halı bir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onun digər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasında araşdırılan sübutlarla, tərəflərin verdikləri izahatlarla və mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə qətnaməsini Azərbay can Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 362.1-ci maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(011)-1292/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə tam, obyektiv və hərtərəfli olmadığından ləğv edilməlidir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) 31 avqust 2020-ci il tarixli 2(103)-6558/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1292/2020 saylı i ş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 avtomobilin dəyəri olan 13500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi hissəsində təmin edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı avtomobilini satmaq niyyətində olmuş, Cavabdeh2 ilə bu barədə razılığa gəlmişlər, bu məqsədlə mübahisə edilən “Toyota Prius” minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 25.05.2019-cu il tarixdə etibarnamə vermiş, daha sonra cavabdehlərin onu aldatdığını anladıqda həmin etibarnaməni 04.06.2019-cu il tarixdə ləğv etmişdir. Cavabdeh1 ona etibarnamə verilən tarixdən dərhal sonra 28.05.2019-cu il tarixdə başqa şəxsə etibarnamə vermiş, həmin şəxs də növbəti gün 29.05.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında avtomobili başq a şəxsə satmışdır. Bundan sonra avtomobilə dair qısa müddətlər daxilində bir neçə dəfə müxtəlif şəxslərə etibarnamə verilmiş, müxtəlif vaxtlarda alğı-satqı müqavilələri əsasında digər şəxslərə, sonuncu dəfə isə Cavabdeh3 satılmışdır. Kollegiya hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 aid hissədə əsaslı hesab edilməklə təmin edilməli və avtomobilin dəyəri olan 13500 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbini yönəltdiyi həmin Cavabdeh2 onun iddia ərizəsinə əlavə etdiyi qeydiyyat ünvanı barəsində DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilmiş arayışda göstərilən şəxs deyildir, belə ki, apellyasiya baxışı zamanı Elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarında göstərilən şəxsin fotoşəklinə bax ış keçirilmiş və iddiaçı həmin şəxsin avtomobilini satmaq barədə razılığa gəldiyi şəxs olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının əslində avtomobilini satmaq barədə razılığa gəldiyini qeyd etdiyi Cavabdeh2 barəsində verdiyi şəxsiyyət vəsiqəsi məlumatları başqa şəxsə aiddir, həmin şəxs isə hazırda müəyyən edilməmişdir, iddiaçının tələbi ona aid hissədə təmin edilməməlidir. Digər Cavabdeh1 birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, Cavabdeh2 və Elxan Babayev birlikdə avtosalon işlədirdilər, Cavabdeh2 ona şəxsiyyət vəsiqəsi özündə olmadığını və ona görə də avtomobili adına keçirə bilməyəcəyini demiş, bu səbəblə də onun şəxsiyyət vəsiqəsindən istifadə edərək avtomobilə dair ona etibarnamə verilmişdir. O, avtomobildən istifadə etməmiş, hətta avtomobilin kimdə olduğunu b elə bilmir. Avtomobili yalnız etibarnamə verilərkən görmüş, iddiaçıya pul veriləcəyi söhbətindən də onun xəbəri olmamışdır. 2016-cı ilə qədər Cavabdeh2 ilə rəsmi nikaha girməsə də, birlikdə yaşamış, sonradan sonuncunun bu tip hərəkətlərini və pul mənimsədiyini görüb ondan ayrılmışdır. Notariusda verilən etibarnaməni oxumamış, Cavabdeh2 imzala demiş, o da imzalamışdır. Cavabdeh1 izahatından görünən odur ki, Cavabdeh2 adlı şəxs başqalarını aldadaraq pullarını mənimsəmişdir. Aydın olur ki, iddiaçı aldadılmış, Cavabdeh1 adına etibarnamə vermiş və sonradan avtomobilinə dair başqa şəxsə etibarnamələr verilmiş, avtomobilin alqı-satqısı həyata keçirilmiş, dəyəri ödənilməmiş, bununla da iddiaçının avtomobili onun iradəsi ziddinə mülkiyyətindən çıxmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbayca n Respublikası Mülki Məcəlləsinin 362.1, 364.1, 364.2, 359.3-cü maddələrinə əsaslanaraq qeyd etmişdir ki, Cavabdeh1 ona etibarnamə vermiş iddiaçının maraqlarına zidd olaraq özünün, habelə onunla birgə hərəkət edən digər şəxsin (şəxslərin) maraqları daxilində hərəkət etmişdir. Belə ki, Cavabdeh1 iddiaçıya heç bir məlumat vermədən etibarnamə aldıqdan cəmi 3 gün sonra Elçin Məmmədov adlı şəxsə etibarnamə verməklə sonuncu tərəfindən avtomobilin dərhal özgəninkiləşdirilməsinə şərait yaratmışdır. G.X6 etibarnamə verərkən bu barədə, eləcə də sonuncunun şəxsiyyəti barəsində iddiaçını məlumatlandırmamışdır, buna görə də iddiaçıya vurulmuş zərərin ödənilməsi üçün məhz o, məsuliyyət daşımalıdır. Etibarnamənin formal olaraq onun adına alınması barədə Cavabdeh1 izahatını isə məhkəmə inandırıcı hesab et məmiş, Cavabdeh1 həmin əməliyyatın aktiv iştirakçısı olmaqla hüquqi baxımdan iddiaçı ilə mülki-hüquq münasibətlərində olması qənaətinə gəlmişdir. Kollegiya qeyd etmişdir ki, avtomobil hazırda vicdanlı alıcı olan Cavabdeh3 mülkiyyətindədir, iddiaçının tələbi avtomobilin geri qaytarılması hissəsində əsassızdır, iddia tələbi qismən təmin edilməklə Cavabdeh1 avtomobilin dəyəri olan 13500 manat tutularaq iddiaçıya ödənilməlidir. İddianın mənəvi zərər hissəsinə dair kollegiya hesab etmişdir ki, məhkəmə həmin iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6558/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmi şdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı özü maşın alverçisidir. Dəfələrlə notariat kontorlarında əməliyyatlar etmişdir. Onun adından notariat kontorunda hansı etibarnamənin verilməsini bilməməsi inandırıcı deyil və bu həqiqəti əks etdirmir. Birinci instansiya məhkəməsində də qeyd edilmişdir ki, etibarnamə maşının mülkiyyətçisi tərəfindən verilir, notarius ona bütün hüquqlarını izah və elan edir və həmin şəxs bundan sonra sənədlərə imza edir. Maşın alqı-satqısı ilə məşğul olan bir şəxsin yəni İddiaçı bunu bilməməsi inandırıcı deyildir. Apellyasiya məhkəməsi bütün bu halları nəzərə almadan, araşdırmadan iddiaçının mövqeyindən çıxış edərək, onun m üdafiəsinə qalxaraq qərəzli qərar qəbul etmişdir. İddiaçı guya Elxan Babayevi əvvəllər tanımadığını, onunla heç bir iş birliyi görmədiyini bildirərək, etibarnamə əsasında “Toyota Prius” markalı **-SM-*** qeydiyyat nömrəli maşını bütün səlahiyyətlərlə verdiyini, guya onların əlbir olaraq həmin avtomaşını mənimsədiklərini bildirmişdir. Bu həqiqəti əks etdirmir. Necə ola bilər ki, tanımadan kimə isə dəyəri 13500 manat olan avtomobili etibarnamə ilə verəsən. Apellyasiya məhkəməsi qərar qəbul edərkən əlavə cavabdehlər kimi X5 və Cavabdeh2 göstərmişdir. Ancaq sonradan guya əməliyyatlarda Cavabdeh2 iştirak etmişdir. Məhkəmə nədənsə onunda DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş arayışda göstərilən şəxs olmadığını bildirmişdir. İddiaçı iddia tələbində ikinci cavabdeh kimi Cavabdeh2 göstərməsinin məqsədi X5 gizlədərək onu məsuliyyətdən uzaqlaşdırmaq, məhkəmələrin fikrini yayındırmaq, başqa səmtə yönəltmək olmuşdur. Bu özü bir daha həmin şəxslərin əlbir olduqlarını, bütün oyunların ona qarşı qurulduğunu, əsas məqsədin ondan qeyd olunmuş məbləği tələb etməklə, ona qarşı etdiyi əvvəlki dələduzluqlarını ört basdır etmək olmuşdur. Ancaq təəssüflər olsun ki, apellyasiya məhkəməsində bunlar araşdırılmamış, əksinə birinci instansiya məhkəməsində ki ifadələri təhrif olunaraq ziddiyyətli və qərəzli qətnamə çıxarılmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilm əsini xahiş etdilər. İddiaçı və vəkili Vəkil1 Elfan oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətlər i üçün olduğu kimi məsuliyyət qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən yalnız Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuniliyi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 359, 363 və 364-cü maddələrinin təhlili onu göstərir ki, təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıyır və bu hərəkətləri şəxsən özü etməlidir. Təmsilçi özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətindədir. Bununla belə, etibarnamə ilə buna icazə verildikdə (hazırki işdə olduğu kimi) həmin hərəkətlərin icrasını təmsilçi başqa şəxsə də etibar edə bilər. Lakin o, bu barədə, eləcə də səlahiyyətləri verdiyi şəxs barəsi ndə təmsil etdiyi şəxsə lazımi məlumat verməlidir. Təmsilçi bu vəzifəni icra etmədikdə, səlahiyyətləri ötürdüyü şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Cavabdeh1 ona etibarnamə vermiş iddiaçının maraqlarına zidd olaraq özünün, habelə onunla birgə hərəkət edən digər şəxsin (şəxslərin) maraqları daxilində hərəkət etmişdir. Belə ki, Cavabdeh1 iddiaçıya heç bir məlumat vermədən etibarnamə aldıqdan cəmi 3 gün sonra Elçin Məmmədov adlı şəxsə etibarnamə verməklə sonuncu tərəfindən avtomobilin dərhal özgəninkiləşdirilməsinə şərait yaratmışdır. G.X6 etibarnamə verərkən bu barədə, eləcə də sonuncunun şəxsiyyəti barəsində iddiaçını məlumatlandırmamışdır, buna görə də iddiaçı ya vurulmuş zərərin ödənilməsi üçün məhz o, məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiy a instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6558/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.