Məhkəmə qərarları › İş №2(102)-3489/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3489/2021

21.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3489/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, notariusun icra qeydi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-218/2021 nömrəli iş üzrə 02 fevral 2 021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) ilə X4 arasında bağlanmış 23 iyul 2015-ci il tarixli, RF/53523/52/13 nömrəli kredit sazişinə əsasən, Bank tərəfindən sonuncuya 60 ay müddətinə illik 25 faiz şərti ilə 12829 ABŞ dolları kredit verilmişdir. Müqaviləyə əsasən zaminlər İddiaçı (bundan sonra – iddiaçı) və X5 borcalanın Bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Şəki Rayon Məhkəməsinin 2(075)-2664/2017 nömrəli iş üzrə 29 mart 2017-ci il tar ixli əmri ilə 20.06.1948-ci il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində andan olmuş, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayan X2 12729.45 ABŞ dolları məbləğində əsas kredit borcu, 4808.71 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17538.16 ABŞ dolları borcun məhkəmə əmrinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat məbləğində dövlət rüsumunun alınıb Bankın xeyrinə verilməsi əmr edilmişdir. X4 03.03.2017-ci il tarixdə Şəki şəhərində ölmüşdür. Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisi (bundan sonra – Notariat Ofisi) tərəfindən kredit müqaviləsi üzrə iddiaçıdan 17538,16 ABŞ dolları pulun tutulması barədə 06.07.2020-ci il tarixli, 8İ-7470 reyestr nömrəli icra qeydi aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlər Notariat Ofisinə və Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Notariat Ofisi tərəfindən aparılmış 06 iyul 2020-ci il tarixli, 8İ-7470 № reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, X4 tərəfindən kredit sazişi bağlanıldığı gündən – 23.07.2015-ci il tarixdən 03.03.2017-ci il tarixədək (öldüyü günədək), eləcə də ondan sonrakı dövrlərdə, 3 ildən artıq müddətdə kredit borcu üzrə öhdəlik ümumiyyətlə yerinə yetirilməmiş, Bank tərəfindən isə bu müddət ərzində iddia tələbi verilməmişdir. Borclunun vəfat etməsinə baxmayaraq, Bank tərəfindən bu vaxtadək heç bir hərəkət edilməmiş, Bank girov predmeti və vərəsələrlə maraqlanmamışdır. X6 vərəsələri - oğlu Vahid İsmayılov (arvadı, oğlu və qı zı), ölənin borcları onlara məlum olduğundan mirasın açılması barədə miras qoyanın kreditoruna (Banka) məlumat verməyə borclu olduqları üçün, sonuncunun deməsinə görə ölüm haqqında şəhadətnaməni şəxsən özü "xxxx" ASC-yə və İcra Şöbəsinə təqdim etmişdir. Bank iddia müddətini ötürmüşdür. Belə ki, borclu öldüyü günədək və ondan sonra da onun vərəsələri vaxtaşırı icra edilməli öhdəlikləri yerinə yetirməmişlər, bununla da 3 il müddət (23.07.2015-ci ildən hesablanmaqla 4 il 11 ay 15 gün) bitmiş, icra qeydinin aparılması, eləcə də iddia tələbi üzrə müddət keçmişdir. Bundan əlavə, notarius borcun ödənilməsi barədə zaminlərə yazılı bildiriş göndərməmiş, borclu hesab edilən zaminlərin hüquqlarını pozmaqla yalnız tələbkarın mövqeyindən çıxış etmiş, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan artıq məhkəmə əmri olduğu halda eyni kredit sazişi üzrə əsassız icra qeydi aparmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddia tələbi hazırkı vəziyyətdə icraata qəbul edilib baxıla bilməz. Belə ki, qanunvericilikdə "icra qeydinin ləğvi" deyilən anlayış yoxdur. İcra qeydinin hüquqi statusu "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Notariat haqqında” Qanun) 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi, icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən "icra qeydinin ləğvi” mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu kimi hallarda icra qeydi mübahisələndirilə bilər. İndiki halda isə iddiaçı sadəcə Banka qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. Borclu hesab edə bilər ki, onunla Bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməlidir, yaxud müqavilə düzgün olsa da borc artıq hesablanmışdır və sair. Göründüyü kimi, bu kimi tələblər sırf Banka qarşıdır, notariusa və ya icra qeydinə aidiyyəti yoxdur. İddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməli idi. Məhz onda onun həmin tələbi məhkəmə baxışını n predmeti ola bilərdi. Cavabdeh iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)1210/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İmanov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tələbkar icra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmiş və tələbkar belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər v ə ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın (bundan sonra-Təlimat) 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqaviləl ər üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, Notariat Ofisi borcun ödənilməsi barədə iddiaçıya (zaminə) yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalı, mübahisələndirilən icra qeydi ləğv olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın (bundan so nra-Təlimat) 161, 162, 170-1-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, icra qeydi haqda bildiriş cavabdehə 14.06.2020-ci il tarixdə çatdırılmışdır. Əslində borclu icra qeydinin özünü deyil, onun əsasında duran maddi hüquqi tələbini mübahisələndirə bilər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Yəni borclu iddia qaldırıb borcun məbləğini, kredit müqaviləsinin etibarsızlığını və sair məsələləri mübahisələndirərək, nəticədə icra qeydinin ləğvini tələb edə bilərdi. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-218/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, hazırkı kredit mübahisəsi üzrə Şəki Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2(075)-2664/2017 nömrəli məhkəmə əmri qüvvədədir. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Qanunun 7 6-cı maddəsinə, Təlimatın 161, 162, 170-2-ci bəndlərinə, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh "xxxx" ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırımışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinin dəlilləri iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassator məhkə mə əmrinin qüvvədə olması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə göstərmişdir ki, mülki və mülki-prosessual qanunvericilik birgə borclulardan biri barədə icra sənədi mövcud olduqda digəri barədə ayrıca icra sənədi çıxarılmasını qadağan etmir. Kassasiya şikayətində, həmçinin göstərilmişdir ki, məhkəmə MPM-in 88-ci maddəsini düzgün tətbiq etməmiş, icra qeydi verilməmişdən qabaq iddiaçıya (zaminə) bildiriş göndərilməsini təsdiq edən sənədi nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda iddiaçı kassasiya şikayətinin əsassız olduğunu qeyd edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının iz ahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “Notariat haqqında” Qanun Maddə

76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müv afiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üç ün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxla nılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğ un olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddə tə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması...

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti m üqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. MPM Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yal nız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə məhkəmələr tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır. Nərəzə alınmalıdır ki, notariat haqqında qanunvericilikdə borclunun icra qeydi aparılmış tə ləbi məhkəmə qaydasında mübahisələndirmək hüququnun nəzərdə tutulması maraqlı şəxs tərəfindən həmin qanunvericiliyin tələbləri pozulmaqla aparılmış icra qeydinin ləğv olunması barədə iddia qaldırmaq hüququnu istisna edən hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma, icra qeydinin verilməsi üzrə tələbkarın və notariusun üzərinə konkret vəzifələr qoyan normativ hüquqi aktların tələblərini heçə endirmiş olardı. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, o cümlədən yeni sübutların araşdırılması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-218/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar