Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-349/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin ödənilməsi tələbi, yazılı sübutun əsli) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4711/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə ma hiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Cavabdeh (bundan sonra - iddiaçı) ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh və ya QSC ) məişət əşyaları və keramika satışı şöbəsinə satıcı vəzifəsinə təyin olunması barədə 22 sentyabr 2010-cu il tarixli əmək müqaviləsi bağlanmışdır.
3. Cavabdehin 22 sentyabr 2010-cu il tarixli 49K saylı əmri ilə iddiaçı 22 sentyabr 2010-cu il tarixdən QSC-yə məişət və keramika əşyaları satışı şöbəsinə satıcı vəzifəsinə qəbul edilmişdir.
4. Cavabdeh və iddiaçı arasında bağlanmış tam maddi məsuliyyət barədə 22 sentyabr 2010-cu il tarixli müqavilənin surətinə əsasən, iddiaçı ona şirkət tərəfindən etibar olunmuş əmlakın qorunmasını təmin etmək üçün öz üzərinə tam maddi məsuliyyət götürür.
5. Cavabdeh in anbarından alınan mal-materiala görə mövcud borcun etirafı haqqında 007 saylı, 1 noyabr 2012-ci il tarixli müqavilənin surətinə əsasən, iddiaçı müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə borcverənə sərəncamında olan ümumi dəyəri 613.028.0 manat məbləğində mal-materialı geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürür.
6. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borclu” bu Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə “Borc verənə” sərəncamında olan ümumi dəyəri 613,028 manat məbləğində mal-materialı geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürür.
7. Müqavilənin 1.4-cü bəndinə əsasən Borclu ilə bağlanmış 007 saylı, 1 noyabr 2012-ci il tarixli üzləşmə aktı bu müq avilənin ayrılmaz tərkib hissəsi hesab edilir və borcun ödənilməsi üçün əsasdır.
8. Cavabdehin anbarından alınan mal-materiallara görə 1 noyabr 2012-ci il tarixli 007 saylı üzləşmə aktının surətinə əsasən, iddiaçının cavabdehə anbardan alınan mal-material görə borcu 613.028.00 manat məbləğində təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 613 028 manat əmlakın dəyərinin, 38 314 manat faiz borcunun, 30 651 manat əldən çıxmış faydanın, 31 manat dövlət rüsumu və bank xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə təl əbini belə əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində ümumi dəyəri 565 792,41 manatlıq əmlakından məhrum olmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi 1 il 3 ay gecikdirdiyi üçün gecikdirilən 613.028.0 manatın illik 6.25 faizi məbləğində pul vəsaiti, yəni 38.314.0 manat faiz məbləği ödəməyə borcludur. Eləcə də 1 il 3 ay ərzində 613.028.0 manat məbləğində şirkətə əldən çıxmış fayda qismində cavabdeh tərəfindən ziyan vurulmuşdur. İddiaçı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonraMülki Məcəllə) 21.1, 21.2, 21.3, 385.1, 386.1, 442, 439.3, 443.5, 443.6-cu maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə istinad etmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2014 saylı mülki iş üzrə 17 fevral 2014-c ü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 613 028 manat əmlakın dəyəri, 38 314 manat faiz borcu, ümumilikdə 651 342 manat pul və 30 manat dövlət rüsumu tutulmuşdur.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilədən irəli gələn öhdəliyi icra etmədiyinə görə 613.028.0 manat məbləğində əmlakın dəyəri və 38.314 manat məbləğində borca görə faiz məbləği, cəmi 651.342 manat məbləğində pulu iddiaçıya verməlidir. Lakin əldən çıxmış fayda və onun məbləği ilə bağlı məhkəməyə sübutlar təqdim olunmadığından iddia tələbi əldən çıxmış fayda hissəsində təmin olunmamalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 425.1, 425.2, 441.2, 448.2, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88, 119.1 və 217.4-cü maddələrə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh həqiqətən iddiaçı QSC-də satıcı vəzifəsində çalışıb, lakin həmin şəxs hər-hansı məbləğdə məhsulu şirkətdən götürməmiş və hər-hansı borcu olmamışdır. Satıcı vəzifəsində çalışan şəxs və müəssisə ilə maddi məsuliyyət müqaviləsi bağlamış şəxsin eyni müəssisə ilə borc müqaviləsi bağlaması absurtdur. Əgər borc müqaviləsi belə bağlanmışsa müqavilə üzrə məhsulun cavabdehə verilməsi məhkəmə tərəfindən araşdırılmamış və ümumiyyətlə bu barədə iddiaç ı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə öz qərarını təqdim olunan xx.xx.2012-ci il tarixli borc müqaviləsi və xx.xx.2012-ci il tarixli üzləşmə aktı ilə əsaslandırmışdır, halbuki, hər iki sənəd bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, xx.xx.2012ci il tarixli, 007 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, “Borclu” bu Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə “Borc verənə” sərəncamında olan ümumi dəyəri 613,028 manat məbləğində mal-materialı geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürür. xx.xx.2012-ci il tarixli, 007 nömrəli üzləşmə aktında isə xx.xx.2012-ci il tarixə maddi məsul şəxs cavabdehin iddiaçı QSC-yə anbardan alınan mal-materiallara görə borcu 613 028 manat təşkil etməsi göstərilm işdir. Müqavilədən görünür ki, iddiaçı cavabdehdən 613,028 manat məbləğində mal-material götürüb və həmin mal-materialı və ya dəyərini 1 il müddətində qaytarmağı öhdəsinə götürüb. Lakin eyni tarixli üzləşmə aktında isə cavabdeh 1 il müddətində qaytarmalı olduğu mal-material üzrə borcun eyni gündə iddiaçıya borcu olduğunu təsdiq edir. Təqdim edilən sənədlər cavabdeh tərəfindən 613,028 manat dəyərində olan malmaterialın götürülməsini və həmin mal-materiallara görə müəssisəyə borclu olduğunu əks etdirə bilməz. Həmçinin iş materiallarından aydın görünür ki, iddiaçı tərəfindən məhkəməyə müqavilələrin surəti təqdim edilib, həmin sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməmişdir. Məhkəmə tərəfindən müqavilə üzrə malmaterialların cavabdehə verilməsi aydınlaşdırılmamışd ır.
16. Məhkəmə kollegiyasının 6 iyul 2022-ci il tarixli məhkəmə iclası keçirilmiş, iddiaçının nümayəndəsi Nümayəndə2 öz izahatında bildirmişdir ki, məhkəməyə sənədlərin əsllərini təqdim etmişdirlər, sonradan sənədlərin bir qisminin əsli ərizə ilə geri götürülmüşdür.
17. Üzləşmə aktının və borcun etirafı barədə sənədin əslinin məhkəməyə təqdim edilməsi məqsədilə məhkəmə iclası 7 sentyabr 2022-ci il tarixə təxirə salınmışdır.
18. Məhkəmə kollegiyasının 7 sentyabr 2022-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, iş üzrə sübutların əslləri məhkəməyə təqdim edilmişdir, belə ki iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərkən, sənədlərin əslləri qoşma olaraq məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən o nlarda sənədlərin əslləri qalmamışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4711/22 nömrəli mülki iş üzrə 7 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.
20. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsinin qoşmasında sənədlərin surətləri qeyd etməklə istinad etdiyi sənədlərin əsllərini deyil, surətlərini məhkəməyə təqdim etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfə qeyd edilən sənədlərin əsllərinin təqdim edilməsi təklif edilsə də iddiaçının nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman sənədlərin əsilləri təqdim edilmiş, lakin sonradan digər orqanda olan mübahisə zamanı həmin sənədlərin əsilləri iş materiallarından götürülmüşdür. Bununla belə üzləşmə aktının və borcun etirafı haqqında müqavilənin təqdim edilməsi üçün məhkəmə iclası təxirə salınmışdır. Növbəti iclasda iştirak edən cavabdehin nümayəndəsi isə izahatında bildirmişdir ki, işə əlavə edilmiş sənədlər hər hansı bir orqanla olan mübahisə üçün işdən götürülməmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verilərkən, sənədlərin əsilləri qoşma olaraq məhkəməyə təqdim edilmişdir.
21. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan (i.v 56-58) iddia əriz əsinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, qeyd edilən sənədlərin əsilləri qoşmaya əlavə edilmişdir. Lakin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədən sonra hər hansı bir sənəd olmamışdır. Məhkəmə iclasının protokulundan (i.v 60) isə görünür ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi Könül Əliyeva iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Lakin bu zaman da istinad edilən sənədlərin əsllərinin təqdim edilib-edilməməsi məhkəmə iclasının protokulunda öz əksini tapmamışdır.
22. Bununla yanaşı birinci instansiya məhkəməsi qətnaməsində təqdim edilmiş sənədlərin surətlərinə istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
23. Göründüyü kimi iddiaçı tərəf cavabdehlə aralarında olan borcun etirafı haqqında müqaviləyə, eləcə də üzləşmə aktına istinad etsə də, həmin sənədlərin əslləri məhkəməyə təqdim edilməmişdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayıl ır.
26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfin iddiasının əsası kimi istinad etdiyi sənədlərin əsilləri məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilə bilməz.
27. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına lazımi qiymət verməyərək, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla iddianın qismən təmin edilməli olması qənaətinə gəlmişdir.
28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 386.1, 389.1-ci maddələrinə MPM-in 89.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi i lk öncə sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Lakin sonradan iş materiallarında olan (iş.v 56-58) və məhkəmənin dəftərxanası vasitəsilə xx.xx.2014-cü il tarixində verilmiş iddia tələbinin dəyişdirilməsinə dair verilmiş ərizənin qoşma hissəsindən göründüyü kimi, tələb olunan sənədlərin əsli məhkəməyə təqdim edilmişdir. Eyni sənədlərin təkrar məhkəmə tərəfindən tələb olunması qanunla müəyyən edilməmişdir. Bundan əlavə həmin sənədlər iddiaçıda məhkəməyə təqdim edildiyindən artıq mövcud deyil, bu səbəbdən onların təqdim edilməsi mümkün deyil. Kassasiya şikayətinin dəlili MPM-in 149-cu maddəsinə istinadla əsaslandırılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə barədə hüquqi əsaslandırmaya istinad edərək qeyd edilir ki, ilk öncə məhkəmə sənədlərin əlavə edildiy ini təsdiqləyir lakin sonradan işin hallarını təhrif etmişdir. Belə ki, ərizə dəftərxana vasitəsilə verilmişdir, belə olan halda məhkəmə iclas protokoluna sənədlərin verilibverilməməsi qeyd edilmir. Məhkəmə iclas protokoluna yalnız məhkəmə iclasında və ondan kənar aparılmış prosessual hərəkət qeyd edilməlidir. İddiaçının dəftərxana vasitəsi ilə məhkəməyə təqdim etdikləri sənədlərin məhkəmə iclas protokolunda qeyd edilməsi qanunla müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlili MPM-in 270-ci maddəsinə istinadla əsaslandırılmışdır.
32. MPM-in 90-cı maddəsi ilə sənədlərin əslinin geri qaytarılması qaydası müəyyən edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının bununla bağlı hər hansı xahişi və ya vəsatəti məhkəməyə daxil olmamış, və iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə nümayəndəni n izahatını əsas götürərək həmin sənədlərin nümayəndə tərəfindən götürüldüyü qənaətinə gəlmişdir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi, iddiaçı sənədlərin əslini məhkəməyə təqdim etmişdir, məhkəmədə olan sənədlərin saxlanılmasına iddiaçı cavabdeh deyil və onların sonradan itməsi iddiaçının məsuliyyəti deyil. Apellyasiya instansiyası məhkəməsi hazırkı qərarı ilə məhkəmə proses iştirakçılarının üzərinə əlavə vəzifə qoyur və proses iştirakçılarını məhkəmədə olan sənədlər üzərində məsuliyyət daşıdığını vurğulayır ki, bu da öz növbəsində qanunsuzdur.
33. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi, iddiaçı sənədlərin əslini məhkəməyə təqdim etmişdir, məhkəmədə olan sənədlərin saxlanılmasına iddiaçı cavabdeh deyil və onların sonradan itməsi iddiaçının məsuliyyəti deyil. Apellyasiya instansiyası məhkəməsi hazırkı qərarı ilə məhkəmə proses iştirakçılarının məhkəmədə olan sənədlər üzərində məsuliyyət daşıdığını vurğulayır ki, bu da öz növbəsində qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları ist isna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Prosessual Məcəllə:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları s übut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
42. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
43. Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı büt övlükdə yoxlanılır.
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillərə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4711/2022 nömrəli mülki iş üzrə 7 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.