Məhkəmə qərarları › İş №2(102)-3493/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3493/2021

30.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3493/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 qəyyum təyin edilməsinə dair Bakı şəhəri Cavabdeh Başçısının 140 saylı 25 aprel 2018-ci il tarixli sərəncamı ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X8 üçüncü şəxs kimi cəlb edilməklə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının 140 saylı 25 aprel 2018-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının 140 saylı, 25 aprel 2018-ci il tarixli sərəncamı ilə X8 bacısı X7 qəyyum təyin edilib. Aşağıda qeyd edəcəklərinə əsasən cavabdehin qeyd olunan 25 aprel 20 18-ci il tarixli sərəncamı etibarsız sayılmalıdır. Belə ki, sərəncamın verilməsinə əsas olaraq göstərilmişdir ki, X8 ərizə ilə İcra Hakimiyyətinə müraciət edərək 20 yanvar 1936-cı il təvəllüdlü, xalası X7 qəyyum təyin edilməsini xahiş etmişdir. Həmin ərizə ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X10 və X9 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Faktiki olaraq ünvan 2 ünvanında yaşayırlar. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X10, ünvan 4 ünvanda yerləşən binasının, X4 məxsus tam kommunal şəraitli 32 saylı mənzilində yaşaması müəyyən olunmuşdur. Bu faktın özü Cavabdeh Başçısının 140 saylı, 25 aprel 2018-ci il tarixli sərəncamın etibarsız üçün əsasdır. Bundan başqa, Azərbaycan Res publikası Mülki Məcəlləsinin 34.4-cü maddəsində bildirilir ki, Qəyyum və himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsi qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Dəfələrlə cavabdeh icra hakimiyyətinə iddiaçı tərəfindən yazılı şifahi məlumatlar verilməklə bildirilib ki, X8 qəyyumluqdan çıxarılmalıdır. Səbəb isə onun qəyyum olma istəyinin heç də bacısına həqiqi “xalaya məhəbbət”indən irəli gəlmir. Onun məqsədi, xya verilmiş mənzili əlinə keçirməkdir. O, qəyyum tə yin edildikdən sonra xnı iddiaçıya məlum olmayan yerdə gizlətdiyindən onun səhhətinə ağır zərbə vurmaqla onun vaxtsız ölümünə səbəb olub. Bu gün xnın hansı qəbirsanlıqda basdırıldığı belə məlum deyil. (Bu barədə prokurorluq orqanlarına iddiaçı tərəfindən müraciətlər edilib və araşdırılmalar aparılır) Hətta cavabdeh icra hakimiyyəti X5 xya qəyyum təyin edərkən müəyyən edib ki, o, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilib. Belə olduğu təqdirdə yəni, X8 özünün adında mülkiyyətində mənzil olduğu halda hansı səbəblə, necə xya verilmiş mənzilə daimi pasport qeydiyyatına götürülüb? Necə fəaliyyət qabiliyyəti olmayan şəxs etibarnamə verə bilər?

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şə həri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 07 sentyabr 2020-ci il tarixli, 2(006)-2168/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının 140 saylı, 25 aprel 2018-ci il tarixli sərəncamı qanuni və əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 01 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razıla şmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı və üçüncü şəxs İradə Məhiyeva məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayar aq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.

15. Maddə

34. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir.

16. Maddə 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər.

17. Maddə 38.4. Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.01.2016-cı il tarixli X saylı qətnaməsindən görünür ki, 20.01.1936-cı il tarixdə Şəki şəhərində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Məhkəmə aktında qeyd edilmişdir ki, hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Bakı Apelyasiya Məhkəməsinin 17.04.2017-ci il tarixli X saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə X7 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

25. Bakı şəhəri Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının 23.04.2018-ci il tarixli Qərarından görünür ki, Bakı şəhəri Cavabdeh Qəyyumluq və Himayəcilik Komissiyası ərizəçi X3 xalası 20.01.1936-cı il təvəllüdlü X7 qəyyum təyin edilməsini məqsədəmüvafiq hesab edilmişdir.

26. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının aparatının 14.05.2018-ci il tarixli məktubundan görünür k i, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş bacısı 20.01.1936-ci il təvəllüdlü X10 üzərində qəyyum təyin edilməsi barədə İddiaçı müraciətinə Cavabdeh “Qəyyumluq və Himayəçilik Komissiyası”nda baxılmışdır. Bildirilmişdir ki, bacısı qızı X2 rayon İcra Hakimiyyəti Başçısının 140 saylı, 25 aprel 2018-ci il tarixli sərəncamı ilə 20.01.1936-cı il təvəllüdlü X6 üzərində qəyyum təyin edilmişdir. 27. 02 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.07.2019-cu il tarixli, AZ-İİ 030002 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11.05.2019-cu il tarixdə ölmüşdür. Ölümünün səbəbi ürəyin xroniki işemik xəstəliyidir.

28. X saylı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2018-ci il t arixli qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2018-ci il tarixli X saylı qərardadından görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin X saylı iş üzrə qəbul etdiyi 31 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh işin baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti qismən təmin edilmiş, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının X saylı 03.10.2019cu il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

29. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, Bakı şəhəri Cavabdeh Başçısının 25 aprel 2018-ci il tarixli, 140 saylı sərəncam ilə X8 onun üzərində qəyyum təyin edilmişdir.

30. İş materiallarında olan 000923 saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, 90 saylı mənzil X7 ayrılmış və həmin ünvanda da qeydiyyatda olmuşdur.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

32. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar