Məhkəmə qərarları › İş №2(102)-3495/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3495/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3495/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)2613/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlunun müalicəsi üçün sərf etdiyi 3000 manat pulun və ona və ailəsinə dəyən 5000 manat mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(001)3516/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh maddi ziyana görə 827,89 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(001)-3516/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və övladının sağlamlığına dəyən 3000 manat ziyanla bağlı hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(001)-3516/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)-2613/2023 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(001)-3516/2022 nömrəli qətnaməsi ləğv edilməklə, iddia təmin edilməmişdir.

6. İddiaçı kassasiya şikayəti vermiş, həmin şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab ve rmirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

8. İddiaçının kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən kassasiya şikayətində mübahisələndirildiyi hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır.

9. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi 3000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın ödənilməsindən ibarət olmuş, birinci instansiya məhkəməsi maddi ziyanı qismən, 827,89 manat hissəsində təmin etmiş, m ənəvi ziyanı isə tam rədd etmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərkən, məhkəmənin mənəvi ziyanla bağlı mövqeyini mübahisələndirməmişdir. Apellyasiya şikayətində iddiaçı yalnız iddiasının 3000 manat maddi ziyanın ödənilməsi hissəsində tam təmin edilməsini xahiş etmişdir.

11. Beləliklə, müəyyən olunur ki, apellyasiya baxışının predmetini iddianın 3000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbi olmuş və apellyasiya məhkəməsi həmin tələbi tam rədd etmişdir.

12. Hazırda iddiaçı kassasiya şikayətinin məzmununda iddianın mənəvi ziyan hissəsində rədd olunmasının əsaslılığını mübahisələndirsə də, həmin tələbə apellyasiya qayasında baxılmadığından kassasiya baxışının predmetini təşkil edə bilməz.

13. Odur ki, iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti cəmi 3000 manat təşkil edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən ondan kassasiya şikayəti verilə bilməz.

14. Qeyd olunanlara əsasən, iddiaçının kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)-2613/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassas iya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar