Məhkəmə qərarları › İş №2(102)-3496/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3496/2021

23.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3496/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitinin bölünməsi”tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2828/2020 nömrəli iş üzrə 14 avqust 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Nəsimi rayonu icra hakimiyyəti başçısının birinci müavinin 384/13 saylı, 28.04.1992-ci il tarixli sərəncamının surətinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən Tağızadə küçəsi 44 nömrəli evin 29 nömrəli mənzilinin mənzil kirayəsi müqaviləsi vətəndaş Cavabdeh adına bağlanması, Tağızadə küçəsi 44 nömrəli evin 2 otaqdan ibarət, sahəsi 24,3 kv.m olan 29 nömrəli mənzil kirayə müqaviləçisi vətəndaş Cavabdeh hesab edilmiş və 3 nəfər ailə üzvü ilə birlikdə (özü, bacısı, anası) 23 nömrəli MİS-də şəxsi hesab vərəqəsi açılması qərara alınmışdır. Bakı şə həri Nəsimi Rayon Məhkəməsinin 14.04.2008-ci il tarixli, 2(006)-233/08 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi, Qəmzə Mikayıl qızı X1 Ağayevaya qarşı mənzilə köçürülməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, mülki işin icraatına xitam verilmiş, İddiaçı tərəfindən verilmiş razılığa əsasən Bakı şəhəri 5-ci mkr., A.Məhərrəmov küçəsi 44 sayı evin 29 saylı mənzil Cavabdeh tərəfindən özəlləşdirilməsi və satılması, satışdan əldə edilmiş vəsait onunla İddiaçı arasında bölünməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.04.2008-ci il tarixli, 2(006)-233/08 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh öhdəsinə götürmüşdür ki, Bakı şəhəri 5-ci mkr., A.Məhərrəmov küçəsi 44 sayı evin 29 saylı mənzilini özəlləşdirdikdən sonra, bazar qiymətlərinə əsasən müstəqil surətdə sataraq bölüşdürsün və öz iddia ərizəsindən imtina etsin. İddiaçı öhdəsinə götürmüşdür ki, Bakı şəhəri 5-ci mkr., A.Məhərrəmov küçəsi 44 sayı evin 29 saylı mənzilinin özəlləşdirilməsinə öz razılığını versin və özünün qarşılıqlı iddia tələblərindən imtina etsin. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı mənzilin Cavabdeh adına özəlləşdirilməsinə razılıq vermiş və 09.09.2009-cu il tarixdə mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Nəsimi rayon Məhkəməsinin 2(006)-6857/2019 nömrəli, 31.10.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məmmədov küçəsi, 44 saylı evin 29 saylı mənzilinin üzərinə qadağa qoyulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 5-ci mkr., A.Məhərrəmov küçəsi 44 sayı evin 29 saylı mənzilin açıq hərracdan satılması, əldə edilən pul vəsaitinin bərabər bölünməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmənin 14.04.2018-ci il tarixli xitam qərardadına əsasən o mənzilə köçürülmə tələbindən imtina edərək, mənzilin özəlləşdirilməsinə razılıq verməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə bunun müqabilində mənzili özəlləşdirib satmağı və əldə edilən pul vəsaitini onunla bərabər bölməyi öhdəsinə götürmüşdür. Həmin sazişə uyğun olaraq o mənzilin özəlləşdirilməsinə notariat qaydasında razılıq vermişdir. Cavabdeh mənzili özəlləşdirib adına Çıx arış aldıqdan sonra mənzili satıb, əldə ediləcək pulu, onunla bərabər bölmək öhdəliyini yerinə yetirməmişdir. Əvəzinə eyni tələblə təkrar məhkəməyə müraciət edərək, onun və övladlarının xəbəri və iştirakı olmadan qanuni mənafelərinin pozulması ilə nəticələnən məhkəmə qətnaməsinin çıxarılmasına nail olmuşdur. Hesab edir ki, cavabdeh qanundan (məhkəmə qərarı) irəli gələn, həm də aralarındakı sazişdən irəli gələn öhdəliyini yerinə yetirməmiş, və onun haqqı çatan evin yarı pulunu ona ödəməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 2(006)-6857/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, 5-ci mkr, A.Məhərrəmov küçəsi 44 saylı evin 29 saylı 2 otaqlı mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin İd diaçı ilə Cavabdeh arasında bərabər bölünməsi qət edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, tərəflər predmeti Bakı şəhəri, 5-ci mkr, A.Məhərrəmov küçəsi 44 saylı evin 29 saylı 2 otaqlı mənzilinin cavabdehin adına özəlləşdirilməsi, sonradan satılması və əldə edilmiş pul vəsaitinin aralarında bölüşdürülməsi olan barışıq sazişini bağlayıblar. İddiaçı barışıq sazişinin şərtlərinə əməl etməklə, Bakı şəhəri, 5-ci mkr, A.Məhərrəmov küçəsi 44 saylı evin 29 saylı 2 otaqlı mənzilinin cavabdehin adına özəlləşdirilməsinə razılıq vermiş, evin mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyatdan keçməsi işin mübahisələndirilməyən halıdır. Lakin Cavabdeh tərəf olduğu barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməklə iddiaçının hüququnu pozmuş və bu hərəkəti il ə İddiaçı Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etməsinə zəmin yaratmışdır. Belə ki, müvafiq barışıq sazişinə əsasən mübahisəli mənzilin cavabdehin adına özəlləşdirilməsi, sonradan həmin mənzilin satılmasını, əldə olunacaq pulun tərəflərin arasında bölüşdürülməsi şərtləndirirdi. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, cavabdehə aid öhdəliyin mənzili satıb, əldə edilən pulun bölüşdürülməsindən ibarət olduğundan payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğunun yoxlanmasına zərurət yoxdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 396, 404.1, 404.2, 425, 442-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Ra yon Məhkəməsinin 2(006)5867/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Tanrıverdiyev - sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov) 14.08.2020-ci il tarixli, 2(103)-2828/2020 nömrəli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6857/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi 52.3, 52.4, 52.5, 261.0.2-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, tərəf lər arasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.04.2008-ci il tarixli, 2(006)233/08 saylı qərardadına əsasən mübahisəli mənzilə dair barışıq sazişi təsdiq edildiyindən hazırki iddia tələbinə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının qəbul edilməsi mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərinə zidd olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərardadına əsasən təsdiq edilmiş barışıq sazişi mövcud olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və MPM-nin 261.0.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. İddiaçı kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2020-ci il tarixli qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla yanaşı, həm də tərəflər arasındakı mübahisəni ədalətlə həll etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə aydın deyil. Məhkəmə cavabdeh tərəfindən iddiaçının pozulmuş hüququnun həyata keçirilməsi qaydasını qərardadda izah etməmişdir. Əgər məhkəmə kollegiyası hesab edirsə ki, iddiaçı barışıq sazişinin icrasını tələb etməlidir, o halda nəzərə almaq lazımdır ki, iddiaçının hazırkı tələb predmet və əsasa görə fərqlidir, həm də barışıq sazişi üzrə icra vərəqəsi verilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həllində gəldiyi nəticəni və tətbiq etdiyi normaları işin halları ilə əlaqələndirə və əsaslandıra bilməmişdir. Eyni zamanda özünün müəyyən etdiyi hallar və işdəki sübutlar üzrə səhv nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 191.2. Hakim iddiaçının i ddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.5 apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə İddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad etməklə iş üzrə icraata xitam verməklə mülki prossessual qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddəyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qəra rdadı olarsa hakim iş üzrə icraata xitam verir. Lakin işdən görünür ki, eyni tərəflər arasındakı mübahisə eyni predmet və eyni əsaslar üzrə olmamışdır. İş üzrə barışıq sazişinin təsdiq edilməsi ilə yekunlaşan iddianın predmetini İddiaçı mübahisə predmeti olan mənzilə istifadə hüququnun itirilməsi və İddiaçı həmin mənzilə köçürülməsi barədə tələblər təşkil etmişdir. Hazırki iş üzrə iddianın predmetini isə məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişinin şərtlərinin icra edilməsi, mübahisə predmeti olan mənzilin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitinin bölünməsi təşkil edir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı mənzilin Cavabdeh adına özəlləşdirilməsinə razılıq vermiş və 09.09.2009-cu il tarixdə mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrind ə qeydə alınmışdır. Lakin cavabdeh keçən 12 il müddət ərzində barışıq sazişinin şərtini icra etməyərək, mənzilin könüllü satışını həyata keçirərək, dəyərinin bölüşdürməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, məhkəmə qaydasında təsdiq edilmiş barışıq sazişinin şərtlərinin icra edilməsi üçün ayrıca məhkəmə qətnaməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən tərəflərin barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verildikdə, məhkəmənin bu barədə qərardadında barışıq sazişinin şərtləri göstərilməlidir. Bu isə o deməkdir ki, məhkəmə qərardadı ilə təsdiq edilən barışıq sazişi tərəf lər üçün öhdəliklər yaradır və tərəflər, yaxud onlardan biri barışıq sazişinin şərtlərini yerinə yetirmək istəmədikdə məhkəmə barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam edilməsi haqqında qəbul etdiyi qərardad əsasında icra vərəqəsi verir. İddiaçı kassasiya şikayətində bu qərardad üzrə icra vərəqəsinin verilməsinin qanunvericilikdə nəzərdə tutulmamasını qeyd etsə də, formalaşmış məhkəmə təcrübəsinə əsasən barışıq sazişinin şərti könüllü icra edilmədiyi halda, barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam edilməsi haqqında qərardad əsasında icra vərəqəsi verilir. Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə icraata iş məhkəmədə baxılmalı olmadığına görə xitam verilməl idir. Belə olan halda, məhkəmə kollegiyası izah edir ki, iddiaçı həmin barışıq sazişinin şərtinin icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.04.2008-ci il tarixli, 2(006)-233/08 saylı qərardadı üzrə icra vərəqəsi verilməsini tələb edə və ya barışıq sazişi şərtinin pozulması nəticəsində ona vurulmuş ziyanın ödənilməsi barədə cavabdehə qarşı müstəqil iddia qaldıra bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2828/2020 nömrəli iş üzrə 14 avqust 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «əmlakın açıq h ərracdan satılması və əldə edilmiş pul vəsaitinin bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar