Məhkəmə qərarları › İş №2(102)-3496/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3496/2024

17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3496/2024 17.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayəti vəkil tərəfindən elektron qaydada imzalanmadığına görə şikayətin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “çoxmənzilli yaşayış binaları kompleksinin, onun tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisinin, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin, ümumi işığı idarə edən mərkəz şəbəkəsinin və ərazidə olan digər qurğuların təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2763/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMMC (Vəkil3) və Cavabdeh MTK (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü 17 sentyabr 2024-cü il tarixdə yoxlayaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binaları kompleksinin MMMC tərəfindən idarə edilməsinə cavabdeh MTK tərəfindən müxtəlif üsullarla maneələr törədilməsinin qadağan edilməsi, MTK-nın bununla bağlı hərəkətlərinin (f əaliyyətinin) qanunsuz sayılması, həmin əmlak kompleksinin tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisinin, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin, ümumi işığı idarə edən mərkəz şəbəkəsinin və ərazidə olan digər qurğuların təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(001)-197/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən yaşayış binaları, həmin binalarda mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər hissəs ində, həmçinin ümumi işığı idarə edən mərkəzi şəbəkənin 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsi iddiaçıya təhvil verilməsi, ünvan 2 ünvanında yerləşən yaşayış binalarının iddiaçı tərəfindən idarə edilməsinə maneələrin törədilməsi cavabdehə qadağan edilməsi, iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia ərizəsində qeyd edilən ünvanda yerləşən yaşayış kompleksinin cavabdeh MTK tərəfindən zəbt edilmiş iki mərtəbəli 15.000 kv.metr zirzəminin və istifadə edilən qeyri-yaşayış sahələrinin MTK tərəfindən MMMC-yə təhvil verilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Həmçinin qətnamədən c avabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia ərizəsində ifadə olunmuş “mübahisəli yaşayış kompleksinin ümumi işığı idarə edən mərkəzi şəbəkənin 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsinin MMMC-yə təhvil verilməsi öhdəliyin MTK-nın üzərinə qoyulması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2763/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, qüvvədə saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

6. Qətnamədən cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddianın “Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 3068-ci məhəllədə ümumi işığı idarə edən mərkəzi şəbəkənin 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsinin MMMC-yə təhvil verilməsinin cavabdehin üzərinə qoyulmasının” təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

7. Qətnamədən həmçinin iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam şəkildə təmi n edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

8. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

9. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

10. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

11. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

12. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

13. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci m addələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.

14. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

15. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya instansi yası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

18. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinə münasibətdə bu tələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti iddiaçının qanuni təmsilçisi X1 tərəfindən elektron qaydada imzalansa da, Vəkil3 tərəfindən elektron qaydada imzalanmamışdır.

19. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasə kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göst ərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

20. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

21. Beləliklə, iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyas ı hesab edir ki, iddiaçı (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

24. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi Cavabdeh MTK (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir.

25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2763/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti iddiaçıya aid hissədə geri qaytarılması üçün mülk i işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar