Məhkəmə qərarları › İş №2(102)-3497/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3497/2022

19.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3497/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1122/2022 nömrəli, 1 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə 19 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Maraqlı şəxs ilə Cavabdeh 19 sentyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 07 iyun 2009-cu il təvəllüdlü X4, 08 avqust 2010-cu il təvəllüdlü X5 və 06 yanvar 2012-ci il təvəllüdlü X6 doğulmuşdur.

2. Maraqlı şəxs ilə Cavabdeh birgə nikahda olduqları dövrdə Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzilini əldə etmişlər.

3. Bakı şəhəri Nəsimi rayonu S.Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzili əvvəllər X1 məxsus olmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli qərarına əsasən həmin mənzilə dair Mustafa Musta fayevə verilmiş 07 aprel 2009-cu il tarixli orderin ləğv edilib həmin mənzilin Cavabdeh adına sənədləşdirilməsi Bakı Şəhər İcra hakimiyyətinə (Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə) həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 14 noyabr 2013-cü il tarixli 36 saylı sərəncamı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli qərarı icra edilmişdir. Həmin mənzil cavabdehlə "xxxx" MTK arasında bağlanmış mənzil tikintisi haqında xx.xx.2013-cü il tarixli müqavilə əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(001)151/2020 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə Cavabdeh arasında bağla nmış nikah pozulmuş, Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzilinin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və “X9” markalı Az **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində tərəflərin ½ hissədə paylı mülkiyyət hüquqları tanınmışdır. Həmin qətnamənin əmlakların bölgüsü hissəsindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi həmin hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarlarının məzmunundan görünür ki, Cavabdeh izahatlarında Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzilinin İddiaçı borc alınmış taxta materiallarının hesabına əldə olunmasını göstərmişdir. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun əvəzi kimi 140000 ABŞ dolları, faiz borcu kimi 32200 ABŞ dolları, dəymiş ziyanın əvəzi kimi 25000 ABŞ dolları olmaqla cəmi 197200 ABŞ dollarının, hüquqi xidmətə görə 1000 manat və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 2013-cü ilin ortalarında ümumi dəyəri 140000 ABŞ dolları olan beş vaqon hazır taxta materialını 5 il müddətinə pulunu ödəmək şərti ilə nisyə satmış, cavabdeh isə 5 ildən sonra məbləği tam şəkildə və 1 il güzəşt edilməklə hər il üçün 12 faiz gəlirlə qaytaracağını öhdəs inə götürmüşdür. Cavabdeh iddiaçıya bildirmişdir ki, həmin taxta materialının əvəzində tikinti şirkəti ona 120 kvadrat metr ölçüdə mənzil verir. Bundan bir neçə gün sonra cavabdeh ona "xxxx" MTK tərəfindən Bakı şəhəri S.Rüstəm küçəsində inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində yerləşən sahəsi 124 kv metr olan 2 otaqlı mənzilin cavabdehə verilməsini, mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən sənədlərin şəklini çəkib göndərmişdir. Tərəflər arasında razılaşdırılan 5 illik müddət 2018-ci ilin avqust ayında tamam olduqdan sonra cavabdeh həmin ilin noyabr ayında 20000 ABŞ dolları, 2019-cu ilin may ayında 5000 ABŞ dolları, dekabr ayında 10000 ABŞ dolları olmaqla cəmi 35000 ABŞ dollarını iddiaçıya qaytarmışdır. Bundan sonra cavabdeh pandemiyanı bəhanə edib borcunu qaytarmamışdır. N əticədə cavabdehin iddiaçıya 140000 ABŞ dolları məbləğində əsas borc, vəd olunan 67200 ABŞ dolları gəlirdən 32200 ABŞ dolları olmaqla cəmi 172200 ABŞ dolları borcu qalmışdır. Cavabdeh iki il ərzində borcunu qaytarmadığı üçün iddiaçıya 7,5 faiz bank uçot dərəcəsi ilə hesablanmaqla 25000 ABŞ dolları məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa mübahisənin məhkəmə yolu ilə həll edilməsi üçün hüquqi xidmətə görə 1000 manat əlavə xərc çəkmək məcburiyyətində qalmışdır.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, tərəflər biznes fəaliyyəti ilə məşğul olmuş, cavabdeh iddiaçıdan 5 vaqon taxta almışdır. Lakin cavabdehin borcu iddia ərizəsində tələb olunan qədər deyildir. Bundan başqa tərəflər arasında faiz barədə hər hansı bir razılıq olmamışdır. Tərəflər gəlir əldə ediləcəyi halda əldə olunan gəliri böləcəkləri barədə razılaşsalar da cavabdeh hər hansı bir gəlir əldə edə bilməmişdir. Cavabdeh borcundan iddiaçıya 35000 ABŞ dolları qaytarmış, bu günə qalıq borcu 92000 ABŞ dolları təşkil edir. İddiaçı ona göstərilən hüquqi xidmətə görə 1000 manat ödəməsinə, tələb etdiyi borc, faiz, maddi ziyanla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə iddia ərizəsinin qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə hazır taxta materialın dəyərinə görə 92000 ABŞ dollarının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3855/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh nisyə alqı-satqı müqaviləsinə görə 92000 ABŞ dolları, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, cavabdeh iddiaçıdan aldığı taxtanın dəyərini müəyyən olunmuş vaxtda ödəməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə satdığı taxtanın dəyərinin 140000 ABŞ dolları olmasını, həmin məbləğə görə cavabdehin ona gəlir olaraq 12 faiz ödəməli olmasını, göstərilən hüquqi xidmətə görə 1000 manat ödəməsini iddia etsə də, iddia tələb ində istinad etdiyi bu halları təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş, cavabdeh isə iddia tələbini qismən etiraf etmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 385.1, 425.1, 442, 449, 449.1, 567, 600.1 və 600.5.-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88 və 119.1-cİ maddələrinə, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2009-cu il Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən maraqlarına toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində qeyd edilmişdir ki, qaldırılmış iddia saxta və uydurma borc mübahisəsinə əsaslanır. Belə ki, Maraqlı şəxs keçmiş əri olan Cavabdeh dostu İddiaçı uydurma iddiasını etiraf edib guya aldığı borc hesabına birgə nikah dövründə Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzilini aldığını bildirmiş, məhkəmə qətnaməsini əldə etdikdən sonra mediatora müraciət edərək saxta borcun aralarında bölünməsi barədə məsələ qaldırmışdır. Birinci instansiya məhkəməsi yalnız cavabdehin iddianı etiraf etməsinə əsaslanıb başqa sübutlar olmadığı halda, iddianı qismən təmin etmiş, bununla da maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən işin faktiki hallarını araşdırmamışdır.

14. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə Cavabdeh əvvəllər rəsmi nikahda olmuş, nikah məhkəmə qaydasında pozulmuş, tərəflər arasında əmlak mübahisəsi məhkəmə qaydasında həllini tapmışdır. O cümlədən Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzili üzərində tərəflərin ½ hissədə payları müəyyən olunmuş, qətnamə qanuni qüvvəyə minmişdir. Tərəflər arasında digər əmlak mübahisələri də Maraqlı şəxs xeyrinə həll olunmuşdur. Məhkəmə müba hisələrində uduzan Cavabdeh Maraqlı şəxs qisas almaq məqsədilə İddiaçı uydurma iddiasını etiraf etmiş, guya aldığı borcu yuxarıda qeyd olunan mənzilin alınmasına sərf etdiyini göstərmişdir. Halbuki, həmin mənzil əvvəllər tərəflər arasında məhkəmə mübahisəsinin predmeti olaraq bölünmüş, bu barədə işə baxılarkən Cavabdeh heç vaxt həmin mənzilin borc hesabına alınmasını bildirməmişdir. Bundan əlavə, o, mənzilə tutma yönəldilməsi üçün mənzil üzərinə məhkəmə tərəfindən həbs qoyularkən susmuş, mənzilin onlar arasında bölünməsini bildirməmişdir. Birinci instansiya məhkəməsi yalnız cavabdehin iddianı qismən etiraf etməsinə əsaslanmış, işdə başqa sübut olmadığı halda, iddianı qismən təmin etmişdir. Halbuki, tərəflər arasında uydurma borcun 2013-cü ildə yaranması göstərilmiş, ötən 8 ildə iddiaçının öz borcunu tələb etməməsi araşdırılmamışdır. İddia ərizəsinin məhkəməyə iddia müddəti buraxılmaqla verilməsi və qətnamədən heç bir tərəfin şikayət verməməsi iddianın saxta və uydurma olmasına şübhələri daha da artırır. İddia ərizəsində borcun hazır taxta məhsullarının satışı nəticəsində yaranması qeyd olunsa da, taxta məhsullarının Rusiyadan ölkəmizə gətirilməsini, habelə mənzil əvəzinə "xxxx" MTK-ya verilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsində və cavabdehin etirafedici izahatında İddiaçı alınmış taxta məhsullarının "xxxx" MTK-dan Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzilinin alınması müqabilində verildiyi göstərilsə də, faktiki olaraq Cavabdeh həmin mənzili Mustafa Mustafayev adlı şəxsə pul ödəyərək almışdır ki, bu faktı Cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verdiyi iddia ərizəsi əsasında çıxarılmış məhkəmə qərarı da təsdiq edir. İddianın qurama olmasını o fakt da təsdiq edir ki, cavabdehin məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonunda məskunlaşması barədə arayış Cavabdeh ilə Maraqlı şəxs arasında Binəqədi Rayon Məhkəməsində baxılmış başqa bir mülki iş üzrə məhkəmənin sorğusu əsasında Qaçqınların və X2 Üzrə Dövlət Komitəsindən alınmış və həmin mülki işin materiallarında olmuşdur. Həmin arayışın İddiaçı tərəfindən hazırkı iş üzrə iddia ərizəsinə əlavə olunması onlar arasında sövdələşmədən şübhələnməyə əsas verir. Cavabdeh qətnaməni aldıqdan sonra mediatora müraciət edib qət olunmuş borcun Maraqlı şəxs ilə aralarında bölünməsinə cəhd etməsi bir daha təsdiq edir ki, id dia saxta və uydurma olmaqla Cavabdeh Maraqlı şəxs ilə əmlak mübahisəsindən daha çox fayda götürmək məqsədi daşıyır. İzahatının sonunda Vəkil3 məhkəmədən apellyasiya şikayətinin təmin olunub qətnamənin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1122/2022 nömrəli iş üzrə 1 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı id dia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməsə də, Cavabdeh iddia tələbini 92000 ABŞ dolları məbləğində olan hissədə etiraf etmiş, birinci instansiya məhkəməsi yalnız cavabdehin qismən etirafına əsaslanaraq və iddiaçını sübut etmək vəzifəsindən azad edərək iddianı qismən təmin etməklə işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

17. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzili Maraqlı şəxs ilə Cavabdeh arasında məhkəmə mübahisəsinin predmeti olmuş, Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(001)-151/2020 saylı qətnaməsinə əsasən həmin mənzil üzərində onların ½ hissədə paylı mülkiyyət hüquqları tanınmışdı r. Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(103)-6285/2020 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə mübahisə predmeti olan əmlaklar üzərində tərəflərin ½ hissədə paylı mülkiyyət hüququ təsdiq olunmuşdur. Məhkəmə qərarlarının məzmunundan görünür ki, Cavabdeh izahatlarında Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzilinin İddiaçı borc alınmış taxta materiallarının hesabına əldə olunmasını bildirməmişdir. Bundan başqa, Maraqlı şəxs məhkəməyə təqdim etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli qərarından görünür ki, həmin mənzil əvvəllər X1 məxsus olmuş, məhkəmə qərarına əsasən həmin mənzilə dair Mustafa Mustafayevə verilmiş 07 aprel 20 09-cu il tarixli orderin ləğv edilib həmin mənzilin Cavabdeh adına sənədləşdirilməsi Bakı Şəhər İcra hakimiyyətinə (Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə) həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 14 noyabr 2013-cü il tarixli 36 saylı sərəncamı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli qərarı icra edilmişdir.

18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının iddia tələbinin təmin edilməsində maraqlı tərəf kimi çıxış edərək zəruri sənədlərin əldə edilməsinə köməklik göstərmişdir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sorğusu na verilmiş Maraqlı şəxs və Cavabdeh məcburi köçkün kimi ünvan 2 ünvanında müvəqqəti məskunlaşmaları barədə 22 aprel 2019-cu il tarixli cavab məktubu həmin məhkəmədə baxılmış 2(001)-2202/2019 saylı mülki işdə istifadə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi də həmin məktubun cavabdehin özü tərəfindən iddiaçıya təqdim olunduğunu təsdiq etmişdir.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh işdə hər hansı sübutlar olmadığı halda iddianı qismən etiraf etməsi, qeyd olunan mənzilin tərəflər arasında məhkəmə qətnaməsinə əsasən bölündüyünü bilə-bilə bu barədə məhkəməyə məlumat verməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(001)-3855/2021 saylı qətnaməsini əldə etdikdən sonra borcun bölünməsi üçün mediatora müraciət etməsi onun məqsədyönlü şəkildə iddianı etiraf etməsini təsdiq edir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh İddiaçı olan borcunu qaytarması üçün məhkəmədən kənar qaydada tədbirlər görülməsi, o cümlədən Cavabdeh müraciət olunması barədə iş materiallarında heç bir sübut yoxdur. Belə olan halda, Cavabdeh məhkəmədən kənar qaydada da borcunu etiraf edə bilər və İddiaçı məhkəməyə müraciət etməsinə ehtiyac qalmazdı.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə iddianı qismən təmin edərkən birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5 və 106-cı maddələrində nəzərdə tutulmuş prosessual hüquq normal arını pozaraq Cavabdeh izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməmiş, iddianın cavabdeh tərəfindən etiraf edilməsi Maraqlı şəxs hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu halda, iddianın etiraf olunmasını qəbul etmişdir.

22. Məhkəmə gəldiyi nəticəni MPM-in 52.5, 77.1, 106, 106.1, 106.4, 119.6, 384.0.2, 385.1.1 və 385.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh keçmiş arvadı ilə aralarında olan əmlak bölgüsündən istifadə edərək borcdan yayınmağa çalışır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

31. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir

32. Maddə 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu M əcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edir və həmin dəlillərin əsassız olması isə apelyasiya baxışında sübut edilmişdir. Həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1122/2022 nömrəli, 1 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar