Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3497/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və üçüncü şəxs X qarşı mirasda payın müəyyən edilməsi tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras paylarının bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARDADI (Açar sözlər: kassasiya şikayətinin forma və məzmuna uyğun verilməməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X2 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və üçüncü şəxs Füzuli rayon notariat ofisinə qarşı mirasda payın müəyyən edilməsi tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras paylarının bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-(106)-757/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, ** CT *** dovlət nömrə nişanlı, buraxılış ili 2007 olan, göy rəngli, “HYUNDAİ COUNTY” markalı avtobus, * * MA *** nömrə nişanlı, buraxılış ili 1999 olan, qəhvəyi metalik rəngli, “OPEL ZAFİRA” markalı avtomobil, ** ZN *** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan, ağ rəngli “FORD TRANSİT” markalı mikroavtobus, ** CK *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, gümüşü metallik rəngli, “MERSEDES BENZ E200 CDİ” markalı minik avtomobili üzərində onun 1/4 hissədə vərəsəlik hüququnun tanınması və qeyd olunan miras əmlaklarda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras paylarının bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 və 6,92 manat, "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan 554,50 manat pul vəsaitinin vərəsələr arasında bölüşdürülməsi, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri- yaşayış sahəsinin (qaraj), ** CT *** dovlət nömrə nişanlı, buraxılış ili 2007 olan, “HYUNDAİ COUNTY” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “MERSEDES BENZ E200 CDİ” markalı, buraxılış ili 1999 olan, “FORD TRANSİT” markalı, ** CK *** dövlət nömrə nişanlı və ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı avtomobillərin qiymətləndirilməsi, satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəmə sində icraat:
3. Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi, ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ E200 CDİ” markalı avtomobillərin ¼ hissəsi, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun ¼ hissəsi, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərin ¼ hissəsinə İddiaçı vərəsəlik payı tanınmış. İlk İlk iddia üzrə Cavabdeh3 63,66 manat vəsait alınaraq İddiaçı verilməsi, Qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitin, "xxxx" ASC-də saxlanılan 509,35 manat vəsaitin ¼ hissəsinə Cavabdeh1 vərəsəlik payı tanınmış. Cavabdeh3 318,33 manat vəsait alınaraq Cavabdeh1 verilməsi, qarşılıqlı iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.
3. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməs inin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-757/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsi ilə İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili Vəkil1 tərəfindən verilmiş birgə apellyasiya şikayəti qismən təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin qismən təmin edilməsi, mərhum Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış miras kütləsinə daxil olan Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi üzərində Cavabdeh1, ¼ hissəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində Cavabdeh3, ¼ hissəsi üzərində Cavabdeh2, ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ E200 CDİ” markalı avtomobillərinin, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərin 5/8 hissəsi üzərində Cavabdeh1, 1/8 hissəsi üzərində İddiaçı, 1/8 hissəsi üzərində Cavabdeh3, 1/8 hissəsi üzərində Cavabdeh2 vərəsəlik payları tanınmasını, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
5. Qətnamədən ilk iddia üzrə İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-(106)-757/2023 nömrəli qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməyini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
6. Maddə 407.1 və 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllə nin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması.
7. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 8. 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 9. 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə.
10. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
11. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 40 2, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
12. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 417.1.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrarən baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə edə bilər; 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələb lərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
15. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. İşdən görünür ki, ilk iddia üzrə İddiaçı kassasiya şikayətinin həm əsaslandırıcı hissəsində, həm də kassasiya şikayəti verən şəxsin tələbi hissəsində tələbini aydın göstərməmiş və kassasiy a şikayətinin məzmununa dair tələbə riayət etməmişdir. Belə ki, kassator tələbini “Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)757/2023 saylı qətnaməsinin ləğvi” kimi ifadə etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edildikdən sonra hansı prosessual hərəkətin həyata keçirilməli olmasını ifadə etməmişdir. Azərbaycan Respublikasının MPM-in 417-ci maddəsinin təhlilindən məlum olur ki, kassasiya şikayəti verən şəxs şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb edərkən MPM-in 417.1.3-417.1.6-ci maddələrində göstərilmiş prosessual hərəkətlərdən də hansının (məs., apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi kimi) edilməsini istədiyin i tələbində göstərməlidir.
16. Göründüyü kimi hazırki kassasiya şikayətində şikayəti verən şəxsin tələbi aydın olmamaqla, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş məzmunda tərtib edilməmişdir. Belə olan halda cavabdehin tələbini müəyyən etmək mümkün deyildir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə Əlavə 3-ün “kassasiya şikayəti verən şəxsin tələbi” adlı 9-cu bəndində göstərilmişdir ki, bu hissədə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.
18. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
19. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
20. Beləliklə, İddiaçı tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından k assasiya şikayəti icraata qəbul edilə bilməz.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
22. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığı üçün kassasiya şikayəti qeyrimümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. 2
4. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin 11 xxx 2023-cü il tarixli, 2-(106)-XXX/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.--