Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3498/2021 23.08.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1̇nin cavabdeh Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3498/21 (Açar sözlər: subroqasiya qaydasında pul tələbi, hüquqi şəxsin öz işçisinin vurduğu zərər görə məsuliyyət daşıması ) Bakı şəhəri, 23 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “Rəvan Sığorta” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Cavabdeh1 və Cavabdeh2 qarşı “su broqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7738/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 23 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC-yə məxsus “Ford Transit” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.07.2017-ci il tarixdən 24.07.2018-ci il tarixə qədər sığorta məbləği 46000 manat, sığorta haqqı 1196 manat, azadolma məbləği 700 manat olmaqla Rəvan Sığorta ASC-də sığorta olunmuşdur.
2. Cavabdeh2 “Yol Hərəkəti haqqında” Qanunun tələblərini pozaraq idarə etdiyi **TG-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobillə 07.03.2018-ci il tarixdə Z.Bünyadov prospektind ə əks istiqamətli hərəkət zolağına çıxmadan soldan sağa manevr edərkən idarəetməni itirmiş, nəticədə yolun sağ kənarında dayanan “Ford Transit” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğundan Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəinə əsasən təqsirli bilinmişdir. 3. "xxxx" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətindədir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər “Monella MMC-dən və Cavabdeh2 Füzuli oğlundan sığorta ödənişinə görə 5930,09 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 5960,49 manatın "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandı rılıb ki, "xxxx" MMC-yə məxsus və “Rəvan Sığorta2 ASC tərəfindən sığortalanmış “Ford Tranzit” markalı 99-JK211 dövlət qeydiyyat nişanlı avtomobil 07.03.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsində iştirak etmişdir. Həmin hadisə Cavabdeh1 MMC-nin mülkiyyətində olan, hadisə zamanı sonuncunun işçisi Cavabdeh2 tərəfindən idarə edilən Daewoo BS 090 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermişdir.
6. Hadisənin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və barəsində AP ******* saylı 07.03.2018-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir.
7. Hadisə nəticəsində sığortalı avtomobilə dəymiş zərər 6900 manat məbləğində müəyyənləşdirilmiş, sığorta şəhadətnaməsinə əsasən həmin məbləğdən azadolmaya görə 700 mana t və köhnəlmə əmsalı üzrə 269,91 manat çıxılaraq qalan 5930,09 manat sığorta ödənişi sığortalı avtomobili təmir edən "xxxx" MMC-yə ödənilmiş və bu ödəniş 16.10.2018ci il tarixli 574 saylı ödəniş tapşırığında öz əksini tapmışdır.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 936.1, 936.2, 936.6, 1096.1, 1096.2, 1097.1 və 1108-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh1 MMC-nin nümayəndəsi iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - hadisənin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və barəsində AP ******* saylı 07.03.2018-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir; - Cavabdeh1 MMC ilə hadisədə bilavasitə təqsirli bilinən Cavabdeh2 arasında bağlanmış 05.03.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh2 üçüncü şəxslər ə vurduğu ziyana görə tam maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Buna görə də Cavabdeh1 MMC Cavabdeh2 törətdiyi mülki hüquq pozuntusuna görə cavabdeh ola bilməz; - bundan başqa, iddia ərizəsində göstərilmiş 5930,09 manat sığorta ödənişinin məbləğinin haradan götürülməsi məlum deyildir.
10. Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tаrixli e-2(001)3567/2019 nömrəli qərardadı ilə texniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında dəymiş zərərin məbləğinin müəyyən edilməsi barədə sual qoyulmuşdur.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 28.03.2020-ci il tarixli 4416 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" şirkətinin servis mərkəzi tərəfindən tərtib edilmiş 31.07.2018-ci il tarixli qüsur aktındakı avtohissələrin qiymətləri nə zərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Tranzit” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5757,00 manat müəyyən edilir.
12. Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli e-2(001)-183/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən sığorta ödənişinə görə 5057 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 5087 manatın "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 MMC-dən ekspetiza tədqiqatının dəyərinə görə 120 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Səadət Səlimova)
13. Məhkəmə toplanmış sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh1 MMCnin işçisi olan Cavabdeh2 Füzuli oğlu Cavabdeh 1 MMC-nin mülkiyyətində olan**-TG-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtonəqliyyat vasitəsini idarə edərkən "xxxx" ASCdə "xxxx" MMC tərəfindən kasko sığorta növündə sığortalanmış “Ford Transit” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq inzibati xəta törətmiş, baş vermiş sığorta hadisəsi nəticədə iddiaçı sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində Cavabdeh2 Füzuli oğlunun təqsiri sübuta yetdiyindən, Cavabdeh2 də “Monella2 MMC-yə məxsus nəqliyyat vasitəsi ilə əmək vəzifələrinin icrası zamanı inzibati xəta törətdiyindən iddia tələbi Cavabdeh1 MMC-yə aid olan hi ssədə əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməklə Cavabdeh1 MMC-dən sığorta ödənişinə görə subroqasiya qaydasında məhkəmə araşdırması zamanı müəyyən olunan zərərin əvəzi kimki 5057 manat iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1099.1,1108.1, 1114.1-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh1 MMC-nin direktoru İsmayılov Qurbanəli Nadir oğlu apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməsini xahiş edib.
17. Apellyasiya şikayətinin dəlilləri: - işə baxan məhkəmə Cavabdeh1 MMC-nin iş üzrə cavabdeh olmasına baxmayaraq, Cavabdeh1 MMC- nin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə nümayəndəsinin iştirakını təmiş etməmiş, məhkəmə bildirişlərini poçt vasitəsi ilə ünvanına göndərməmişdir. Bununla da, Cavabdeh1 MMC-ni sübutları təqdim etmək hüququndan məhrum etmişdir; - hadisəni törədən şəxsə qarşı hansı səbəbdən iddianı təmin etməməsini məhkəmə qətnamədə əsaslandırmayıb. İşə baxan məhkəmə əsassız olaraq zərərə görə bütün məsuliyyəti Cavabdeh1 MMC-nin üzərinə qoymaqla, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7738/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.06.2020-ci il tarixli, 2(001)-183/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə d əyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Şeyda Məhərrəmova)
19. Apellyasiya instansiyası məhkəməsi də müəyyən etmişdir ki, Cavabdeh1 MMCnin işçisi olan Cavabdeh2 Füzuli oğlu Cavabdeh1 MMC-nin mülkiyyətində olan**-TG-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtonəqliyyat vasitəsini idarə edərkən iddiaçı Rəvan Sığorta ASC-də "xxxx" MMC tərəfindən kasko sığorta növündə sığortalanmış “Ford Transit” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq inzibati xəta törətmiş, baş vermiş sığorta hadisəsi nəticədə iddiaçı sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir.
20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaş mış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, Cavabdeh1 MMC məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin olunmamasını bildirsə də, iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən MMC-nin olduğu ünvana məhkəmə bildirişləri göndərilməsi təsdiq edilir. Bundan başqa, cavabdehin nümayəndəsi keçirilən məhkəmə iclasında iştirak etmiş və nümayəndəsi tərəfindən verilmiş vəsatət əsasında birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə texniki-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
21. Apellyasiya məhkəməsi subroqasiya qaydasında ödənilməli olan məbləğin MMC-dən deyil, digər cavabdeh olan Cavabdeh2 tutulmalı olması barədə apellyasiya şikayətinin dəlillərini də Mülki Məcəllənin 1099.1 və 1114.1-ci maddələrinin tələbləri baxımından əsass ız sayıb.
22. Apelyasiya instansiyası məhkəməsi əlavə olaraq, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 883.1, 916.1, 922.1, 926 və 936.2-ci maddələrinə istinad edib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 MMC-nin direktoru İsmayılov Qurbanəli Nadir oğlu (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini MMC-yə münasibətdə ləğv edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, həmçinin apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları 25.Kassasiya şikayətinə qarşı t ərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya sub roqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hü quq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzin i ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şah idlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. M addə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. K ollegiya onu da qeyd edir ki, apellyasiya baxışının predmeti Cavabdeh1 MMC-nin apellyasiya şikayəti əsasında yalnız iddianın Cavabdeh1 MMC-yə qarşı təmin edilən hissəsi təşkil edib, apellyasiya instansiyası həmin hissədə qətnamə qəbul edib. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə iddianın Cavabdeh1 MMC-yə qarşı təmin edilən hissəsi başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
33. Belə ki, iddia tələbi delikt öhdəliyindən yaranan tələbdir.
34. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən mübahisəsiz hallarına görə Cavabdeh1 MMC-nin işçisi olan Cavabdeh2 Füzuli oğlu avtomobili idarə edərkən iddiaçı "xxxx" ASC-də Universal MMC tərəfindən kasko sığorta növündə sığortalanmış “Ford Transit” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsi ilə toqquşaraq, i nzibati xəta törətmiş, baş vermiş sığorta hadisəsi nəticədə iddiaçı sığorta ödənişi ödəmişdir.
35. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına, yəni cavabdeh MMC-nin işçisi tərəfindən hüquqa zidd əməli nəticəsində iddiaçı təşkilatda sığortalanmış avtomobilin sahibinə zərər yetirilməsi, iddiaçı təşkilatın sığrtalıya sığorta ödənişi etməsi və bu səbəbdən iddiaçının subroqasiya hüququnun olması halının mövcudluğuna əsasən mübahisəyə Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun gəlir.
36. Həmçinin apelyasiya məhkəməsi sübutları, o cümlədən ekspert rəyini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdi r.
37. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC-nin direktoru İsmayılov Qurbanəli Nadir oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7738/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.