Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3503/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)244/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Göyçay rayon məhkəməsinin (hаkim Zəfər Quliyev) 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ümumi yo lun açılması barədə iddiаsı təmin edilərək Göyçay rayonu Kürd kəndində yerləşən İddiaçı istifadəsində olan 0,02 ha torpaq sahəsinin önündə olan və Cavabdeh tərəfindən bağlanan ümumi yolun açılması qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri barədə məsələ həll edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İnşallah Quliyev - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Mahir Əsədli) 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 26.12.2014-cü il tarixdə Göyçay rayonu Kürd kəndində 0,02 ha torpaq sahəsi iddiaçıya bağışlanmışdır. Həmin torpaq sahəsi hazırda iddi açının istifadəsindədir. Lakin bu torpaq sahəsinin ümumi yolundan iddiaçı istifadə edə bilmir. Belə ki, cavabdeh Göyçay rayonu Kürd kəndində yaşayan Cavabdeh onun istifadəsində olan torpaq sahəsinin önündə yerləşən ümumi yolu bağlamış və istifadə etməyə imkan vermir. İddiaçı məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, cavabdeh onun oğludur və cavabdeh tərəfindən ümumi yol bağlanmamışdır. İddiaçı heç orada yaşamır və iddiaçının istifadəsində olan torpaqdan alternativ gediş-gəliş yolu olsa da, iddiaçı bundan ist ifadə etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehkassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Goyçay rayonu Potu Bələdiyyəsinin və İnzibati Ərazı nümayəndəsinin arayışlarından görünür ki, ona məxsus həyətanı torpaq sahəsnin yolundan alternativ çıxış yolu olduğu halda, İddiaçı qzı qeyri qanuni olaraq çıxış yolu istəyir. Hə mın arayışdan görünür ki, İddiaçı torpaq sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, onun alternatıv çıxış yolu vardır və həmın alternativ çıxış yolundan isifadə edə bilər və etməlidir. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv baxmamışdır. Tərəflərin izahatları: Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab et di. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instans iyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh Göyçay rayonu Kürd kəndində yaşayırlar, hər birinin mülkiyyətində torpaq sahəsi vardır. Belə ki, işə əlavə edilmiş 26.12.2014-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X3, X1 və X6 Göyçay rayonu Kürd kəndində 0,02 ha torpaq sahəsini iddiaçıya bağışlamışlar. JN-121F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən isə görünür ki, Göyçay rayon Kürd kəndində cavabdehə 0,18 hektar torpaq sahəsi verilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək bildirir ki, istifadəsində olan 0,02 ha torpaq sahəsinin ümumi yolu cavabdeh tərəfindən bağlanmışdır. Ona görə də, həmin yoldan istifadə edə bilmir. İddiaçı məhkəmədən həmin yolun açılmasını xahiş edir. Birinci instansiya məhkəməsi i ddia tələbini təmin etmiş, apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. İş üzrə məhkəmələr tərəfindən gəlinən nəticə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəylərindən göründüyü kimi cavabdeh tərəfindən hüquqdan sui-istifadə edilməklə iddiaçının hüquqları pozulmuşdur. Rəylərdən də görünür ki, cavabdeh tərəfindən zəbt edilən torpaq sahəsi elektron baza məlumatlarına əsasən ümumi istifadədə olan yoldur. İddiaçı gediş-gəliş yolu kimi tələb etdiyi ərazidən başqa alternativ yol yoxdur. Qalan bütün mümkün sahələr mülkiyyət hüququ üzrə ayrı şəxslərə məxsusdur. Məhkəmə kolleg iyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə prosessual hüquq normalarının tələblərinə əməl etməyərək işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 387.1-ci maddəsinin tələbinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə iş üzrə nəticəyə gələrkən aşağıdakı sübutlara istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17.07.2017-ci il tarixli rəyinə əsasən cavabdeh tərəfindən tutulduğu iddia edilən torpaq sahəsi Bələdiyyə mülkiyyətində olan ümumi istifadə yoludur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10.04.2018-ci il tarixli rəyinə əsasən iddiaçının iddia etdiyi yerdən başqa d igər hissələr mülkiyyətdə olan torpaq sahəsi olduğundan alternativ gediş-gəliş yolunun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 25.05.2018-ci il tarixli rəyinə əsasən Göyçay rayonu Kürd kəndində yerləşən iddiaçının iddia etdiyi yerdən başqa digər hissələr mülkiyyətdə olduğu üçün alternativ gediş-gəliş yolunun olmadığı müəyyən edilmişdir. Məhkəmənin 30.07.2018-ci il tarixli yerli baxış protokolundan görünür ki, iddiaçının iddia etdiyi yerdən başqa digər hissələr müllkiyyətdə olan torpaq sahəsi olduğundan alternativ gedişgəliş yolu yoxdur. Azərbaycan Respublikası Göyçay rayonu, X9 Ərazi nümayəndəsinin və Göyçay rayonu, X5 birgə verdikləri 02.03.2019-cu il tarixli 32 № li arayışda qeyd olunmuşdur ki, Cavabdeh məxsus həyətyanı torpa q sahəsinin yolundan alternativ çıxış yolu olduğu halda İddiaçı qeyri-qanuni olaraq çıxış yolu istəyir. İddiaçı torpaq sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, onun alternativ çıxış yolu vardır və həmin alternativ yoldan istifadə edə bilər. Göründüyü kimi, sübutlar arasında ziddiyətlər vardır. İş üzrə ekspertiza tədqiqatı aparılarkən ekspert Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məlumatlarına istinad etmiş, yerində tədqiqat aparmamış, məhkəmə bu hala əhəmiyyət verməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17.07.2017-ci il tarixli rəyindən cavabdeh tərəfindən tutulduğu iddia edilən torpaq sahəsini n Bələdiyyə mülkiyyətində olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə bələdiyyənin cavabdeh tərəfindən 3-cü şəxs kimi işə cəlb olunması məsələsini müzakirə etməmişdir. İşdən daha sonra görünür ki, İddiaçı 0,02 ha torpaq sahəsini qardaşı Ata Balabəyov və onun ailə üzvləri tərəfindən bağışlanması nəticəsində əldə etmiş, 0,02 ha torpaq sahəsi bağışlayanlara məxsus 0,34 ha torpaq sahəsindən naturada ayrılması müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında həyata keçirilmişdir. Bu barədə tarixsiz plan tərtib edilmişdir (iş v. 13). Həmin vaxt hazırki iddia tələbinin yönəldiyi ərazi Cavabdeh istifadəsində olmuşdur. Ata Balabəyov və onun ailə üzvləri tərəfindən yaxın qohumları olan İddiaçı 0,02 ha torpaq sahəsi naturada ayrılarkən gediş-gəliş yolu nəzərə alınmamışdır. İşə baxan məhkəməl ər isə həmin məsələyə diqqət yetirməmiş, İddiaçı bağışlanmış 0,02 ha torpaq sahəsinin naturada ayrılmasının gediş-gəliş yolunun mümkün hissəsindən həyata keçirilməməsinin səbəbləri müəyyən edilməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-244/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3503/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3503/2019
27.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver