Məhkəmə qərarları › İş №2(102)-3503/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3503/2022

04.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3503/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3503/2022 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı şəhəri 04 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9868/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş cavabdehin ka ssasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(004)208/2019 saylı qərarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 etibardan sui-istifadə etmək və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 qız ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Rəhimov Rəhimin qohumluq münasibətindən irəli gələn etibarından sui-istifadə edərək heç bir səlahiyyəti olmadığı halda sonuncunun Lənkəran şəhər 4 saylı orta məktəbin 9-cu sinfini buraxılış imtahanını keçə bilməyən oğlu X13 şəhərində yerləşən orta məktəblərdən birinin 9-cu sinfini bitirməsi barədə şəhadətnamə alacağına və onu X14 qəbul etdirib 4 i l təhsil haqqını ödəməklə bitirməsi barədə diplom verdirəcəyinə dair yalan vəd verməklə aldadıb 2012-ci ilin sentyabrın əvvəllərində ünvan 1 ünvanda yerləşən mənzilində ondan 14000 manat pul almış, aldığı puldan M.Nifləliyevaya da vermiş, sonuncu bunun müqabilində onun oğlunun Gəncə şəhər S.Vurğun adına 41 saylı orta məktəbi bitirməsi barədə X3 hüquq verən orta təhsil haqqında şəhadətnaməni və həmçinin X12 “Yol hərəkətinin təşkili” şöbəsinin İİ kursunda oxuması barədə xx.xx.2013-cü il tarixli, 01/127 nömrəli əmri qanunsuz hazırlayaraq saxtalaşdırdıqdan sonra Cavabdeh2 vermiş və X7 hüquq verən 10 saylı arayışı qanunsuz hazırlayaraq saxtalaşdırıdıqdan sonra M.Nifləliyevaya vermiş, o da T.Həsənovun vasitəsilə ona təqdim etmiş və bununla da zərərçəkən şəxsə 14000 manat məbləğində xeyli ziyan v urmuşdur. Həmin qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət təqibinə xitam verilmiş və onlar cinayət məsuliyyətindən azad edilmişdirlər.

2. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-397/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən, zərərçəkmiş şəxs və mülki iddiaçı X6 apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-208/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qərarı mülki iddiaya aid hissəsində dəyişdirilməsi; mülki iddianın 10.500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumuna aid hissədə təmin olunması; təqsirləndirilən və mülki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı X9 ödənilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)208/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(102)319/2021 saylı qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-397/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmiş, həmin qərardan mülki iddianın təmin edilməsinə dair müddəalar xaric edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X11 cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 qarşı maddi və mənəzi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10500 manat maddi və 4000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10500 manat pul məbləğinin geri ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 4200 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. İddia işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə əsaslandırılmışdır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərk iddia ərizəsinin məzmununa uyğun izahatında bildirmişdir ki, iddiaçı tərəfindən bütün məbləğlər, yəni 14000 manat məblə ğində pul vəsaiti iddiaçının qohumu olan iş üzrə cavabdeh olan Təranəyə verilmiş, lakin sonuncu tərəfindən Mehribana nə qədər pul verilməsi barədə məlumat olmuş, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş ziyandan cəmi 3500 manat məbləğində pul vəsaiti geri qaytarılmışdır. Cavabdeh Təranə tərəfindən bildirilən 7800 manat məbləğində pul vəsaitinin də geri qaytarılması ilə bağlı məlumatı olmamış, iddiaçıya heç bir məbləğ ödənilməmişdir.

7. Cavabdeh1 iddiaya etiraz edərək göstərmişdir ki, qeyd edilən məqsədlə Rəhimdən 2012-ci ilin sentyabr ayının ilk həftəsində yaşadığı evdə 14000 manat pul almış, həmin pulun 4500 manat hissəsini ümumi razılaşmaya əsasən Rəhimin oğluna 9-cu sinifi bitirməsi barədə şəhadətnamənin alınması üçün Mehribana yaşadığı Yasamal rayon ərazisindəki, X5 yaxınlığında yerlə şən evində vermişdir. Qalan pulu isə özündə saxlayaraq qərara gəlmişdir ki, ilk olaraq şəhadətnamə işi düzəldikdən sonra növbəti Kollec işi həll edilərkən qalan hissəsini də Mehribana verər. Bundan təxminən 6-7 ay keçdikdən sonra, yəni 2013-cü ilin mart-aprel ayında Mehriban ona Nərimanın 2012-ci ildə Gəncə şəhər 41 saylı orta məktəbində əsas təhslini bitirməsi barədə şəhadətnaməni vermiş və növbəti mərhələdə Nərimanı Kollecə düzəldəcəyini bildirmişdir. O da həmin sənədi Rəhimə vermişdir. Bundan sonra o, X10 düzəltməsi üçün yaşadığı evində ilkin verilmiş 4500 manatdan əlavə olaraq, müxtəlif vaxtlarda 2000, 1500 və 2000 manat olmaqla hissə-hissə ona 5500 manat pul vermişdir. Beləliklə o, Mehribana ilkin ödənişlə birlikdə cəmi 10000 manat pul vermişdir. Aradan iki ildən artıq müddət keçdikdə n sonra Rəhim Gəncə şəhərinə gedərək araşdırma aparmış, oğlunun Kollecdə təhsil almadığını və oğlunun adına verilmiş şəhadətnamənin, eləcə də arayışın saxta olmasını öyrənmişdir. Rəhim bundan sonra ona verdiyi 14000 manat pulu geri tələb etməyə başlamış və aidiyyəti qurumlara şikayət etmişdir. Rəhim Yasamal Rayon Polis İdarəsinə və Bakı şəhər Baş Polis İdarəsinə şikayət etdikdən sonar Mehribanla birlikdə Rəhimə 3500 manat pul ödəmişdir. Həmin pulun 1500 manatını o, qalan 2000 manat hissəsini isə Mehriban ödəmişdir. Təhqiqatçı tərəfindən bununla bağlı protokol tərtib edilmişdir. Qalan məbləği o özü bu şikayətlərə son qoymaq üçün Yasamal RPİ-nin təhqiqatçısı Yanar Əliyevə hissə-hissə Rəhimə verməsi üçün cəmi 7800 manat pul ödəsə də, o, həmin məbləği Rəhimə verməyərək mənimsəmişdir. Y.Əliyev ödənişlə bağlı pulu ondan alarkən hər hansı bir qəbz təqdim etməmiş, hər hansı protokola və ya sənədə imza etdirməmişdir. Bununla bağlı o, aidiyyəti üzrə prokurorluğa ərizə ilə müraciət etmişdir. Mehriban ona cəmi 4500 manat məbləğində pulun verildiyini etiraf etsə də, o sonradan ayrı-ayrı vaxtlarda ona əlavə olaraq pul vermiş, həmin hal çox gümanki Mehribanın yadından çıxmışdır. Yerdə qalan məbləği isə çatdırılması üçün təhqiqatçıya vermişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

8. Cavabdeh X4 birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, X6 pul vəsaitini tam həcmdə Cavabdeh1 vermiş, o, Rəhim Rəhimovdan birbaşa olaraq pul almamış və hansı məbləğdə pul alacağını müzakirə etməmişdir. Təranə X1 düzəldilməsi ilə bağlı 5000 (beş mi n) manat məbləğində vəsait istəmişdir. Cavabdeh1 bu işlə bağlı ona 5000 (beş min) manat məbləğində vəsait vermişdir. O, da həmin pulun 500 (beş yüz) manatını Cavabdeh1 vermiş, pulun 500 manatını özünə götürmüş qalan 4000 (dörd min) manatını Qənaət Şirinova vermişdir. Göründüyü kimi Cavabdeh1 kollecə düzəldilmə işi ilə bağlı onunla danışmış və bu sonuncu bu iş üçün 5000 (beş min) manat pul istəmişdir. Lakin Cavabdeh1 onun xəbəri olmadan dayısı oğlu, Rəhim Rəhimovdan 15000 (on beş min) manat pul tələb etmiş və Rəhim Rəhimov bu pulu bibisi qızına vermişdir. Cavabdeh1 bu pulun sadəcə 5000 (beş min) manatını ona vermişdir. Onun tərəfindən istintaq zamanı zərərçəkmiş şəxsə 2000 (iki min) manat pul ödənilmişdir. Bu fakt istintaq materiallarında da öz təsdiqini tapmışdır. Cavabdeh1 tərəfindən onun dayısı oğlu, Rəhim Rəhimovdan 15 000 (on beş min) manat pul alması faktından onun xəbəri olmamasını onunla sübut edirik ki, Cavabdeh1 istintaq zamanı ilkin olaraq zərərin əvəzi olaraq Rəhim Rəhimova 1500 (bir min beş yüz) manat pul vermişdir. Bundan başqa Cavabdeh1 zərərin əvəzi olaraq Rəhim Rəhimova verilməsi üçün istintaq zamanı Yanar adlı müstəntiqə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vermişdir. Lakin sonradan müstəntiq bu vəsaiti tam həcmdə mənimsəmiş və Rəhim Rəhimova verməmişdir. Cavabdeh1 tərəfindən 1500 manat Rəhim Rəhimova və 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaitinin zərərin əvəzi kimi müstəntiqə verməsi (cəmi 9300 manat) onu sübut edir ki, Cavabdeh1 Rəhim Rəhimovdan ümumilikdə 15 000 (on beş min) manat pul vəsaiti almışdır və onun bu vəsaitin cəm i 5000 manat hissəsi barədə məlumatlı olmuşdur.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.B.Axundov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2929/2021 saylı 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 8000 (səkkiz min) manat, digər Cavabdeh2 isə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinun tutularaq iddiaçı X6 xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi işin halları ilə bağlı müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdeh Təranəyə ümumilikdə 14000 manat məbləğində pul verilmiş, sonuncu həmin məbləğdə 5000 manatını digər cavabdeh Mehribana vermiş, Mehriban da həmin məbləğdən 500 manatını Təranəyə mükafat olaraq geri qaytarmış, 500 manatını isə özünə götürə rək, yerdə qalan 4000 manatı Kollecin müdirinə vermişdir. Bundan başqa işin halları ilə müəyyən edilmişdir ki, istintaq dövründə dəymiş ümumi ziyandan cəmi 3500 manat məbləğində pul vəsaiti, ondan 2000 manatı Cavabdeh2 tərəfindən, qalan 1500 manatı isə digər cavadbeh Cavabdeh1 tərəfindən iddiaçıya geri qaytarılmışdır. Cavabdeh1 məhkəmə iclasında aldığı 14000 manat məbləğində pul vəsaitindən Cavabdeh2 ilkin olaraq 4500 manat, müxtəlif vaxtlarda 2000, 1500 və 2000 manat olmaqla sonuncuya hissə-hissə 5500 manat da, pul verdiyini bildirsə də, məhkəməyə bu hallarla bağlı hər hansı bir mötəbər sübutlar təqdim edə bilməmiş, iş üzrə digər cavadbeh olan M.Niftəliyev isə ona Cavabdeh1 cəmi 4500 manat məbləğində pul vəsaitinin verilməsini etiraf etmişdir. İşin bu halı Bakı Şəhəri Yasamal Rayon Məhkəm əsinin xx.xx.2019-cu il tarixli, 1(004)208/2019 saylı qərarı ilə müəyyən edilərək öz təsdiqini tapmışdır.

11. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək hesab etmişdir ki, Cavabdeh1 8000 (səkkiz min) manat, digər Cavabdeh2 isə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

12. Məhkəmə həmçinin iddiaçıya ödənilməsi məqsədi ilə 7800 manat pulun Yasamal RPİ-nin təhqiqatçısına ödənilməsinə dair dəlillərinə tənqidi yanaşaraq qeyd etmişdir ki, cavabdehlər sözü gedən məbləğin geri qaytarılması barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişlər. Belə ki, iş materialları ilə cavabdehlər tərəfindən istintaq dövründə iddiaçıya ümumilikdə cəmi 3500 manat məbləğində pul vəsaitinin geri qaytarılması müəyyən edilmişdir.

13. Məhkəmə iddia tələbinin cavabdehlərdən 4000 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı vurulan mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhk əməyə təqdim etməmişdir.

15. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10500 manat pul məbləğinin geri ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 4200 manatın tutulması hissəi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə də, əsassız olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.2, 445.7, 1096, 1097.1, MPM-in 14.2, 42, 77.1-ci maddələri, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.Ə.İbayev (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9868/2021 saylı mülki iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apelly asiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı özü Cavabdeh1 pulu bilə-bilə qanunsuz hərəkətlərin yerinə yetirilməsi, yəni Lənkəran şəhəri 4 saylı orta məktəbin 9-cu sinifinin buraxılış imtahanlarından keçə bilməyən oğlu X8 Gəncə şəhərində yerləşən orta məktəblərdən birinin 9-cu sinifini bitirməsi barədə şəhadətnamə alınması və onun X14 qəbul etdirilməsi üçün vermişdir. R.N.Rəhimovun özünün hərəkətləri qanunsuz hərəkətlərin yerinə yetirilməsinə yönəldiyinə görə məhkəmə kollegiyası hesab etmişdir ki, h əmin qanunsuz hərəkətlər nəticəsində iddiaçının məruz qaldığı sarsıntılar mənəvi ziyan kimi kompensasiya edilə bilməz. Birinci instansiya məhkəməsi iddianın mənəvi ziyan hissəsini təmin etməməkdə haqlı olmuşdur.

22. Həmçinin iddiaçının Cavabdeh1 ödədiyi pulun uzun müddət geri qaytarılmamasına görə illik 5 faiz olmaqla ona 4200 manatın ödənilməsi barədə iddia tələbinin təmin olunmamalıdır. Belə ki, iddiaçı R.N.Rəhimovun 4200 manat pul tələbi müqavilə öhdəliyi kimi meydana çıxmamışdır. Onun tərəfindən Cavabdeh1 ödənilmiş pul məbləğinin qaytarılmasının qanuniliyi yalnız həmin işə baxılarkən müəyyən edilmişdir. Ona görə də həmin pulun Cavabdeh1 tərəfindən qanunsuz olaraq saxlanmasına görə ondan faizlərin tələb olunması qanunu hesab edilə bilməz. Digər tərəfdən bunun özü də R.N.Rəhimovun qanuns uz hərəkətlərinin kompensasiyası hesab oluna bilərdi ki, yuxarıda qeyd olunduğu kimi bu yolverilməzdir.

23. Apellyasiya məhkəməsi Cavabdeh1 iddiaçıdan aldığı puldan 7800 manatının ibtidai araşdırma vaxtı təhqiqatçıya verməsi və həmin məbləğin nəzərə alınmaması bardə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, bu dəlili iş materialları ilə sübuta yetmir, ona görə də həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası irəli sürülən dəlillərin sübut olunmaması əsasına görə Cavabdeh2 apellyasiya şikayətinin də təmin olunmaması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edi lməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr qanunvericiliyin tələbləri baxımından zərərin Cavabdeh1 tərəfindən vurulması halını, eyni zamanda belə halın mövcud olduğu təqdirdə nə qədər təşkil etməsini əsaslandırmamış, işin faktiki hallarını araşdırmadan əsassız qətnamə çıxarmışdır.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi ( real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

29. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

40. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

41. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edi lmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. 43.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərba ycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli 2(103)-9868/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar