Məhkəmə qərarları › İş №2(102)-3505/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3505/2021

23.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3505/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: təhsil haqqının ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1067/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Tərəflər 02 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha girmiş, həmin nikahdan 12 sentyabr 2014-cü il tarixdə X5 və 01 noyabr 2016-cı il tarixdə X6 adlarında iki uşaqları olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və uşaqlar anaları X1 yanında saxlanılmaqla onlara görə İddiaçı X1 xeyrinə aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Bundan başqa, İddiaçı 10 aprel 2018-ci ildən başlayaraq 12 sentyabr 2014-cü il təvəllüdlü X2 “Bakı Modern” məktəbində təhsil alması üçün hər ay 600 manat tutularaq X3 ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikah dövründə əldə etdikləri “Hyunday Grandeur” markalı avtomobil üzərində ½ hissədə pay hüquqları mü əyyən olunmuş, qalan hissədə ilkin iddia təmin edilməmişdir. Həmin qətnamə ilə eyni zamanda digər əmlakların bölünməsi və s. tələbinə dair qarşılıqlı iddia təmin olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş həyat yoldaşı X1 onların birgə nikahlarından olan qızları N 1 il sonra ondan xəbərsiz “Bakı Modern” məktəbinin məktəbəqədər uşaq bağçasından "xxxx" MMC-nin məktəbəqədər rus bölməsinə keçirməsini əsas göstərməklə qızı Fatimənin “Bakı Modern” məktəbində təhsil alması üçün hər ay ödədiyi 600 manat məbləğində təhsil haqqının ləğv edilməsinə, uşağın həmin məktəbdə təhsil almasına görə ödədiyi 6600 manatın cavab dehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29, 58, 81, “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanununun 5 və 19-cu maddələrinə istinad etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh Zamanova (Mustafayeva) Leyla Özbəyi qızı qarşılıqlı iddia verərək 12 sentyabr 2014-cü il təvəllüdlü Fatimənin “Evrika” liseyində təhsil alması üçün hər ay 550 manat, 01 noyabr 2016-cı il təvəllüdlü X4 məktəbəqədər hazırlıq məktəbində təhsil alması üçün hər ay 400 manat olmaqla İddiaçı iki uşağın təhsil alması üçün cəmi 950 manat məbləğində təhsil haqqının alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 sa ylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: A.S.Məmmədov) ilkin iddia qismən təmin edilərək İddiaçı Cavabdeh xeyrinə 12 sentyabr 2014-cü il təvəllüdlü Nın “Bakı Modern” məktəbində təhsil alması üçün hər ay 600 manat məbləğində təhsil haqqının tutulması 01 oktyabr 2020-ci il tarixdən ləğv edilərək Cavabdeh artıq ödənilmiş 600 manat təhsil haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı qaytarılması, ilkin iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə qarşılıqlı iddia tələbi təmin edilərək İddiaçı qızı Nın təhsil alması üçün hər ay 550 manat və oğlu Nin məktəbəqədər hazırlıq məktəbində təhsil alması üçün hər ay 400 manat, cəmi 950 manatın tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia tələbi üzrə İddiaçı apellyasiya şikayəti verərək “Bakı Modern” məktəbi ilə qızı N məktəbəqədər hazırlığı ilə əlaqədar təhsil alması üçün müqavilə bağlamasını, məktəbəqədər təhsilin bitdikdən sonra uşağın həmin məktəbdə təhsil alması üçün müqavilə bağlamamasını və bununla əlaqədar üzərinə öhdəlik götürməməsini, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsindən 10 ay keçdikdən sonra cavabdehin qızını ondan xəbərsiz "xxxx"nə dəyişməsini və həmin məktəb üçün ondan 13 ay müddətində əsassız olaraq hər ay 600 manat, cəmi 7800 manat tutulmasını, "xxxx" ilə müqavilənin onun tərəfindən deyil, uşağın valideyni olmayan kənar şəxs - X7 ilə bağlanmasını və onun da təhsil haqqını ödəməklə bağlı "xxxx" qarşısında məsuliyyət daşımasını, onun razılığı olmadan təhsil haq qının ödənilməsinin onun üzərinə qoyulmasının əsassız olmasını, oğlu Nin məktəbəqədər təhsili üçün 400 manat tutulmasının da onun iradəsinə zidd olmasını, onun uşaqlarının ödənişli əsaslarla təhsil almasının əleyhinə olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın isə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1067/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia və qarşılıqlı iddia tələbləri rəd d edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti vermiş və şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasın ın Ailə Məcəlləsi Maddə 58.4 Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Maddə 58.5 Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. “Təhsil haqqında “ Azərbaycan Respublikasının Qanunu Maddə 5.1 Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Maddə 5.4 Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olar aq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ilk iddia tə ləbinə aid hissədə ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi həmin hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə İddiaçı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilərək həmin hissədə yenidən baxılması üçün iş apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbini rədd edərkən İddiaçı məhkəməyə uşağının “Bakı Modern” məktəbində təhsil alması üçün ödədiyi 600 manatı maddi vəziyyətinin pisləşməsi və gəlirinin hər hansı formada azalması ilə əlaqədar ödəyə bilməməsi barədə məhkəməyə sübut təqdim etməm əsini əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanuni sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi iddianı yuxarıda göstərilən əsasla rədd edərkən konkret normaya istinad etməsə də, əslində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin müddəalarına əsaslanmışdır. Qanunun həmin normasına görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxs i tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən norma alimentin miqdarının dəyişdirilməsi və yaxud alimentdən azad edilməsi imkanını nəzərdə tutduğundan hazırkı konkret vəziyyətdə həmin normanın müddəalarına istinad olunmaqla iddianın rədd edilməsi əsaslı sayila bilməz. İş materiallarından görünür ki, İddiaçı təhsil haqqının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və bunun əsas səbəbini uşağın başqa təhsil müəssisəsinə "xxxx" MMC-nin məktəbəqədər rus bölməsinə keçirilməsi ilə əsaslandırmışdır. Müəyyən olunduğu kimi, uşağın “Bakı Modern” məktəbində təhsil alması üçün cavabdeh Leyla Mustafayevaya ödənilməsi nəzərdə tutulmuş 600 manat məbləğində təhsil haqqı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə qət edilmişdir. İddiaçı hazırkı iddia tələbində əslində məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin qismən ləğv edilməsini tələb etmişdir. Bu isə mülki prosessual qanunvericiliyin müddəalarına ziddir. Belə olan halda, kollegiya hesab edir ki, məhkəmə tərəfindən həmin iddia tələbinə baxılmasının mümkünlüyünə, yəni məhkəmədə baxılmalı olub-olmamasına qiymət verilməli idi. Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İşdən görünür ki, alimentin tutulmasına dair icra sənədinin icrasını həyata keçirən Bakı Şəhəri Nərimanov Rayon icra və probasiya şöbəsinin icra məmuru Nin “Bakı Modern” məktəbində təhsil almamasını əsas göstərməklə Bakı Şəhəri Yasamal Rayon Məhkəməs inin 06.12.2018-ci il tarixli icra sənədinin X2 “Bakı Modern” məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqı tutularaq X3 ödənilməsinə dair hissədə qətnaməyə izah verilməsi üçün məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Yasamal Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ilə qətnaməyə izah verilməsindən imtina olunmuşdur. Kollegiyanın iclasında verdiyi izahatında Cavabdeh vəkili həmin qərardadın apellyasiya qaydasında mübahisələndiriləcəyini bildirmişdir. Bu isə qərardadın qanuni qüvvəyə minməsi nəticəsinə gəlmək üçün əsas vermir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutar aq kollegiya QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1067/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi İddiaçı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar