Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3505/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X11 və X10 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər X11 və X10 qarşı borc tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-676/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətinə Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. Ali İşin halları
1. Cavabdeh X11 tərəfindən “xx.xx.2021. 8500 imza. X14 q. Borcluyam. İddiaçı” məzmunda qəbz yazılıb imzalanmışdır
2. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən X11 verdiyi izahatında göstərmişdir ki, 2018-ci ildə İddiaçı faizlə 1500 manat pul almışdır, lakin sonradan pulu faizi ilə birlikdə tam olaraq qaytarmışdır. Sonradan hər dəfə ona pul lazım olanda İddiaçı faizə borc kimi pul almış, faizi artıq olduğu üçün qaytara bilməyəndə onu hədələməyə və şantaj etməyə başlamışdır. O, 2018-ci ildə İddiaçı hissəhissə aldığı 3500 manat pulu faizə götürmüş, həmin pulu faizi ilə birlikdə təxminən 4000050000 manat olmaqla qaytarmışdır, sonradan onu İddiaçı oğlanları ilə birlikdə hədələdiyi üçün 11.700 manat borcunun olmas ını bildirmişdir, lakin onun İddiaçı hazırda heç bir məbləğdə pul borcu qalmamışdır.
3. Həmin qərardan həmçinin müəyyən edilmişdir ki, X13 da verdiyi izahatında göstərmişdir ki, 2018-ci ildə İddiaçı ilə Qazax rayonunda tanış olmuş, təxminən 2 il əvvəl İddiaçı 3000 manat pulu 15% borc almışdır, lakin vaxtında pulu qaytara bilmədiyindən İddiaçı faizin üstünə əlavə pul gəlmişdir. xx.xx.2023-cü il tarixinədək təxminən 27.000 manat faiz pul ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh1 da ondan borc faizə pul almış və həyat yoldaşı da hədə altında olduğu üçün ona ödənişlər etmişdir. O, şəxsən 16.000 manat pulu faiz olaraq İddiaçı almış, həmin pulun 10.000 manatını qaytarsa da yerdə qalan 6000 manat pulu maddi imkanı ilə bağlı olaraq ödəyə bilməmişdir.
4. Ödəniş qəbzlərinə ə sasən 12.10.22-ci il tarixdə 180 manat, 05.12.22-ci il tarixdə 30 manat, 09.01.23-cü il tarixdə 350 manat, 03.04.23-cü il tarixdə 791 manat, xx.xx.2023-cü il tarixdə 215 manat pul İddiaçı kart hesabına göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər X11 və X10 qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 20000 manat və cavabdeh X4 16600 manat pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X6 geyim əşyalarının satışı ilə məşğul olan şəxs kimi tanımış və aralarında olan bir neçə illik şəxsi münasibətlərdən sonra sonuncunun təklifi ilə geyim əşyalarının alğı-satqısı üçün birlikdə biznes qurmaq məqsədi ilə ona müxtəlif zamanlarda hissə-hissə olmaqla ümumilikdə 20000 manat məbləğində borc pul vermişdir. Aralarında olan şifahi razılığa əsasən X11 qeyd olunan vəsaiti müxtəlif malların alğı-satqısına istifadə edərək əldə edilən gəliri onunla bölüşməli idi. Lakin uzun müddət keçməsinə baxmayaraq nə əldə edilən gəlir iddiaçı ilə bölüşdürülməmiş, nə də ki, alınan 20000 manat vəsait ona geri qaytarılmamışdır. Qeyd olunan halla bağlı Abşeron rayon Polis İdarəsinə müraciət edilmiş və araşdırma aparılmışdır. Araşdırma zamanı X11 guya iddiaçı tərəfindən ona verilmiş pulun faiz pul olduğunu bildirmiş və alınan vəsaiti geri qaytardığını bildirmişdir. Qeyd olunan məbləğin iddiaçı tərəfindən cavabdeh X7 verilməsi onların aralarında olan “whatsapp” danışığı və cavabdehin özü tərəfindən yazılmış y azı vasitəsi ilə sübut edilir. Eyni zamanda İddiaçı cavabdeh X5 həyat yoldaşı X10 avtomobil alğı-satqısı ilə məşğul olmaq üçün hissə-hissə olmaqla 16600 manat vəsait borc vermiş, lakin o, iddiaçının etibarından sui-istifadə edərək aldığı borcu geri qaytarmamışdır. X13 barəsində də Abşeron rayon Polis İdarəsinə müraciət edilmiş, araşdırma aparılan zaman sonuncu İddiaçı qeyd olunan məbləğdə borc pul aldığını etiraf etmiş, lakin maddi imkanı olmadığı üçün borcunu geri qaytara bilmədiyini bildirmişdir. Bu fakt həmçinin X1 ilə öz təsdiqini tapır. Göründüyü kimi cavabdeh X5 20000 manat borcu və cavabdeh X8 ona olan 16600 manat borcu bu günə qədər geri qaytarılmamışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və Vəkil1 iddianı müdafiə etmiş, əlavə olaraq qeyd etmişdir ki, cavab deh X11 məhkəməyə təqdim etdiyi ərizədə iddia müddətini tətbiq etməklə, 2018-ci ildə ona verilən 3000 manat pula görə iddianın qeyrimümkünlüyünün nəzərə alınmasını istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdeh X11 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, Qazax şəhərində paltar mağazası işlədir. İddiaçı 2018-ci ildə ondan mal almışdır. Sonradan iddiaçıdan 3000 manat ayda 15% ödəmək şərti ilə pul almışdır və həmin pulu ödəmişdir. Borcla bağlı qeyd olunan qəbzi iddiaçı ona hədə-qorxu gələrək yazdırmışdır. İddiaçının ona hədə-qorxu gəlməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. İddiaçı oğlu Elsun ilə birlikdə onun evinə gələrək onun ünvanına nəlayiq ifadələr işlətmiş, daha sonra onu və həya t yoldaşını həbs etdirəcəyi ilə hədələmişdir. O iddiaçıdan aldığı borcu faizi ilə birlikdə ödəmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında cavabdehlər X5 və X8 nümayəndəsi, Vəkil2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, cavabdeh Şəfəq Mehtiyeva iddiaçıdan aldığı pulu faizi ilə birlikdə artıqlaması ilə qaytarmışdır. İddiaçı da cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda 8000 manat aldığını etiraf etmişdir. Sözügedən qəbz və səs yazısı nümayəndəsi olduğu X7 məcburi qaydada yazırılmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında elan edilmiş X12 və X2 yazısı barədə diskdən müəyyən edilmişdir ki, X13 iddiaçının oğlu ilə danışan zaman onun anası İddiaçı 16.000 manat borcunun olduğunu, X2 yazısında isə onun İddiaçı 11.700 manat borcunun olduğunu və həmin səs yazısının ona və oğluna məxsus olmasını etiraf etmişdir.
11. Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(023)-1521/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X3 10.144 manat və X4 16000 manat pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Nemət Musayev)
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında iştirak edən tərəflərin izahatları, xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda əks olunmuş cavabdehlərin izahatları, eləcə də cavabdehlərə məxsus səs yazısı ilə onların ayrılıqda iddiaçıya 11.700 manat və 16.000 manat borcunun olma sı etiraf edilmişdir. Cavabdeh X13 iddiaçıya olan borcundan 10000 manat qaytarmasını bildirsə də, həmin borcu ödəməsi ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia tələbi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür.
13. Eləcə də məhkəmə qeyd etmişdir ki, 12.10.22-ci il tarixdə 180 manat, 05.12.22-ci il tarixdə 30 manat, 09.01.23-cü il tarixdə 350 manat, 03.04.23-cü il tarixdə 791 manat, xx.xx.2023-cü il tarixdə 215 manat pul İddiaçı kart hesabına cavabdehlər tərəfindən köçürüldüyündən, iddia tələbi qismən təmin edilməlidir.
14. Məhkəmə iddia tələbinin X7 aid olan 9856 manat hissəsində və X9 aid olan 600 manat hissəsində qiymət verərək hesab edir ki, həmin məbləğlərdə pulun verilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, nə də cavabdehlər tərəfindən həmin pulun alınması etiraf edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.
15. Cavabdeh X5 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən borc müqaviləsinin 2018-ci il tarixdən yaranması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilə bilməz.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 329.3, 373.2, 385, 427, 442, 448.1, 529.3 və 740.1-ci maddələrinə, Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdehlər (Vəkil2) birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Abşeron Rayon Polis İdarəsinin qərarına əsasən iddiaçıya olan borcun yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə polisin qərarını nəzərə almamışdır. Halbuki, həmin qərarda 8000 manat pulun qaytarılması İddiaçı öz izahatında etiraf etdiyi qeyd edilmişdir. Məhkəmə isə həmin qərarı görməyərəkdən gələrək ödədiyi pulu borcdan çıxmamış və üzərində 10.144 manat borcu saxlamışdır. Digər hissədə, Cavabdeh2 barədə bildirilmişdir ki, İddiaçı aldığı 16.600 manat məbləğində borc pul qaytarmasına baxmayaraq, yenidən ödənilməsi barədə qətnamə qəbul ed ilmişdir. Məhkəmə bu iddianı qanunsuz yazılan səs yazısına əsaslanaraq qəbul etmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, Cavabdeh2 bu səs yazısından sonra pulu İddiaçı qaytarmışdır. Qeyd edilən bütün bu hallar birinci instansiya məhkəməsində araşdırılmalı olduğu halda araşdırılmamış və ya düzgün qiymət verilməmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-676/2024 nömrəli 22 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) cavabdehlər X11 və X8 nümayəndələri (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1521/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sübutetmə yükü cavabdehlərin üzərinə düşdüyü halda cavabdeh X11 iddiaçıya heç bir borcunun qalmaması və cavabdeh X8 10.000 borcun qaytarması barədə mötəbər sübutları məhkəmələrə təqdim etməmişlər.
21. Belə ki, işdə olan səs yazılarında cavabdeh Şəfəq Mehtiyevaya məxsus səs yazısı ilə onun İddiaçı 11.700 manat borcunun olmasını öz təsdiqini tapmışdır. Bundan əlavə, cavabdeh X13 İddiaçı 16.000 manat faizə pul aldığını, həmin məbləğin 10.000 manatını qaytardığını, qalan 6.000 manat pulu maddi imkanı olmadığından ödəyə bilmədiyini bildirsə də, X8 iddiaçı oğlu ilə danışan zaman onun anası İddiaçı 16.000 manat borcunun olduğunu etiraf etmişdir.
22. Həmin səs yazısının qanunsuz olaraq eldə edilməsi barədə şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iki şəxs arasında könüllü olaraq birbirinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2, 742.1; Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 77.1, 88, 175.1, 217.3, 217.4 maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlar ının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına; Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehlər (vəkil Nümayəndə Müşafiq oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmunu ilə oxşar olmaqla, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında heç bir borc müqaviləsindən söhbət gedə bilməz, yeganə sübut növ ü kimi iddiaçının istifadə etdiyi əl yazma var onun da məhz təzyiq altında yazıldığı məhkəmədə vurğulansa da, buna hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-676/2024 nömrəli 22 may 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 27.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəz ifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 30.Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Cavabdehin birgə verdikləri kassasiya şikayətinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
42. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2024-cü il tarixli 2(104)-676/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.