Məhkəmə qərarları › İş №2(102)-3506/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3506/2023

04.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3506/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3506/2023 Açar sözlər: delikt nəticəsində vurulmuş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2023-cü il tarixli, 2(103)-2817/23 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 19 oktyabr 2021-ci il tarixli Nəsimi rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində Cavabdeh idarə etdiyi “X12” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə hərəkətdə olan zaman H.Ələsgərov küçəsi ilə kəsişməyə gəlib çatmış və bu zaman o, fikirli olduğu üçün işıqforun qırmızı işığında keçdiyi üçün H.Ələsgərov küçəsində hərəkətdə olan X4 idarə etdiyi “Toyota Prado” markalı, 90AS-717 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə, Cavabdeh avtomobilində olan sərnişin X5 az ağır bədən xəsarəti almışdır. Lakin, X1 Cavabdeh il ə barışıq ərizəsi olduğundan müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 2. 15 noyabr 2021-ci il tarixli, AP № ******* seriyalı İnzibati Xəta haqqında Protokolun və TP ******* seriyalı İnzibati Tənbeh vermə haqqında qərarına əsasən, 18 sentyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində Cavabdeh “X12” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 3. 25 sentyabr 2021-ci il tarixli “X14 Azerbaijan” tərəfindən verilən ilkin qiymətləndirmə aktına əsasən, “Toyota Prado” markalı, **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.367 manat məbləğində ziyan vurulduğu qeyd edilmişdir.

4. AB №849065 və AD №902383 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, **-AS-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prado” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC, **-OM-*** dövlət qeydiyyat nişanlı, “X12” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi isə X6r. X7 tərəfindən Cavabdeh nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixədək etibarnamə verilmişdir. 5. 06 oktyabr 2022-ci il tarixli, 9/6116№-li ekspert rəyinə əsasən, iş materiallarında olan “X14 Azerbaijan” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il burax ılışlı “Toyota Prado” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 10.212 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə vurulmuş maddi zərərə görə 7.367 manat, iddia ərizəsi üçün ödənilmiş 93,67 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.460,67 manat məbləğində pulun "xxxx" ASC-nin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, icbari sığorta şərtlərinə əsasən yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyana görə "xxxx" ASC tərəfindən iddiaçı MMC-yə 5.000 manat məbləğində sığorta ödən işi həyata keçirilmişdir. Beləliklə, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı MMC-yə dəymiş maddi ziyandan 7.367 manat (12.367-5.000=7.367) ödənilməmiş qalmışdır. Bununla bağlı yol-nəqliyyat hadisəsində təqsirkar olan cavabdehə müraciət edilsə də, sonuncu həmin məbləği ödəməkdən imtina etmişdir. Hal-hazıradək vurulmuş maddi ziyanın qalıq qalan hissəsi – 7.367 manat məbləğində pul cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur.

8. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim: N.Tağıyeva) 2(006)123/2023 saylı, 06 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən avtomobilə vurulmuş maddi zərərə görə 5.212 manat və ödənilmiş 93,67 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

11. Məhkəmə maddi zərərin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsindən göründüyü kimi baş verən hadisə ilə bağlı sığorta şirkəti tər əfindən iddiaçıya 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Buna görə də, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində qismən-5.212 manat (yəni, ekspert rəyində müəyyən edilmiş məbləğdən ödənilmiş sığorta məbləği çıxılmaqla) təmin edilməlidir.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.7, 103.1, 119.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1-ci maddələrini tətbiq edərək iddianı təmin etmişdir. Halbuki, işin halları tam və düzgün müəyyən edilsəydi, iddia tələbinin rədd edilməsi qənaətinə gəlinəcəkdi. “İlkin qiymətləndirmə aktında” əsassız olaraq lüzumsuz xidmətlər qeyd edilərək məbləğ şişirdilmişdir. Bundan başqa, dəmirçi xidməti və elektrik xidməti ehtiyac olmamasına baxmayaraq aktda cəmi 1.600 manat xidmət haqqı göstərilmişdir. Ehtiyat hissələrinin və görülmüş xidmətlərin məlum olan real bazar qiyməti ümumilikdə 5.630 manat təşkil edir. Buna baxmayaraq aktda bu qiymət 12.367 manat müəyyən edilmişdir. Qiymətləndirmə aktı tərtib edilərkən cavabdehin iştirakı təmin edilmədiyinə görə, qeyd edilənləri diqqətlərinə çatdıra bi lməmişdir. İddiaçı tərəfin istəyinə uyğun olaraq qiymətlər yüksək miqdarda qiymətləndirilmişdir. Bundan başqa bəzi ehtiyat hissələrinin qiyməti ayrılıqda və ümumi tamın tərkibində iki dəfə qeyd edilməklə qiymət şişirdilmişdir. Bu səbəbdən məhkəməyə vəsatət verərək iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi xahiş olunmuşdur. Bütün məhkəmə təcrübələri göstərir ki, qüsur aktlarında olan qiymətlər hər zaman şişirdilmiş göstərilir və ziyanın real olan daha aşağı məbləği Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəylər nəticəsində müəyyən olunur. Qeyd edilən halların aydınlaşdırılması üçün iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, vəsatətd ə qoyulmuş sualların hamısının ekspert qarşısında qoyulması və ekspertizanın keçirilməsinin başqa ekspertə həvalə edilməsi xahiş edilsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Bundan başqa, məhkəmədən yol-nəqliyyat hadisəsinin video görüntüsünün götürülməsi xahiş edilsə də, vəsatət təmin edilməmişdir. Belə olan halda, iş üzrə tam araşdırma aparılmadığından məhkəmənin qətnaməsini qanuni və əsaslı hesab etmək olmaz. Qeyd edilənlərə əsasən cavabdeh tərəf hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmamış, iddianı qismən təmin edərək iş üzrə səhv nəticəyə gəlmiş və maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

15. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, qiymətləndirmə düzgün aparılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır və qüvvədə saxlanılmalıdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və M.Ə.Rüstəmli) 04 may 2023cü il tarixli, 2(103)-2817/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatora aid olunması qət edilmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şik ayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

18. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1108.1, 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil: Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassator şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmamış, iş üzrə səhv nəticəyə gəlmiş və maddi və prosessual hüquq normalarının pozulması ilə müşay iət edilən qanunsuz və əsassız qətnamə qəbul etmiş, iş üçün əhəmiyyətli olduğu halda sübutlarla bağlı cavabdehin təqdim etdiyi vəsatətləri təmin etməmiş, işi birtərəfli araşdırmışdır.

21. Kassator şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 97.1, 101.7, 103.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzə rdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərəri n əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbə yinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

28. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş”həqiqi”hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində iddiaçının avtomobilinə dəymiş ziyanın düzgün hesablanmadığı və iş üzrə alınmış ekspert rəyinin yanlış olduğunu, iş üzrə təkrar ekspertiza keçirilməli olduğunu qeyd etmişdir. Kassasiya şikayətlərinin dəlilləri ilə ba ğlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan məbləğ müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Cavabdeh tərəf vurulmuş ziyanın daha az məbləğdə olması və ekspert rəyinin düzgün olmaması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Buna görə də, iş üzrə təkrara ekspertiza keçirilməsinə də əsaslar mövcud olmamışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2817/2023 nömrəli iş üzrə 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar