Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-351/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2018-ci il tarixli 2(103)9990/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə(hakim M.Q.Sadıqov, iş № 2(007)-652/2018) İddiaçı cavabdeh “Bakı-Ayaqqabı-2” ATSC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinə qarşı səhmdarların ümumi yığıncağının protokolunun ləğv edilməsi və s. tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə(hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədənsaxlanılmışdır. İşin halları: “Bakı-Ayaqqabı-2” ATSC Bakı 2 №-li ayaqqabı fabrikinin bazasında yaradılmaqla Nizamnaməsi 10 iyul 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır. ATSC-nin 14 iyun 2007-ci il tarixli növbəti yığıncağında bir sıra digər məsələlər və eyni zamanda ASC-nin ləğv edilməsi və ləğvetmə komissiyasının yaradılması barədə qərar qəbul edilmişdir. ATSC-nin 24 noyabr 2017-ci il tarixli növbədənkənar ümumi yığıncağında isə Cəmiyyətin ləğvetmə komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi, ləğvetmə komissiyasının yeni tərkibinin təsdiq edilməsi, ləğvetmə komissiyasına Cəmiyyətin ləğvetmə prosesinin 120 gündən gec olmayaraq yekunlaşdırılmasına dair qərar qəbul edilmişdir. 2017-ci ilin dekabr ayında Cəmiyyətin təsisçilərindən biri olan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cəmiyyətin ləğv edilməsi barədə qərarın 14 iyun 2007-ci il tarixdə qəbul edilməsini, həmin vaxtdan 10 il keçdiyi üçün Mülki Məcəllənin 59.6-cı maddəsinə əsasən ləğvetmə prosesinin yenidən başlanmalı və bunun üçün səhmdarların ümumi yığıncağının çağırılmalı olmasını və s. əsas göstərməklə 14 iy un 2007-ci il və 24 noyabr 2017-ci il tarixli səhmdarların ümumi yığıncağının protokollarının, ləğvetmə komissiyasının yaradılmasının ləğv edilməsi, ATSC-nin idarəetmə, nəzarət və icra orqanlarının fəaliyyətinin bərpa edilməsi, ATSC-nin ləğvetmə prosesində olması ilə bağlı aparılmış bütün qeydiyyatların ləğv edilməsi və Cəmiyyətin fəaliyyətinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin sübutlara və qanunun tələblərinə düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görəkassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, səhmdarların ümumi yığıncağı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.1, 1071.2, 107-1.3, 107-1.5, 107-2.1, 107-5.1, 107-3.5, 107-6.2-ci maddələrinin tələblərinə uyğun səhmdarların üçdə iki səs çoxluğu ilə çıxarılmış və gündəlikdə nəzərdə tutulmuş bütün məsələlər barədə müvafiq qərarlar qəbul edilmişdir. Məhkəmə kollegiyasına görə protokol yekun sənəd hesab olunmadığı üçün ləğv edilə bilməz. Ümumi yığıncağın qərarından isə məhkəməyə şikayət verilməmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəli lləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-351/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-351/2019
06.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver