Məhkəmə qərarları › İş №2(102)-351/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-351/2025

28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-351/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5354/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında rəfiqəlik münasibəti olmuş, iddiaçı cavabdehə 2018-ci ilin dekabrında bir il müddətinə qaytarmaq şərti ilə 25000 manat borc pul vermişdir. Qeyd olunan puldan bir hissə ödənilsə də, 8600 manat ödənilməyib.

2. Tərəflər arasında yazılı müqavilə yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8600 manat borcun və 106 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə ilk dəfə 2014-cü ilin dekabr ayının əvvəllərində İndira adlı rəfiqəsinin ad gününd ə tanış olmuşdur. Həmin vaxtdan müxtəlif ad günü və tədbirlərdə görüşmüş, iddiaçı cavabdehin mağaza işlətdiyini bilmişdir. Cavabdeh iddiaçıdan tanış kimi hərdən borca ***-**** manat arası vəsait istəmiş, lakin borclu qaldığı hal olmamış, qısa müddətdə cavabdeh borcu qaytarmışdır. İddiaçı cavabdehin həm “28 Mall” ticarət mərkəzi ilə üzbəüz yeraltı keçiddə ayaqqabı satışı, həm də “Əcəmi” metrostansiyası ərafında geyim satışını təşkil etdiyini bilirdi.

5. Cavabdeh 2018-ci ilin dekabr ayında iddiaçıya müraciət edərək bildirmişdir ki, “28 May” metrostansiyası ətrafındakı keçiddə mağaza götürmüş, mağazanın 3 illik icarəsi 50.000 manatdır, icarə pulu əvvəldən istənildiyi üçün ona 25.000 manat borc lazım olmuşdur. Cavabdeh 3 il ərzində hər ay borcu qaytaracağını bildirmişdir. Həmçinin cavabdeh mağ azanın içində əlavə yer qaldığını, oranı da istəsə iddiaçının işlədə biləcəyini, istəməsə də oranı özünün icarəyə verib icarə pulunu iddiaçıya verəcəyini təklif etmişdir. Sərfəli təklif olduğundan, iddiaçı mağazaya baxacağını bildirmiş, özünün yaşadığı ünvan 1 ünvanındakı evində pulu cavabdehə vermişdir.

6. İddiaçının mağazaya baxmaq təklifinə cavabdeh bidirmişdir ki, icarəçi pulun müəyyən hissəsinin iddiaçının verdiyini bilsə, bu təklifi qəbul etməyəcəkdir. Amma iddiaçı təkidlə icarəyə götürdüyü mağazanın yerini soruşmuş, nəhayət, bir müddət sonra mağazaya getmişdir, həmin vaxtadək artıq pulu cavabdehə vermişdi. İddiaçı mağazanı işlədən kimi Xnı (cavabdehi) soruşmuş, iddiaçıya mağazanı uzun illər işlədənin bir kişi olduğunu bildirmişlər. İddiaçı borc pulun icarə bəhanəsi ilə alındığını bi lmişdir. Bundan sonra iddiaçı cavabdehi görüşmək üçün ortaq rəfiqələri ilə soraqlamağa başlamışdır, çünki cavabdeh iddiaçı ilə birbaşa görüşdən yayınırdı.

7. İddiaçı bir neçə dəfə cavabdehin işlətdiyi mağazaya getmiş, satıcı hər dəfə cavabdehin orada olmadığını demişdir. Cavabdeh özü isə gah xəstə olduğunu, gah da daha sonra görüşəcəyini bildirmişdir. Beləliklə, borcun verilməsindən bir neçə ay keçmişdir. Bu müddətdə cavabdeh hissə-hissə borcundan qaytarmağa başlamışdır. Nəhayət iddiaçı cavabdehlə görüşmüş, ödənilən pulları hesablaşmış, cavabdehin ödəniləsi borcunun 16.600 manat olmasını müəyyən etmişlər. İddiaçı həmin pulun bir dəfəyə qaytarılmasını istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirmiş, sahibinin icarə obyektini onun əlindən aldığını, ziyanda olduğunu, utandığı üçün bütün bunla rı daha əvvəl demək istəmədiyini bildirmişdir.

8. Cavabdeh daha sonra iddiaçıya Masazır qəsəbəsində evi olduğunu, satıb pulunu götürməyini söyləmiş, iddiaçı yenə də cavabdehə inanaraq bu illər ərzində məcbur olub evin satışı ilə məşğul olmuşdur. Nəhayət, vasitəçilər real alıcı ilə görüşmək istəyəndə cavabdeh evi satmadığını, anasının buna icazə vermədiyini bildirmişdir. Cavabdehin qardaşı Orxan isə ümumiyyətlə, evi satmaq niyyətlərinin olmadığını, cavabdehə evi satmağa heç kimin icazə vermədiyini bildirmişdir. İddiaçı illərdir cavabdehin sadəcə vaxt qazanmaq üçün onu növbəti dəfə aldatdığını başa düşmüşdür. Həmin söhbətlərdən sonra qalan 16.600 manat puldan illər ərzində hissə hissə qaytarılmışdır. Cavabdeh 2022-ci ildə kart vasitəsilə 500 manat, 2023-cü ilin sentyabr ayının əvvəli 100 m anat, sonu isə 100 manat qaytarmışdır, hazırda cavabdehin cəmi 8600 manat borcu qalmışdır.

9. Cavabdehlə aparılan danışıqların bir nəticəsi olmamış, cavabdehin qardaşı Orxan, və anası İrina da bu danışıqlarda iştirak etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdehlə danışıqları olmuş, o zaman cavabdeh qalan pulu göndərməyəcəyini bildirmiş, iddiaçıya məsələni məhkəmə ilə həll eləməyi demişdir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.1, 329.2, 385.1, 425.1, 428.4, 442 və 445.1-ci maddələrinə istinad etmişdir.

11. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz etmişdir. Etirazın dəlilləri belə olub: - iddianın təmin edilməsi üçün hüquqi əsaslar və ona dəlalət edən aidiyyəti sübutlar olmalıdır ki, hazırkı məhkəmə işi üzrə heç bir sübut təqdim edilməmişdir; - iddi a ərizəsində qeyd olunan “2018-ci ildə Ülkər xanım mağaza açmaq istəmiş və bildirmişdir ki, “sərfəli təklif olduğundan, mən də razı oldum və ona filan ünvanda 25.000 manat verdim” ifadəsi heç bir şəkildə borc hesab edilə bilməz; - işin əsli isə ondan ibarətdir ki, iddiaçı həqiqətən də cavabdehlə rəfiqəlik münasibətində olmuşdur, cavabdehin “28 May”da obyekt işlətdiyini və obyektlərə nəzarət etdiyini bilmiş və bir obyektin də onun üçün ayrılmasını xahiş etmişdir. İddiaçı da ona uyğun obyektləri məsləhət görmüşdür. İddiaçı da obyektə 25.000 manat pul yatırmış, lakin 2018-ci ildə həmin obyekti işlədə bilmədiyi üçün iflas olmuş, oradan heç bir gəlir əldə edə bilməmişdir. Buna baxmayaraq, münasibətlərin qorunması üçün, iddiaçının yatırdığı sərmayə ona geri qaytarılmışdır; - qarşı tərəfin təqdim etdiyi yazışmalar var, həmin yazışmaların heç birində cavabdeh iddiaçıdan 25.000 manat borc aldığını, 16.400 manatın qaytarıldığını və 8600 manat qalıq borcu qaldığını heç bir şəkildə etiraf etməmişdir. Hətta yazışmaların sonunda onların arasında aqressiv münasibətlərə keçəndə, cavabdeh deyir “mən sənə hər şeyi artıqlaması ilə qaytarmışam, sən 25.000 manat pul yatırdın, amma mən sənə münasibətlərimiz pozulmasın deyə 28.000 manat vermişəm, sən isə faizlə hesablayaraq hesablamanı 36.600 manatdan aparmısan”; - işin digər tərəfi bundan ibarətdir ki, iddiaçı həmin sərmayəni yaxın münasibətdə olduğu Ayxan adlı şəxsdən almışdır və yazışmalarda da var ki, o, pulu Ayxandan almış və ona görə də pulu geri qaytarmaq lazımdır; - 25.000 manatın verilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməm işdir. Şahidlər ziddiyyətli ifadələr vermişdir. Ümumiyyətlə belə nəticəyə gəlinir ki, şahidlərin verdiyi ifadələr yalnız iddiaçının sözlərinə əsaslanır və digər şəxsin sözü ilə verilən ifadələr, şahid ifadəsi kimi qəbul edilə bilməz və iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz; - tərəflər arasında heç bir saziş yoxdur, 25.000 manatın borc müqaviləsindən söz gedirsə, bu, qanunvericiliklə müəyyən edilmiş qaydada, yazılı olaraq tərtib edilməli idi. Heç bir yazışmada əksini tapmayıb ki, cavabdehin iddiaçıya 8600 manat borcu qalmış, 16.400 manatı qaytarılmışdır. Tərəflər rəfiqələr kimi qarşılıqlı olaraq bir-birindən pul alıb-vermişlər və onların heç birinin 25.000 manata aidiyyəti olduğu təsdiqini tapmır; - bundan başqa, bu məsələlər 2018-2020-ci illərdə baş vermişdir. Belə ki, iddiaçı 2018-ci ildə mağazaya getmişdir, həmçinin daha sonra “4 il bundan əvvəl sən mənə dedin Masazırdakı evi satacaqsan, o vaxtı da mənə atdın” kimi ifadələr yazışmalarda varsa, onun hüquqlarının pozulduğunu bilməli olduğu an elə həmin vaxtdan başlayır; - 6 il müddətində iddiaçı heç bir orqana müraciət etməmiş, iddia tələbi qaldırmamış və qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddətini buraxmışdır..

12. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

13. İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, məhkəmənin ilk iclaslarında cavabdeh, ümumiyyətlə, pulun verilməsi faktını inkar edərək təqdim edilən qəbzlərin tərəflər arasında olan başqa bir borca aid olmasını, hazırkı borcla əlaqəsinin olmadığını və ümumiyyətlə, 25.000 manat borc verilmədiyini bildirmişdir. Tərəflər arasında yazışmalar ortaya çıxdıqda bu fərziyyə dəyişmişdir. Tərəflər arasındakı danışıqlar təqdim edildikdən sonra cavabdeh tələb olunan məbləğin borc deyil, faiz olduğunu sübut etməyə çalışır və bunu iddiaçının işləməməsi, pulu haradan əldə etməsi, başqa şəxslərə borc verib-verməməsi ilə əlaqələndirməyə çalışmışdır. Ancaq bunların hazırkı tələblə əlaqəsini müəyyən edən faktlar olmadığından, başqa fərziyyə ortaya çıxmışdır. Təqdim edilən telefon yazışmaları açıq-aydın təsdiq edir ki, cavabdeh aldığı pulu qaytarmamışdır. Elektron daşıyıcıda olan videoyazının 6-cı saniyəsində xx.xx.2023cü il tarixli dialoq- “iddiaçı: Saat 01.25 - canik əgər səhv etmirəmsə 8800 manat qalıb borclusan. 100 çıxdım. 8700. inciyərəm. Cavabdeh: 01.26 - Yox!” C avabdehin vəkili sonuncu iclasda “Yox!” ifadəsini guya cavabdehin inkarı kimi təqdim edir. Bu artıq fərziyyə deyil, yanıltma cəhdidir. Ancaq düşünülmür ki, məhkəməyə tam versiya təqdim edilib, sadəcə “Yox!” sözündən sonrakı dialoq tərcümə edilməmişdir. Məcburən dialoqun da, tərcüməsininin ardı təqdim edilmişdir. “Cavabdeh: 01.26 - Yox!, baxaram nə qədərdir, amma bu ad gününədir (Ha драю - iddiaçının izahına görə qısa “дp”, yəni ad günü yazmaq istəyirmiş çap səhvi olub). iddiaçı: 01.26 Sən öl mən çıxmışam, and içirəm üzüvə baxmaram, Cavabdeh Дp. (yəni ad günü), sonra danışarıq”. Göründüyü kimi, bu dialoqdan və əvvəlcədən təqdim edilən dialoqlardan tam sübut olunur ki, iddiaçı borca pul vermiş, puldan qismən qaytarılmış, qalıq borc barədə cavabdehə yazılmış, cavabdeh hətta onu qalıq borcdan çıxmamağı, ad günündədir deyə, iki dəfə israr edərək “sonra danışarıq” yazmışdır. Bu təkzib edilməz sübutlar hamısı tərəflər arasında olan yazılarla təsdiq edilir ki, hər iki tərəf bu yazılara istinad etməklə danışıqları sübut kimi qəbul edir. Daha sonra cavabdehin nümayəndəsi sonuncu dəfə izahatında israrla bildirir ki, guya cavabdeh borcunu inkar edir və məhkəməyə videoformatda təqdim edilən xx.xx.2023-cü il tarixli dialoqun saat 13.26-ya olan səsli yazışmalarına istinad edir. Həmin mesajda da bir daha təsdiq edilir ki, cavabdeh borcu qaytara bilmir, 500 manat qaytarmaq söhbətlərinin olmadığını, ümumiyyətlə əvvəlki dövr olmadığını, gəlirlərin aşağı düşdüyünü, ayda 200300 manat qaytara biləcəyini bəyan edir. Cavabdehin nümayəndəsi mətni tam təqdim etməkdən yayınır, yalnız özünə sərf edən hissəyə istinad edir. Sonrakı 34 saniyəlik səsli mesajda isə cavabdeh hər ay nəyi bacarsa, onun qaytaracağını bəyan edir. Lakin cavabdehin nümayəndəsi bu hissənin üstündən susqunluqla keçir. Göründüyü kimi, bu qədər səsli və şəkil formada dialoqlar təqdim edilmişdir, heç birində cavabdeh qeyd etmir ki, bu, borc deyil, faiz və investisiyadır. Bütün bunlara baxmayaraq, borcun verilməsi, borcun məbləği və qalığın 8600 manat olması tam sübut edilmişdir. Verilən pulun faiz və investisiya olmaması tam sübut edilmişdir. Bunun əksini təsdiq edəcək bir nəfər şahid, yazılı danışıqlar və maddi sübutlar ortaya çıxara bilməyən cavabdeh ən azından məhkəmədə iştirak edərək haqlı olmasına dair mövqe bildirə bilərdi, ancaq iştirak etmir. Çünki cavabdehin saxta fərziyyələr üzərində qurulan müdafiəsi ilə cav abdehin mövqeyi arasında kifayət qədər fərqlər ortaya çıxa bilər ki, bu da cavabdehi təmsil edən şəxsin məhkəmədə tutduğu mövqeyə uyğun deyildir.

14. Birinci instansiya məhkəməsində şahid X1 bildirmişdir ki, o, 8 ildir ki, iddiaçının evində köməkçi işləyir, həftədə 3 dəfə onun evini yığışdırır. cavabdehi iddiaçının evinə gedib-gələndə görmüşdür. O, 4-5 il əvvəl qış ayında cavabdehin iddiaçıdan borc istədiyini görmüş, daha sonra cavabdeh onun yanında təxminən 25.000 manat pulu evdən götürüb getmişdir, aralarında faiz söhbəti olmamışdır. Daha sonralar cavabdehin pulu hissə-hissə verdiyini eşitmişdir. Əvvəllər cavabdeh iddiaçının evinə tez-tez gəlirdisə də, daha sonra, ümumiyyətlə, əlaqələri kəsilmişdir. Axırıncı dəfə 1 ildən çox olar iddiaçı telefonla danışanda cavabdehin 200 manat qaytardığ ını eşitmişdir. Onun cavabehin 200 manatdan əlavə borcun qaytarılmasından məlumatı olmamışdır. Cavabdehi 4 ildən çoxdur görmür. Borc pandemiyadan əvvəl verilmişdir. İddiaçı xanım işləmir, onun başqa şəxslərə pul verdiyini görməmişdir. Cavabdehin 8600 manat borcu qaldığı barədə iddiaçı ona demişdir. O, cavabdehin pulları qaytarmasında da iştirak etməmişdir.

15. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, o, 7 ildən artıqdır ki, iddiaçı ilə yaxın dostdur. İddiaçının ailəsi imkanlıdır. Cavabdehi iddiaçının vasitəsi ilə 2017ci ildən tanımış, onun bağında olmuşlar. Cavabdeh obyekt işlətmək üçün iddiaçıdan borc pul istəmiş, iddiaçı cavabdehə borca pul verəcəyini demiş, o isə məsləhət görməmişdir. Lakin iddiaçı yaxın rəfiqə olduqları üçün cavabdehə 25.000 manata yaxın pulu vermişd ir. Pul verilərkən aralarında faizlə bağlı razılaşma olmamışdır. Pulun verilməsi onun yanında olmamış, lakin hazırlanması onun yanında olmuş, məbləğin bir hissəsi dollar, bir hissəsi manat olaraq hazırlanmışdır. Cavabdeh pulu 2-3 il ərzində qaytaracağını demişdir. O, iddiaçıya “28 May”dakı yeraltı keçiddə cavabdehin obyekt götürməsi, işlədib-işlətməməsi ilə gedib maraqlanmasını demişdir. Cavabdeh pulu 50, 100, 200 manat olmaqla hissəhissə olmaqla 16.400 manatı qaytarmış, təxmini 8500-8600 manat qalır. Dəfələrlə o, iddiaçı ilə pulu götürməyə getmişdir. Pul gah şəhərdə cavabdehlə görüşərək, gah Bilgəhdə bağda, gah da karta göndərilərək ödənilmişdir. Borcun qaytarılması üçün cavabdeh ondan Masazırdakı evinə alıcı tapmağı xahiş etmişdir. Lakin evə yüksək qiymət dediyi üçün evin satılması çətin ləşmişdir, hətta telefonunda hazırda həmin evin şəkilləri də var. Cavabdeh bütün pulu onun yanında qaytarmamışdır. İddiaçı ilə Bilgəhdə 500 manat, yolda 200 manat gedib götürmüşlər. Cavabdeh karta pul göndəriləndə o, dəfələrlə iddiaçının yanında olmuşdur. Təxminən 2021-ci ildə maşında iddiaçı ilə gedərək “Qərənfil” marketin yanında cavabdehlə görüşərək 500 manatı götürmüşlər. O, iddiaçı evə gedəndə dəftərinə yazması üçün ödənilən pulları öz telefonuna qeyd etmişdir. O, cavabdehin qaytardığı pulların hamısını xatırlamasa da, 200, 500, 1450, 1500 manat ödədiyini bilir. İddiaçı ondan pul götürməmiş, cavabdehin götürdüyü pulları qaytarması üçün iddiaçıya pulları ondan aldığını deməsini söyləmişdir.

16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1699/24 saylı, 17 may 2024cü il tarixli qətnam əsi ilə iddia rədd olunmuşdur. (hakim Həqiqət Mahmudova)

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

18. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdehin ona 8600 manat borcu olduğunu bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmi şdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Buna görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona qeyd edilən məbləğdə borcu olduğunu sübut etməlidir.

19. Qeyd edilənlər baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri və telefon yazışmaları qeyd olunan halı bilavasitə təsdiq etmir, o cümlə dən iddia tələbinin əsası kimi istinad edilən hər hansı bir halın həqiqiliyini müəyyən etmir. Cavabdehin nümayəndə və vəkili tərəflərin rəfiqə olmaqla onların qarşılıqlı olaraq bir-birindən borc alıb-vermələrini və telefon (votsap) yazışmalarında da həmin borclardan bəhs edildiyini inkar etmir (iddia ərizəsində də iddiaçı cavabdehin ondan tanış kimi hərdən borca ***-**** manat arası vəsait istədiyini qeyd etmişdir). Lakin həmin yazışmalarda cavabdeh iddiaçıdan 25000 manat aldığını, 16400 manatı qaytardığını və 8600 manat borclu qaldığını etiraf etməmişdir. Hətta yazışmaların sonunda cavabdeh iddiaçıya hər şeyi artıqlaması ilə qaytardığını, iddiaçının faizlə hesablayaraq, ondan artıq məbləğ tələb etdiyini bildirmişdir.

20. Şahid ifadələrini isə iddianı təsdiq edə biləcək mötəbər sübut kimi qəbul etməyərək, birinci instansiya məhkəməsi bildirmişdir ki, şahid Ayxan Budaqov iddiaçının 25.000 manat pulu cavabdehə verməsinə şahidlik etməmiş, digər X3 isə cavabdehin onun yanında iddiaçıdan təxminən 25.000 manat pulu evdən götürüb getdiyini bildirsə də, bunu ümumi formada ifadə etmiş, həmin hadisənin dəqiqləşdirici detalları barədə məhkəməyə əlavə məlumat verməmişdir. X3 həmçinin bildirmişdir ki, cavabdehin 8600 manat borcu qaldığını iddiaçı ona demişdir.

21. Digər tərəfdən, iddiaçı cavabdehə 25.000 manat borc verdiyini iddia etsə də, qanunvericiliyin tələbinə uyğun olaraq, tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmamışdır. Belə ki, Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

22. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən, belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya 8600 manat borcu olduğu sübuta yetirilmədiyindən, hazırkı iddia təmin edilə bilməz.

23. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə, birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddia əsaslı olduğu və mötəbər sübutlarla təsdiqini tapdığı halda, məhkəmə cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verə, ötürüldüyü halda, iddianı rədd edə bilərdi. Lakin baxılan işdə iddia sübuta yetirilməməsi əsası ilə rədd edildiyindən, iddia müddətinin tətbiqi barədə ərizə əsasında iddiaya təkrar qiymət verilməsi məqs ədəuyğun deyil.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 739.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının izahatı, şahid ifadələri və hər iki tərəfin qəbul etdiyi sübutlar mötəbər sübut kimi qəbul edilməmiş, lakin cavabdehin nümayəndə və vəkilinin tərəflərin rəfiqə olmaqla qarşılıqlı olaraq bir-birindən borc alıb-vermələri və telefon (votsap) yazışmalarında da həmin borclardan bəhs edildiyinin inkar edilməməsi barədə ifadəsi sübut kimi qəbul edilmişdir. İşin məhk əmədə müəyyən edilən hallarından görünür ki, cavabdeh məhkəmədə təmsil olunduğu vəkil vasitəsi ilə ilkin məhkəmə iclasında, ümumiyyətlə, hər hansı vəsaitin mövcudluğunu inkar etmişdir. Sonradan yazışmalar təqdim edildikdən sonra cavabdeh müdafiə mövqeyi dəyişərək bildirmişdir ki, tərəflər arasında rəfiqə olaraq borc alınıbverilməsi olmuşdur, bu həmin borcun qaytarılmasıdır və hətta bunu iddia ərzəsində də qeyd edildiyini xüsusi vurğulayır. Tərəflər arasında olan danışıqların açıqlamaları təqdim edidikdən sonra 14-17 may 2024 tarixli iclaslarda cavabdeh yeni müdafiə mövqeyi seçir və cavabdehin nümayəndəsi bu dəfə etiraf edir ki, 25000 manat olub iddiaçı obyekt üçün götürüb, investisiya qoyub, lakin ziyana uğrayıb və pulu cavabdehdən tələb edib. Hətta cavabdehin nümayəndəsi ilk dəfə çaşaraq həqiqəti bildirib ki, iddiaçı cavabdehə pul verib, sonra düzəliş edib ki, iddiaçı investisiya yatırıb, işlədə bilməyib. Göründüyü kimi, iddia tələbində tələb olunan pul vəsaitinin qaytarılması ilə əlaqədar cavabdehin nümayəndəsi 3 ziddiyyətli mövqe bildirir, lakin məhkəmə bu ziddiyyətləri araşdırmaq əvəzinə, yalnız bir fikri əsas götürərək nəticəyə gəlir. Cavabdehin borcun olmamasına dair yazılı və səsli mesajlarının tarixinin tərəflər arasında borcun qaytarılması ilə əlaqədar artıq açıq-aşkar 2023-cü ilin sentyabr ayında olan mübahisə dövrünü əhatə etməsinə məhkəmə hüquqi qiymət verməmişdir. 2023-cü ilin sentyabr ayından əvvəlki tarixdə bir dəfə də olsun cavabdeh sübut təqdim etməmişdir və bir söz belə iddiaçıya yazmamışdır ki, mənim heç bir borcum yoxdur. Əksinə, iddiaçının yazdığı qalıq borc rəqəmlərini inkar etməyərək qəbul etmişdir. Məhkəməyə təqdim edilən elektron daşıyıcıda hər iki tərəfin qəbul etdiyi Whatsapp yazışmalarının heç birində iddiaçının yazdığı borc rəqəminə qarşılıqlı olaraq cavabdeh bir cümlə belə yazmır ki, bu hansı borcun qalığıdır, niyə bu borcu verməliyəm, niyə bu rəqəmi yazırsan.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5354/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın təmin olunması, Cavabdeh İddiaçı xeyrinə 8600 (səkiz min altı yüz) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106 manat olmaqla, cəmi 8706 (səkkiz min yeddi yüz altı) manat məbləğində pulun tutulması qət e dilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli).

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçı şifahi razılaşma əsasında cavabdehə 25.000 manat borc pul verdiyini, həmin puldan hissə-hissə qaytarıdığını, 8600 manat borcun qaldığını bildirir. Cavabdeh isə iddiaçıdan 25000 manat pulu borc olaraq deyil, investisiya olaraq qəbul etdiyini və onu qaytardığını bildirmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi 25000 manat pulun hər hansı işə investisiya kimi qoyulmasını təsdiq edən sübutlar mövcud olmadığından, həmin pulun borc verildiyi və tərəflər arasında borc münasibətlərinin olduğu qənaətinə gəlmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 739.1- ci maddəsinə istinadən qeyd etmişdir ki, sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.

31. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə 25000 manat borc pul verilmişdir. Cavabdehin nümayəndəsi 25000 manat pulun iddiaçıya tam olaraq qaytarıldığını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilmir. Cavabdeh iddiaçıya 25000 manatın qaytarıldığını bildirməklə həmin məbləği qəbul etdiyini etiraf etmiş olur və bununla da iddiaçını həmin məbləğdə pulu cavabdehə borc verməsini sübut etmək yükündən azad edir. İddiaçı isə cavabdehin həmin puldan hissə-hissə 16400 manat qaytarıldığını söyləməklə cavabdehi həmin məbləğdə pulu qaytarmasını sübut etmə yükündən azad edir.

32. Hazırkı mübahisənin predmeti 25000 manat borc pulun qalan hissəsinin, yəni 8600 manat pulun qaytarılıb-qaytarılmamasıdır.

33. Apellyasiya instansiyası məhkəməsinin qənaətin görə cavabdeh nə qədər ki, 25000 manat borcu aldığını və tamamilə qaytardığını bildirir, 8600 manat pulun qaytarılmasını sübut etmək vəzifəsi də onun üzərinə düşür.

34. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehi həm birinci, həm də hazırkı apellyasiya baxışında təmsil edən nümayəndəsi 30 aprel 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin iddiaçıya heç bir borcu qalmadığını, 25000 manatın tamamilə qaytarıldığını bildirmişdir (iş v.52).

35. Apellyasiya baxışında isə cavbadehin nümayəndəsi 25000 manat pulun hazırkı mübahisə ilə bağlılığının olmadığını, tərəflər arasında başqa münasibətdən (yəni cavabdehin təklif etdiyi obyektə iddiaçının yatırdığı investisiya məbləği olduğunu) yarandığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir.

36. Bu da göstərir ki, cavabdeh 8600 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Bu hal yuxarıda göstərilənlərlə yanaşı tərəflər arasında aparılmış vatsap yazışmaları ilə də təsdiq olunur.

37. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 14.2, 77.1 və 217.2-ci maddələrinə əsasən bildirmişdir ki, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin m övcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

38. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirə bilməmişdir. Buna görə də, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 8600 manat pul və 106 manat d övlət rüsumu tutulmalıdır.

39. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə qeyd etmişdir ki, hazırkı iş üzrə iddia müddəti buraxılmamışdır. Belə ki, iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı verdiyi izahatdan göründüyü kimi, 25000 manat borc pul cavabdehə 2018-ci ilin dekabr ayında bir il müddətinə qaytarmaq şərtilə verilib. İddia müddətinin axımı növbəti ilin, yəni 2019-cu ilin dekabr ayından başlamaqla 2022-ci ilin dekabr ayınadək davam edib. Cavabdeh məhz bu müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla iddiaçıya 16400 manat pul qaytarmışdır. Cavabdeh bu məbləği 2019-2022-ci illər ərzində deyil, 2018-ci ilin dekabr ayından sonra gələn bir il ərzində qaytarmasına dair hər hansı sübut təqdim etməmişdir.

40. Apellyasiya instansiy ası məhkəməsi hesab etmişdir ki, 2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində borcun bir hissəsinin hissə-hissə olmaqla müxtəlif vaxtlarda qaytarılması iddia müddətinin axımını kəsmiş və müddətin axımı yenidən başlamışdır. İddiaçı isə borcun qalan hissəsinin, yəni 8600 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni müddət ötürülmədən müraciət etmişdir.

41. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

42. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur.

43. Gö ründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi.

44. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər

45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 380, 739-cu, Mülki Prossesual Məcəllənin 14.2, 77.1 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə tərəflər arasında hər-hansı borc (öhdəlik) münasibətlərinin olduğunu, ümumiyyətlə, müəyyən edə bilməmişdir; - iddiaçı iddia edir ki, guya cavabdehə 2018-ci ildə 25000 AZN məbləğində məhz borc olaraq pul vəsaitini vermiş, cavabdeh isə guya həmin məbləği 1 (bir) il ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Əslində isə iddiaçı özü öz iddia ərizəsində münasibətlərin borc olmadığını etiraf etmişdir; - bir şəxs digərinə faiz olmadan borc verirsə, yəni, bir şəxs aldığını olduğu kimi 1 ildən sonra qaytarmağı öz öhdəsinə götürürsə, bu münasibətlər heç bir halda sərfəli təklif sayıla bilməz. İkincisi, əgər nəticə etibarı ilə, iddiaçının da qeyd etdiyi kimi, guya cavabdeh ondan borc alıb, bir ilin sonunda da borcu qaytarmağı öz öhdəsinə götürübsə, belə olan halda, mağazaya gedib mağazanın işləyib işləmədiyini yoxlamaq borc verən şəxsin heç bir marağına uyğun gəlmir. Belə ki, borc verən şəxs pulu verməli, müddətin sonunda isə pulunun geri qaytarılmasını tələb edə bilər; - borc alanın biznesinin necə gedib-getmədiyini, həqiqətən də guya mağaza işlədibişlətmədiyi borc verəni maraqlandırmamalıdır. İşin əsli isə ondan ibarətdir ki, tərəflər arasında heç bir borc (öhdəlik) münasibətləri olmamış, iddiaçı biznes obyektlərinə investisiya etmiş, biznesi uğurlu getmədiyindən yatırdığı pul vəsaitini itirmişdir. Buna b axmayaraq, cavabdeh ilə iddiaçının uzun illər mehriban dostluq münasibətləri olduğundan, cavabdeh iddiaçının yatırdığı bütün vəsaiti iddiaçıya qaytarmışdır; - beləliklə, məhkəmə tərəflərin məhz hansı münasibətlərə daxil olmasını, ümumiyyətlə, araşdırmamışdır; - bundan başqa məhkəmə tərəflər arasında hər-hansı yazılı sazişin olmamasını ümumiyyətlə nəzərə almamışdır. İddia olunan borc məbləği üç min manatdan yuxarıdır, lakin tərəflər arasında heç bir yazılı razılaşma yoxdur. Halbuki, söhbət borc münasibətlərindən gedirsə, öhdəliklər aydın ifadə edilməli, açıq-aşkar yazılmalı, bir tərəfin digər tərəfə hansı məbləğdə, nə zaman pul verdiyi və ən əsası da həmin pul vəsaitinin nə zaman qaytarılacağı aydın şəkildə təsbit edilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 7 39-cu maddəsini düzgün tətbiq etməmişdir. - məhkəmə yanlış olaraq, guya ki, müxtəlif vaxtlarda edilmiş ödənişləri iddia müddətinin axımının kəsimi kimi qiymətləndirmişdir. birincisi, məhkəmə müxtəlif dövrlərdə edilmiş ödənişləri əsas gətirsə də, iş materiallarında cavabdehin iddiaçıya 2018-2022-ci ilə kimi hər hansı ödənişlərin aparılmasına dəlalət edən heç bir sübut yoxdur; - həmçinin, iddiaçı 2018-2023-cü illərdə cavabdehin müxtəlif vaxtlarda toplam 16400 AZN vəsaitin ödədiyini iddia etsə də, bu vacib məqam iş materialları ilə müəyyən edilməmişdir; - ikincisi, cavabdehin iddiaçıya 2023-cü ildə etdiyi ödəniş barədə qəbz var. Lakin bu qəbzin iddiaçının iddia etdiyi borca aid olub-olmadığını məhkəmə müəyyən etməmişdir. Bu faktı iddiaçı özü belə sübut edə bilməmişdir. Başqa sözlə, ortada qəb z var, amma bu qəbz üzrə ödənişin necə, hansı əsaslar ilə və ən əsası da nə üçün aparılması müəyyən edilməyib. Halbuki, iddiaçı ilə cavabdeh uzun illərdir rəfiqə olmuşlar, bir-birilərinə tez-tez pul göndərirdilər, kontur yükləyirdilər, paltar verirdilər (yazışmalar ilə müəyyən olunur); - bundan başqa, iddiaçı istinad etdiyi halları sübut edə bilməmiş və məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Hazırkı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddiaçı cavabdehin ona 8600 manat borcu olduğunu bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Buna görə də, hazırkı mübahisə üzrə s übutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona qeyd edilən məbləğdə borcu olduğunu sübut etməlidir. Tərəflərin rəfiqə olmaqla qarşılıqlı olaraq bir-birindən vaxtaşırı pul alıb-vermələri və telefon yazışmalarında da həmin ödənişlərdən bəhs edildiyi iş materialları ilə müəyyən olunur. Lakin həmin ödənişlərin məhz 25000 manat borc münasibətlərinə aid olması heç bir sənəd və ya dəlil ilə sübuta yetirilməmişdir. Eyni zamanda, yazışmalarda cavabdeh iddiaçıdan 25000 manat aldığını, 16.400 manatı qaytardığını və 8600 manat borclu qaldığını etiraf etməmişdir; - əslində isə, iddiaçının sərmayə yatırdığı mağazada işlərin pis getməsinə baxmayaraq, cavabdeh yatırdığı pulun hamısını iddiaçıya qaytarmışdı, lakin iddiaçının tələb etdiyi məhz əldən çıxmış faydadır ki, bu tələb də heç b ir halda təmin oluna bilməz. Çünki tərəflər arasında, ümumiyyətlə, heç bir rəsmi razılaşma olmayıb. Cavabdeh mağazada işlərin pis getməsinə məsul deyil, yeganə məsul şəxs elə iddiaçının özüdür ki, mağazaya və satışlara yetərincə qayğı göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 331.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxsl ər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibar sızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. M addə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədl əri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qayd asında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

53. İşin müəyyən edilmiş hallarına görə iddiaçı 2018-ci ilin dekabr ayında cavabdehə 25000 manat borc vermiş, cavabdeh 16400 manat ödəniş etmiş, qalan 8600 manatı ödəməmişdir. Cavabdehin qeyd edilən pulun ona borc qismində deyil, investisiya qismində verilməsi barədə iddiaya etirazının dəlilləri öz təsdiqini tapmamışdır. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır, eləcə də cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. (iş v. 49).

54. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş bu halına, yəni tərəflər a rasında yazılı borc müqaviləsi bağlanmamasına baxmayaraq, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739-cu maddəsini mübahisəyə tətbiq edib, iddianı həmin maddi hüquq norması əsasında təmin etməklə maddi hüquq normasını tətbiqində səhvə yol vermişdir.

55. Belə ki, qeyd edildiyi kimi işin müəyyən edilmiş hallarına görə iddiaçı cavabdehə 25000 manat borc versə də, tərəflər arasında bununla bağlı yazılı borc müqaviləsi bağlanmamışdır. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu hallarda borc müqaviləsi yazılı formada bağlanmalı idi.

56. Nəzərə alınsa ki, qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Mülki Məcəllə, 329.1, 337.1) belə olan halda, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etməsi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Çünki tərəflər arasında forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd qanunvericiliyin tələbinə görə etibarsızdır (əhəmiyyətsizdir). Etibarsız əqd də onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Buna görə də etibarsız borc müqaviləsi əsasında iddianın Mülki Məcəllənin borc müqaviləsini nizama salan norması ilə təmin edilməsi maddi hüquq normasının pozulması olmaqla əsaslı sayıla bilməz.

57. Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il Qərarında hüquqi mövqe belə olub ki, “əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müə yyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyə tində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.”

58. Hazırki işdə ortada bir etibarsız borc müqaviləsi olduğu və borc verilən pul əvəzedilən əşya olduğu üçün işin müəyyən edilmiş hallarına görə cavabdehin iddiaçının hesabına əhəmiyyətsiz əqd üzrə əsassız varlanması faktı müzakirə edilə bilərdi. Etibarsız borc müqaviləsinin olması o deməkdir ki, tərəflər arasında bağlandığı andan hər hansı müqavilə yoxdur və bu baxımdan iddiaçıdan aldığı və qaytarmadığı pul vəsaiti miqdarında cavabdeh əsassız varlanmışdır.

59. Konstitusiya Məhkəməsinin istinad edilən Qərarından da görünür ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin ge ri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər və bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

60. İşdən görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Konstitusiya Məhkəməsinin istinad edilən Qərarındakı hüququ mövqe baxımından hazırki işdə iddia müddəti Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq 1 il təşkil etməlidir.

61. Apellyasiya instansiyası məhkəməsi tərəflər arşında yaranan hüquq münasibətinə düzgün qiymət vermədiyi üçün iddia müddətinin başlanması və bundan çıxış edərək müddətin hesablanmasını müqavilə tələblərində olan 3 illik iddia müddətindən götürmüşdür.

62. Həmçinin iş üzrə iddia müddətinin buraxılmaması barədə gəldiyi nəticəni apelyasiya instansiya sı məhkəməsi belə əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı verdiyi izahata əsasən 25000 manat borc pul cavabdehə 2018-ci ilin dekabr ayında bir il müddətinə qaytarmaq şərtilə verilib. İddia müddətinin axımı növbəti ilin, yəni 2019-cu ilin dekabr ayından başlamaqla 2022-ci ilin dekabr ayınadək davam edib. Cavabdeh məhz bu müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla iddiaçıya 16400 manat pul qaytarmışdır. Cavabdeh bu məbləği 2019-2022-ci illər ərzində deyil, 2018-ci ilin dekabr ayından sonra gələn bir il ərzində qaytarmasına dair hər hansı sübut təqdim etməmişdir

63. İddiaçının deməsinə görə cavabdeh 2022-ci ildə kart vasitəsilə 500 manat, 2023cü ilin sentyabr ayının əvvəli 100 manat, sonu isə 100 manat qaytarmışdır. (bənd 8)

64. İddiaçı cavabdehin 2022- ci ildə kart vasitəsilə 500 manat ödəməsinin təsdiqi kimi e-manat ödəniş sistemindən həyata keçirilmiş ödəniş qəbzinə istinad etmişdir.

64. Əvvəla, apellyasiya instansiyası məhkəməsi cavabdehin məhz iddia müddəti ərzində (2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində) müxtəlif vaxtlarda hissəhissə olmaqla iddiaçıya 16400 manat pul qaytarmasını, bununla da iddia müddətinin axımının kəsilməsi və müddətin axımının yenidən başlamasını göstərsə də, bunu hansı sübutun tədqiqi ilə müəyyən etdiyini qətnamədən görmək olmur.

65. Bundan başqa, iddiaçının istinad etdiyi e-manat ödəniş sistemindən həyata keçirilmiş ödəniş qəbzində pulun məhz cavabdeh tərəfindən ödənilib-ödənilməməsinə qiymət verilməyib.

66. Başqa sözlə, hətta müqavilə tələbləri üzrə iddia müddəti götürülsə belə, iddia müddətinin kəsilməsi və yenidən hesablanmasına yönələn hallar işdəki sübutlarla müəyyən edilmədiyi üçün iddia müddətinin ötməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün sayıla bilməz.

67. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

68. Yu xarıda göstərilənləri və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Xnın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5354/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar