Məhkəmə qərarları › İş №2(102)-3519/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3519/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3519/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)98/2023 nömrəli, 2023-cü il 2 may tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında inşaat-təmir işləri ilə bağlı mal-material alınmasına dair şifahi alqı-satqı münasibətləri olmuş, İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Şirkətindən (bundan sonra - cavabdeh və ya cavabdeh Şirkət) “FasMazaik 300” və “FasMazaik 700” əmtəə nişanlı mineral mozaika suvağı almış, həmin məhsuldan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evinin fasadının və həmin evin hasarının üzlənməsi üçün istifadə etmişdir. Suvaq materialının istifadəsindən sonra səthdə müxtəlif ləkələr yaranmışdır.

2. İddiaçı yaranmış vəziyyətlə bağlı həm cavabdehə, həm də digər qurumlara müraciət etmiş, cavabdeh Şirkət tərəfindən 19 avqust 2020-ci il tarixdə akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki, Şirkətinin istehsal etdiyi “FasMazaik” məhsulundan nümunə götürülərək xx.xx.2020-ci il tarixində boş divarın boyanması həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixində boyanmış səthə baxış keçirilmiş və heç bir qüsur aşkar edilməmişdir. Akt iddiaçı tərəfindən imzalanmamışdır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə 2020-ci il 16 sentyabr tarixli, AİBNDX 08/01-7/1293 nömrəli məktubunda boyanmış sahəyə texniki baxış keçirildiyi, lakin dəfələrlə ona müraciət edildiyi halda başqa sahənin boyanmasında iştirak etmədiyi, nümunə üçün boyanmış sahədə hər hansı bir problemin yaranmadığı, malın üzərində istifadə qaydaları haqqında məlumatın olduğu, mal istifadə qaydalarına əməl edilmədən istifadə edildikdə yaranmış problemlərə görə şirkətin məsuliyyət daşımadığı, alınan “FasMazaik” əmtəə nişanlı su əsaslı (emulsiya əsaslı) son qat boyası öz kateqoriyasına görə ən yaxşı boyalardan biri olmaqla uyğunluq sertifikatının mövcud olduğu, mala dair alınmış uyğunluq sertifikatının, GS1 Azərbaycan əmtəə Nömrələnməsi Depozitariyasından çıxarışın, malın üzərində standartın işarəsi göstərildiyi barədə sənədin, eyni zamanda mala keçirilmiş baxışın nəticəsi haqqında aktın surətinin Dövlət Xidmətinə təqdim edildiyi, "xxxx" Şirkətinin mövqeyi ilə razılaşılmağı təqdirdə maddi ziyan tələbinə dair, həmçinin yaranmış mübahisə ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir.

4. Azərbaycan Respublikasının İqt isadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Standartlaşdırma İnstitutu” X4 2021-ci il 14 aprel tarixli **********33 saylı məktubunda qeyd etmişdir ki, AZS 034-98 dövlət standartı emulsiya əsaslı, son qat strukturlu boyalara, onların tərifinə, sinifləndirmə və xüsusiyyətlərinə, həmçinin, nümunə götürmə, müayinə və sınaqların aparılması ilə bazara çıxarılmasına aid olduğu üçün “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağı məhsulunun sertifikatlaşdırma işləri düzgün həyata keçirilməmişdir.

5. Sözügedən hüquqi şəxsin 2022-ci il 7 yanvar tarixli mətubunda qeyd edilir ki, Şirkətin istehsal etdiyi “Fas Mazaik” əmtəə nişanlı su əsaslı son qat strukturlu boyaya müvafiq qaydada AZ 031 ASl.xx.xx.01104.21 nömrəli (blank N 001104) xx.xx.2021-ci il tarixli uyğunluq sertifikatı verilmişdir. AZS ***-**** “Su əsaslı (Emulsiya Əsaslı) Son qat strukturlu boyalar” Dövlət standartı su əsaslı son qat strukturlu boyalara olan tələbləri əhatə edir və “Fas Mazaik” əmtəə nişanlı mineral mozaika suvağına aidiyyəti yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 9331 manat məbləğində maddi zərərin və 100000 manat məbləğində mənəvi zərərin, o cümlədən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evinin və h əmin evin hasarının üzlənməsi üçün Şirkətdən hər birinin kütləsi 25 kiloqram olmaqla adları “FasMazaik 300” və “FasMazaik 700” olan plastik qablarda cəmi 91 ədəd məhsul satın almışdır. Plastik qablara yerləşdirilmiş hər bir məhsul üçün Şirkətlə olan qarşılıqlı razılıq əsasında onun tərəfindən 62,10 manat məbləğində olmaqla, ümumilikdə Şirkətə 5651,10 manat məbləğində pul ödənilmişdir. Qeyd edilməlidir ki, müvafiq məhsulu almaq üçün onun tərəfindən Şirkətin sorğu mərkəzinə müraciət edilmiş, ona Ruslan adlı şəxsin telefon nömrəsi verilməklə satış üçün həmin şəxsə müraciət etməli olduğu bildirilmişdir. Həmin şəxslə olan görüşdən sonra ilkin olaraq 21 may 2020-ci il tarixində hər markadan (“FasMazaik 300” və “FasMazaik 700”) 25 ədəd olmaqla, ümumilikdə 50 ədəd (yəni ümumilikdə 1250 kq) məhsul üçün sifariş verilmiş və Şirkətə 3105 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşlərin görülməsi üçün 3 ədəd dekor üçün də 30 manat məbləğində pul da Şirkətə ödənilmişdir. Qalan 41 ədəd məhsul isə növbəti mərhələlərdə hissə-hissə alınaraq qalan 2546,10 manat məbləğində pul vəsaiti Şirkətə ödənilmişdir. 23 may 2020-ci il tarixində sifariş əsasında gələn 50 ədəd məhsula görə həmin məhsulun fakturasının ona verilməsini məhsulları gətirən sürücüdən tələb etsə də, həmin şəxs onun da əvvəlcədən məhsulla bağlı görüşdüyü Ruslan adlı şəxsin tapşırığı əsasında ona verə bilməyəcəyini bildirmişdir. Lakin o, fakturanın şəklini telefon vasitəsi ilə çəkə bilmişdir. Bu hal nəzərə alınmasa, ümumiyyətlə ona satılan mallarla bağlı Şirkət tərəfindən hər hansı bir faktura və kassa mədaxil qəbzi, kassa çeki v ə ya bunun kimi ciddi hesabat blankı sayıla biləcək hər hansı bir sənəd dəfələrlə tələb etdiyi halda təqdim edilməmişdir. “FasMazaik 300” markalı suvaq materialından hasarın tam səthinə bir dəfə vurulmaqla istifadə edilmişdir. Evin iki tərəfdən fasadına “FasMazaik 700” markalı suvaq materialından bir dəfə vurulduqdan sonra səthdə ləkələr yaranmağa başlamışdır. Bununla əlaqədar Şirkətin rəsmi nümayəndəsi Ruslanla əlaqə saxladıqda ona “FasMazaik 700” markalı suvağın rənginin ağ rəngdə olması səbəbindən əvvəlcədən divar səthinə astar emulsiya qatının vurmaq lazım olduğu bildirilmişdir. O, hər iki fasad səthinə astar emulsiya vurdurmuşdur. Yenidən divarın səthində eyni rəng alınmamışdır. Bunu nəzərə alaraq ikinci qat üçün yenidən vəsait sərf edərək material sifariş edilmiş və evin fasadına vur ulmuşdur. Buna baxmayaraq bir həftədən sonra fasad və divara vurulan material rəngini dəyişərək iş materiallarına əlavə edilən şəkillərdəki vəziyyətə düşmüşdür. Hal-hazırkı dövrdə də fasad və hasarda rənglərin dəyişməsi prosesi getmişdir. O, bu hadisədən sonra sorğu ilə Şirkətin sorğu mərkəzinə telefonla müraciət etmişdir. 16 iyun 2020-ci il tarixində Şirkətdə işləyən Tural adlı bir şəxs adını bilmədiyi başqa bir əməkdaşla gələrək evin son vəziyyətinə dair şəklini çəkərək Şirkətin rəhbərliyinə verəcəklərini bildirmişlər. Bundan altı gün sonra, yəni 22 iyun 2020-ci il tarixində Şirkətin əməkdaşları Ruslan və Bəhruz ona aid evin həyətində hasara və evin fasadına baxış keçirmişlər. Fasadda yaranmış olan eybəcərlikləri aşkar etmək məqsədi ilə həmin fasadın üzərinə emulsiya vurulmasını məsləhət görsələr də, o qəti olaraq onlara etiraz etmişdir. Bundan sonra o dəfələrlə Şirkətin rəhbərliyinə müraciət etsə də, onun müraciətləri cavabsız qalmışdır. Apardığı araşdırmalardan sonra ona evinin fasadının və hasarının suvanması üçün satılmış olan “FasMazaik” əmtəə nişanlı suvağın Azərbaycan Respublikasında qanunvericiliyin tələblərinə uyğun standartlara uyğun istehsal edilmədiyi müəyyən olunmuşdur. Şirkət dekorativ suvağın istehsalını AZS034-98 standartlarının tələblərinə uyğun verilmiş uyğunluq sertifikatı ilə həyata keçirtməkdədir ki, bunun özü də istehlakçıların aldadılmasından başqa bir şey olmamışdır. Yəni Şirkət istehsal etdiyi məhsulun uyğunluq sertifikatını (AZS) almadan onun başqa bir məhsulun adı altında istehsal etməkdə, qanunvericiliyin standartlaşdırmanın tələblərinə cavab v erməyən məhsulu bazara buraxmaqla üçüncü şəxslərə sertifikat tələblərinə uyğun olmayan məhsulları satmışdır. Şirkətin bildirdiyi kimi əgər bu su əsaslı boya olsaydı, o zaman həmin suvağın çəkilməsi üçün Şirkətin rəsmi nümayəndəsi olan Ruslan adlı şəxs tərəfindən ona dörd ədəd dekor malası satılmazdı, onun əvəzinə fırça və ya diyircək verilərdi. Bundan başqa, 1 kv.metr üçün emulsiyanın (su əsaslı) sərfiyyatı 250-300 qram olduğu halda (su ilə qarışdırıldıqdan sonra), “FasMazaik” əmtəə nişanlı suvağın 1 kv.metr üçün sərfiyyatı 3 kq təşkil edir. İstehsal edilən mallar da öz keyfiyyətliliyi barədə suallar yaratmaqda, dekorativ suvağın evin fasadına və hasarına çəkilməsi zamanı iddia ərizəsinə əlavə edilən şəkillərdə görüntülənən hallar ortaya çıxmaqdadır. Onun tərəfindən Azərbaycan Milli Elml ər Akademiyası Geologiya və X1 Mərkəzinə müraciət olunmuş, müvafiq qaydada ödəniş həyata keçirilmiş və həmin Mərkəz tərəfindən 13 noyabr 2020-ci il tarixində verilən rəydə təqdim olunmuş “FasMazaik” adlı nümunənin kimyəvi və mineraloji tərkibi verilmişdir. Bu rəydən və istifadə edilən materialın vizual görünüşünə də baxıldığında materialın tərkibinin 60-65%-nin SiO (kvars qumundan) ibarət olduğunu müəyyən etmək mümkün olmuşdur. O, həmin “FasMazaik 300” və “FasMazaik 700” markalı dekorativ suvağın alınmasına 5651 manat, evin fasadının və hasarın dekorativ suvaqla suvanması üçün 210 manat, ayaqaltıların quraşdırılmasına, dekorativ suvaqların yerləşdirildiyi qabların daşınmasına 80 manat, evin fasadının və hasarının suvanması üçün xidmət göstərən ustalara 3240 manat, analitik mərkəzin rəyinin alınması üçün 150 manat olmaqla, ümumilikdə 9331 manat məbləğində vəsait sərf olunmuşdur. Şirkət tərəfindən ona keyfiyyətsiz malların satılması, əsassız olaraq zərərə məruz qalmağı, onun tərəfindən edilən məsrəflər nəticəsində evin fasadının və hasarının dekorativ suvaq çəkildikdən sonra yararsız vəziyyətə düşməsi, onun sökülməsinin çox çətin olması, uzun bir müddətdir ki, Şirkət tərəfindən bu qədər etinasız münasibət göstərilməsi, dəymiş olan zərərin aradan qaldırılması üçün heç bir tədbir görülməməsi onun Şirkətdən maddi və mənəvi zərəri tələb etməyi üçün hüquqi əsas təşkil etmişdir. Mənəvi zərər qismində tələblə bağlı olaraq qeyd edilmişdir ki, görülmüş işlərin üzərindən altı aya yaxın bir müddət və suvağın deformasiyaya məruz qalmasından beş aydan artıq bir müddət keçməyinə baxmayaraq, Şirkət tərəfindən onun yazılı və şifahi müraciətlərinə məhəl qoyulmaması mənəvi sarsıntıya məruz qaldığına əyani sübut olmuşdur. Belə ki, Şirkətin hərəkətlərində qanun pozuntusunun olması və bu hərəkətlərin hüquqa zidd olması və bunun nəticəsində onun zərərə məruz qalmağı Şirkətdə mənəvi zərərin tələb edilə bilməsi üçün əsas olmuşdur.

8. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin əsassız olduğunu bildirərək, rədd edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycam Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 6/1596, 10/1654 nömrəli ekspert rəyinə əsasən tədqiqata iddiaçı tərəfindən təqdim olunmuş nümunələr ilə cavabdeh tərəfindən təqdim olunmuş üzvi tərkiblərinə görə izoprendən (polimer), element tərkibinə gör ə, əsasən silisium (Si), alüminium (Al), kalsium (Ca), natrium (Na), titan (Ti), magnezium (Mg) və xrom (Cr) elementlərinin qeyri-üzvi birləşmələrindən ibarət olub kimyəbi tərkiblərinə görə eyni olmuşlar. “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağının AZS 034-98 “su əsaslı” (emulsiya əsaslı) son qat strukturlu boyaları” dövlət standartının tələblərinə uyğunluğunun yoxlanması nəticəsi olaraq AZS 034-98 dövlət standartı emulsiya əsaslı, son qat strukturlu boyalara, sinifləndirmə və xüsusiyyətlərinə, həmçinin, nümunə götürmə, müayinə və sınaqların aparılması ilə bazara çıxarılmasına aid olduğu üçün “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağı məhsulunun sertifikatlaşdırma işlərinin düzgün yerinə yetirilməməsi barədə “Azərbaycan Standartlaşdırma İnstitutu”nun 14 aprel 2021-ci il tarix li məktubuna əsasən “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağının Azərbaycan Respublikasında standartlaşdırma haqqında qanunvericiliyin tələblərinə əsasən AZS 034-98 standartlarına cavab vermədiyi müəyyən olunmuşdur. Mübahisə predmeti olan və divara vurulmuş mineral mozaika suvağının (“FasMazaik 700”) vurulduğu zaman istifadə qaydalarına əməl olunubolunmaması, eləcə də, həmin suvağın yaşayış evinə və hasarlarında istifadəsinin standartlara uyğun aparılıb-aparılmamasını müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətindən kənar olduğundan ikinci və dördüncü suallar üzrə tədqiqat aparılmamışdır.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1147/2021 nömrəli iş üzrə 2021-ci il 24 sentyabr tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsə dova) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının Şirkətdən aldığı “FasMazaik 300” və “FasMazaik 700” markalı dekorativ suvağın keyfiyyəti ilə iddiaçının evinin fasadında və hasarında ləkələrin yaranması arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Beləliklə suvaq vurulan zaman onun istifadə qaydalarına əməl edilməmişdir.

12. İddiaçı deliktlərin nəticəsi olaraq keçirdiyi mənəvi zərərə görə 100000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Mülki hüquq pozuntusunun (deliktin) törədilməsi faktı öz təsdiqini tapmadığını nəzərə alan məhkəmə hesab etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb əsassızdır və rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məc əlləsinin 21, 1096, 1097-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbini rədd etməsinin yeganə əsası Şirkət əməkdaşların ın öz aralarında tərtib etdikləri akt olmuşdur. Həmin aktda qeyd edilənlərə əsasən, məhsuldan nümunə götürülərək 14 avqust 2020-ci il tarixdə boş divarın boyanmasının həyata keçirildiyi, 19 avqust 2020-ci il tarixində boyanmış səthə baxış keçirildiyi və heç bir qüsur aşkar edilməməsinin qeyd edilməsi olmuşdur. İddia tələbinin rədd edilməsinin başqa cür əsaslandırılması aparıla bilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1173 nömrəli, 2 iyun 2022-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizası rəyinə əsasən iddiaçının fərdi yaşayış evinin və hasarının divarlarında yaranan “FasMazaik” mineral əsaslı məhsulunun keyfiyyətsizliyi və istifadə qaydasının düzgün tətbiq edilməməsi, alt qatının düzgün h azırlanmaması, əsasən də paslanan metal maladan istifadə edilməsi nəticəsində yarana bilər. Mütəxəssis rəyinin məlumatlarına əsasən, “FasMazaik” mineral əsaslı məhsulun tərkibində K2C03 (Potasyum karbonat) duzu da olmuşdur ki, bu da dəmirin paslanması reaksiyasının sürətlənməsində katalizator kimi mühüm rol oynamışdır. Nəticədə “FasMazaik” məhsulunun tətbiq edildiyi divarlarda müxtəlif ləkələr yaranmışdır ki, tikilidə son görünüş və fasadda dekorasiya pozulmuşdur. Bu cür xoşagəlməz halların yaranmaması üçün məhsulun istifadə qaydalarında yazılmış bütün prosedurlara tam riayət olunması göstərilmişdir. Evin divarına təqribən 50 qutu “FasMazaik” mineral əsaslı məhsul sərf edildiyi müəyyən edilmişdir. Evin üzərinə vurulmuş “FasMazaik” mineral əsaslı məhsulun hissə-hissə ləkəli (qüsurlu) vəziyy ətdə olduğu müəyyən edilmişdir. Həmin ləkələrin (qüsurların) hissə-hissə aradan qaldırılması mümkün olmadığından evin üzərinə yaranmış qüsurların aradan qaldırılması üçün “FasMazaik” mineral əsaslı məhsuldan təqribən 50 qutu tələb olunduğu müəyyən edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 iyul 2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və ekspert qarşısında “Divarda yaranan ləkələrin kimyəvi tərkibi nədən ibarətdir və digər ləkə olmayan hissələrdən götürülən nümunələrdən tərkibinə görə nə ilə fərqlənir, metal zərrəciklərin miqdarı çoxdurmu?” – sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 6/951 nömrəli rəyinə əsasən, tədqiqat üçün götürülmüş nümunələrin qeyri-üzvi hissələrinin tərkibi, götürülmü ş nümunələrin tərkibini fərqləndirən elementlər müəyyən edilmiş, həmçinin qeyd edilmişdir ki, tədqiqat üçün götürülmüş nümunələrin üz və iç tərəfləri, eləcə də təmiz, ləkəli və qara hissələri tərkib elementlərinin miqdarına görə də bir-birindən fərqlənmişdir. Belə ki, “ləkəli hissə üz və iç tərəf”-də eləcə də “təmiz hissə üz tərəf”-də dəmir 3 oksid olmuş, lakin “Təmiz hissə iç tərəf” və “Qara hissə üz və iç tərəf”-də dəmir 3 oksid olmamışdır. Nümunələrin üz tərəflərində xlor ionu olmuş, iç tərəflə xlor ionu olmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-98/2023 nömrəli mülki iş üzrə 2 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Elşən Kazımov və İkram Şirinov) i ddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və ekspert rəylərinə istinadən qeyd etmişdir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən və hazırki mübahisənin həlli əsasən bu sahədə xüsusi bilik tələb etdiyindən, qeyd edilən ekspert rəyinin mübahisənin həllində sübut kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

20. Kollegiya ekspert rəyinə əsasən həmçinin qeyd etmişdir ki, “FasMazaik” məhsulunun tətbiqindən sonra səthdə yaranmış ləkələrin səbəbi məhsulun tərkib hissəsi ilə əlaqədar olmamış, bu məhsulun divara paslanan mala ilə v urulması onda ləkələrin yaranmasına səbəb olmuşdur. Halbuki, mətndə aydın şəkildə istifadə qaydası və tövsiyələr əks olunmuşdur.

21. Şirkət məhsuldan düzgün istifadə etməməyə görə yaranmış problemlərə görə məsuliyyət daşıya bilməz.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul ed ilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

25. Əlavə olaraq kassator qeyd etmişdir ki, işdə olan materiallardan da göründüyü kimi istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsində iddiaçı olaraq dəfələrlə satılmış olan mineral mozaika suvağının qablarının üzərində AZS standartının yapışdırıldığını, ancaq istehsal edilən malların uyğunluq sertifikatlarının olmadığını, bu səbəbdən istehsal edilən malların bazarın standartlarına uyğun olmadığını bildirsə də, bu tələblərinə məhəl qoyan olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan izahatda “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağının AZS 034-98 “Su əsaslı (emulsiya əsaslı) son qat strukturlu boyaları” standartına uyğun istehsal edildiyi bildirilmişdir. Bununla bağlı tərəfindən satılan malın suvaq məhsulu olduğu, onun istifadəsinin Şirkət tərəfindən satılan dəmir dekor vasitəsilə aparıldığı, ancaq cavabdehin təqdim etdiyi uyğunluq sertifikatının su əsaslı emulsiya üçün olduğu, emulsiyanın da diyircəkli alət vasitəsilə divara vurulduğu, hər iki malın fərqli şeylər olduğu, AZS 034-98 saylı standartın su əsaslı emulsiya üçün olduğu, mineral mozaika suvağının bu standart altında buraxıla bilməyəcəyini hər iki instansiya məhkəməsinin diqqətinə çatdıra bilməmişdir.

26. Kassator qeyd etmişdir ki, iddiaçıya satılan dəmir dekorlarla vurulan mozaika suvağı istifadə olunan yerlərin bir hissəsində korroziyaya məruz qalırsa, bu istifadə qaydalarının düzgün olmaması ilə deyil, bil avasitə istehsal olunan malın keyfiyyətinin tələb olunan dərəcədə olmadığına dəlalət etmişdir. Bunu apellyasiya instansiyası məhkəməsi hakimlərinin qeyd edilən mübahisəli yerə yerli baxışı zamanı da açıq-aşkar görmək mümkün idi.

27. Kassator qeyd etmişdir ki, məhkəmə iclası zamanı tərəfindən daha əvvəl keçirilmiş olan ekspertizanın təkmil rəy verilməməsi səbəbindən yenidən keçirilməsinə dair vəsatət verilmiş, vəsatət təmin edilməklə məhkəmə tərəfindən ekspert qarşısında sadəcə bir sual qoyulmuş, həmin sual daha əvvəlcədən keçirilmiş olan 21 yanvar 2022-ci il tarixli qərardadda qoyulmuş 3-cü sualın eynisini təşkil etmişdir. Halbuki tərəfindən məhkəməyə suallar təqdim edilmişdir ki, bu suallar qoyularaq ekspert tərəfindən cavablandırılacağı təqdirdə iddia tələbinin tam şəkildə təmin edilmə si mümkün olacaqdı. Apellyasiya instansiyası məhkəməsi işin həlli üçün zəruri olan və iddiaçı tərəfindən təqdim edilmiş sualları ekspert qarşısında qoymaqdan imtina etmişdir. Hər iki tərəfin sualları müqayisə edildiyində işin həlli üçün hansı sualların daha həlledici olduğunu görmək mümkün olardı.

28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581, 586-589cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 97, 385-387-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununa istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçının şikayətini əsassız və qanunvericiliyə zidd hesab etmişdir. Belə ki, iddiaçı şikayətini onun la əsaslandırmışdır ki, divarlarda yaranan ləkələr şirkətin istehsal etdiyi “Fasmazaik” məhsulunun keyfiyyətsiz və standartlara cavab verməməsi səbəbindən olmuşdur. Halbuki, dəfələrlə ekspertizalar keçirilməsinə baxmayaraq bu iddia sübut edilməmiş və əksinə məhsulun düzgün istifadə qaydalarına riayət olunmaması nəticəsində metal maladan qopan zərrəciklərin sonradan su ilə təmasda oksidləşməsi nəticəsində ləkələrin yaranması müəyyən edilmişdir. Bundan başqa, istehsal olunan “Fasmazaik” məhsulunun AZS0341998 standartlara cavab verməsi barədə Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemindən uyğunluq sertifikatı məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

32. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıc ıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

33. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

34. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. “Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı 35. “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tut ur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq mü nasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhk əməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağı məhsulunun sertifikatlaşdırma işləri düzgün həyata keçirilməmişdir. Həmçinin ekspert tərəfindən məhkəməyə təkmil rəy verilməmiş, ekspert qarşısında müvafiq sualların qoyulması ilə bağlı müraciətləri məhkəmə tərəfindən təm in edilməmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun sözügedən dəlilləri əsassızdır. Belə ki, məhkəmələr tərəfindən aparılan araşdırma zamanı “FasMazaik” əmtəə nişanlı mineral mozaika suvağı məhsulunun sertifikatlaşdırma işlərinin düzgün həyata keçirilməməsi ilə həmin suvaq materialının istifadəsindən sonra yaranmış görüntünün səbəbli əlaqəsi müəyyən edilməmiş, iddiaçıya təhvil verilmiş plastik qutuların üzərində məhsuldan düzgün istifadə qaydalarını əks etdirən məlumat lövhəsinin olması müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, sertifikatlaşdırma işlərinin düzgün həyata keçirilməməsi əsası özü-özlüyündə iddianın təmin edilməsi üçün deyil, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi əsasını təşkil edə bilər. Digər tərəfdən sertifikatlaşdırma işlərinin düzgün həyata keçirilməməsi istehsal olunmuş məhsulun keyfiyyətsizliyi qənaətinə gəlməyə də əsas verməyərək, iddiaçının məhsullardan onların etiketində qeyd edilən qaydada istifadə etməməsindən yaranan qüsurlara görə cavabdehliyini istisna edir.

50. İddiaçı onun məhsuldan istifadə ilə bağlı qüsurları müəyyən edən ekspert rəyinin təkmil olmadığını bildirərək ekspert qarşısında müəyyən suallar qoyulmasını xahiş etməsi barədə vəsatətinin təmin edilməməsini prosessual pozuntu kimi kassasiya şikayətinin dəlillərində göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq qeyd edilən vəsatəti təmin etməmişdir. Belə ki, təkrar ekspertizanın keçirilməsinə dair vəsatətdə iddiaçı Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsində nəz ərdə tutulmuş ekspertiza rəyinin əsassızlığına dair dəlilləri sübuta yetirə bilməmiş, habelə rəyin ziddiyyətli olmasına dair əsaslı sübutlar təqdim etməmişdir.

51. Kassasiya şikayətinin sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, mülki-prosessual qanunvericilikdə kassasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı səlahiyyətləri nəzərdə tutulmadığından həmin dəlillərə məhkəmə kollegiyasının qiymət verməsi yolverilməzdir.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılm ışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

53. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-98/2023 nömrəli, 2 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar