Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3520/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh x qarşı, Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı Bakı şəhəri İddiaçı nümayəndəsi X1, vəkili X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsindən müstəqil təl əb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə Bakı şəhəri İddiaçı x qarşı daşınmaz əmlakın dövlət reyestrdən verilmiş çıxarışın etibarsız sayılması tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh x qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə), xnın Cavabdeh2 tam mülkiyyətində olmasına dair cavabdeh tərəfindən verilmiş Seriya RX ******* saylı, 17 may 2016-cı il tarixli çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) 07 mart 2018-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
4. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xna dair Cavabdeh2 mülkiyyət hüququ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 17 may 2016-cı il tarixli Çıxarışa əsasən qeyd alınarkən qeydə alınmaya əsas olmuş Nəsimi RİH Başçısının 05.10.2007-ci il tarixli, 328 nömrəli sərəncamı Nəsimi RİH Başçısının 11.01.2016-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə etibarsız hesab edilmişdi. Bundan başqa, Cavabdeh2 xahişi əsasında Nəsimi rayonu İcra hakimiyyəti Başçısının 05.10.2007-ci il tarixli, 328 nömrəli sərəncamında X v küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindək i pavilyonun vətəndaş X3 adına rəsmiləşdirilməsi qeyd olunmuş, daha sonra İddiaçı Başçısının 11.01.2016-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə bu sərəncam da etibarsız hesab edilmişdir. X bu halları araşdırmamış və qanunvericiliyin tələblərini pozaraq hər hansı hüquqi əsas olmadan N.Nəsirova çıxarış vermişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iş üzrə iddia müddətinin axımının kəsilməsi müəyyən edildiyindən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F..Babayev) 04 fevral 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh2 və xnin rəisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayə tləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xsaylı iş üzrə 07 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin icraatına xitam verilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti belə əsaslnadırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair tələb Azərbaycan Respublikasının Mülki və İnzibati prosessual qanunvericiliyinin tələblərinə əsasən - mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan tələbdi r. Rayon məhkəməsi qarşısında qoyulmuş “çıxarışın etibarsız hesab edilməsi" tələbi məhkəmə tərəfindən baxıla və mahiyyəti üzrə həll edilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
14. Maddə 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
15. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
17. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
18. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilmişdir. Bununla belə, əvvəlcə hazırkı iddiaya mülki mühakimə icraatında baxılmasının mümkünlüyü ilə bağlı prosessual hüquq normalarına əməl edilib-edilməməsi yoxlanılır.
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddiaya mülki mühakimə icraatında baxılmalı olmadığı üçün prosessual hüquq norması pozulmuşdur.
21. Məlum olduğu kimi iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir (§ 13).
22. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa (məhkəmədən kənar) orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və s.) qaydasında baxılmalı olmasını ehtiva edir.
23. Hazırkı işdə inzibati orqan olan Bakı şəhəri İddiaçı, başqa bir inzibati orqan olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş tələb isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın (aparılmış reyestr qeydiyyatının) etibarsız hesab olunması barədədir.
24. Mübahisənin predmeti nəzərdən keçirildikd ə aydın olur ki, irəli sürülmüş iddia mahiyyət etibarilə mülki mühakimə icraatı qaydasında baxılmalı olan tələb deyil.
25. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli qərarının 17-ci bəndinə görə, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə idd iaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
26. İşin mübahisəsiz hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin etibarsız sayılması xahiş olunan reyestr qeydiyyatı mülki-hüquqi əqd əsasında deyil, məhz inzibati orqanın inzibati aktı, yəni Bakı şəhəri İddiaçı sərəncamı əsasında aparılmışdır. Belə olan halda, həmin reyestr qeydinin mülki mühakimə icraatında mübahisələndirilməsi yolverilməzdir.
27. Kollegiya onu da nəzərə alır ki, Bakı şəhəri İddiaçı xnə qarşı xnın tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilərkən bir inzibati orqan kimi cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və aparılan qeydiyyatın ləğv edilməsi barədə tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının X nömrəli, 24.01.2018-ci il tarixli qərardadı ilə həmin iddianın təmin olunması barədə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 03.10.2017-ci il tarixli X nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
28. Həmin qərarda məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3cü maddəsinə istinad edərək vurğulamışdır ki, “Mübahisə inzibati orqanlar arasında yaranmış mübahisə ilə bağlıdır. Odur ki, mövc ud mübahisə məhkəmə qaydasında deyil, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir.”
29. Qeyd edilən normaya əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.
30. Qeyd edilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından ümumi məhkəmələrin iddiaya mahiyyəti üzrə baxması və müvafiq qətnamə çıxarması prosessual hüquq normalarına uyğun olmamışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh x qarşı, Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “daşınmaz əmlakın dövlət reyestrdən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən, inzibati orqanlar arasın da aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.