Məhkəmə qərarları › İş №2(102)-3524/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3524/2021

07.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3524/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər DƏDRX-nin 12 saylı Ərazi idarəsi, Cavabdeh2 qarşı (üçüncü şəxs X34) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: miras əmlakın qəbul edilməsi, iddia müddəti, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1, onun və digər iddiaçı X17 vəkili Vəkil, Cavabegh Cavabdeh2 və onun vəkili X18 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kolleg iyasının 2(107)-188/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları JN-174 nömrəli, KOD 40316018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ünvanndə yerləşən 2,25 ha torpaq sahəsi X35, X9, İddiaçı1 və X40 qızının ümumi birgə mülkiyyətinə verilmişdir. X30 10.09.2003-cü il tarixdə, X9 22.01.2001-ci ildə vəfat etmişdir. Onların ölümündən sonra X40 qızı, İddiaçı1, X33, X23 və X11 ibarət vərəsələri qalmışdır. Qax rayon Dövlət Notariat Kontoru tərəfindən İddiaçı2 mərhum X24 və X4 hərəsinə məxsus 5625 kvadrat metr olan torpaq sahəsindən ibarət miras əmlakdan tam h issədə pay verilməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qax rayon Dövlət Notariat Kontorunda verilmiş 28 iyul 2016-cı il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh2 7E-4803 nömrəli etibarnamə verilmiş, həmin etibarnamədə İddiaçı1 və İddiaçı2 onların əvəzindən vərəsəlik işləri aparmağı, sənədlərə imza etməyi, onlara məxsus olan Qax rayonunun Tasmalı kəndində yerləşən torpaq sahəsini satmağı, alğı-satqı müqaviləsinə Cavabdeh3-da imza etməyi və bununla əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh2 etibar etdiyi göstərilmişdir. Bundan sonra ünvanndə yerləşən ümumi sahəsi 2,250 ha olan torpaq sahəsinin 0,05625 ha hissəsi İddiaçı1, 1,6875 ha hissəsi isə İddiaçı2 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seri ya RX ******* saylı Çıxarış verilmiş və 11.10.2016-cı il tarixdə Cavabdeh2 İddiaçı1 və İddiaçı2 Qax rayon Dövlət Notariat Kontorunda 28 iyul 2016-cı il tarixli 7E-4803 nömrəli etibarnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 21.09.2016-cı il tarixdə İddiaçı1 və İddiaçı2 verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən onların birgə mülkiyyətində olan Qax rayonunun Tasmalı kəndində yerləşən 22500 kvadrat metr torpaq sahəsini 4000 manata satmış və bu barədə notariat kontorunda AN-İ № ******* saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında X25 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya RX ******* saylı Çıxarış verilmişdir. Qax Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 28 yanvar 2 019-cu il tarixli, 2(024)-37/2019 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qax rayon Dövlət Notariat kontoruna və Cavabdeh2 oğluna qarşı “Qax rayon Dövlət Notariat kontorunda verilmiş 28 iyul 2016-cı il tarixli 7E-4803 nömrəli etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış 11 oktyabr 2016-cı il tarixli ******* saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qax rayon Dövlət Notariat Kontorunun 01.08.2016-cı il tarixli 22.04.2001-ci il tarixdə vəfat etmiş X5 adına olan miras torpağa verdiyi (miras əmlak X14 adınadır) 01.08. 2016-cı il tarixli Qan un üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin 10.09.2003-cü il tarixdə vəfat etmiş X24 miras əmlakına verdiyi 01.08.2016-cı il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamələr əsasında verilmiş reyestrdən Çıxarışların, həmçinin 11.10.2016-cı il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin onun əsasında verilmiş DƏDR-dən çıxarışın etibarsız hesab edilməsi, miras torpaq sahəsinin miras qoyanların adına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1997 ci il tarixli 20 saylı qərarı və Torpağın mülkiyyətə verilməsinə dair 22.11.1998ci il tarixli JN-174, KOD 40316018 saylı Dövlət Aktına əsasən ünvanndə yerləşən 2,25 ha kənd təsər rüfatı təyinatlı torpaq sahəsi atası X24, anası X14 və özlərinin mülkiyyətinə verilmişdir. X1 22.01.2001 ci il tarixdə vəfat etməklə ümumi brgə mülkiyyətdə olan torpaq sahəsinin paya münasibətdə ona aid hissəsinə vərəsəlik açılmışdır. Qanunla müəyyən edilmiş müddətdə vərəsələr tərəfindən miras qəbul edilib ondan imtina edilməməsi müəyyən edilmədən, göstərilən Aktın paya münasibətdə analarına məxsus olması hüquqi faktı məhkəmə qaydasında müəyyən edilməli olduğu halda Qax rayon Dövlət Notariat kontorunun notariusu vəzifə səlahiyyətindən sui-istifadə və saxtakarlıq edərək həm də məhkəmə səlahiyyətlərini mənimsəyərək qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. X49 isə 10.09.2003-cü il tarixdə vəfat edib ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə paya münasibətdə ona aid hiss əyə vərəsəlik açılmışdır. Qax rayon Dövlət Notariat kontoru bir qrup şəxslə əlbir olaraq vərəsəlik açılandan anasına münasibətdə 6 il və atasına münasibətdə 3 il sonra 01.08.2016-ci il tarixdə miras torpağa vərəsəlik işi açaraq vərəsəlik şəhadətnamələri vermişdir. Miras qoyan şəxs X9 olduğu halda X14 adına olan Torpağa vərəsəlik açmaqla saxtakarlıq edilmişdir. O, mirası faktiki qəbul edən vərəsə kimi miras evdən, torpaq sahəsindən 4/2 hissənin 6/10 hissə onun payı müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. Miras torpaq sahəsindən imtina etməmiş, notarius ona 28.07.2016-cı il tarixdə imza etdirdiyi ərizədə latın əlifbasını bilmədiyi halda latın qrafası ilə ərizə yazılmış, ərizənin məzmunu onlara izah edilməmiş, ona kiril, yəni bidiyi əlifbada imza etdirmişdir. Mira sdan imtina müddəti keçəndən sonra notariusun yazdığı bu saxta mirasdan imtina ərizələrin hüquqi qüvvəsi yoxdur və vərəsəlik əməliyyatı qanunsuzdur. Onlar miras payını yox, dövlət aktında göstərilən 1/4 payını satmaq istəmişlər. Nümayəndə onları aldadaraq bacısına məxsus torpaq sahəsini də torpağa vərəsəlik işini həll edəcəyini deyərək onu aldadan notariusla reyestr xidməti ilə əlbir olub onları torpaqdan qanunsuz məhrum etmişdir. Eyni ilə X41dan miras qalan torpağa da belə şəhadətnamə vermişdir. Hər iki mərhumdan miras qalan əmlaka 5625 kvadrat metr torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyi halda Ümumi birgə mülkiyyətdə olan torpağa ƏMDK Yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi 21.09.2016-cı il tarixdə İddiaçı1 və X15 adına «5625 kvadrat metr və 1675 kvadrat met r torpaq sahəsinin onların paylı mülkiyyəti olması barədə RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış verib. Ona məxsus torpaq sahəsini 1/4 payını dövlət aktında olan payını satmaq istəmişdir. Notarius və nümayəndə onların yazıb oxuya bilmədiklərindən sui-istifadə edib etibarnamədə yazılan səlahiyyətlər ona oxunmadan ona miras yox, dövlət aktında göstərilən ona məxsus torpaq sahəsini satacağını deyərək onları aldatmışdır. Bundan əlavə ümumi birgə mülkiyyətdə olan Torpaq sahəsinə paylar müəyyən edilmədən notarius vərəsəlik açmışdır. Vərəsəlik açılan zaman Tasmalı kənd icra nümayəndəsi Notariat kontoruna hər iki şəxsin ölümü ilə bağlı 26.08 2016-cı il tarixdə iki vərəsənin qalması barədə 646 saylı saxta arayış təqdim etmişdir. X7 qeyd edildiyi halda kənd icra nümayəndəsi notariusa tədim etdiyi arayışda onu Abdurahman qızı kimi göstərmişdir. Nümayəndə Cavabdeh2 oglu bacısı Tamaranın adından Notariat kontoruna yazdığı 25 iyul 2001-ci il tarixli ərizədə vərəsəlik qrafasını boş saxlayaraq notariat kontoruna saxta, başqa vərəsələrin olmaması barədə arayış təqdim etmişdir. Notarius da boş blanka əsaslanıb vərəsələri müəyyən etmişdir. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi bu ümumi birgə mülkiyyətdə olan Torpaq sahəsinin Dövlət Aktında anasının atasının adı Mehdi qeyd edilməsinə baxmayaraq 26.07.2016-cı il tarixli 207 saylı Daşınmz əmlakın təsviri dövlət qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışda saxtakarlıq edərək X27 əvəzinə XX qızı qeyd etmişdir. Tasmalı kənd İƏD üzrə nümayəndəsi səlahiyyət həddini aşaraq Qax Rayon Dövlət Notariat kontoruna təqdim etmək üçün 26.07.2016 cı il tarixli 644 saylı arayışda göstərir ki, JN-174 saylı Dövlət aktıda qeyd olunan X28 Abdurahman qızı olmalıdır. Cavabdeh2 onun adından və digər vərəsələrin adından 28.07.2016-cı il tarixdə X49dan və anası Zeynəb Arazovadan mirası qəbul etmədiyi və gələcəkdə, heç bir iddiası olmayacağı barədə saxta ərizə yazmışdır. O, miras mülkdə evdə yaşayır və bu halda necə mirasdan imtina edə bilər. Məhkəmə tərəfindən paylar müəyyən edilmədən Torpaq aktının anasına məxsus olması müəyyən edilmədən vərəsələrin mirası qəbulu və ondan imtina müddətlərini nəzərə almadan notariat kontoru özbaşına bu hərəkətləri edərək verdiyi vərəsəlik şəhadətnamələrin qanunsuz olduğunu bildiyi halda ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi idarəsi bu vərəsə lik hüququ haqqında şəhadətnamələri qanuni sənəd kimi qəbul etmiş və 21.09 2016-cı il tarixdə İddiaçı1 payı 05626 ha, İddiaçı2 payı 1.6675 olmaqla RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış vermişdir. Bu saxta çıxarış əsasında da Cavabdeh2 oglu bu torpaq sahəsini 11 oktyabr 2016 cı il tarixdə X8 AN-0575766 saylı alğı-satqı müqaviləsi bağlamışdır. Bu saxta alğısatqı müqaviləsi əsasında da 12.11.2016-cı il tarixdə ƏMDK Yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi torpaq sahəsini X25 adına qeydiyyata alınaraq ona RX seriyalı hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış vermişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh2 göstərmişdir ki, iddiaçıların valideyinlərinin ölümündən onların xahişi və razılığı ilə ona verilmiş etibarnamə əsasında qanunauyğun şəkildə vərəsəlik işlərini aparmış və sözügedən alğı-satqını həyata keçirmişdir. Onun və notariusun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, etibarnamə alarkən də iddiaçılara qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqları izah edilmişdir. Hazırda X47un övladlar arasında ailə daxili ziddiyyətlər yaranmış, bu səbəbə görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə təqdim olunmuş Qax rayonu Tasmalı kənd İƏD-nin verdiyi 26.07.2016-cı il tarixli 646 saylı arayışda qeyd edilmişdir ki, X12 öldüyü günədək, yəni 10.09.2003-cü il tarixədək ünvanndə yaşamış, ölümündən sonra və ölənə kimi onunla həmin ünvanda İddiaçı2 və İddiaçı1 yaşamışdır. Məhkəməyə təqdim olunmuş ərizələrdə qeyd edilmişdir ki, İddiaçı2 Cavabdeh3-na mərhum valideyinləri X35 və X2 mir as qalmış ünvanndə yerləşən torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə təqdim etmiş, digər vərəsələr İddiaçı1, X33, X23 və X16 notariat Kontoruna valideyinlərindən miras qalmış əmlakı qəbul etmədikləri və gələcəkdə də bu barədə iddia qaldırmayacaqları barədə ərizə təqdim etmişlər. Məhkəmə təqdim olunmuş Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 26.07.2016-cı il tarixli, 897 saylı arayışda qeyd edilmişdir ki, X24 Qax rayonu Tasmalı kənd ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, torpaq sahəsinin hüquq sahibləri siyahısında İddiaçı1, X35, X10 və İddiaçı2 vardır, həmin tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülülk qeydə alınmamışdır. Məhkəmə təqdim olunmuş Qax rayonu Tasmalı kənd İƏD-nin verdiyi 26.07.2016-cı il tarixli 644 saylı arayışda qeyd edilmişdir ki, JN-174 saylı Dövlət Aktında qeyd olunan X27 əslində X9 olmalıdır. Qax Rayon Məhkəməsinin (hаkim Malik Qarayev) 08 sentyabr 2016-cı il tаrixli, 2(024)-340/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321-ci maddəsinin tələblərinə riayət edilməklə verilmişdir. İş materiallarinda olan vərəsəlik işi ilə bağlı sənədlərə əsasən məhkəmə müəyyən etmişdir ki, İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alma q üçün Qax rayon Dövlət Notariat Kontoruna müraciət etmiş və notarius tərəfındən mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Dövlət aktında mərhum Zeynəb Arazovanın ata adı Mehdi kimi göstərilsə də, əslində hər ikisi eyni şəxs olmuşdur və bu texniki səhv ucbatından baş vermişdir. Vərəsəlik açılan zaman Tasmalı kənd İƏD üzrə nümayəndəsinin notariat kontoruna verdiyi müvafiq arayışda göstərilmişdir ki, X3 Zeynəb Abdurahman qızıdır. Bu hal qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı üçün əsas ola bilməz. İddiaçının mirasın qəbul müddətinin keçirilməsi ilə bağlı göstərdikləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmü ş elan edilməsi ilə açılır. X47 2001-ci, Zeynəb Arazova 2003-cü il tarixdə ölmələrinə baxmayaraq notariat orqanı tərəfindən sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr 2016-cı il tarixdə verilsə də, məhkəmə tədqiqatı zamanı Qax rayan rayonu Tasmalı kənd İƏD nümayəndəliyinin notariat kontoruna təqdim etdiyi digər arayışla müəyyən edilmişdir ki, İddiaçı1 və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə adı qeyd edilən digər vərəsə İddiaçı2 mərhum valideyinləri ölənədək və öldükdən sonra da miras əmlakda yaşamışlar. Beləliklə də iddiaçılar həmin miras əmlakı faktiki qəbul etmişlər. Digər vərəsələr İddiaçı2 miras əmlakı faktiki qəbul etməsinə etiraz etməmiş, onların miras əmlakla əlaqələri olsa da, həmin miras əmlakdan özlərinə düşən paydan imtina etmişlər. İddiaçıların notariat kontoruna miras əmlakdan imtina barədə ərizə təqdim edən zaman latın əlifbası ilə deyil kiril əlifbası ilə yazıb-oxuya bildiklərini, bu səbəbdən də aldadıldıqlarını göstərsələr də, məhkəməyə aldadılmalarına dair heç bir sübut təqdim etməmişlər. Həmin ərizələr iddiaçılar tərəfindən mübahisələndirilməmiş, hazırda da qüvvədədir. İddiaçıların JN-l74 nömrəli, KOD 40316018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X13 və X5 paylarının müəyyən edilmədən onların mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Eyni zamanda mülki qanunvericilikdə ümumi birgə mülkiyyətçilərdən miras qalmış payların müəyyən edilmədən vərəsələrin mülkiyyətinə verilməsi ilə bağlı hər hansı bir qadağa, məhdudiyyət nəzərdə tutulmamışdır. Məhkəmə hesab etmişdir ki, X47 və Zeynəb Arazovadan miras qalmış torpaq sahəsi qanunverilciyin tələblərinə riayət edilməklə iddiaçılara verildiyi üçün tələbin “01.08.2016-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamələr əsasında verilmiş reyestrdən Çıxarışların, həmçinin 11.10.2016-cı il tarixli alğı-satqı müqaviləsinin onun əsasında verilmiş DƏDRX-dən çıxarışın etibarsız hesab edilməsi, miras torpaq sahəsinin miras qoyanların adına qaytarılmasına dair hissələri də əsassızdır. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Elçin Hüseynov sədrlik edən və məruzəçi, Gündüz Abbasov, Mirbahəddin Hüseynov) 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar torpaq sahəsinin 11 oktyabr 2016-cı il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin bağlanmasından təxminən 3 il 5 ay sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşdür. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zor akılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar birgə mülkiyyətində olan torpaq sahəsinə notarial qaydada təsdiq edilmiş 11 oktyabr 2016-cı il tarixli alğı-satqı müqaviləsinin bağlanması üçün Cavabdeh2 Qax rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 28 iyul 2016-cı il tarixli etibarnamə vermişlər və sonuncu həmin etibarnamə əsasında hərəkət edərək sözü gedən torpaq sahəsini Nail Arazova satmış, torpaq sahəsi sonuncuya təhvil verilmişdir. 12 noyabr 2016-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ üzrə üçüncü şəxs Nail Ara zovun adına qeydə alınıb. İddiaçılar tərəfindən Cavabdeh2 verilmiş etibarnamənin etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilmiş, lakin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə etibarnamənin etibarlı olması təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçılar alğı-satqı müqaviləsinin bağlandığı andan (11 oktyabr 2016-cı il) məlumatlı olmuş, lakin iddiaçı 2020-ci ilin iyun ayında hazırkı iddianı qaldırmış və əqdin etibarsızılığı üçün müəyyən edilmiş kəsici müddəti ötürmüşlər. Apellyasiya şikayətinin dəliləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar məhkəməyə heç bir əsaslı sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. İddiaç ılar (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə Mülki Məcəllənin 373 və ya 375-ci maddəsinə istinad etməklə qətnamə çıxarsaydı ədaləti bərpa etmiş olardı. Daşınmaz əmlakla bağlı müqavilə tələbləri üzrə müddət 6 ildir. İddia müddətini də tərəf məhkəmədə qətnamə verənə qədər ərizə verdikdə tətbiq edə bilərdilər. İddia müddəti keçməyib tərəfdə məhkəmə qətnaməsi cıxarılana qədər belə bir ərizəni verməyib. Apellyasiya instansiyası məhkəməsinin bu işdə Mülki Məcəllənin 354-cü maddəsinə istinadı əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 və Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabegh Cavabdeh2 və onun vəkili X32 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh və üçüncü şəxsin nümayəndəsi gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi: Maddə 1133. Ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Maddə 1145 və 1146. Mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Maddə 1243.1. Mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verd ikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddia müddətinin tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlili barədə məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı üçün nəzərdə tutulmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və bu barədə cavabdehin ərizə verməsi tələb olunmur. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kol legiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.03.2020-ci il tarixli qərarında ifadı edilmiş hüquqi mövqeyə əsasən “...Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Mə cəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş mü ddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-188/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar