Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3525/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(103)3615/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmi ş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzilin cavabdehlər tərəfindən sökülməsinin qanunsuz hesab edilməklə mənzilə görə 720000 manat, mənzildə olan əşyalara görə 70000 manat, mənzilinin kirayə haqqına görə 27000 manat maddi, 100000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(005)83/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzilin Cavabdeh1 MMC tərəfindən sökülməsi qanunsuz hesab edilməklə, mənzilə görə 627800 manat, həmin mənzildəki əşyalara görə 31140 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı 31 mart 2022-ci il tarixdə “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(103)-3615/2022 nömrəl i qərardadı ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər F.F.Babayevdən və Ş.A.Məmmədovadan ibarət tərkibdə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(005)-83/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən apellyasiya şikayəti bunun üçün müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
6. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(103)-3615/2022 nömrəli qərardadının ləğv edilməsi və iddiaçının apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 135.5, 135.6, 360-cı maddələri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının elektron kabinetinə 02 mart 2022-ci il tarixə yerləşdirilmiş və prosessual müddət həmin tarixdən hesablanmaqla iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verilmişdir.
8. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
9. Kassasiya qarşı yazılı etiraz verilmə mişdir. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə q urtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessu al müddət ötürülmüşdür.
12. Belə ki, iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırılmış surəti 28 fevral 2022-ci il tarixdə iddiaçının vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir.
13. İş materiallarından həmçinin müəyyən olunur ki, MPM-in 129.1-ci maddəsinin 2ci cümləsinə və 360-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddət 28 mart 2022-ci il tarixdə bitdiyi halda, iddiaçının vəkili apellyasiya şikayətini 31 mart 2022-ci il tarixdə “Elektron məhkəmə” İnformasiya Sisteminə yerləşdirmişdir.
14. Beləliklə, müəyyən olunur ki, iddiaçı tərəfindən MPM-in 360-cı maddəsi ilə müəyyən edilən müddət ötürülmüşdür.
15. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin onun elektron kabinetinə 02 mart 2022-ci il tarixdə yerləşdirilməsini göstərsə də, həmin hal iş materiallarında olan “Elektron məhkəmə” İnformasiya Sistemindən çıxarışla təkzib olunur.
16. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının MPM-in 133-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(103)-3615/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.