Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3527/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi, sübut etmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi, qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-24 12/2024 saylı qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh adına dövlət reyestrində qeydə alınmışdır.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X3 qarşı iddiası təmin edilərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1, 101 saylı qeyriyaşayış binasından X2 çıxarılması, binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş və nəticədə qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “registrə salınma haqqında qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi, daşınmaz əmlaka hüquqların qeydiyyata alınması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iddia mümkün hesab edilməmiş və bu qərardad qanuni qüvvəyə minmişdir.
4. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktına əsasən həmin qeyri-yaşayış sahəsindən 4 ədəd içərisi boş dəmir çəlləyin, 6 ədəd içərisi boş plastik çənin, 3 ədəd boş plastik su qabının, 1 ədəd boş (böyük) dəmir çənin, istifadə edilmiş taxta parçalarının kardonların aşkar edildiyi və onların da Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 saylı mülki işi üzrə iddiaçının nümayəndəsinə təhvil verildiyi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonar – iddiaçı) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehn (bundan sonra – cavabdeh) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən sahəsi 61,56 kv.m. olan qeyri-yaşayış sahəsində olmuş və cavadeh tərəfindən aparılmış (məhv edilmiş): 1) 2.800 litr sarı yağ – 12.600 manat, 2) 50 konistr yağ (xarici) hər biri 20 litr olmaqla, cəmi 1.000 litr x 6,5 = 6.500 manat, 3) 6 ədəd tonluq çən yağla birlikdə - 200 x 6=1.200 manat, 4) Avtomobilə aid olan şlanqlar 40 metr, hər metri 40 manat olmaqla cəmi 1.600 manat, 5) 60 metr vintillə bərabər turba (1metr - 8 manat) 480 manat, 6) 5 ədəd list dəmir – 5 x 12 manat = 60 manat, 7) 22 ədəd qab solidol yağı hər qabı 6 manat olmaqla 132 manat, 8) 1 bidon qatlaşdırılmış yağ - 40 kq, hər kq 12 manatdan cəmi 480 manat, 9) 1 ədəd kassa aparatı - 430 manat, 10) Xüsusi əşyalar (geyim, qızdırıcı lanpa və s.) - 450 manat 11) hər biri 220 litr yağ olan 3 boçka - cəmi 660 litr yağ, litri 8 manatdan cəmi 5.2 80 manat, 12) elektrik sayğacı, avtomatlar, naqillər, rozetkalar, qoşqular 24 metr və elektrik nasos - 800 manat, 13) Mağazanın içində olan daşlar, dəmirlər və taxta materialları - 500 manat, 14) Hava təmizləyici - 500 manat, 15) Ox yağı - hər biri 20 litr olan 20 ədəd cəmi 400 litr hər litri 6 manatdan cəmi 2.400 manat, 16) 22 ədəd hər biri 80 manat olmaqla qəlib dəmirləri – 1.760 manat, 17) 1 ədəd təzə Man maşını üçün təkər - 700 manat, 18) 4 komplekt maşın üçün naklatkalar 4 x 180 = 720 manat, 19) Pompa və 2 ədəd əl nasosu - 300 manat, 20) 1 ədəd (3 tara) böyük nasos – 1.200 manat, əmlakın geri alınaraq iddiaçıya qaytarılması (bu mümkün olmadıqda dəyərinin ödənilməsi) və sökülərək məhv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən sahəsi 61,56 kvadrat metr olan qeyri-yaşayış sahəsinin (dəyəri 72.000 manat) cavabdeh tərəfindən öz hesabına inşa edilərək əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan və tərəfindən inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1ndə yerləşən, nizamnamə kapitalı ilə yeganə təsisçisi özünün olduğu “Çinar” Kiçik müəssisəsinin xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində mağaza açılması barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısına müraciət etmiş və müraciətinə baxılaraq Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1ndəki bina qapısı küçəyə açılmaqla mağaza açılmasına icazə verilməsi barədə xx.xx.1993-cü il tarixli, 562 nömrəli sərəncam verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısı tərəfindən həmin m ağazanın açılması üçün 61,56 kvadrat metr sahə ayrılmışdır ki, həmin sahə də tikilərək 2006-cı ildə başa çatmışdır. Hətta bu barədə obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı da verilmiş və İH tərəfindən möhür də vurulmuşdur.
7. İddiaçı qeyri-yaşayış sahəsini müvəqqəti olaraq tanışı X3 icarəyə vermiş və sonuncu qeyri-yaşayış sahəsində müxtəlif avtomobil yağları və ehtiyyat hissələri satırdı. Qısa bir müddətdən sonra iddiaçı istifadəsində olan sahəni özəlləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Lakin İdarə ərizəyə baxaraq elektron kadastr məlumatlarına əsasən iddiaçının özəlləşdirmək istədiyi qeyri-yaşayış sahəsinin digər fiziki şəxsin adına qey diyyata alındığını bildirmişdir. Bundan sonra, iddiaçı sorğu ilə müraciət edərək çıxarışın hansı sənədlər əsasında və kimin adına qeydiyyatdan keçməsi barədə məlumat tələb etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilən qeyri-yaşayış sahəsinin icarə müqaviləsi, 5002 nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsinə dair icarə müqaviləsi və 4709 nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2014-cü il tarixdə cavabdehin adına qeydiyyatdan keçməsi cavabını vermiş, lakin sənədlərin surəti təqdim edilməmişdir.
8. Hazırda təqdim edilən sənədlərin surətini sonradan məhkəmə orqanı vasitəsilə almışdır. İddiaçı sənədləri aldıqdan sonra Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəb əsi, ünvan 1 ünvanına dair iddiaçının adına bağlanmış xx.xx.2013-cü il tarixli, 5498 nömrəli icarə müqaviləsi, 5002 nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsi isə 4709 nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir. İmtina cavabı aldıqdan sonra Bakı İnzibati Məhkəməsinə müraciət edərək, adı çəkilən qeyri-yaşayış sahəsinə dair üçüncü şəxs Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hə valə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin 2-1(112)-11246/2023 nömrəli iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. İddiaçının hazırda Bakı İnzibati Məhkəməsində mübahisələndirdiyi çıxarışa əsasən tanışı X3 icarəyə verdiyi qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış və cavabdehin iddiası təmin edilərək, xx.xx.2022-ci il tarixli, e-2(008)1302/2022 nömrəli qətnamə çıxarılmışdır və icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir.
9. İddiaçının tanışı olan X6 icra işi başlamazdan əvvəl iddiaçıya qeyri-yaşayış sahəsini özünə geri qaytardığınıı bildirmişdir. Bu zaman iddiaçıya mağazada olan malları götürməyi və satıb hissə-hissə verməyi təklif etmişdir. İddiaçı razılaşmış və x x.xx.2023-cü il tarixində akt tərtib edərək, qalan malları dəyəri də qiymətləndirilərək (dəyərini ödəmək şərtilə) xxxdan təhvil almışdır. xxx isə icarəyə götürdüyü mağazanı artıq geri qaytardığı və mağazanın istifadəsində olmadığını bildirmişdir. Bunda sonra icra məmuru iddiaçı ilə əlaqə saxlamış və iddiaçı qeyri- yaşayış sahəsinin ona məxsus olduğunu bildirmiş və hazırda bununla bağlı Bakı İnzibati Məhkəməsinin icraatında olduğunu qeyd etmişdir. İcra məmuru bununla bağlı sənəd istəmiş, iddiaçı məhkəmə bildirişini icra məmuruna təqdim etməsinə baxmayaraq, icra məmuru və cavabdeh əlbir olaraq məhkəmə işi olduğunu biləbilə və iddiaçıya heç bir məlumat vermədən xx.xx.2023-cü il tarixində icra sənədini icra etmiş və qeyri-yaşayış sahəsini içərisində olan əmlaklarla birlikdə sökərək məhv etmi şlər. Əmlakları belə siyahıya almamışlar. Bundan əlavə, icra sənədində əmlakın boşaldılması qeyd edilsə də, qeyri-yaşayış sahəsinin sökülməsi qeyd edilməmişdir. Lakin cavabdeh icra məmuru ilə əlbir olaraq qeyri-yaşayış sahəsinin daxilində olan əmlaklarını məhv etmişlər. Həmin əmlakların hazırda harada olması barədə iddiaçıya məlumat da vermirlər.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki məcəllənin 152.1, 152.5, 157.1, 157.2 və 157.5-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar tamamilə əsassızdır, heç bir sübuta söykənmir. Ümumiyyətlə iddiaçının hazırki iddianı qaldırmağa heç bir subyektiv hüququ yoxdur. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən sahəsi 49, 4 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Cavabdeh sözügedən qeyri-yaşayış sahəsinin dəyərini ödəməklə tam qanuni yolla əldə etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. olan qeyriyaşayış binası və altındakı 0,40794 ha torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2014). Əmlaka özbaşına sahiblənmə həmin əmlaka hüquqların tanınmasına əsas verə bilməz.
12. Belə ki, hazırki iş üzrə cavabdeh məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 49,4 kv.m olan qeyriyaşayış sahəsinin X7 tərəfindən ona təhvil verilməsi, xxxun həmin qeyri-yaşayış sahəsindən çıxarıl ması və həmin sahənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də müəyyən edilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi qanuni əsaslarla cavabdehin mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi qanuni yolla əldə edilmişdir. Həmin iş üzrə cavabdeh olmuş xxx hazırki iş üzrə iddiaçının iddia ərizəsində göstərilən dəlilləri qeyd etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin dəlillərin əsassız olması barədə düzgün hüquqi nəticəyə gəlinmişdir. Həmin məhkəmə qətnaməsinin icrası icra məmurlarının, tələbkar ın nümayəndəsi və borclunun iştirakı ilə xx.xx.2023-cü il tarixində həyata keçirilmişdir. İcra mərhələsi video çəkilişlə aparılmış, orada olan əmlaklar siyahıya alınmış, qeyri-yaşayış sahəsinin neçə vaxtdır fəaliyyət göstərməməsi, içərisində natəmiz, yalnız boş kauçuk və dəmir çənlərin olması, qeyri-yaşayış sahəsinin içərisinin zir-zibillə dolu olması videolentə alınmış, istifadə edilməyən lazımsız əşyalar aktlaşdırılaraq, Keşlə ərazisində yerləşən zavodun həyətində saxlanca verilmişdir. Həmin əşyalar hal-hazırda da zavodun həyətindədir. xx.xx.2023-cü il tarixində tərtib edilmiş aktdan da göründüyü kimi, qeyriyaşayış sahəsində adları aşağıda qeyd olunan əşyalar mövcud olmuşdur: 1. dəmir çəllək - 4 ədəd - içərisi boş. 2. plastik çən - 6 ədəd - içərisi boş. 3. plastik su qabı - 3 ədəd - boş. 4. dəmir çən - 1 ədəd - boş (böyük). 5. istifadə edilmiş taxta parçaları.
6. Kardonlar - əzik - üzük. Məhkəmə yerli baxış keçirməklə sadalanan əşyaların Zavodun həyətində olduğunu müəyyən edə bilər. Həmin əşyaları cavabdeh dəfələrlə icra məmuruna, iddiaçıya və xxxa götürmələrini təklif etsə də, onlar əşyaları götürməkdən imtina etmişlər. Göründüyü kimi, iddia ərizəsində iddiaçının qeyd etdikləri əşyalar sözügedən qeyri-yaşayış sahəsində mövcud olmamışdır. Ümumiyyətlə, qeyri-yaşayış sahəsində olan əşyaların iddiaçıya məxsus olması barədə iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)5715/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Tahirə Əsədova).
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, id diaçı ilə cavabdehin arasında hər-hansı hüquq münasibətləri mövcud olmamışdır. İddiaçı iddia tələbində göstərilən daşınar və daşınmaz əmlakların ona aid olmasına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Əksinə, qeyri-yaşayış sahənin hazırki iş üzrə cavabdehin mülkiyyətində olması qeyri-şərtsizdir.
15. İddiaçının da qeyd etdiyi kimi, o, obyekti əşyalarla birlikdə xxxa təhvil vermiş, sonuncu icranı kənardan müşahidə etmiş, oradakı əmlakların iddiaçıya məxsus olmasını bildirməmiş, onun da icraya cəlb edilməsini tələb etməmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd olunan əmlakların (daşınar və daşınmaz) ona məxsus olmasına, həqiqətən həmin əşyaların qeyri-qanuni məhv olmasına dair sübutlar təqdim etmədiyindən ümumiyyətlə heç iddiaçı qismində çıxış edə bilməz.
17. Bundan başqa, həmin əşyalar həqiqətən iddiaçının mülkiyyətində olmuş olsa da belə, hazırki tələb cavabdehə yönələ bilməz. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş 110.092 manat məbləğində olan əmlakların iddiaçıya təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, iddiaçının iddia etdiyi əmlaklar ona xxx tərəfindən təhvil verilmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının obyektin mübahisəli olduğunu və məhkəmə işinin getdiyini bildiyi halda onun qeyd olunan məbləğdə əmlakları həmin obyektdə saxlaması inandırıcı deyil.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, icra məmurları tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi lazımi qaydada icra edilmişdir, həmin icra işində iddiaçı tərəf deyil və onun hazırda belə bir iddia q aldırmağa subyektiv hüququ mövcud deyil.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İcra haqqında” 3.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 50 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materialında olan mübahisəli qeyri-qeyri yaşayış sahəsinin tikintisinin istismara qəbul aktı, 1993-cü ildən 2023-cü ilə kimi iddiaçının daim istifadəsində olması və tələb olunan daşınar əmlakların X1 dəyərini ödəməklə alması barədə xx.xx.2023-cü il tarixində tərtib edilən və məhkəməyə təqdim edilən akt tələb o lunan əmlakların iddiaçıya aid olmasını sübut edir. Eyni zamanda da məhkəməyə həm daşınar əmlakların satın alınaraq pulunun artıq ödənilməsini təsdiq etmək, həm də qeyriyaşayış sahəsi sökülərkən içərisində olan əmlakların mövcudluğunu sübut etmək üçün X4 və satıcı işləmiş X5 şahid kimi dindirilməsi barədə vəsatət verilsə də, məhkəmə vəsatəti əsassız olaraq rədd etmiş və sübutetmə imkanını məhdudlaşdırmışdır. İş materialında olan sənədlərdən aydın olur ki, iddia tələbinin bir hissəsi aktla X1 alınmışdır (artıq sahibi olmuşdur) ki, bu da icra baş verməmişdən əvvəl olmuş və icra məmuru bununla bağlı məlumatlandırılmışdır. Digər tələb isə cavabdeh tərəfindən sökülərək məhv edilmış qeyri-yaşayış sahəsi ilə bağlıdır ki, məhkəmə mübahisəsi olduğu halda iddiaçının da əlində ləğv edilməmiş sərəncam və qeyri-yaşayış sahəsinin tikintisinin onun tərəfindən həyata keçirilməsini sübut edən istismara qəbul aktı olduğu halda icra məmuru ilə birlikdə bu addımı atması təbii ki, iddiaçının hüquqlarına birbaşa toxunur və iddiaçının iddia qaldırmaq hüququ vardır.
23. Apellyasiya baxışında şahid X6 bildirmişdir ki, iddiaçı onun tanışıdır. Əvvəllər həmin mağaza icarə əsasında onun istifadəsində olmuşdur. Lakin icarə haqqı ödəməmişdir. Uzun müddət orada sahibkar kimi işləmişdir. xx.xx.2023-cü il tarixli aktla mağazanı iddiaçıya təhvil vermişdir. İcra günü ona zəng edilmiş və həmin yerin sökülməsi barədə məlumat verilmişdir. O da dərhal bu barədə iddiaçıya xəbər vermişdir. Lakin iddiaçı Bakı şəhərində olmadığından mübahisəli sahəyə o, getmiş, baş verən prosesləri kənardan izləmiş, hətta tərtib ed ilmiş icra aktında həyata keçirilən icra hərəkətlərinə etirazını bildirmişdir. Həmin mağazada avtomobillərə xidmət göstərmiş və yağ alqı-satqısı ilə məşğul olmuşdur. Mağazada öz malını satmış, sonradan iddiaçı da mağazada öz malını yerləşdirmiş və malları onun satıcısı satmışdır. O, mağazanı tərk edəndə orada ona məxsus əşyalar, o cümlədən maşın təkərləri, borular, nasos qalmışdır. Bu əşyaları da iddiaçıya təhvil vermişdir. İcra hərəkətlərinin yerinə yetirildiyi gün istisna olmaqla, mağazanı və orada olan əşyaları təhvil verdikdən sonra həmin yerə getməmişdir. O, icra hərəkətləri həyata keçirilən günü mübahisəli sahəyə gələndə artıq söküntü işləri aparılmışdı, iddiaçıya təhvil verdiyi əşyaların əksəriyyəti artıq yox idi, dağıdılmışdı. Əşyaları yaxınlıqda olan zavodun həyətinə yığmışdılar.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Fərrux Qasımov).
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsas lanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
26. Bu baxımdan iddiaçı hazırda mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu, o cümlədən onun tərəfindən inşa edildiyini, həmin sahədə iddia edilən əşyaların saxlanıldığını, bu əşyaların onun mülkiyyətini təşkil etdiyini və cavabdeh tərəfindən götürülməsini (məhv edilməsini), hazırda cavabdehin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməli idi. İddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin onun yeganə təsisçisi olduğu “Çinar” Kiçik müəssisəsinə verilməsi barədə xx.xx.1993-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon İcra Başçısının sərəncamına və onun icrası qaydasında tərtib edilmiş “Tikint-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul aktı”na i stinad edir. Halbuki, həmin sərəncamda və aktda göstərilən mağazanın (obyektin) ünvanı və sahəsi ilə hazırda mübahisələndirilən qeyriyaşayış sahəsinin ünvanının və sahəsinin eyni olması müəyyən edilmir. Bundan başqa, həmin sərəncama əsasən iddiaçıya deyil, “Çinar” Kiçik müəssisəsinə mağaza təşkil edilməsinə icazə verilmiş və akta əsasən ümumi sahəsi 51,32 kv.m. ölçüsü olan mağaza (obyekt) hüquqi nəticə etibarı ilə həmin kiçik müəssisəyə verilmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə iddiaçının öz adından həmin qeyri-yaşayış sahəsini mübahisələndirməsini istisna edir.
27. Apellyasiya instansiyası məhkəməsi o halı da nəzərə almışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixdə cavabdehin adına dövlət reyestrind ə qeydə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qeyri-yaşayış binasından X6 (iş üzrə şahid qismində çıxış etmiş) çıxarılmış, bina boşaldılaraq cavabdehə təhvil verilmişdir. İddiaçı isə həmin daşınmaz əmlak üzrə “registrə salınma haqqında qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi, daşınmaz əmlaka hüquqların qeydiyyata alınması” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4634/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iddia mümkün hesab edilməmişdir. Qeyd edilən qətnamə və qərar qanuni qüvvəyə minmişdir.
28. Apellyasiya instansiy ası məhkəməsi daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını rəhbər tutub, habelə 25-26-cı bəndlərdə göstərilənləri nəzərə alıb hesab etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinə münasibətdə hazırki tələblə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil.
29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin daşınar əşyalara münasibətdə olan hissəsi ilə bağlı isə qeyd etmişdir ki, iddiaçı nəinki həmin əşyaların ona məxsus olmasını, hətta həmin əmlakların mövcudluğunu və iddia etdiyi kimi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olduğunu belə sübut edə bilmir. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə veri lmiş icra sənədinin icrası qaydasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda həmin qeyri-yaşayış sahəsində 4 ədəd içərisi boş dəmir çəlləyin, 6 ədəd içərisi boş plastik çənin, 3 ədəd boş plastik su qabının, 1 ədəd boş (böyük) dəmir çənin, istifadə edilmiş taxta parçalarının və kardonların aşkar edildiyi və onların Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 saylı mülki işi üzrə tələbkarın nümayəndəsinə təhvil verildiyi göstərilmişdir. Həmçinin, icra hərəkətlərinin foto və video görüntüyə alındığı qeyd edilmişdir. Həmin vaxt orada olan borclu X6 aktı imzalamaqdan imtina edərək, əmlakın söküldüyünü, olanların hamısının məhv edildiyini, əşyaların hamısının dağıdıldığını göstərmiş, lakin konkret olaraq hər ha nsı əşyanı göstərməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli aktda göstərilən əşyaların icra hərəkətlərinin həyata keçirildiyi vaxt nəinki mübahisəli qeyri-yaşayış sahəsində olması, ümumiyyətlə, mövcud olması öz təsdiqini tapmır. Digər tərəfdən nəzərə alınmalıdır ki, qeyd edilən akt iddiaçı ilə yuxarıda göstərilən iş üzrə cavabdeh (borclu) olan X6 arasında bağlanmışdır. Lakin bu şəxsin həmin qeyri-yaşayış sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını (məsələn, vergi sənədləri), habelə aktda göstərilən əşyaların hər hansı birinin alınması və ya satılmasını (məsələn, qaimə-faktura, ödəniş çekləri və sair) təsdiq edən sübut təqdim edilmir. O hal da nəzərə alınmalıdır ki, icra məmurları tərəfindən akt iddiaç ının istinad etdiyi aktın tərtib edildiyi tarixdən 2 ay sonra tərtib edilmişdir. Qeyd edilənlər öz növbəsində iddia tələbinin bu hissədə rədd edilməsini şərtləndirir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki 21.1, 21.2, 140, 152.1, 152.5, 157.1, 157.2, 157.5-ci, Mülki Prosessual Məcllənin 4.1, 5.1, 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona dair etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini barədə qərar qəbul edilməsini xahiş etdi.
33. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiya mə hkəməsinin mövqeyi və tətbiq etdiyi hüquq sübyektivliyinə məxsus olmamaq prinsipi doğru olmamışdır. Belə ki, sözügedən qeyri-yaşayış sahəsi Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncamı ilə “Çinar” Kiçik müəssisəsinə mağazanın açılması üçün 61,56 kvadrat metr sahə ayrılmışdır ki, həmin sahədə iddiaçı tərəfindən tikilərək 2006-cı ildə başa çatmışdır. Cavabdeh tərəfindən isə qanunsuz olaraq 2-1(112)-11246/2023 №-li iş Bakı İnzibati Məhkəməsinin icraatında məhkəmə mübahisəsi ola-ola əmlakı məhv etmişdir. Bununla tərəflər arasında mübahisə aparmaq üçün əsaslar yaranmışdır ki, inzibati məhkəmənin qərarının nəticəsi gözlənilməli idi. Qaldı ki, məhkəmənin o mövqeyinə ki, iddiaçı qismində “Çinar” Kiçik müəssisəsi olmalı idi, müəssisə hazırda mövcud deyi ldir, fəaliyyəti bağlıdır və yeganə təsisçisi və payçısı İddiaçı olduğundan iddianın onun adından qaldırılması istisna edilmir. Bundan əlavə, məhkəmə işdə olan sübutları tam araşdırmamış və qiymət verməmişdir. Belə ki, iş materialında olan və təqdim edilmiş icra işində olan fotoşəkillərdən də aydın olur ki, sökülən sahədə nə qədər daşınar əmlaklar mövcudur. Lakin aktda 3-4 ədəd çənin olduğu qeyd edilir. Məhkəmə isə bunların heç birinə mövqe belə bildirməmişdir. Məhkəmə zamanı bildirilsə də ki, hazırda iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət registrində aparılmış qeydin və özəlləşdirilmənin nəticələrinin ləğv edilməsi”nə dair iddia ərizəsi Bakı İnzibati Məhkəməsini n icraatındadır (2- 1(112)1474/2024 saylı iş). Həmin inzibati işdə sözügedən qeyri-yaşayış sahəsindən gedir ki, həmin işin nəticəsi hazırdakı iddianın nəticəsinə birbaşa təsir edir. Lakin məhkəmə buna belə məhəl qoymadan MPM-nin 254-cü maddəsinin pozaraq işə baxmış və qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etiraz göndərərək, onun təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəni nkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilə n hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəm əsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
36. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
40. İddia tələbi daşınar əşyaların və qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması barədədir. İddiaçı tələbinin əsası kimi həmin əşya və qeyriyaşayış sahəsinin mülkiyyətçisi olmasına istinad etmişdir. İddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçının mülkiyyətində olan əşyaların cavabdehin qanunsuz sahibliyində olması faktının sübut edilməsindən asılıdır.
41. İşin müəyyən edilən hallarına görə isə iddiaçı geri tələb etdiyi qeyri-yaşayış sahəsinin və daşınar əşyaların mülkiyyətçisi olmasını belə, sübut edə bilməyib.
42. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları baxımından iddianın təmin edilməsini istisna etdiyi üçün gəlinən nəticə də qanuni və əsaslı olmuşdur.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək q eyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etmiş, düzgün hüquqi nəticəyə gəlmişdir.
44. Bu baxımdan məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsini hazırki qərarın 25-31-ci bəndlərinə əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
45. İddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət registrində aparılmış qeydin və özəlləşdirilmənin nəticələrinin ləğv edilməsi”nə dair iddia ərizəsinin Bakı İnzibati Məhkəməsinin icraatında olması (21(11 2)-1474/2024 saylı iş), həmin inzibati işə görə hazırki iş üzrə icraatın dayandırılmalı olmasına apellyasiya instansiyası məhkəməsinin məhəl qoymaması barədə dəlilinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlil iş materialları ilə təkzib edilir. Belə ki, iddiaçının bu barədə apellyasiya instansiyası məhkəməsinə hər hansı vəsatət verməsi və istinad etdiyi işlə bağlı hər hansı sübut təqdim etməsi işdən görünmür.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(103)-2412/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.