Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3527/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlaka vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-723/2025 nömrəli, 21 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (işəgötürən) ilə Cavabdeh (işçi) arasında bağlanmış 16 mart 2022-ci il tarixli "xxxx"sinə əsasən sonuncu 1 ay müddətinə MMC-də satıcı vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi, vəzifə təlimatına(Əlavə 1) uyğun olaraq əmək funksiyalarını icra edir. Müqavilənin 5.1-ci bəndinə əsasən Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər, Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. 2. xx.xx.2022-ci il tarixli 121 saylı Əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixindən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 300 manat məbləğində müəyyən edilmişdir. 3. xx.xx.2023-cü il tarixli 64 saylı əmrə əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2023-cü il tarixindən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 390 manat məbləğində müəyyən edilmişdir.
4. İddiaçı (işəgötürən) ilə Cavabdeh (işçi) arasında bağla nmış xx.xx.2022-ci il tarixli “X4 haqqında müqavilə”nin təsdiq edilmiş surətinə əsasən işçi, ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirilməsini tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur. a) ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb olmadan ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır; b) işəgötürənin öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır; c) ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin qayğısına qalmalıdır, eyni zama nda müəssisəyə dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir;
5. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Ərizəyə əsasən xx.xx.2023-cü il tarixindən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir.
6. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli 144x saylı əmrdən Çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilmişdir. Son haqq-hesab: İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin. Əsas: İşçinin ərizəsi.
7. İddiaçı MMC tərəfindən tərtib edilmiş 19 oktyabr 2023-cü il tarixli imtina aktına əsasən İddiaçı MMC- nin ünvan 1 ünvanında yerləşən “OBA-Beyləqan 10(1348)” mağazasında həmin mağaza üzrə maddi məsul şəxs X1 iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb olmadan ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (8341,28 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7897 (yeddi min səkkiz yüz doxsan yeddi) manat 06 (altı) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (a ltmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 39 (otuz doqquz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli 64 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 144x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin-OBA Beyləqan 10 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyət ə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8341 (səkkiz min üç yüz qırx bir) manat 28 (iyirmi səkkiz) qəpik təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara razılığını bildirmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7897 (yeddi min səkkiz yüz doxsan yeddi) manat 06 (altı) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 7897 (yeddi min səkkiz yüz doxsan yeddi) manat 06 (altı) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir öd əniş həyata keçirilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir.
10. Beyləqan Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tаrixli, 2(020)-78/2025 saylı qətnaməsi ilə (hakim X.Cabbarlı) İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
11. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndi təşkil edir. Həmin maddə də işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıması nəzərdə tutulmuşdur.
12. Lakin, işin halları yuxarıda qeyd edilən normanın ( maddə 199 “a”) dispozisiya şərtləri əsasında yoxlanılarkən məhkəmə tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan əsasların mövcudluğu müəyyən edilmədi. Belə ki, məhkəmə araşdırması zamanı zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş inventarizasiya aktında cavabdehin imzası olmadığından, c avabdeh həmin çatışmazlıqlara dair izahat vermədiyindən, ümumiyyətlə həmin aktların cavabdehin iştirakı ilə tərtib olunması, yaxud çatışmazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən mötəbər sübut kimi qəbul oluna bilməz. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki tələbi işdə olan sübutlarla öz təsdiqini tapmadığından iddia əsassız hesab edilib və rədd edilmişdir.
13. Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə tələbinə dair iddiası rədd edildiyindən, iş üzrə ödənilmiş məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10(ç), 194, 199 (a), 200, 202-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin mübahisələndirilən hissədə qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, Cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “X4 haqqında müqavilə”ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. Belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırkı vəziyyətdə Cavabdeh barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, o nun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamnamədən də görünür ki, Cavabdeh şəxsən iştirakı ilə xx.xx.2023-cü il tarixində mağaza sayılmışdır. Bunu hətta iltizamnaməyə şəxsən imza atmaqla da təsdiq etmişdir. İltizamnamənin xüsusi qeyd hissəsində Cavabdeh öz yazısı və imzası ilə bildirmişdir ki, sayımda iştirak etmişdir. “Qarşılaşdırma zamanı sayılan miqdarları şəxsən yoxladım. Komissiya üzvlərindən narazı deyiləm.” Bununla da sübut olunur ki, Cavabdeh mağazada əksik gələn malların miqdarını bilmiş və əksik gələn mallarla bağlı sayım qrupuna heç bir etirazını bildirməmişdir. Odur ki, vurduğu ziyanı etiraf etmişdir. Həmçinin Cavabdeh məhkəmə iclasında verdiyi ziddiyyətli izahatında bildirmişdir ki, “mağazada ə ksikgəlmənin məbləği ***-**** manat məbləğində ola bilərdi” deməklə vurduğu ziyanı qismən etiraf etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Belə ki, hazırkı halda faktiki olaraq cavabdehin iddiaçıya ziyan vurması faktı mövcuddur. Cavabdehdən iltizamnamə alınmış, tərtibində iştirakı təmin edilmişdir. Birinci instansiya məhkəməsi bunu inkar etsə də, mağazanın cavabdehə təhvil verilməsini təsdiq edən sənədlər elektron kabinet vasitəsi ilə yüklənilmişdir. Yoxlama keçirilən zaman cavabdehin izahatı alınmış, onun heç bir etirazı olmamışdır. Cavabdeh mallarla tanış olmuş, əksik malların olduğunu bilmişdir. Hal-hazırda qaimə fakturaları ekspertizaya təqdim etmişlər. Faktik i əldə olan maliyyə-mühasibat uçot sənədləri onlar idi. Ekspertizaya təqdim edilmiş 9 cilddə həmin dövrlərdəki mağaza dövriyyəsi, təhvil-təslim aktları mövcud olmuşdur. Lakin buna baxmayaraq Ekspertiza Mərkəzi rəy verməkdən imtina etmişdir. X2 həmin qaimələrə əsasən natamam olsa da rəy verə bilərdi və həmin rəyə əsasən cavabdehdən pul tutulmalı idi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, əgər həmin dövrdə onun törətdiyi əməllərə görə yanlışlıq olsa idi, bu sübutlarla əsaslandırılmalı idi. Hazırda iddiaçı təşkilatın buna dair hər hansı sübutu yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
19. Şirvan Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-723/2025 nömrəli mülki iş üzrə 21 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), M.Sadıqov və A.Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Birinci instansiya məhkəməsinin həm işin araşdırılması baxımından həm də hüquqi mövqe baxımından gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üç ün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.1ci maddələrinə,Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndinə, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli Qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 191, 192, 194, 199, 203, 205.2, 206-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 97.5, 372, 372.1, 372.6, 372.7, 384, 385, 392, 393, 400.1, 402.1 və 402-403-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayətinin dəlilləri həm iddia ərizəsinin həmçinin apelyasiya şikayətinin dəlilləri ilə mahiyyət etibarı ilə oxşarlıq təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 21.1.Hüququ pozulmuş şəxs ona vurulmu ş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
27. Maddə 10. “Ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.
28. Maddə
191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə v urduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
29. Maddə
192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
30. Maddə
194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
31. Maddə
199. Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində i ctimai təhlükəli əməllərin əlamətləri olduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə, tam həcmdə maddi məsuliyyət daşıyır.
32. Maddə
203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır.
33. Maddə 205.Bənd İİ.Əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
34. Maddə
206. Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaq cadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundam ental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdır ma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmi n edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-723/2025 nömrəli, 21 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.