Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3529/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikiliyə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏ N ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iş materiallarında olan sübutlar və kassasiya şikayətinə əlavə edilmiş əlavə sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikiliyə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, iş № 2(006)-3053/2019) iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, iş № 2(103)14633/2019) İddiaçı ap elyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3053/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmuş, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 89 saylı evin ikinci mərtəbəsində yerləşən, sahəsi 48,08 kv.m olan, üç yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət tikiliyə köçürülməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, iş materiallarında olan sübutlar və k assasiya şikayətinə əlavə edilmiş əlavə sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəmə si müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 89 paylı mülkiyyət hüququ üzrə 2/36 hissədən qalan hissə Cavabdeh1, 2/36 hissə Cavabdeh2 və 2/36 hissə Cavabdeh3 məxsusdur. Adları çəkilən cavabdehlərin Məlikova (Hüseynova) Sədaqət Musa qızı qarşısında icra edilməmiş pul öhdəlikləri olmuşdur. Bununla əlaqədar Sədaqət Məlikovanın qaldırdığı iddia üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə evin cavabdehlərə məxsus hissələrinin üzərinə həbs qoyulmuşdur. Eyni məhkəmənin 2(006)2790/2017 nömrəli, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5.000 manat məbləğində pulun tutularaq Sədaqət Məlikovaya ödənilməsi qət edilmişdir. Cavabdehlər, məhkəmə qərarları əsasında Sədaqət Məli kovaya olan ümumilikdə 9.000 manat borcun İddiaçı tərəfindən ödənilməsi və evin həbsdən çıxarılması müqabilində sonuncunun evin ikinci mərtəbəsində yaşayış sahəsi inşa etməsinə razılıq vermişlər. Bu razılaşmaya uyğun olaraq, İddiaçı, xx.xx.2017-ci il tarixdə qeyd edilən qətnamə, habelə Nəsimi Rayon Məhkəməsinin 2(006)4846/17 saylı, xx.xx.2017-ci il tarixli aktının icrası ilə əlaqədar 9.000 manat məbləğində pulu Sədaqət Məlikovaya ödəmişdir. Bundan sonra Sədaqət Məlikova, cavabdehlərin evinin üzərindən həbsin götürülməsinə dair ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə həbs götürülmüşdür. xx xxxxxx 2017-ci ildə Cavabdeh1 və Cavabdeh2 evin 2-ci və 3-cü mərtəbələrinin X4 və İddiaçı tərəfindən tikilməsinə etirazlarının olmadığı barədə notarial qaydada təsdiqlənmiş ərizələr vermişlər. Bundan sonra İddiaçı, 24.400 manat vəsait sərf edərək cavabdehlərin ümumi mülkiyyətində olan evin ikinci mərtəbəsində kənardan ayrıca girişi olan, üç yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət 48,08 kv.m tikili inşa etmişdir. Tikinti başa çatdıqdan sonra tərəflər arasında mübahisə yaranmış və cavabdehlər, həmin sahəyə iddiaçını buraxmamışlar. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159, 162, 163.1, 173.3, 164.1, 165.1, 157.8, 425-ci maddələrini tətbiq etmişdir. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüqu q normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı, köçürülməsini istədiyi üst tikilini (cavabdehlərə məxsus evin ikinci mərtəbəsini) cavabdehlərin üçüncü şəxsə olan borcunu ödəməklə, onların notarial razılıqları əsasında inşa etdiyini bildirərək hazırkı iddianı qaldırmış, cavabdehlər isə evin ikinci mərtəbədəki tikilini özlərinin inşa etdiklərini bildirərək iddiaya etiraz edirlər. Apelyasiya məhkəməsinin gəlmiş olduğu nəticəsindən görünür ki, Cavabdeh1, mübahisəli ikinci mərtəbəni özlərinin tikdiyini, həmin sahənin İddiaçı aidiyyətinin olmadığını, ona evinin üzərində tikinti razılığı vermədiyini bildirsə də, bu halları təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim e də bilməmişdir. Əksinə, cavabdehlərin üçüncü şəxs qarşısındakı öhdəliyinin icrası müqabilində ümumi mülkiyyət hüququ ilə özlərinə məxsus evin ikinci mərtəbəsində iddiaçının tikili inşa etməsinə, tikilinin sonuncunun sahiblik və istifadəsinə verilməsinə razılıq verdikləri, tikinti başa çatdıqdan sonra isə cavabdehlərin iddiaçını həmin sahəyə buraxmadıqları yuxarıda göstərilən sənədlərlə yanaşı, birinci instansiya məhkəməsində şahid qismində dinlənilmiş çoxsaylı şahidlər - Pərviz Şıxəliyev, Anar Babayev, Mirnurəddin Şıxəliyev, Reana Qurbanova və Mehriban Məmmədxanova təsdiqləmişlər. Sözügedən evin 3-cü mərtəbəsində tikintiyə razılıq almış Pərviz Şıxəliyev, 2-ci mərtəbənin İddiaçı məxsus olması barədə xx.xx.2018ci il tarixdə notarial qaydada ərizə də vermişdir. Göründüyü kimi, iddiaçı, müəyyə n əvəz müqabilində cavabdehlərə məxsus evin üstündəki tikilini onların razılığı ilə inşa etməklə sahiblənmişdir. Nəzərə alınmalıdır ki, sahiblik, şəxsin əşyanı öz təsir dairəsində saxlamaq niyyəti ilə ona faktiki malik olmasıdır. Yəni şəxs, müqaviləyə və ya digər hüquqi əsasa görə əşyadan istifadə etmək hüququna malikdirsə və bu hüququnu reallaşdırıb əşyaya faktiki yiyələnərək onu öz təsir dairəsində saxlayırsa o, əşyanın qanuni sahibi sayılır (Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Mülki Məcəllənin 159, 16 2 və 163.1-ci maddələri). Cavabdehlər isə əvvəl verdikləri razılıqlara zidd olaraq iddiaçını mübahisəli sahəyə buraxmamaqla, onun hüquqlarını özbaşına şəkildə pozurlar. Üst tikiliyə hüquq və sahiblik isə tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından asılı olmayaraq qanunla qorunur. Birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli tikili özbaşına tikinti olduğundan və iddiaçının həmin tikiliyə mülkiyyət hüququ olmadığından, ümumiyyətlə həmin tikiliyə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddia tələbi əsassızdır. Kassasiya şikayətinin dəlillərinə görə « … ümumilikdə 9000 manat pulun İddiaçı tərəfindən ödənilməsi qanunsuz tikili olan mübahisəli əmlaka sahiblik hüququ əldə etməyə hüquq vermir. M übahisəli mənzil Cavabdeh1 məxsus deyil, həmin mənzil, yəni mübahisəli evin 2-ci mərtəbəsi X2 və yeni mülkiyyətçi çıxarış almışdır. X8 139,7 kv.metrlik 3 mərtəbəli yaşayış binasının 0,02012 kv.m hissəsini X3 almış və sonuncunun mülkiyyət hüquqlarına xitam verilmişdir. Lakin məhkəmə mübahisəli evin hüquqi statusunu müəyyən etmədən qətnamə çıxararaq nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində mübahisəli evin 2-ci mərtəbəsinin neçə kvadrat metrdən ibarət olmasını, iddiaçının 2-ci mərtəbəsinin hansı hissəsinə köçürülməli olması, iddiaçının qanuni istifadə hüquq neçə kv.metr hissəyə aid olmasını müəyyən etməmişdir.» Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin «… şəxs, müqaviləyə və ya digər hüquqi əsasa görə əşyadan istifadə etmək hüququna malikdirsə və bu hüququnu reallaşdırıb əşyaya faktiki yiyə lənərək onu öz təsir dairəsində saxlayırsa o, əşyanın qanuni sahibi sayılır» dair mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı mübahisə daşınar əşya ilə bağlı olan mübahisə deyildir, müvafiq daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamış və daşınmaz əmlaka sahibliyin əldə edilməsinin əsasları qanunvericiliklə müəyyən olunmuşdur. Apelyasiya məhkəməsinin müəyyən etdiyi kimi tərəflər arasında tikilinin aparılması ilə bağlı hər hansı razılaşmanın olması və tikilinin aparılması özlüyündə tikinti aparmış şəxsə həmin tikili üzərində sahiblik hüququnun yaranması üçün əsas vermir. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə işə baxan apelyasiya məhkəməsi müvafiq olaraq tələb irəli sürən iddiaçının tikiliyə ilkin olaraq subyektiv hüququnun olmasını araşdırmalı, iddiaçının tikili üzərind ə hər hansı hüquqa malik olmasını yoxlamalı və bundan sonra iddiaya hüquqi qiymət verməli (müvafiq olaraq sahibliyin yaranması əsasları müəyyən olunmalı, tikilinin qanuni əsaslarla tikilib-tikilməməsi araşdırılmalı, mənzilin mülkiyyət hüququ əsasında kimin mülkiyyətində olması və üst tikilidən kimin istifadə etməsi) olduğu halda göstərilərlə bağlı heç bir araşdırma aparmamışdır. Eyni zamanda işin halları ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli tikilinin alt mərtəbəsinin mülkiyyətçilərindən biri olan X5 öz mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayon Ağadadaş Qurbanov küçəsində yerləşən 139,7 kv.m olan 89 saylı fərdi yaşayış evində paylı mülkiyyət üzrə özünə məxsus 2/36 hissədən qalan hissə payından 3 kv.m hissəsini, X1. Apelyasiya məhkəməsi isə işin hallarının tam araşdırmadığı üçün yeni mülkiyyətçinin müəyyən edilməsi və onun işə cəlb edilməsini təmin etməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Az ərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmu ş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də, kassasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməkl ə apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Ko llegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3529/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3529/2020
22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver