Məhkəmə qərarları › İş №2(102)-3531/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3531/2020

20.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3531/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 MTK və Cavabdeh2 MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-15196/2019 nömrəli qətnaməsindən Cavabdeh1 MTK-nın kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurulmuş 2500 manat maddi zərərin, taksi xidmətinə xərclədiyi 300 manatın, 3000 manat mənəvi zərərin və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 5.830 manat pulun cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MTKdan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1830/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MTK-dan maddi zərərə görə 1750 manatın və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinin bərabər qaydada - 60 manat iddiaçıdan və 60 manat Cavabdeh1 MTK-dan olmaqla cəmi 120 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.(hakim Solmaz Ədilova) Cavabdeh1 MTK-nın qətnamədən verdiyi apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-15196/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1830/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi) Fuad Talışınski, Rafael Eyvazov) Cavabdeh1 MTK-nın vəkili Vəkili kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin tamamiylə ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılm ışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, mülki hüquq pozuntusunun məhz binanın fasadından daş düşməsi səbəbəindən baş verməsi hər hansı sübutla təsdiq edilmir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəllənin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M ƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasənkassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib, ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 saylı binanın sakinidir. Hətta həmin binanın həyətində maşın saxlamaq üçün Cavabdeh1 MTK ondan aylıq 15 manat pul alır. Avtomobili həyətdə saxladığı vaxt həmin binanın fasad qırıntıları avtomobilin üzərinə düşərək ona maddi zərər yetirmişdir. Tələbinin hüqu qi əsası kimi iddiaçı Mülki Məcəllənin 21, 1096, 1097, 1099 və 1108-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi zərərin Cavabdeh2 MTK-nın hüquqi varisi Cavabdeh1 MTK tərəfindən vurulmasının təsdiq edilməsinə və zərərin məbləği ilə bağlı təyin etdiyi ekspert rəyinə əsasən iddianı qismən təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində mülki hüquq pozuntusunun məhz binanın fasadından daş düşməsi səbəbindən baş verməsinin hər hansı mötəbər sübutla təsdiqlənməsinə istinad etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası iş materiallarına əsasən İddiaçı xx xxxxxx 2019-cu il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olan Hyundai İX-35 markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 MTK-ya məxsus, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 saylı binanın həyətində saxlamasını, həmin vaxt binadan düşən fasad qırıntılarının avtomobilin ön şüşəsinə və sol farasına zərər yetirməsini, iddiaçının faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etməsini, bu xüsusatla bağlı Xətai RPİ-nin 36-cı PB-də müvafiq araşdırma aparılmasını, xx.xx.2019-cu il tarixli, 10527 №-li ekspert rəyinə əsasən avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 1750 manat təşkil etməsini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 37/T-03690 №-li, xx.xx.2019-cu il tarixli cavab məktubunda mütəxəssislər tərəfindən baxış keçirilərkən qeyd edilən binanın fasadının bəzi yerlərində, balkonlarında suvaq qatının dayanıqlığının zə ifləməsi və qopmasının müşahidə edilməsini, Agentlik tərəfindən yaşayış evinin təhlükəsiz istismarının, yaxınlıqdan keçən avtomobillərin və vətəndaşların təhlükəsizliyinin təmin ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə Cavabdeh2 MTK-nın rəhbərliyinə tapşırıq verilməsini müəyyən edərək, apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 1096.1, 1097.1, 1907.3 və 1111.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddia tələbi delikt öhdəliyindən yaranan tələbdir. Apelyasiya instansiyası da müəyyən edib ki, Cavabdeh1 MTK-n ın delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 saylı binanın Cavabdeh1 MTK-ya məxsus olması işin mübahisəsiz halıdır. İddiaçı məxsus olan Hyundai İX-35 markalı, ** SM ***dövlət qeydiyyat nişanlı avtomobilə həmin binadan fasad qırıntılarının düşməsi nəticəsində zərər dəyməsi faktı da iş materialları ilə təsdiq olunur. Həmin binaya nəzarət edən X1 RPİ-nin 36-cı PB-də verdiyi izahatında sözügedən binadan fasad qırıntılarının iddiaçının avtomobilinə düşməsini təsdiqləmişdir. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2019cu il tarixli məktubunda sözügedən binanın fasadının bəzi yerlərində, balkonlarında suvaq qatını n dayanıqlığının zəifləməsi və qopmasının müşahidə edildiyi qeyd olunmuşdur. Dəymiş zərərin məbləğini də apelyasiya məhkəməsi ekspert rəyinə əsasən müəyyən etmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına, yəni cavabdehin obyektiv surətdə hüquqa zidd əməli nəticəsində iddiaçıya zərər yetirilməsi halının mövcudluğuna əsasən mübahisəyə Mülki Məcəllənin qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun gəlir. Həmçinin apelyasiya məhkə məsi sübutları, o cümlədən ekspert rəyini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən dəlil – mülki hüquq pozuntusunun məhz binanın fasadından daş düşməsi səbəbindən baş verməsinin hər hansı sübutla təsdiq edilməməsi – apelyaisya şikayətinin dəili ilə eynidir. Apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin bu dəlilnə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göst ərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-15196/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar