Məhkəmə qərarları › İş №2(102)-3536/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3536/2019

09.07.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3536/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi X2, nümayəndəsi və vəkili Ağayeva Nüşabə Fərman qızının və üçüncü şəxs X8 oğlunun vəkili Bağırov Bilal İsa oğlunun iştirakı ilə, Üçüncü şəxs X8 oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1529/2019 nömrəli iş üzrə 17 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nəriman ov Rаyоn Məhkəməsinin (K.F.Əmirxanova) 18 oktyabr 2018-ci il tarixli, 2(005)-4237/2018 nömrəli qətnаməsi ilə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının tanınmasına dair çıxarışların və texniki pasportların ləğv edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının tanınması” tələblərinə dair iddiası qismən təmin edilməsi, X8 oğlunun adına verilmiş torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınmasına dair 05 iyul 2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun, həmçinin fərdi yaşayış evinə mülkiyyət hüquqlarının tanınmasına dair 27 iyul 2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriya lı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) 2(103)-1529/2019 nömrəli, 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4237/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının tanınmasına dair çıxarışların və texniki pasportların ləğv edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının tanınması” tələblərinə dair iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12 yanvar 1995-ci il tarixli 25 saylı qərarına əsasən, asudə həyətyanı torpaq sahəsindən hazırki ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni məhəllə olan 0,033 ha torpaq sahəsi ona ayrılmış, həmin torpaq sahəsi təhvil verildikdən sonra ailəsi ilə birlikdə orada fərdi yaşayış evi inşa edərək yaşamağa başlamış, 2014-cü ildə ailəsi ilə birlikdə başqa yerdə aldıqları yeni mənzilə köçmək qərarına gəlmiş, yaşayış evindən çıxdıqdan bir müd dət sonra Rasim Bayramov adlı şəxs boş qalan evi zəbt edərək orada yaşamağa başlamış, həmin şəxsin evi tərk etməsini xahiş etsə də, o evdə yaşamağa davam etmiş, bu səbəblə pozulan hüquqlarının bərpa olunması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 26 may 2015-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək X3 Abşeron RİH-nin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli Sərəncamına və Abşeron rayonu S.Əliyev adına Südlük-Maldarlıq üzrə X10 Təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 06 nömrəli əmrinə əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması, həmin torpaqda olan fərdi yaşayış evinə (tikiliyə) köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermədiyi üçün qətnamə ona münasibətdə qanuni qüvvəsini almış, buna baxmayaraq cavabdehin qardaşı X8 oğlu qətnamənin onun da maraqlarına toxunduğunu əsas gətirərək apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən şikayət qismən təmin edilərək X3 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Məhəllədə yerləşən 0,033 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması hissəsində qətnamə ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamışdır. Həmin qətnamədən həm o, həm də İlqar Bayramov tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2016-cı il tarixli qərarına əsasən, kassasiya şikayətləri qismən təmin edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına geri göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarını iki mühüm halla – birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermədiyi halda qətnamənin məhz cavabdehə münasibətdə dəyişdirilməsi, habelə apellyatorun maraqlarına toxunduğunun əsas götürülməsinə baxmayaraq məhz hansı maraqlarına toxunduğu barədə məhkəmə araşdırmasının aparılmaması ilə əsaslandırmışdır. Qeyd edilən xüsusatları araşdıran Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilən 25 avqust 2016-cı il tarixli qətnaməyə əsasən, maraqlı şəxs X8 oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli qətnaməsi rədd olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə a raşdırması zamanı X8 oğlu həmin torpaq sahəsi üzərində hüququnun yaranmasına əsas kimi Abşeron rayonu, S.Əliyev adına Südlük Maldarlıq üzrə X10 təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 6 nömrəli əmrini göstərsə də, Abşeron rayon Dövlət Arxivindən Bakı Apellyasiya Məhkəməsinin sorğusuna verilən cavabda torpaq sahəsi ayrılmış vətəndaşların siyahısında X8 oğlunun adının qeyd olunmadığı göstərilmiş, bununla da İlqar Bayramovun əlində olan sənədlərin həqiqiliyi və hüquqi qüvvəsi şübhə altına alınmaqla apellyasiya instansiyası sözügedən qətnaməni qəbul etmişdir. Həmin qətnamədən tərəflər şikayət vermədikləri üçün qətnamə qanuni qüvvəsini almış və preyudisial xarakter daşımağa başlamışdır. Bundan sonra İlqar Bayramov artıq əlində olan sənədlərin saxtalığının üzə çıxdığını görərək, d ərhal həmin sənədləri başqa vasitələrlə bu dəfə Daşınmaz Əmlakın Dövlət reyestrindən Mülkiyyət hüquqlarına dair çıxarış almaq üçün istifadə etmiş və hazırki iddia ərizəsində mübahisə predmetini təşkil edən sənədləri əldə etmişdir. Ərizə ilə cavabdeh orqana müraciət edərək çıxarışların ləğv edilməsini xahiş etsə də, cavabdeh onun ərizələrinə məhəl qoymamışdır. Göstərilənlərə əsasən, İddiaçı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınmasına dair X8 oğlunun adına verilmiş 05 iyun 2018-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun, həminin fərdi yaşayış evinə mülkiyyət hüquqlarının tanınmasına dair 27 iyul 2018-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi, daşınmaz əm lak üzərində özünün mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Üçüncü şəxs X8 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1529/2019 nömrəli iş üzrə 17 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kolle giyasının iclasında iştirak edən üçüncü şəxs X8 oğlunun vəkili Bağırov Bilal İsa oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı nümayəndəsi X4, nümayəndəsi və vəkili Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1529/2019 nömrəli iş üzrə 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni məhəllə ərazisində yerləşən 0,033 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi iddiaçı ilə X5, daha sonra isə onun qardaşı olan hazırki iş üzrə üçüncü şəxs X8 oğlu arasında məhkəmə çəkişmələrinin predmeti olmuş, qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mübahisəli tikiliyə hüquqları tanı naraq Rasim Bayramovun həmin tikilidən çıxarılması qərara alınmışdır. Həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Südçülük Sovxozunda yaşayış ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondunun ayrılması qərara alınmış, sərəncam əsasında Abşeron Rayon S.Əliyev adına Südçülük-Maldarlıq üzrə Dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsi direktorunun 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə İddiaçı (iddiaçıya) fərdi yaşayış evinin tikintisi üçün 0,033 ha ölçüdə torpaq sahəsi ayrılmış və o, həmin torpaq sahəsində inventar dəyəri 57 000 manat təşkil edən 4 otaqlı fərdi yaşayış evi tikmişdir. Həmin qərarlarla həmçinin müəyyən olunmuşdur ki, sözügedən mülki işə baxılarkən, İlqar Bayramov da mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən evin özünə məxsus olmasını iddia etmiş, bununla belə onun (İlqar Bayramovun) adına Südçülük sovxozu ərazisində torpaq sahəsinin ayrılması təsdiq olunmamış, əksinə Abşeron Rayon Dövlət Arxivindən təqdim olunmuş 11 noyabr 2015-ci il tarixli arayışda və həmin Arxivin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 13 noyabr 2015-ci il tarixli məktubda vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılmasına dair Abşeron rayonu S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X10 X1 17 fevral 2000-ci il tarixli 06 saylı qərarında İlqar Bayramovun adının qeyd olunmadığı xüsusi olaraq göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən mülki iş üzrə sonuncu məhkəmə aktı 06 fevral 2017-ci ildə çıxarılaraq qüvvəyə minmiş, buna baxmayaraq sonrakı tarixlərdə (05 iyul 2018-ci il və 27 iyul 2018-ci il tarixlərdə) İlqar Bayramovun adına mübahisəli daşınmaz əmlaka (torpaq və üzərindəki evə) dair müvafiq çıxarış və texniki pasport verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə ai d aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə aktları ilə Abşeron rayonu S.Əliyev adına SüdçülükMaldarlıq üzrə X10 təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 6 nömrəli əmri əsasında torpaq sahəsi ayrılmış vətəndaşların siyahısında iddiaçının adının qeyd edildiyi halda, İlqar Bayramovun adının qeyd olunmadığı müəyyən edilmiş və bu xüsusat Abşeron Rayon Dövlət Arxivindən təqdim olunmuş 11 noyabr 2015-ci il tarixli arayışla, habelə həmin Arxivin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 13 noyabr 2015-ci il tarixli məktubla da təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılm asına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Göstərilən Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Qeyd olunan Məcəllənin 149.2-ci m addəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində sadəcə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini göstərmiş və İlqar Bayramovun adına verilmiş müvafiq çıxarış və texniki pasportun ləğv edilməsi tələblərini sadəcə həmin idarə yə qarşı yönəltmişdir. Halbuki, sözügedən çıxarış və texniki pasportların ləğv edilməsi tələbi həmçinin həmin sənədlər adına verilmiş İlqar Bayramovun da mənafeyinə toxunmaqdadır və məhz bu səbəblə məhkəmə onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur və məhkəmənin, iddiaçının iradə ifadəsi olmadan hər hansı şəxsi cavabdeh qismində cəlb etməsi mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İlqar Bayramovu müstəqil tələb irəli sürməyən şəxs qismində prosesə cəlb etməklə məhkəmə prosesual qanunvericiliyin tələblərini təmin etmiş və adı çəkilən şəxs, faktiki olaraq əslində cavabdeh qismində prosesdə iştirak etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğu n əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edi lən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1529/2019 nömrəli iş üzrə 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respubl ikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Üçüncü şəxs X8 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1529/2019 nömrəli iş üzrə 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar