Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3537/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 Həsən oğlu və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7989/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri, Nizami rayonu, A.Manafov və K.Balakişiyev küçələrinin kəsişməsində, 2436-cı məhəllədə yerləşən ümumi sahəsi 160 kv.metr olan 4 otaqlı 212 saylı mənzil “X1” MMC ilə bağlanmış 08 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 sahiblik və istifadəsində olmuşdur. 18 avqust 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş əmlakın ilkin alqı-satqı müqaviləsinə əsasən həmin mənzil Cavabdeh1 tərəfindən İddiaçı gələcəkdə əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra alqı-satqı müqaviləsinin bağlanması şərti ilə 100.000 manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin noyabr ayında İddiaçı cavabdehlər Cavabdeh3 Həsən oğ lu, Cavabdeh1 Mizəbəy oğlu, Cavabdeh2 və maraqlı şəxs “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə baxmayaraq Cavabdeh3 məxsus olmasını və onun tərəfindən də guya ucuz qiymətə ona satılmasını, əslində isə həmin mənzilin bazar dəyərinin 80.000 manat təşkil etməklə Cavabdeh3 ondan 20.000 manat məbləğində artıq pul almasını, bundan başqa Cavabdeh3 və Cavabdeh1 mənzilin təmirinə görə ondan 4000 manat məbləğində artıq pul almalarını, həmçinin həmin ünvanda 140 saylı mənzildə yaşayan Cavabdeh2 aldığı mənzilə heç bir aidiyyətinin olmadığı halda ondan 1000 manat almasını, cavabdehlərin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəyməsini əsas göstərməklə Cavabdeh3 onun xeyrinə 20.000 manat, mənzilin təmiri ilə əlaqədar ona vurduqları ziyana görə Cavabdeh3 və Cavabdeh1 onun xeyrinə 4000 manat və Cavabdeh2 onun xeyrinə 1000 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək mənzilin təmiri ilə bağlı 4964 manat dəyərində təmir işlərini görməsinə baxmayaraq İddiaçı ona 1554 manat məbləğində borclu qalmasını əsas göstərməklə həmin məbləğin ondan tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-551/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: M.Q.Sadıqov) ilkin iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3 Həsən oğlu və Cavabdeh1 mənzilin təmiri ilə bağlı vurulmuş maddi ziyana görə 1500 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 2500 manatın alınıb İddiaçı verilməsi qət olunmuş, qalan hissədə i ddia tələbi təmin olunmamışdır. Həmin qətnamə ilə Cavabdeh1 İddiaçı qarşı 1554 manat məbləğində borcun tutulması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə qətnamənin ilkin iddianın təmin olunmamış hissəsində ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh1 apellyasiya şikayəti verərək iddianın qismən təmin edilməsi barədə məhkəmənin nəticəsinin onun izahatına uyğun olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi, iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2056/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Həsən oğlu ayrı-ayrılıqda kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4549/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və İ.K.Xəlilov) kassasi ya şikayətləri təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2020-ci il tarixli, 2(103)-2056/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar tərəflərin apellyasiya şikayətləri əsasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7989/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Z.A.Şirinov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-551/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qətnaməsi qismən - ilkin iddia ərizəsinin təmin edilən hissəsində ləğv edilmiş, iddianın həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin səthi qiymətləndirilmiş sübutlar əsasında çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, mənzilin təmiri ilə bağlı vurulmuş maddi ziyana görə 1500 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 2500 manatın cavabdehlər Cavabdeh3 Həsən oğlu və Cavabdeh1 alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum ol ması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qətnamə ilkin iddia tələbinə dair hissədə mübahisələndirildiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi həmin hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin iddia tələbi üzrə iddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməsini iddia etsə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın həmin hissədə əsaslı olması sübuta yetirilməmişdir. İddianın həmin hissədə cavabdehin vəkili tərəfindən etiraf olunması isə mülki prosessual q anunvericiliyin tələblərinə uyğun olmadığından apellyasiya instansiyası məhkəməsi həmin izahatı iddianın qismən etiraf olunması kimi qəbul etməmiş, başqa təsdiqedici sübutlar müəyyən olunmadığından iddianı əsassız sayaraq rədd etmişdir. Göstərilənlərlə əlaqədar İddiaçı maddi və mənəvi zərər dəyməsi müəyyən olunmadığından, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya ş ikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7989/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3537/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3537/2021
02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver