Məhkəmə qərarları › İş №2(102)-3538/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3538/2019

03.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3538/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, onun vəkili Xnun, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli 2(103)-13561/2018 nömrəli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması F ondunun Hüquq Departamentinin X2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətə görə kompensasiyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmanətin sığortalı əmanət kimi qəbul edilərək, 40000 (qırx min) ABŞ dolları məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 40.000 ABŞ dolları əmanət məbləğinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Namiq C əfərovun sədrliyi və məruzəsi ilə, hakimlər Şərafət Məmmədova və Vüqar Həsənov) 19.12.2018-ci il tarixli 2(103)-13561/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun Hüquq Departamentinin X2 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 03 avqust 2015-ci il tarixli 70023694 saylı bank əmanəti müqaviləsinə əsasən 12 ay mü ddətinə, 8,25 % dərəcəsi ilə 40000 ABŞ dolları məbləğində əmanət qoyulmuşdur. Sonrada müqaviləyə dəyişiklik olunsa da, bu dəyişikliyi təmin edən saziş müqavilənin tərkib hissəsi olduğu üçün müqavilənin müddətinin bitməsi ilə həmin saziş də qüvvədən düşmüş hesab edilmişdir. Qeyd olunan əmanət müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə müddətinin sonunda əmanət əmanətçi tərəfindən geri götürülmədiyindən, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmışdır. Hazırki mübahisə edilən əmanət müqaviləsi üzrə illik faiz dərəcəsi 5 faiz ilə uzadılmışdır. İddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin xarici əmanətlər üzrə müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili Abbasov Rəfail Arif oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiy ası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, mülki işin materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 03 avqust 2015-ci tarixli, 70023694 saylı bank əmanəti müq aviləyə əsasən İddiaçı tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətində onun adına açılmış depozit hesabına illik 8,25 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə 03 avqust 2016-cı il tarixədək 40000 (qırx min) ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. 1 il bitdikdən sonra 03.08.2016-cı il tarixdə həmin müqavilənin müddəti illik 5% dərəcəsi ilə 1 il müddətinə uzadılmışdır. Bank əmanət müqaviləsinin müddətinin bitməsinə 15 gün qalmış, yəni 17.07.2017-ci il tarixdə iddiaçı bankla əlavə saziş bağlanmış, banka yerləşdirilmiş əmanət üzrə illik faiz dərəcəsi 3 faizə endirilməklə əmanət qorunan əmanətə aid edilmişdir. 03.08.2017-ci ildə bank əmanəti müqaviləsinin müddəti bitmiş, lakin əmanət geri qaytarılmamışdır. 27 dekabr 2017-ci il tarixli qərarı ilə Bank müflis elan edilmişdir. Əmanətlərin Sığor talanması Fondunun İddiaçı ünvanladığı 30 mart 2018-ci il tarixli, **********515 saylı məktubu ilə iddiaçıya əmanətə görə kompensasiya verilməsindən imtina edilmiş və bildirilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər sığortalanmır və Fond tərəfindən həmin əmanətlər üzrə kompensasiya ödənilmir. Sözügedən əmanət ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikasının 82.1-ci maddəsinə əsasən növbə daxilində ödənilir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, əmanət müqaviləsinə əlavə sazişlə əmanətin faiz dərəcəsi 3% endirilərək əmanət qorunan əmanətə aid edildiyindən, cavabdeh həmin əmanətə görə kompensasiya ödəməlidir. Cavabdeh isə tərəflər arasında bağlanmış əmanət müqaviləsinin 5.2-ci bəndinə əsasən sonuncu dəfə əmanət müqaviləsinin müddəti uzadılarkən əmanətin illik faiz dərəcəsi 5% müəyyən olunduğuna istinad edərək, həmin əmanətin qorunan əmanət olmadığını, buna görə də, əmanətin qaytarılması barədə banka qarşı iddia qaldırılmalı olduğunu bildirir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 03 avqust 2015-ci tarixli, 70106467-21 (********) saylı bank əmanəti müqaviləsinə 17 iyul 2017-ci il tarixli, ********* saylı əlavə sazişə əsasən xarici valyutada olan həmin əmanət üzrə illik faiz dərəcəsi 3 faiz müəyyən olunduğundan və həmin müqavilən in şərtlərinə, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X1 01 mart 2016-cı il tarixli növbədənkənar iclasının qərarına (Protokol № 66) əsasən qeyd edilən əmanət məbləği tam sığortalandığından iddia tələbi təmin edilməli, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 40000 (qırx min) ABŞ dolları əmanət məbləği tutularaq İddiaçı ödənilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və apellyasiya şikayətinin dəlillərinə əsassız hesab edərək, müəyyən etmişdir ki, əlavə sazişin 2.3-cü bəndində “müqavilənin bu əlavə sazişlə ziddiyyət yaratmayan digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır” məzmunlu şərt var. Bank əmanəti müqavilənin 5.2-ci bəndindəki “bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla” m üddəasi əlavə sazişlə ziddiyyət yaratdığına görə qüvvəsini itirib. Belə ki, əlavə sazişin mahiyyəti ondan ibarətdir ki, aşağı faiz dərəcəsi tətbiq edilməklə əmanət qorunan əmanətə aid edilsin, lakin bankda qüvvədə olan yüksək faiz dərəcəsinin tətbiqi nəticəsində əmanət qorunan əmanət statusunu itirir, bununla da əlavə sazişə ziddiyyət yaranır. İddia tələbinin banka qarşı irəli sürülməsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçı əmanət tələb etmir, kompensasiya tələb edir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.11-ci maddəsinə görə kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 4.1.4-cü maddəsində Əmanətlərin Sığortalanması Fondunun funksiyalarında biri belə göstərilib: sığorta hadisəsi baş verdikdə, əmanətçilərin t ələblərinin uçotunu aparır və kompensasiya ödəyir. Ona görə də iddia tələbi düzgün olaraq Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülüb. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olduğundan və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iş üzrə maddi və prossesual hüquq normaları düzgün tətbiq edildiyindən qanuni və əsaslıdır. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun: - 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məblə ğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. - 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmçinin həmin qanunda göstərilmişdir ki, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərə findən təsdiq edilməsidir (2.1.9). Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2). Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir (2.1.2.6). X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir (8.1.20). Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici val yutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. “Əmanətlərin tam sığortalanması” haqqında Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmam ış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, iddiaçı “Əmanətlərin tam sığortalanması” haqqında Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə edərək, əmanət müqaviləsinin müddətinin bitməsinə 15 gün qalmış banka müraciət etmiş və aralarında bağlanmış 17 iyul 2017-ci il tarixli, ********* saylı əlavə sazişə əsasən xarici valyutada olan həmin əmanət üzrə illik faiz dərəcəsi 3 faizə endirilməklə, əmanət tam sığortalanmışdır. Həmin əmanət müqaviləsinin 5.2-ci bəndinə istinad edərək, növbəti dəfə 03.08.2017-ci ildə əmanət müqaviləsinin müddəti uzadılarkən onun illik 5%-lə uzadılması barədə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublik asının Mülki Məcəllənin: - 947.4-cü maddəsinə əsasən əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri ilə qoyulmuş əmanətin məbləğini müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdən sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. Qeyd olunan normanın mahiyyətindən də göründüyü kimi uzadılma şərtlərinin müqavilə ilə ayrı qaydası nəzərdə tutula bilər. - 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilm əz. - 944-cü maddəsində göstərilmişdir ki, Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. Mülki Məcəllənin qeyd olunan normasından da görünür ki, tərəflər müqavilədə nəzərdə tutulan şərtlərlə hərəkət etməlidirlər və buna müvafiq olaraq Bank əmanəti sadalanan şərtl ərlə geri qaytarmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən və həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, əmanət müqaviləsinin avtomatik olaraq eyni müddətə eyni şərtlərlə uzadılması tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan Bank tərəfindən müqavilənin birtərəfli qaydada uzadılmasının qanunidir. Lakin Bankın müqavilə müddətini uzatmaqla yanaşı, 17 iyul 2017-ci il tarixli, ********* saylı əlavə sazişə əsasən müəyyən edilmiş əmanətin illik 3 faiz dərəcəsini birtərəfli qaydada illik 5 faizə qaldırması, yəni əmanətin sığortalanan əmanət statusundan sığortalanmayan əmanət statusuna keçirməsi iddiaçı üçün əlverişsiz nəticəyə səbəb olmuşdur. Digər tərəfdən, 03.08.2017-ci il tarixdə Bankda illik faiz dərəcəsinin 5% olmasına dair, habelə, faiz dərəcəsinin 3%-dən 5%-ə dəyişdirilməsi ilə bağlı iddiaçının razılığının alınmasına və (ya) məlumatlandırılmasına dair işdə hər hansı sübut mövcud deyildir. Belə olan halda, cavabdehin kassasiya şikayətində iddiaçının öz hüququndan istifadə edərək, müqavilədə dəyişiklik edilərək faizin azaldılması üçün Banka müraciət etməməsi barədə qeyd edilənlər əsassızdır. Mülki Məcəllənin 405-ci maddəsində göstərilmişdir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 421.1-ci maddəsində göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən 03.08.2017-ci il tarixdə (müqavilə növbəti dəfə uzadılarkən) Bankda qüvvədə olan faiz dərəcəsinin məhz 5 faiz olması barədə hər hansı sübut təqdim edilməməsi və əmanətçin in müraciəti əsasında azaldılmış faiz dərəcəsinin sonradan müqavilə yenidən uzadılarkən 5%-ə qaldırılması barədə əmanətçiyə məlumat verilməməsi və razılığının alınmaması cavabdehin kassasiya şikayətinin dəlillərinin əsassız olmasına gətirib çıxarır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmanətçinin kreditor tələbinin qeydə alınması üçün müraciət etməsi və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən həmin tələbin qeydə alınması sığortalanmış əmanətə görə kompensasiya tələbini aradan qaldırmır. Bu yalnız o halda, kompensasiya verilməısindən imtinaya əsas ola bilər ki, həmin məbləğ bank tərəfindən əmanətçiyə qaytarılmış olsun. Bu barədə isə işdə hər hansı sübut mövcud deyildir. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli 2(103)13561/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar