Məhkəmə qərarları › İş №2(102)-3538/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3538/2020

04.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3538/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili Alıyev Tural Tofiq oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə idd ia qismən təmin edilərək, vrulmuş maddi ziyana görə 90.000 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), F.Talışinski və R.Eyvazov, 2(103)-1792/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-736/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi “qeyri-yaşayış sahəsinin dəyərinin və icarə haqqı olan vəsaitin qanunsuz saxlanılmasına görə illik 5 faiz hesablanmaqla 184.800 manatın tutulmasının rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunmaqla iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 31.987 (otuz bir min doqquz yüz səksən yeddi) manat məbləğində faiz tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı, ünvan 1 ünvanda inşa edilmiş binanın birinci mərtəbəsinin giriş tərəfindən 2,25m x 4,0m ölçüdə, ümumi sahəsi 9,0 kv.m. olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin 1 ayı 2000 manat, 7 il (7x12=84x2000=168.000) 84 aya 168.000 manat icarə haqqı, həmin qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 40.000 manat, cəmi 360.000 manat maddi ziyan olmaqla, cəmi 528.000 manatın, qeyri-yaşayış sahəsinin dəyəri və icarə haqqı olan vəsaitini qanunsuz saxlamaqla illik 5 % hesablanmaqla (26.400 manat x 7 il=184.800 manat) 184.800 manatın, qeyri-yaşayış sahəsinin bu günə qədər iddiaçıya verilməməsi nəticəsində vurulmuş 50.000 manat mənəvi zərərin Cavabdeh MMC-dən onun xeyri nə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etsə də, onların iddia müddətinin tətbiq olunması barədə ərizələri əsassız olaraq qəbul edilməmiş, məhkəmə bununla bağlı maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Əmlakın indiki dəyərinin müəyyən edilməsi qanunsuzdur. Əmlakın indiki dəyərinə beş faiz hesablanması qanunsuzdur. İddiaçının mübahisəsi gedən 9 kv.m sahənin ona təhvil verilməsi barədə iddialarına əvvəllər baxılmış və həmin tələbi əsassız hesab olunaraq rədd edilmişdir. Artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ola-ola həmin 9 kv.m. sahənin tələb olunması və yaxud onun dəyərinin tələb olunması tamamilə əsassızdır. M əhkəmə mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili Alıyev Tural Tofiq oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən iaşə müəssisəsi 1997-ci ildə kollektiv üzvləri tərəfindən özəlləşdirilmiş və İddiaçı 10,44% əmlak payına dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfi ndən xx.xx.1997-ci il tarixli 4584 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan sonra həmin müəssisənin binası “xxxx” MMC tərəfindən sökülmüşdür. xx.xx.2005-ci il tarixdə tərəflər arasında imzalanmış müqaviləyə görə İddiaçı mülkiyyətçisi olduğu əmlak payını Cavabdeh MMC-nin (həmin dövrdə adı “xxxx” MMC) mülkiyyətinə verməyi, cavabdeh isə həmin binanın yerində ünvan 1 ünvanda inşa olunacaq yeni binanın birinci mərtəbəsində giriş tərəfindən 2,25m x 4,0 m ölçüdə, ümumi sahəsi 9,0 kv.m. olan, təcrid olunmuş qeyri-yaşayış sahəsini iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçıya məxsus əmlak sökülsə də, qeyd olunan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən ona verilməmişdir. Bundan sonra iddiaçı, qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilməsi və öhdəliyin icrasını gecikdirdiyi ü çün əldən çıxmış faydanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 15.444 manat tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə X-ın apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ləğv edilmiş və cavabdehdən iddiaçının xeyrinə 10.800 manat məbləğində əldən çıxmış faydanın tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə X-ın kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx. xx.2010-cu il tarixli qətnaməsi iddianın 9,0 kv.m sahənin mülkiyyətə verilməsinin rədd edilməsi hissəsində ləğv edilərək, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi qismən ləğv edilmmiş, iddianın ünvan 1 ünvanda inşa edilmiş binanın birinci mərtəbəsinin giriş tərəfindən 2,25 metr x 4,0 metr ölçüdə, ümumi sahəsi 9,0 kv.metr olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin ayrılaraq mülkiyyətə veriməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə X-ın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, cavabdeh tərəf iddiaçı qarşısında öhdəliyini lazımınca icra oluna bilməməsini etiraf etmiş, hətta bu, kassasiya şikayətinə etirazda da öz əksini tapmışdır. İddiaçı, cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. Kassator hesab edir ki, qanuni qüvvəsini almış həmin qətnamələrin mövcudluğu iddiaçıya 9,0 kv.metr qeyri-yaşayış sahəsinin əvəzi olaraq həmin əmlakın dəyərinin ödənilməsini tələb etməyi istisna edir. Cavabdeh hesab edir ki, həmin əmlakın təhvil verilməsi barədə iddia rədd edildiyi üçün belə tələb irəli sürülə bilməz. Məhkəmə kollegiyası h esab edir ki, cavabdehin dəlili əsassızdır. İddiaçının 9,0 kv.metr təcrid olunmuş qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ona görə rədd edilmişdi ki, (işdə olan qətnamələrdən görünür) məhkəmələr müqavilədə nəzərdə tutulan ölçülərdə qeyri-yaşayış sahəsinin texniki şərtlərə görə ayrılıb iddiaçıya verilməsinin mümkün olmaması, eyni zamanda 1-ci mərtəbədə uyğun gələn sahənin başqa şəxsə artıq satılmasına istinad edərək iddianı rədd etmişdilər. Cavabdehin iddia müddətinin tətəbiqi ilə bağlı dəlilinə Apellyasiya instansiyası Məhkəməsi qiymət verərək bildirmişdir ki, iddiaçının əmlak payı olan bina cavabdeh tərəfindən sökülmüş, bununla da iddiaçının mülkiyyət hüququ pozulmuş və bu vaxtadək pozuntu aradan qaldırılmamışdır. Bu baxımdan, iddiaçının əmlak ın dəyərinin ödənilməsi tələbi pozulmuş mülkiyyət hüququnun bərpasına yönəlmişdir. Əşya hüquqlarına (o cümlədən tam əşya hüququ olan mülkiyyət haqqına) söykənən tələblər isə iddia müddətinə tabe deyil. Bu qayda, Mülki Məcəllənin 384.0.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir. Həmin maddəyə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarında da vurğulanmışdır ki, “...MM-in 384.0.4-cü maddəsi...əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhd ud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ... Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir”. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəfindən iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsinin dəyəri ilə bağlı mübahisə olduğundan birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmişdir. “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40 ünvanında inşa edilmiş binanın birinci mərtəbəsinin giriş tərəfindən 2.25 metr x 4.0 metr ölçüdə ümumi sahəsi 9.0 kv.m olan təcrid olunmuş qeyriyaşayış sahəsinin hazırkı real b azar qiyməti 90.000 manat təşkil edir. Kollegiya nəzərə almışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ekspertizanın rəyi ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya dəymiş maddi ziyana görə cavabdehdən ekspert rəyinə uyğun olaraq 90.000 manat pulun tutulması əsaslıdır. Çünki cavabdeh tərəf bunun əksini təsdiq edən, ekspert rəyinin həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edə bilməmişdir. Elə bu yerdə məhkəmə kollegiyası qeyd edir ki, qeyri-yaşayış sahəsinin əvəzi olaraq pul tutularkən əmlak ın hazırkı qiymətinin əsas götürülməsinin qanunsuz olması barədə etiraz qəbul edilmir. Çünki iddiaçı müqavilədə konkret olaraq ona verilməsi nəzərdə tutulan ünvandakı qeyri-yaşayış sahəsinin hal-hazıradək ona təhvil verilməməsi əsası ilə həmin əmlakın dəyərini tələb edir. Belə gecikmə iddiaçının yox, cavabdehin günahından baş vermişdir. Ona görə iddiaçı əmlakın hazırkı dəyərini tələb etməkdə haqlıdır. İşə baxan Apellyasiya instansiyası məhkəməsi tutulmalı məbləğə MM-nin 447.5. maddəsinin normalarına istinad etməklə illik 5% tutmaqda da haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün llik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarı). Qeyd olunan normada nəzərdə tutulmuş illik 5 faiz, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə hər hansı şərtdən asılı olmayaraq hesablanan minimum qanuni f aizdir. Bu səbəbdən, hər hansı obyektiv və ağlabatan əsas olmadan, qanuna əsasən hesablanmalı gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsi ilə bağlı mübahisənin Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə başa çatdığı (o cümlədən əmlakın dəyərinin ödənilməsi ilə bağlı ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququnun bu qərarda izah olunduğu) nəzərə alındıqda, həmin tarixdən hazırkı iddianın qaldırıldığı xx.xx.2018-ci ilə tarixədək gecikdirilən günlərin sayı 2559-dur. 90.000 manatın 2559 gün üçün illik 5 faizi isə 31.987 (90.000x5=0,05:360=12,5x2559=31.987) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar