Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3538/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3538/2023 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, sübutetmə, ekspert rəyinin qiymətləndirilməsi, maddi və mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülərək yerinin dəyişdirilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-131/2023 nömrəli, 29 mart 202 3-cü il tarixli qətnaməsindən İddiaçı (vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2013-cü il tarixli 1045 saylı məktubda, Şəncə şəhəri A.M.Əhmədov küçəsi, 102 saylı ünvanda yaşayan İddiaçı mənzilində yaranmış nəmliklə əlaqədar olaraq Mərkəzə etmiş olduğu şikayət əsasında araşdırma aparılarkən, həqiqətən də şikayətçinin arxa divarına bitişik ona məxsus hamam və sanitar qovşaq tikilməsi və istifadə olunmasının müəyyən olunması, AzDNT 2.6-1 görə, təsərrüfat tikililəri (hamam və sanitar qovşağı) həyətyanı sah ənin sərhədlərindən 1 metrdən az olmayan məsafədə yerləşdirmək lazım olduğu göstərilmişdir. Odur ki, Gəncə şəhər Gigiyena və Epidemiologiya mərkəzi ona məxsus hamam və ayaqyolunun yaşayış binasının arxa hissəsindən götürüb həyətin münasib yerinə köçürülməsi tələb edilmişdir. 2. 21.09.2005-ci il tarixli 21936 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. 3. xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeyd edilmişdir.
4. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş, ünvan 4 ünvan üzrə yerləşən fərdi yaşayış evinin 02 oktyabr 2013-cü il tarixdə tərtib edilən Texniki pasport unda yaşayış binası kimi göstərilən 1978-ci ildə tikilmiş A literli tikilinin tərkibində mətbəx nəzərdə tutulmuş, həyətyanı tikililərin texniki göstəricilərində B Literli tikili kimi 1978-ci ildə tikilmiş, 1 mərtəbəli, 6,2 kv.m. ümumi sahəsi olan hamam tikilisinin olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı “tikilinin sökülərək yerinin dəyişdirilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona dəymiş 5.000 manat maddi, 5.000 manat mənəvi ziyanın alınmasına və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına, həmçinin cavabdeh tərəfindən onun mülkiyyətində olan evin divarına bitişik inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yerinin dəyişdirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, A.M.Əhmədov, küçəsi 102 saylı ev onun mülkiyyətində olmaqla, həmin evdə yaşayır. Təxminən 6-7 il bundan əvvəl barı qonşu olan Cavabdeh yataq otağına bitişik olan sanitar qovşağı inşa etdirmişdir. Onun sanitar qovşağı inşa etdirməsindən bir müddət sonra yataq otağı nəm çəkməyə başlamış və bununla bağlı Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etmişdir. Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin verdiyi rəydə bildirilmişdir ki, mənzilinin arxa divarına bitişik hamam və sanitar qovşaq tikilmiş və istifadə olunur ki, həmin hissədən divar aşağı hissədən nəm çəkir. Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi b ildirmişdir ki, AzDNT 2.6-1 görə təsərrüfat tikililəri (hamam və sanitar qovşağı) həyətyanı sahənin sərhədlərindən 1 metrdən az olmayan məsafədə yerləşdirmək lazımdır. Qeyd edilən təşkilat hamam və ayaqyolunun yerinin dəyişdirilməsini cavabdehdən tələb etmişdir.
7. Bununla bağlı özü cavabdehdən dəfələrlə xahiş və tələb etsə də cavabdeh heç bir əhəmiyyət verməmişdir. Yataq otağını dəfələrlə təmir etdirsə də yenə də bərbad olmuş, heç bir ay keçməmiş, yenidən divar nəm çəkməyə başlamışdır. Hazırda divar ovxalanır. Yataq otağının havası bərbad vəziyyətə düşmüşdür. Həmçinin qeyd olunmalıdır ki, cavabdehə məxsus sanitar qovşağı və hamamın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində deyil. Həmin hissə başqa qonşunun texniki pasportunda əks olunub, əslində isə yoldur. Cavabdehlə həyəti iki tərəfi qonşudur. Onu məhkəməyə verə bilərdi, lakin qonşuluq münasibətini daha da pisləşdirməməkdən ötrü bunu etməmişdir. Hazırda cavabdeh mülkiyyətində olan evin başqa divarından mətbəx tikdirir. O, mətbəx tikərkən divarından divar kimi istifadə edir. Hətta özünə divar belə tikmir. Belə çıxır ki, evinin divarını söksə, o zaman onun mətbəxinə girmiş olur. Cavabdehdən bu hərəkətlərini dayandırmağı tələb etdikdə, onun ailə üzvləri onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Qeyd edilən tikintilərin yerinin başqa yerə dəyişdirilməsini və divarından istifadə etməməyini, eyni zamanda dəymiş ziyanı tam həcmdə ödəməsini tələb edir.
8. Birinci instansiya məhkəməsində Cavabdeh izahat verərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər tam əsassızdır. Ona məxsus yaşayış sahəsindən iddiaçıya məxsus yaşayış sahəsinə heç bir müdaxilə olunmamışdır. Cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin qərardadı əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 25726 saylı rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 5 ünvanda yerləşən İddiaçı məxsus yaşayış evinə bitişik Cavabdeh məxsus ünvan 6 ünvanda inşa edilmiş sanitar qovşağının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1. bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmiş, ünvan 5 ünvanda yerləşən İddiaçı məxsus yaşayış evinin yaşayış otağınd a qüsurların olduğu müəyyən olunmuşdur. Lakin iddiaçının yaşayış otağına bitişik cavabdeh tərəfindən inşa olunmuş sanitar qovşağının su və kanalizasiya xətləri gizli şəkildə olduğunu nəzərə alaraq, həmin sanitar qovşağının inşa edilməsi nəticəsində iddiaçıya ziyan dəyibdəyməməsini müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan iddiaçının yaşayış otağına nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq 90,0 manat məbləğində müəyyən olunmuşdur.
10. Birinci instansiya məhkəməsində iddiaçının vəsatətinə əsasən məhkəmənin qərardadı əsasında təkrar tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2 020-ci il tarixli 10/1709 saylı rəyində qeyd olunmuşdur ki, ünvan 5 ünvanda yerləşən yaşayış evinə bitişik Cavabdeh məxsus ünvan 6 ünvanda yerləşən mübahisəli otaq faktiki olaraq mətbəx kimi istifadə olsa da, həmin tikili texniki pasportda 6 nömrə ilə işarələnmiş yaşayış otağıdır. ünvan 5 ünvanda yerləşən İddiaçı məxsus yaşayış evinin yaşayış otağında qüsurların olduğu müəyyən olunmuşdur. Lakin iddiaçının yaşayış otağına bitişik cavabdeh tərəfindən inşa olunmuş sanitar qovşağının su və kanalizasiya xətləri gizli şəkildə olduğunu nəzərə alaraq, həmin sanitar qovşağının inşa edilməsi nəticəsində iddiaçıya ziyan dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamış və ünvan 5 ünvanda yerləşən yaşayış evinə bitişik Cavabdeh məxsus ünvan 6 ünvanda yerləşən mətbəx tikilisinin (texniki pasportda 6 saylı tikili olan yaşayış otağı) tərəfdə yerləşən yaşayış otağına bitişik divarda hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Lakin yaşayış otağının digər (mətbəx tikilisinə bitişik olmayan) divarda su sızma ləkələrinin olduğu müəyyən edilmiş və ilkin ekspertiza zamanı divarda dəymiş ziyanın miqdarı 90,0 manat olduğu müəyyən edilmişdir.
11. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-180/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdın 90 (doxsan) manatın alınaraq, iddiaçıya verilməsi, iş üzrə məhkəmə ekspertiza xərci xx.xx.2020-ci il tarixli 25726 saylı rəy üzrə 100 (yüz) manat və xx.xx.2020ci il tarixli 10/1709 saylı rəy üzrə 100 (yüz) manatın cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsi mənəvi ziyanla bağlı iddianın rədd edilməsinə dair qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının mənəvi ziyanla bağlı təqdim etdiyi sübutlara əsasən iddia tələbi həmin hissədə təmin edilə bilməz.
13. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən onun mülkiyyətində olan evin divarına bitişik inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yerinin dəyişdirilməsi hissəsinə qiymət verərkən hesab etmişdir ki, iddia tələbinin həmin hissəsinə dair iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
14. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1709 saylı rəyinə əsaslan araq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 90 (doxsan) manat alınaraq iddiaçıya verilməlidir. Belə ki, həmin rəyə əsasən yaşayış otağının digər (mətbəx tikilisinə bitişik olmayan) divarda su sızma ləkələrinin olduğu müəyyən edilmiş və ilkin ekspertiza zamanı divara dəymiş ziyanın miqdarının 90.0 manat olduğu müəyyən edilmişdir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarının 3-cü bəndinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, ünvan 7 ünvan onun mülkiyyətindədir. Təxminən 6-7 il bundan əvvəl onunla barı qonşusu olan cavabdeh onun yataq otağına bitişik sanitar qovşağı inşa etdirmiş və həmin sanitar qovşağı inşa etdirildikdən bir müddət sonra onun yataq otağı nəm çəkməyə başlamış, o, bununla bağlı Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etmişdir. Mərkəzin verdiyi rəydə onun mənzilinin arxa divarına bitişik hamam və sanitar qovşağı tikilərək istifadə olunması, həmin hissədən divarın aşağı hissəsinin nəm çəkməsi müəyyən edilmişdir. Qeyd edilən təşkilat hamam və ayaqyolunun yerinin dəyişdirilməsini cavabdehdən tələb etmişdir. Bununla bağlı o özü də cavabdehdən dəfələrlə xahiş və tələb etsə də heç bir əhəmiyyət verilməmişdir. O, yataq otağını dəfələrlə təmir etdirmiş, lakin nəticə yenə də bərbad olmuşdur. Hazırda divar ovxalanır, yataq otağının havası bərbad vəziyyətdədir. Həmçinin cavabdehə məxsus sanitar qovşağı və hamamın yerləşdiyi sahə onun mülkiyyətində deyil, həmin hissə başqa qonşunun texniki pasportunda əks olunub, əslində yoldur. Hazırda cavabdeh onun mülkiyyətində olan evin başqa divarından mətbəx tikdirir. O, mətbəx tikərkən onun divarından divar kimi istifadə edərək özünə divar belə tikmir. Belə ki, o, divarını söksə cavabdehin mətbəxinə girmiş olacaqdır.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2021-ci il tarixl i qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, X1 29 iyul 2021-ci il tarixli rəyinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin texniki pasport üzrə sahəsi 22,5 kv.m. olan yaşayış otağının arxa divarı üzərində mövcud qüsurların, Cavabdeh məxsus ünvan 8 ünvanda inşa edilmiş “B” literli hamam-ayaqyolundan sızması nəticəsində əmələ gələ bilməsi müəyyən edilmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1455/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Fikrət Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sök ülməsinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə təmin edilmiş, iddiaçıya məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 102 saylı ünvanda yerləşən evə bitişik olan hissədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin (sanitar qovşağı və s.) cavabdehin öz vəsaiti hesabına sökülməsi qət edilmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerində baxış keçirmiş, baxış zamanı iddiaçıya məxsus yaşayış evinin texniki pasport üzrə sahəsi 22,5 kv.m. olan yaşayış otağının arxa divarı üzərində, divarboyu təxminən 70-80 sm. hündürlükdə su sızması nəticəsində əmələ gələn nəmişliyin olması, nəmişliyin olduğu həmin otağa bitişik olmaqla divarın digər üzündə cavabdeh tərəfindən inşa olunmuş sanitar qovşağının su və kanalizasiya xətlərinin gizli şəkildə mövcudluğu təsdiqini tapmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus yaşayış evi ilə cavabdehin inşa etdiyi hamam-ayaqyolu bitişik vəziyyətdə tikilməklə, cavabdehə məxsus tikili İddiaçı məxsus yaşayış evinin daxilində nəmişliyin yaranmasına səbəb olmaqla iddiaçının qanuni sahibliyində olan əmlakdan sərbəst istifadə hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Cavabdeh hamam-ayaqyolunun tikinti normalarına, qaydalarına əməl edilməklə inşa olunmasına və bu tikiliyə dair hüquqlarını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 180.2, 180.4-cü maddə lərinə, Azərbaycan Respublikası Mülki Proosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1, 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsindəki birinci icraat:
23. Qətnamədən cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən - iddiaçıya məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 102 saylı ünvanda yerləşən evə bitişik olan hissədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi hissəsində ləğv edərək, işin tam və obyektiv araşdıraraq yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Lakin apellyasiya məhkəməsi alt ernativ ekspertiza rəyinə əsaslanaraq iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi X1 əsassız rəyini sübut kimi qəbul edərkən “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun tələblərini pozmuşdur.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2591/2021 nömrəli, 05 may 2022-ci il tarixli qərarı ilə (X3 (məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) kassasiya şikayətləri təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi “İddiaçı məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 102 saylı ünvanda yerləşən evə bitişik olan hissədə Cavabdeh tərəfindən inşa edilmiş tikililərin (sanitar qovşağı və s) cavabdehin öz vəsaiti hesabına sökülməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.
26. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iş materiallarında olan və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş, ünvan 4 ünvan üzrə 02 oktyabr 2013-cü il tarixdə tərtib edilən yerləşən fərdi yaşayış evinin Texniki pasportunda yaşayış binası kimi göstərilən 1978-ci ildə tikilmiş A literli tikilinin tərkibində mətbəx nəzərdə tutulmuş, həyətyanı tikililərin texniki göstəricilərində B Literli tikili kimi 1978-ci ildə tikilmiş, 1 mərtəbəli, 6.2 ümumi sahəsi olan hamam tikilisinin olduğu göstərilmişdir. Əgər reyestrdəki qeydə görə mübahisəli sahə cavabdehin mülkiyyətindədirsə, həmin sahənin sökülməsi və ya yerinin dəyşdirilməsi ilə bağlı tələblərin əvvəlcə mümkünlüyü, daha sonra isə əsaslılığı məhkəmə tərəfindən müəyyən edilməli, bu xüsusatlara prosessual və maddi hüquq normalarına uyğun qiymət verilməlidir. Hazırkı işdə bu xüsusatlar üzrə, yəni iddiaçının mübahisələndirdiyi sahələrin cavabdehin adına aparılmış reyestr qeydiyyatına daxil olub-olmaması, əgər daxildirsə həmin qeydiyyatın hüquqi əsaslarının nədən ibarət olması, sözügedən əsasların mübahisələndirilməklə ləğv edilib-edilməməsi araşdırılmalı və nəticə etibarilə həmin qeydə və iddia tələbində irəli sürülən məsələlərə Mülki Məcəllənin qeyd olunan normaları çərçivəsində hüquqi qiymət verilməlidir. Məlum olduğu kimi, daşınmaz əşya üzərindəki mülkiyyət hüququnun əmələ gəlməsi, başqasına keçməsi, habelə xitamı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla müəyyən olunur, həmin qeydiyyatın həqiqiliyi və tamamlığı prezumpsiyası tanınır. Lakin apellyasiya instansiyası məhkəməsinin sökülməsi mümkün hesab edilən tikilinin özbaşına tikili olması, şəhərsalma və tikinti qaydalarına uyğun tikilməməsi nəticəsinə hansı sübutlar əsasında gəlməsi anlaşılmaz olmaqla işin müəyyən edilmiş hallarına uyğun hesab edilməsi mümkünsüzdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmə iddia olunan tikilinin özbaşına tikili olması, mövcud şəhərsalma və tikinti normalarının tələblərinə uyğun olub-olmaması məsələlərini ətraflı araşdırmalıdır. Belə ki, həmin məsələ xüsusi bilik tələb etməklə, müvafiq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə müəyyən oluna bilər.
27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ekspertiza təyi n etsə də, sualları müvafiq səlahiyyətə malik olan ekspert qarşısında deyil, müvafiq olaraq şəhadətləndirilməsi müəyyən olunmayan şəxslər qarşısında qoymuş və müvafiq rəy alaraq məhz həmin rəy əsasında təmin olunan hissə üzrə iddianın əsaslı olması nəticəsinə gəlmişdir.
28. Bu halda apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsin vermiş olduğu ekspertin rəyi digər sübutlarla birlikdə qiymətləndirildiyi halda əsaslı hesab edilə bilər. Hazırkı baxılan iş üzrə isə alınmış sonuncu ekspert rəyinə müvafiq şəhadətnamənin əlavə edilməməsi aşkardır.
29. Bundan başqa məhk əməyə mübahisələndirilən ünvana dair texniki pasport təqdim olunsa da, apelyasiya instansiyası məhkəməsi ekspertizanın keçirilməsini zəruri olması nəticəsinə gələrkən iddiaçının iddia etdiyi tikilillərin texinki pasporta əks etdirilib edilməməsi ilə bağlı sualların qoyulmasını təmin etməmişdir.
30. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsinin nəticəsinə görə qətnamə qismən ləğv edilərək həmin hissədə təmin edilmiş, İddiaçı məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 102 saylı ünvanda yerləşən evə bitişik olan hissədə Cavabdeh tərəfindən inşa edilmiş tikililərin (sanitar qovşağı və s.) cavabdehin öz vəsaiti hesabına sökülməsi qət edilmişdir. 31. “İnşa edilmiş tikililərin (sanitar qovşağı və s.)” cavabdehin öz vəsaiti hesabına sökülməsi kimi nəticəyə gələrkən apellyasiya məhkəməsinin div ara bitişk olan hansı tikilləri nəzərdə tutması aydın deyildir. Belə qətnamə tam aydın olmamaqla gələcəkdə əlavə prosessual məsələlərin yaranmasına (aydın olmayan qətnamənin izah edilməsi kimi) səbəb ola bilər.
32. Halbuki Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinin tələbinə görə məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
33. Beləlilklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi hazırki tələbi göstərilən qaydada araşdırması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə yanaşı, eyni zamanda mülkiyyət hüququnun pozulmasını da ehtimal edir.
34. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmə iddia olunan tikilinin özbaşına tikili olması, mövcud şəhərsalma və tikinti normalarının tələblərinə uyğun olub-olmaması məsələlərini ətraflı araşdırmalıdır. Belə ki, həmin məsələ xüsusi bilik tələb etməklə, müvafiq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə müəyyən oluna bilər. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
35. İşə yenidən apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4742 saylı rəyində qeyd olunmuşdur ki, iddiaçıya və cavabdehə məxsus yaşayış evlərinə dair texniki pasportun məlumatlarında divarların qalınlığı göstərilmədiyindən, Cavabdeh məxsus ünvan 9 ünvanda inşa edilmiş fərdi yaşayış evinin İddiaçı məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 102 saylı fərdi yaşayış evinə bitişik olan və mətbəx kimi istifadə edilən otağın, hamam və tualetdən ibarət tikililərin divarı iddiaçıya məxsus fərdi yaşayış evinin divarı ilə iki paralel yanaşı (boşluqları olub-olmayan) və ya ortaq divarının olubolmamasını dəqiqliklə müəyyən etmək mümkün deyildir. İddiaçıya məxsus olan fərdi yaşayış evinə bitişik olan və mətbəx kimi istifadə edilən otağı, 4 saylı ünvana aid xx.xx.2013-cü il tarixli, 25492 inventar nömrəli texniki pasportun məlumatlarında öz əksini tapdığını nəzərə alaraq, dövlət şə hərsalma norma və qaydalarının (AZ DTN-2.6-1) tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilir. Cavabdehə məxsus fərdi yaşayış evinin hamam və tualet tikililərinə baxış keçirilən zamanı hamam və tualet tikililərinin divarları kafellə üzlənmədiyi, döşəmələri isə metlaxla üzləndiyi müəyyən edildi. Cavabdehə məxsus fərdi yaşayış evinin hamam və tualetdən ibarət tikilən divar və döşəməsi kafel və metlaxla üzlənmədiyi halda həmin tikililərə bitişik olan, iddiaçıya məxsus fərdi yaşayış evinin otağının divarının bu səbəbdən nəmlənməsi istisna olunmur. Cavabdehə məxsus fərdi yaşayış evinin hamam və tualetdən ibarət tikililərində su və kanalizasiya xətlərinin yararsız hesab olunması halında iddiaçıya məxsus fərdi yaşayış evinin otağının divarının bu səbəbdən nəmlənməsinin mümkün olduğu istisna olun mur. Gəncə şəhəri M.A.Əhmədov küçəsində yerləşən fərdi yaşayış evlərinin fasad divarlarına baxış keçirilən zamanı fərdi yaşayış evlərinin divarları üzərində nəmişlik, rütubət olduğu müşahidə olunmuş və bunları nəzərə alaraq iddiaçıya məxsus fərdi yaşayış evinin otağının divarının qrunt sularının qalxması səbəbindən nəmlənməsinin mümkün olduğu istisna edilmir. ünvan 9 ünvana aid xx.xx.2013-cü il tarixli, 25492 inventar nömrəli texniki pasportun məlumatlarına əsasən cavabdehə məxsus fərdi yaşayış evinin A və B literli tikililərin yerləşdiyi torpaq sahələri iddiaçıya məxsus fərdi yaşayış evinə bitişik hamam və tualetdən ibarət tikililərin başqa yerə köçürülməsi (mülkiyyətdə olan əlavə torpaq sahəsinin olması baxımından) texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.
36. Gəncə Apelyasiya Məh kəməsinin Mülki Kollegiyasının 2(104)-131/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən 01 iyul 2022 və 06 mart 2023-cü il tarixlərdə yerində baxış keçirilmiş hər iki baxış zamanı iddiaçıya məxsus evin divarında nəmişliyin olması müəyyən edilsə də, lakin həmin divara paralel olan iddiaçıya məxsus hamam və tualetin divarlarında hər hansı bir nəmişliyin olması müəyyən edilməmiş, həmçinin həmin evdə daimi yaşayışın olması hiss olunmamışdır ki, bu fakt məhkəmənin təklifinə əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qazdan və elektrik enerjisindən istifadəyə dair sənədlərlə də öz təsdiqini tapmışdır. Belə ki, cavadbehə məxsus evdə 2022-ci ilin aprel ayından hazırkı vaxtadək qaz sayğacının göstəricisi dəyişməyərək 2572 kubmetr təşkil etmişdir ki, bu fakt həmin evdə qazdan istifadə edilmədiyini, elelktrik enerjisindən istifadəyə dair sənədə əsasən isə həmin ünvanda elektrik enerjisindən istifadəyə görə 2022-ci ilin aprel ayından hazırkı vaxtadək cəmi 31 manat ödənilməsi müəyyən edilməklə, cavadbehin iddiasına əsasən sayğacın üzərində hələ də 8 manatlıq istifadə haqqının mövcud olması nəzərə alındıqda, daimi yaşayış üçün təxminən 1 illk dövr üzrə 23 manatlıq elektrik enerjisinin istifadəsi də ağlabatan hesab olunmur. Beləliklə, məh kəmə kollegiyası son bir il ərzində cavabdehə məxsus evdə yaşayışın olmaması qənaətinə gəlmişdir ki, belə olduğu halda həmin evdə su və kanalizasiya xəttindən demək olar ki, istifadə olunmamış hesab olunur. Buna baxmayaraq, iddiaçıya məxsus evin divarının hazırkı vaxtadək nəmlənməsi baş verməkdədir. Belə olduğu təqdirdə isə məhkəmə kollegiyası iddiaçının evinin divarının nəmlənməsinin cavabdehin su və ya kanalizasiya xəttinin fəaliyyətindən irəli gəlmədiyi qənaətinə gəlmişdir. Buna görə də vurulmuş zərər məbləğinin daha yüksək olması ilə bağlı əlavə araşdırmaya da zərurət qalmamışdır.
38. Məhkəmə kollegiyası cavabdehə məxsus tikililərin şəhərsalma norma və qaydalarına uyğun inşa edilməməsi əsasına görə sökülməli olması ilə bağlı tələbini də əsassız hesab etmişdir. Belə ki, Məhkəmə Eksper tizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4742 saylı rəyi, o cümlədən həmin rəyi vermiş ekspertin dindirilməsi ilə İddiaçı məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 102 saylı fərdi yaşayış evinə btişik olan və mətbəx kimi istifadə edilən otağın, hamam və tualetdən ibarət tikililərin ünvan 9 ünvana aid xx.xx.2013-cü il tarixli, 25492 inventar nömrəli texniki pasportun məlumatlarında öz əksini tapması nəzərə alınaraq, tikililərin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğun inşa edilməsi hesab olunmuşdur ki, məhkəmə kollegiyasi ekspertin rəyi ilə razılaşaraq qeyd etmişdir ki, həmin tikililər evin texniki pasportunda öz əksini tapmaqla, üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, iddiaçı isə həmin qeydin əsassız aparılması və ləğv edi lməsi ilə bağlı mübahisə açmamışdıdr. Buna görə də qeyd olunan əsasla da mülkiyyətdə olan tikililərin sökülməsi tələbi əsassız hesab olunmuşdur.
39. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 141.1, 141.2, 152.1, 152.5, 157.4-cü, Mülki Prosesual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
40. Qətnamədən iddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi və ya müvafiq qətnaməni tamamilə ləğv edib apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etm işdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikililərin şəhərsalma norma və qaydalarına uyğun inşa edilmədiyinə dair ekspert rəyi olsa da, məhkəmə X2 məhkəmədə dindirib izahat almaqla kifayətlənmişdir. Ekspertin məhkəmədə verdiyi izahatında göstərmişdir ki, guya texniki səhv baş vermiş tikililərin şəhərsalma norma və qaydalarına uyğun inşa edilməsi göstərilməsi əvəzinə, şəhərsalma norma və qaydalarına uyğun inşa edilməməsi kimi göstərilmişdir. Halbuki Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4742 saylı rəyinə diqqətlə nəzər yetirilərsə rəyin böyük bir səhifəsi tikililərin şəhərsalma norma və qaydalarına uyğun inşa edilməməsini göstərildiyi, habelə əsaslandırıldığını görmək olar. Bu zaman məhkəmənin ekspertin izahatına əsasən “texniki səhv” kimi qəbul etmə sini anlamaq olmur. Bundan başqa ekspert rəy hazırlayarkən ona Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə məsuliyyəti elan edilir. Bu zaman ekspertin həmin məsuliyyət haqqında bildiyi halda, məhkəmədə yalan izahat verməsi də şübhə doğurur. Çünki ekspert bu zaman şahid qismində dindirilməmiş, ona Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə məsuliyyəti elan edilərək iltizama imza etdirilməmişdir.
42. Məhkəmə nəzərə almamışdır ki, daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçə bilər, ona texniki pasport və çıxarış da verilə bilər, lakin bu o demək deyil ki, tikinti şəhərsalma norma və qaydalarına uyğun olaraq inşa edilmişdir. Yəni əgər məhkəmə Mülki Məcəllənin 139-cu maddəsinə istinad etmiş olsaydı, o zaman daşınmaz əmlakla bağlı hüququn dövlət reyestində qeydə alınması üçün onun şəhərsalma nor ma və qaydalarına uyğun olaraq inşa edilməsi kimi imperativliyin olmadığını görmüş olardı. Məhkəmə öz qətnaməsində mülkiyyət hüquqlarını əks etdirən normalara istina etmişdir. Lakin həmin normaları düzgün tətbiq etməmişdir. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, iddiaçının evi ilə qarşı tərəfin evi bitişik olduğundan onun evi əgər qrunt sularından nəmlənmişdirsə, o zaman qarşı tərəfin də evi qrunt sularından nəmlənməli idi. Həmçinin, məhkəmə prosesi zamanı qarşı tərəfin vəkili bildirmişdir ki, qrunt sularının mövcudluğu ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, lakin qrunt sularının mövcud olmaması ilə bağlı cavab almışlar. Lakin onlara zidd olduğundan alınan cavabı məhkəməyə təqdim etmədilər. Məhkəmənin özü isə belə bir halın mövcud olubolmamasını müəyyən etmə k üçün heç bir sorğu göndərmədi. Həmçinin, məhkəmə il ərzində elektrik enerjisi üçün 31 manat pulun alınmasına əsas gətirərək həmin evdə heç kəsin yaşamadığı qənaətinə gəlmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, indiyədək bütün məhkəmə bildirişləri həmin ünvana göndərilmişdir. Heç bir zaman məhkəmə bildirişləri qarşı tərəfin evdə olmaması, həmin evdə yaşaması və sair səbəblərdən geri qaytarılmamışdır. Bu isə təsdiq edir ki, həmin evdə həqiqətən də insan yaşamışdır. Həmçinin, məhkəmə 31 manatlıq elektrik enerjisinin necə istifadə olunacağı, sərfiyyatı ilə bağlı müvafiq qurumdan da məlumat almamışdır. Bundan başqa, cavabdehin qanunsuz elektrik xəttindən istifadə edib-etməməsi məsələsi də aydınlaşdırılmamışdır. Halbuki, bütün bunlar ondan gözlənilə bilən haldır. Heç gözlənilə bilən ha l olmasa belə, məhkəmə tərəfindən hər şey tam mükəmməl araşdırılmalı idi. Bundan başqa, binasının arxası ümumi istifadədə olan dalandır. Cavabdeh isə onu zəbt edərək iddiaçıya ziyan vurur, onun mənafeyinin əleyhinə istifadə etməklə konstitusion hüquqlarını pozur.
43. Bundan başqa, mövcud olan ziddiyyitləri aradan qaldırmaq üçün əlavə ekspertizanın keçirilməsi barədə vəsatəti iş materiallarına əlavə edilsə də, məhkəmə tərəfindən vəsatətinə məhəl qoyulmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
44. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
45. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
46. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
47. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
48. Maddə
140. Reyestrin m əzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
49. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzə lişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
50. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
51. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
52. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
53. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
54. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
55. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
56. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
57. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti s ayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.
58. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.
59. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır.
60. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
61. Maddə 69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tə tbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi ölçüsündə müyyən olunur.
62. Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.
63. Maddə 74.2 Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir.
64. Maddə 76.3 Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2914-cü il tarixli 72 saylı qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”. 65. 5-ci bənd: Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. 66. 6-cı bənd: Ara məsafələri bir-birinin üzərinə düşə bilmə z. Bu hal bir-birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir. 67. 9-cu bənd. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
68. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
71. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izaha tları ilə müəyyən edilir.
72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
73. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
74. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
79. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
81. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
82. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məh kəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bundan əvvəl işə baxmiş kassasiya instansiyası məhkəməsi tərəfindən qoyulmuş göstərişlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
85. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi hazırki kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasın a dair” 30 iyul 2008‐ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birin ci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
87. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8 və 6.1.9cu maddələrinə görə pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyinin prinsipləri sayılır.
88. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş 5.000 manat maddi, 5.000 manat mənəvi ziyanın alınmasına, həmçinin cavabdeh tərəfindən onun mülkiyyətində olan evin divarına bitişik inşa edilmiş tikililərin cavabdehin hesa bına sökülərək yerinin dəyişdirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
89. Apellyasiya instansiya məhkəməsi tərəfindən, iddiaçının mülkiyyətində olan evin divarına bitişik inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yerinin dəyişdirilməsi hissəsində iddia tələbinin rədd edilməsi ilə bağlı əsaslandırması hazırki qərarın 35 və 36-cı paraqraflarında əksini tapmışdır.
90. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində və məhkəmə baxışı mərhələsində, cavabdehə məxsus sanitar qovşağı və hamamın yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmadığını, həmin hissənin başqa qonşunun texniki pasportunda əks olunmasını qeyd etsə də, iş materialları ilə iddiaçının həmin dəlili təkzib olunmuşdur. Bununla bağlı apellyasiya instansiya məhkəməsin in mövqeyi ondan ibarət olmuşdur ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4742 saylı rəyinə əsasən həmin tikililər evin texniki pasportunda öz əksini tapmaqla, üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, iddiaçı isə həmin qeydin əsassız aparılması və ləğv edilməsi ilə bağlı mübahisə açmamışdıdr.
91. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərarı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
92. Bu baxımdan məhkəmə kollegiyası mövcud iddia tələbi çərçivəsində işə baxmış apellyasiya instansiya məhkəməsinin iddianın mübahisələndirilən his sədə rədd edilməsi ilə bağlı mövqeyi ilə razılaşır və eyni zamanda qeyd edir ki, iddiaçının mülkiyyətində olan evin divarına bitişik inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yerinin dəyişdirilməsi barədə iddiası uğursuz olsa da, onun cavabdehə qarşı mülkiyyətindən istifadə hüququna maneə törədən halların aradan qaldırılması, yaxud Mülki Məcəllənin 157.4-cü maddəsinə uyğun olaraq mülkiyyətə qəsd edən hallara son qoyması ilə bağlı iddiasının uğurlu olması ehtimalı daha yüksək olardı.
93. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (Azərbaycan Respublikası MPM-in 14.2, 77.1 və 218.3-cü maddələri).
94. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassasiya şikayətinin dəlilləri Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından da əsassızdır.
95. Belə ki, Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məz munun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.
96. Bu mənada kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən sökülməsi və yerinin dəyişdirilməsi tələb olunan tikililər daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alındığından, Mülki Məcəllənin 140-ci maddəsinə uyğun olaraq reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, iddia tələbini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.
97. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, işin nəticəsi ilə bağlı apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edildiyindən, kassasiya şikayətində sadalanan - apellyasiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə uyğun olaraq qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
98. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
99. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
100. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-131/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.