Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-354/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının natura formasında və yaxud onların dəyərinin alınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(106)1083/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X4 və İddiaçı 18 iyul 2016-ci il tarixdə nikaha daxil olmuş, nikahları 12 noyabr 2018-ci ildə Neftçala rayon Qeydiyyat şöbəsində pozulmuşdur.
2. Cavabdeh X1 anasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona nişan və toy zamanı hədiyyə şəklində verilmiş cəmi 8300 manat dəyərində qızıl-zinət əşyalarının natura şəklində və ya onların dəyərinin, habelə iş üzrə müvafiq mediasiya təşkilatına və məhkəməyə ödənilmiş 105 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sonradan ərizə ilə məhkəməyə müraciət edər ək, X1 cavabdehlər sırasından çıxarmaqla, əmlak tələbinə dair iddiasını yalnız Cavabdeh qarşı irəli sürmüşdür.
5. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin nikahda olduqları zaman iddiaçıya məxsus olmuş, həmçinin nişan zamanı ona verilmiş qızıl-zinət əşyaları cavabdehdə qalmış və cavabdeh həmin qızıl-zinət əşyalarını ona verməkdən imtina etmişdir.
6. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli rəyinə əsasən: - ekspertiza tədqiqatının aparıldığı tarixə qızıl-zinət əşyalarının adı, markalanma göstəriciləri, ümumi çəkisi, 1 qramının qiyməti və ümumi qiyməti qeyd olunmaqla aşağıdakı kimi qiymətləndirilir: a) 1 ədəd Rusiya istehsalı, çəllək formalı 5 brilyant qaşlı nişan üz üyü 583 əyar, 22 qram, 1 qramının qiyməti 85 manat olmaqla ümumi qiyməti 1870 manat; b) 1 ədəd Rusiya istehsalı, qalın tros sep 583 əyar, 32 qram, 1 qramının qiyməti 85 manat olmaqla ümumi qiyməti 2720 manat; c) 1 ədəd Rusiya istehsalı, qolbaq 583 əyar, 22 qram, 1 qramının qiyməti 85 manat olmaqla ümumi qiyməti 1870 manat; d) 1 ədəd Rusiya istehsalı, qanqal formalı 8 brilyant qaşlı komplekt üzük-sırğa dəsti 583 əyar, 30 qram, 1 qramının qiyməti 85 manat olmaqla ümumi qiyməti 2550 manat, cəm olaraq ümumi qiyməti 9.010 manat təşkil edir. - iş materiallarında göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada 2016-cı ildə olan bazar dəyəri, qızıl-zinət əşyalarının adı, markalanma göstəriciləri, ümumi çəkisi, 1 qramının qiyməti və ümumi qiyməti qeyd olunmaqla aşağıdakı kimi qiymətləndirilir: a) 1 ədəd Rusiya istehsalı, çəllək formalı 5 brilyant qaşlı nişan üzüyü 583 əyar, 22 qram, 1qramının qiyməti 60 manat olmaqla ümumi qiyməti 1320 manat; b) 1 ədəd Rusiya istehsalı, qalın tros sep 583 əyar, 32 qram, 1 qramının qiyməti 60 manat olmaqla ümumi qiyməti 1920 manat; c) 1 ədəd Rusiya istehsalı, qolbaq 583 əyar, 22 qram, 1 qramının qiyməti 60 manat olmaqla ümumi qiyməti 1320 manat; d) 1 ədəd Rusiya istehsalı, qanqal formalı 8 brilyant qaşlı komplekt üzük-sırğa dəsti 583 əyar, 30 qram, 1 qramının qiyməti 60 manat olmaqla ümumi qiyməti 1800 manat, cəm olaraq ümumi qiyməti 6.360 manat təşkil edir. - iş materiallarında göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada 2018-ci ildə olan bazar dəyəri, qızıl-zinət əşyalarının adı, markalanma göstəriciləri, ümumi çəkisi, 1 qramının qiyməti və ümumi qiyməti qeyd olunmaqla aşağıdakı kimi qiymətləndirilir: a) 1 ədəd Rusiya istehsalı, çəllək formalı 5 brilyant qaşlı nişan üzüyü 583 əyar, 22 qram, 1qramının qiyməti 60 manat olmaqla ümumi qiyməti 1320 manat; b) 1 ədəd Rusiya istehsalı, qalın tros sep 583 əyar, 32 qram, 1 qramının qiyməti 60 manat olmaqla ümumi qiyməti 1920 manat; c) 1 ədəd Rusiya istehsalı, qolbaq 583 əyar, 22 qram, 1 qramının qiyməti 60 manat olmaqla ümumi qiyməti 1320 manat; d) 1 ədəd Rusiya istehsalı, qanqal formalı 8 brilyant qaşlı komplekt üzük-sırğa dəsti 583 əyar, 30 qram, 1 qramının qiyməti 60 manat olmaqla ümumi qiyməti 1800 manat, cəm olaraq ümumi qiyməti 6.360 manat təşkil edir.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi, Vəkil ərizə verərək, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Neftçala Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(053)-476/2023 nömrəli qətnaməsi ilə (hakim S.Quliyev) iddia təmin olunmuş, 1450 manat dəyərində Rusiya istehsalı olan çəllək formalı, 5 brilyant qaşlı 583 əyarlı, 22 qram çəkidə 1 ədəd nişan üzüyü, 2500 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan qalın tros sep 583 əyarlı, 32 qram çəkidə, 1350 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan qolbaq 583 əyarlı, 22 qram çəkidə və 3000 manat dəyərində Rusiya istehsalı olan qanqal formalı, 8 brilyant qaşlı komplekt üzük-sırğa 583 əyarlı, 30 qram çəkidə qızıl-zinət əşyalarının, əşyalar olmadıqda onların ümumi dəyərini təşkil edən 8300 manat pulun, 50 manat mediasiya xərcinin, 55 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alı naraq İddiaçı verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının bildirdikləri ilə müəyyən olunmuşdur ki, o, təkliflə ilk müraciət etdiyi müvafiq Mediasiya Təşkilatında olarkən, Əli Ağayevin atası Əlipaşa Ağayev həmin Mediasiya sessiyasında, Mediatorun sualına aşkar surətdə cavab olaraq, gəlininin (yəni iddiaçının) qızıllarını satdığını, ürəyi xəstə olduğu üçün həmin qızılların puluna ürəyini müalicə etdirdiyini bildirmişdir.
10. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçıya hədiyyə edilmiş 1450 manat dəyərində Rusiya istehsalı, çəllək formalı 5 brilyant qaşlı 583 əyar, 22 qram olan 1 ədəd nişan üzüyü, 2500 manat dəyərində 1 ədəd Rusiya istehsalı, qalın tros sep 583 əyar, 32 qram, 1350 manat dəyərində 1 ədəd Rusiya istehsalı, qol baq 583 əyar, 22 qram və 3000 manat dəyərində Rusiya istehsalı, qanqal formalı 8 brilyant qaşlı komplekt üzük-sırğa 583 əyar, 30 qram, yəni cəmi 8300 manat dəyərində qızıl-zinət əşyaları cavabdehdə qalmışdır.
11. Həmçinin, məhkəmə hesab etmişdir ki, ekspertiza tədqiqatının aparıldığı tarix üzrə qeyd olunan qızıl-zinət əşyalarının ümumi məbləğinin 9010 manat təşkil etdiyi göstərilsə də, məhkəmə baxışı zamanı iddiaçı iddianın həcminin artırılmasını tələb etmədiyindən iş üzrə iddia çərçivəsindən kənara çıxıla bilməz.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 181.4, 666.1, 668.1.3-cü, Ailə Məcəlləsinin 34.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsindən də göründüyü kimi birgə nikahdan əldə edilmiş əmlak tələbi 3 il müddətində irəli sürülə bilər. Faktiki olaraq cavabdeh tərəfindən məhkəmə iclasında iddia müddəti ilə bağlı ərizə verilsə də, məhkəmə tərəfindən bu ərizə qəbul edilməmiş, əksinə isə Mülki Məcəllənin 666-cı, yəni bağışlama müqaviləsi kimi qələmə alınaraq münasibət bildirilmişdir. Bu isə maddi normanın kobud şəkildə pozuntusudur. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(106)-1083/2024 nömrəli qətnaməsi ilə (hakim T.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər C.İmanov və P.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(053)-476/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 34.1, 34.2-ci, Mülki Məcəllənin 157.2, 225.2, 225.3, 225.4, 384.0.4, 666.1, 668.1.3-cü, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 76.3-cü maddələrinə istinad edərək göstərmişdir ki, tələb olunan qızılların həqiqətən cavabdehin oğlu ilə iddiaçı ailə qurarkən iddiaçıya hədiyyə olunması işin mübahisəsiz halıdır. Cavabdeh tə rəfindən iddiaya qarşı verilən yazılı etirazda da, qızılların iddiaçı tərəfindən özü ilə aparılması bildirilmir, əksinə həmin qızıllar iddiaçının əri ilə birgə nikahları dövründə əldə etmiş olduqları əmlak kimi qələmə verilərək, 3 illik iddia müddəti tətbiq olunmaqla iddianın rədd olunması xahiş olunur.
17. Apellyasiya kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik aktı normaları və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının müddəaları baxımından düzgün hüquqi qiymət verərək, iddiaçıya toy və nişan zamanı hədiyyə olunan qızıl-zinət əşyalarını yalnız iddiaçının mülkiyyəti kimi qiymətləndirmiş və iddia müddətinin tətbiq olunması üçün əsasların olmaması qənaətinə (protokol qaydasında qəbul edilmiş qərardadla olsa da, i.v. 101) gəlmişdir.
18. Apellyasiya şikayətinin digər dəlili isə cavabdehin oğlunun ikinci evliliyi olması baxımından iddiada qeyd olunan məbləğdə qızıl-zinət əşyalarını hədiyyə etməyə maddi imkanlarının olmaması, qızılların çəki və qiymətlərinin şişirdilmiş olması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab etmiş və göstərmişdir ki, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi birinci instansiya məhkəməsində iştirak edərkən ekspert rəyi ilə razı olmadığını bildirsə də, ekspert rəyini şübhə altına ala biləcək hər hansı bir sübut, yenidən ek spertizanın keçirilməsinə dair vəsatət verməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, ekspert tədqiqat aparılan dövr üçün qızılların ümumi dəyərinin 9010 manat, iddiaçı ailə qurarkən isə ümumi dəyərinin 6360 manat təşkil etdiyini müəyyən etmiş və rəydə qızılların brilyant qaşları ümumiyyətlə qiymətləndirilməmişdir. Ekspert rəyi ilə qızılların müəyyən olunan qiyməti iddia olunan məbləğdən artıq olsa da, məhkəmə tələbdən kənara çıxmayaraq, tələb olunan qızılların dəyərini iddia olunan məbləğlə müəyyən etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(106)-1083/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci, Ailə Məcəlləsinin 36.9-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri pozulmuşdur.
21. Belə ki, cavabdeh tərəfindən həm birinci instansiya, həm də apellyasiya məhkəməsində iddia müddəti ilə bağlı ərizə verilsə də, məhkəmə tərəfindən bu ərizə qəbul edilməmiş, əksinə isə Mülki Məcəllənin 666-cı, yəni bağışlama müqaviləsi kimi qələmə alınaraq münasibət bildirilmişdir. İddiaçı əmlak tələbi ilə qaynana Cavabdeh qarşı iddia qaldırmışdır. Bu isə tam olaraq absurddur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respubli kası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli ekspert rəyinin şişirdilmiş qiymətlər əsasında verildiyini bildirərək, əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi xahiş edilsə də, bu, məhkəmə tərəfindən nəzərə alınmamışdır.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Məcəl ləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 36.9-cu maddəsinə əsasən nikah p ozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatl arı ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilməklə yekun nət icəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mübahisəli qızıl-zinət əşyalarının mövcudluğu, iddiaçının mülkiyyətində olması və iddiaçı ilə cavabdehin oğlu arasında ailə münasibətləri pozulduqdan sonra cavabdeh tərəfdə qalması işin mübahisələndirilməyən hallarıdır.
32. Cavabdeh şikayətini iki dəlillə əsaslandırır:
33. Birincisi – kassasiya şikayətinə görə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Həmin dəlil qanuna ziddir. Belə ki, iddiaçı cavabdehin oğlu ilə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbini deyil, şəxsi mülkiyyətində olan əmlakın cavabdehin qanunsuz mülkiyyətindən alınması tələbini irəli sürmüşdür. Belə olan halda, hazırkı tələbə Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti tətbiq oluna bilməz. Ümumiyyətlə, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq olunmur.
34. İkinci dəlil – tutulan qızı-zinət əşyalarının dəyərinin düzgün müəyyən edilməməsi ilə bağlıdır. Lakin, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirmiş və iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyərini həmin rəyə uyğun müəyyən etmişdir. Cavabdeh tərəf həmin rəyin səhv və əsassız olmasını təsdiq edən hər hansı sübutu (alternativ mütəxəssis və ya ekspert rəyini; tələb olunan əşyaların keyfiyyəti ilə bağlı başqa sübutlar və s.) işin faktiki hallarını araş dıran məhkəmələrə təqdim etməmişdir.
35. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan qızıl-zinət əşyalarının dəyərini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan m addi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
37. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(106)-1083/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.