Məhkəmə qərarları › İş №2(102)-3540/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3540/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3540/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1336/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə m ahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı xx.xx.2022-ci il tarixdə “Dünya Göz” xəstəxanasında müayinəsi zamanı ona “Katarakta. Diabetik retinopatiya” diaqnozu təyin edilmiş və bu diaqnoza əsasən İddiaçı gözündə katarakta cərrahiyyə əməliyyatı aparılmışdır.

3. Cərrahiyyə əməliyyatından sonra İddiaçı sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dünya Göz xəstəxanasında əməliyyat üçün ödədiyi 4100 manat, Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osma npaşa” xəstəxanasında əməliyyat üçün ödədiyi 8676.36 manat, gediş-haqqı, mehmanxana və qidalanma daxil olmaqla xərclədiyi 6000 manat, ona vurulan mənəvi zərərə görə 20.000 manat və dövlət rüsumu kimi ödədiyi 210 manatın Cavabdeh MMCdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, hüquqlarını təmsil etdiyi İddiaçı “Dünya Göz” Xəstəxanasındakı əməliyyatı ilə bağlı ödədiyi 4100 manat, Türkiyə Respublikasının İstanbul şəhərindəki “Gazi Osmanpaşa” Xəstəxanasındakı əməliyyata xərclədiyi 8676.36 manat, gediş haqqı, mehmanxana, qidalanma da daxil olmaqla xərclənən 6000 manat, mənəvi zərərə görə 20.000 manat, iddia tələbi üzrə məhkəməyə müraciət olu nan tarixdən sonra iddiaçının çəkdiyi əlavə xərclər olan 5000 manat, eləcədə iddia ərizəsi və əlavə iddiaya görə dövlət rüsumu kimi ödənilmiş 280 manat, cəmi 44,056.36 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tibb üzrə elmlər doktoru, professor İddiaçı sağlamlığına vurulan ağır fəsadlara, çəkdiyi əlavə xərclərə, vurulan maddi zərərə və keçirdiyi mənəvi iztirablara görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sağ gözündə katarakta və retino patie diaqnozu ilə 14 oktyabr 2022-ci il tarixdə X9 müraciət etmiş, həmin xəstəxananın həkimi Mahmud Öztürk onu müayinə edərək, təcili əməliyyat olunmağını, əks halda gözünün görmə dərəcəsinin xeyli azalacağını, hətta ağır nəticələrə səbəb olacağını bildirmişdir. Cavabdeh xəstəxananın tibbi komplektasiyasına və həkimin peşəkarlığına inanaraq 28 oktyabr 2022ci il tarixdə cərrahiyyə əməliyyatı keçirməyə razılıq vermiş və əməliyyat xərci kimi 3950 manat cavabdeh xəstəxanaya pul ödəmişdir. Əməliyyatdan sonra gözündə ağırlaşmalar baş vermiş, getdikcə bu daha da şiddətlənməyə başlamışdır. O, bununla bağlı bir neçə dəfə cavabdeh xəstəxanaya müraciət etmişdir. Onu əməliyyat edən həkim Mahmud Öztürkün qəbuluna yazılsa da, həkimin etinasızlığı ilə üzləşmişdir. Hər dəfə 150 manat ödəniş edərək həkim qəbullarında onu əməliyyat edən həkimdən gözündə baş verən ağırlaşmalara tutarlı izah ala bilməmişdir. Hər dəfə xəstəxana personalının “bu kimi ağırlaşmalar olur, zamanla düzələcək” deyə boş, məntiqsiz cavabları ilə üzləşmişdir. Əməliyyatdan sonra gözündə yaranan şiddətli ağrılarla bağlı başqa xəstəxanalara müraciət etməyə başlamışdır. Respublika Diaqnostika Mərkəzində (RDM) aldığı müayinələrdən bilmişdir ki, həkim etinasızlığı, cavabdeh X7 məsuliyyətsizliyi səbəbindən gözündə yanlış əməliyyat aparılmış, ona məlum olmayan, yan təsiredici iynə və sağ gözündə ağırlaşmalar baş vermişdir. Bu səbəbdən də Türkiyə Respublikasına getməyi və orada müalicə və müayinə olmağı qərara almışdır. X7 məsuliyyətsizliyi və həkim özbaşınalığı ucbatından əlavə xərclər, mənəvi iztirablar keçirmişdir. Türkiyə Respublikasının İstanbul şəhərində “Gazi Osmanpaşa” Xəstəxanasında təkrarən sağ gözündən əməliyyat olunmuş, həmin əməliyyata görə 98667.80 TL, yəni Azərbaycan məzənnəsi ilə 8676.36 manat pul ödəmiş, bundan əlavə Türkiyə Respublikasına gediş-gəliş üçün 944.80 manat (gediş haqqı 454 AZN, gəliş haqqı 490.80 AZN) xərcləmiş, İstanbul şəhərində əməliyyat zərurəti ilə əlaqədar qaldığı 7 gün müddət ərzində mehmanxanaya 2134.75 manat pul ödəmiş, əlavə olaraq qidalanma, nəqliyyata 3000 manata yaxın pul xərcləmişdir. Lakin məsələ bununla kifayətlənməmiş, çünki həkim məsləhətinə görə o, Türkiyə Respublikasında keçirdiyi əməliyyatdan sonra məcburən müayinə və müalicə olmaq üçün hər həftə həmin ölkəyə getməli olduğu bildirilmiş, bu isə o deməkdir ki, o, əlavə xərclər, məsrəflər çəkməlidir. Bu səbəbdən də o məhz hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1015/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilmə si, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 23.776.36 (iyirmi üç min yeddi yüz yetmiş altı manat, otuz altı qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 191.33 (bir yüz doxsan bir manat, otuz üç qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı üzərində aparılmış əməliyyatın uğurlu olub-olmamasını müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Ekspert rəyindən görünür ki, ekspertiza zamanı İddiaçı Azərbaycan Tibb Universitetinin X3 müayinədə olmuşdur. Oftalmoloqun baxışı zamanı Vis OD=0,06 k/i; Vis OS=0,7-0,8.

1. OD-buynuz qişada donor korneokerotoplastikadan son rakı vəziyyətdir. Hər iki gözdə İOL var. OD sağ gözdə viktor makulyar ödem müşahidə olunur.

2. Xəstədə buynuz qişanın transplantasiyası olunub. OD-əməliyyatdan sonra buynuz qişa zədələnib və kerotoplastika icra olunub.

3. Xəstənin gözündə endotelial distrofiya OD-FAKO əməliyyatından sonra əmələ gəlmişdir.

4. Hal hazırda cərrahi əməliyyata ehtiyac yoxdur. Xəstənin sağ gözünə intravitral inyeksiyaya ehtiyac olduğu müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə hesab etmişdir ki, klinikada çalışan həkim hər hansı səhv edirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd etmişd ir ki, göz ən vacib orqanlardan biri sayılır və iddiaçı gözündə OD əməliyyatından sonra buynuz qişasının zədələnməsi və kerotoplastika icra olunması nəticəsində əsəb, stres, sarsıntı, iztirablar, digər psixoloji narahatlıqlar keçirdiyindən məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi 10000 manat hissəsində təmin olunmalı, qalan hissədə isə təmin edilməməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Məhkəməsinin Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi, Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarları, Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı, Avropa Məhkəməsinin X6rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları, Mülki Məcəllənin 21, 1112, 1096, 1097.1-ci maddələri, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100 -cü maddəsi, Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarı, “Özəl tibbi fəaliyyət haqqında” Qanun 7ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 101.3, 103.1, 220.5, 216220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyi ixtisasca oftalmoloq olmayan ekspert vəzifəsində işləyən Cavid Cahangirli və Rafik Nuriyev tərəfindən imzalanmışdır. Ekspert rəyində həlledici xarakter daşıyan və ekspert rəyinin nəticə hissəsinin formalaşmasına birbaşa təsir göstərən oftalmoloqun isə kim olması, hansı bilik və bacarıqlara və nə qədər təcrübəyə malik olması bəlli deyildir. Bu barədə ekspert rəydə heç bir məlumat yoxdur. Bu halda ekspert rəyinin həqiqiliyi və mötəbərliyi sual altında qalır. Həmçinin ekspert qarşısında qoyulan sualların əksəriyyəti xüsusilə 6-cı sual (Əgər cavabdeh tərəfindən aparılan əməliyyat düzgün həyata keçirilməmişdirsə, cavabdehin təqsirli əməlləri konkret olaraq nədə ifadə olunur) cavablandırılmamışdır. Ümumiyyətlə ekspert rəyində tərəflərin etiraf etdiyi və mübahisə mövzusu olmayan hissələr, eləcə də beynəlxalq sənədlərdə əksini tapmış anlayışlar da tamamilə səhv göstərilmiş, bu isə ekspertlərin bu sahədən ümumiyyətlə heç bir xəbərinin olmamasını bir daha sübut edir. Misal üçün iddiaçı məhkəmə iclasında da qeyd etmiş və cavabdehin əməliyyatdan ön cə tərtib edilən tibbi sənədlərdə iddiaçının 30 il əvvəl gözündə travması olmasına baxmayaraq, ekspert rəyində qeyd edilmişdir ki, sanki iddiaçının gözündə travma olmamışdır. Bundan əlavə, xəstəliklərin beynəlxalq standartları (İnternational Classification of Diseases –İCD) h18.9 (Disorder of cornea, unspecified - Buynuz qişanın pozğunluğu, dəqiqləşdirilməmiş) standartını “Kornea pozulması təsdiqlənməmiş” kimi yazaraq guya iddiaçının buynuz qişasının pozulmaması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsində rəyi imzalayan ekspert Cavid Cahangirliyə cavabdehin verdiyi sualların heç birinə cavab verə bilməməsi ekspertin verdiyi rəydən və ümumiyyətlə oftalmologiyadan xəbərinin olmamasını sübut edir. Məhkəmə bu məqamlara diqqət etməli olduğu halda, bu cür qeyri-dəqiq və qeyri-mötəbər sü buta əsaslanmaqla nəticəyə gəlmiş, prosessual normanın pozulması qanunsuz və ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. ekspert rəyi məhkəmə-tibbi ekspert komissiyasının sədri Cavid Cahangirli və digər məhkəmə tibb eksperti Rafik Nuriyev tərəfindən imzalanmışdır. Buna baxmayaraq onların heç biri ixtisasca oftolmoloq deyillər. Beləliklə, həmin şəxslər oftomologiya sahəsində tələb olunan xüsusi biliyə malik deyillər. Nəzərə almaq lazımdır ki, yalnız oftalmologiya sahəsində ixtisaslaşmış mütəxəssis icra edilmiş cərrahi əməliyyatından sonra baş verə biləcək risklər və ehtimalları görüb dəyərləndirə və bunun həkim səhvi olduğunu yoxsa həkimdən asılı olmayan, xəstənin anatomik xüsusiyyətlərindən irəli gələn obyektiv səbəblərdən yarandığı aşkar edə bilər. Nəzərə alınsa ki, şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək arzusundadırsa, həmin şəxs məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Bunun üçün aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir: 1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini; 2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu; 3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu. Adı qeyd edilmədən mülahizəsi ekspert rəyində ifadə olunan oftalmoloqun kimliyi və yuxarıda göstərilən bütün bu tələblərə uyğun gəlib-gəlmədiyi məlum deyildir. Bu da ekspert rəyinin həqiqiliyini sual altında qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi tərəfindən komisyon ekspertiza təyin edilməmişdi. Məhkəmə iclasına dəvət edilmiş Cavid Cahangirli məhkəmənin tələbi olmamasına baxmayaraq komisyon ekspertizanın keçirildiyini bildirmiş, ekspertizanın komisyon keçirilməsinin zəruriliyi əsaslandıra bilməmiş, nəhayət hətta komisyon ekspertiza keçirilmiş olsa belə qanunvericiliyin tələbinə əsasən komisyon ekspertizada iştirak edən bütün ekspertlərin eyni ixtisasdan olması tələb olunur. Hazırki keçirilən ekspertizada da heç bir ekspert oftalmoloq olmamışdır. Fərqli ixtisasdan olan ekspertlərdən ibarət tərkibdə təşkil olunduğu üçün bu komisyon ekspertiza rəyi hesab olunmur. Odur ki, ekspertizanın rəyinə qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etibarlı hesab edilə bilməz və müvafiq olaraq sübut kimi əhəmiyyətə malik ola bilməz. İddianın hüquqi əsasını delikt təşkil edir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində də deliktlə bağlı mülki hüquq normalarına istinad edilmişdir. Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Lakin deliktin baş verməsi cavabdeh tərəfindən sübut edilməmişdir. Hazırki iş üzrə mülki hüquq pozuntusunun baş verməsi üçün iddiaçının gözündə icra edilən əməliyyatın cavabdeh tərəfindən uğursuz aparılması sübut edilməlidir. Lakin iddiaçı məhkəməyə bunu sübut edəcək heç bir dəlil təqdim edə bilməmişdir. Deliktin baş verməsi halı sübuta yetirilmədən məhkəmə həqiqiliyi şübhə altında olan qeyri-mötəbər ekspert rəyinə əsaslanaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Halbuki, y uxarıda qeyd olunan səbəblərdən ekspert rəyi maddi və prosessual hüquq normalarını pozulması ilə qəbul edildiyindən həqiqi və mötəbər sübut kimi qəbul edilməməlidir. İddiaçının əməliyyatdan sonrakı müayinə sənədlərindən də görünür ki, əməliyyat uğurla icra edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, ekspert qarşısında qoyulan 6-cı sual məhz deliktin olub-olmamasını sübut etmək üçün verilmişdir. Yəni ekspert “Əgər cavabdeh tərəfindən aparılan əməliyyat düzgün həyata keçirilməmişdirsə, cavabdehin təqsirli əməlləri konkret olaraq nədə ifadə olunur” sualına cavab vermiş olsa idi, cavabdehin delikt törətməsi sübut edilmiş olacaqdı. Əksinə, mülki iş materiallarına əlavə edilmiş iddiaçının əməliyyatdan öncə, 17 dekabr 2021-ci il tarixli müayinə aktından görünür ki, iddiaçıda “korneada descement qırışıqlıqlar, katarakta” müəyyən edilmişdir. Bu isə FAKO əməliyyatının (Katarakta əməliyyatı) iddiaçı üçün riskli olması barədə əvvəlcədən iddiaçının məlumatlı olmasını sübut edir. Bundan başqa, iddiaçının Türkiyə Respublikasındakı müayinə sənədində gözündə yaranmış problemin məhz icra edilmiş katarakta əməliyyatı nəticəsində meydana gəlməsi qeyd edilməmişdir. Bu bir daha iddiaçının buynuz qişasının dəyişməsi zərurəti cavabdeh tərəfindən icra edilmiş katarakta əməliyyatının uğursuz olmadığını sübut edir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1336/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Axundova - sədrlik edən və məruzəçi, F.Babayev və C.Musayeva) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1015/202 3 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 16.515,63 (on altı min beş yüz on beş manat, altmış üç qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 154 manat məbləğində pulun tutulması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiya baxışında təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 16 aprel 2024-cü il tarixli, 1620 nömrəli rəyində qeyd edilir ki,1950-ci il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilən məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. X2 xx.xx.2022-ci il tarixdə “Dünya Göz” xəstəxanasında müayinəsi zamanı ona “Katarakta (yetişməmiş). Diabetik retinopatiya” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən “İntravitreal Anti VEGF. Fakoemulsifikasiya ilə katarakta cərrahiyyəsi və İOL implantasiyası” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Səadət Mahmudovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatından öncə aparılmış müayinələr zamanı onun sağ gözünün buynuz qişasında hər hansı bir travmaya aid əlamətlər müəyyən edilməmiş və diaqnozda öz əksini tapmamışdır. Tibbi sənədlərin təhlili və mütəxəssis müayinəsinə əsasən İddiaçı a parılmış “Endotelial distrofiya OD-FAKO” əməliyyatından sonra onun sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Buynuz qişanın zədələnməsi sağ gözdə icra edilmiş qüsurlu əməliyyatın nəticəsidir və buna məsul şəxs əməliyyatı icra edən həkim-oftalmoloqdur. Səadət Mahmudovaya əməliyyatdan sonra adekvat konservativ müalicələr təyin edilmişdir. Lakin bu müalicələr effektsiz olmuş və təkrar əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur.

14. Məhkəmə iclasında həkim-oftomoloq X8 cavab olaraq qeyd edir ki, əməliyyat zamanı buynuz qişaya toxunulmur, boşluqda buynuz qişa əməliyyat edilir, buynuz qişaya toxunulduğu halda göz ciddi zədələnə bilər. Baş verən katarakta əməliyyatının buynuz qişasının bulanmasına səbəb olması ya mex aniki səhvin, ya da aparılmayan müayinələrin nəticəsidir-yəni hüceyrələr sayılmayıb.

15. İşə baxan məhkəmə 23776.36 manat məbləğində maddi zərərin olmasını qeyd etsə də işdə olan sübutlarla həmin xərclərin 16515,63 manat məbləğində olması sübut olunur.

16. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən və 28xx.xx.2022-ci il tarixli epikriz hesabatından görünür ki, iddiaçı müayinə olunmaq üçün Cavabdeh MMC-ə 4100 manat ödəniş etmişdir.xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına 98.667.80 TRY ödənilmişdir. İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına xx.xx.2023-cü il tarixdə 2360 TRY, xx.xx.2023-cü il tarixdə 750 TRY, xx.x x.2023-cü il tarixdə 13411.30 TRY, xx.xx.2023-cü il tarixdə 1000 TRY ödənilmişdir. Bu xəstəxana xərclərinin cəmi 6134,99 AZN edir. 14.0517.05 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində X13 mehmanxanasına 489 EUR (895,33 AZN), Özdilek otel üçün 965.49 AZN məbləğində xərc çəkilib. “liv bona dea hospital”a xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 100 manat ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 454 manat məbləğdə vəsait xərcləməklə Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmişdir. xx.xx.2023-cü il tarixdə 490.80 manat pul xərcləməklə İstanbul şəhərindən Bakı şəhərinə təyyarə ilə gəlmişdir. xx.xx.2023-cü il tarixdə 2598 manat məbləğdə vəsait xərcləməklə Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmiş, xx.xx.2023-cü il tarixdə İstanbul şəhərində n Bakı şəhərinə təyyarə ilə gəlmişdir. xx.xx.2023-cü il tarixdə 707.02 manat məbləğdə vəsait xərcləməklə xx.xx.2023xx.xx.2023-cü il tarixlərində Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmişdir.

17. Məhkəmə kollegiyası o cümlədən qeyd etmişdir ki, iddiaçının 74 yaşı vardır. İddiaçının qüsurlu əməliyyat nəticəsində sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Nəticədə bir gözü bulanıq görür. Bununla bağlı müalicə olunmaqdadır. İddiaçı sağlamlığının pozulması nəticəsində fiziki əzab keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 5000 manat məbləğində mənəvi ziyanın tutulmalı olması ağlabatandır.

18. Məhkəmə qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1112, Mü lki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 23.776.36 (iyirmi üç min yeddi yüz yetmiş altı manat, otuz altı qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 191.33 (bir yüz doxsan bir manat, otuz üç qəpik) manat məbləğində pulun tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyası zərərin miqdarını müəyyən edərkən riyazi hesablamalarda səhvə yol verərək vurulmuş ziyanın məbləğini 23776.36 manat məbləğindən azaldaraq 16515.63 manat müəyyən etmişdir. Qətnamədə göstərilmişdir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına 98.667.80 TRY ödənilmişdir. Mahmudova tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına xx.xx.2023-cü il tarixdə 2360 TRY, xx.xx.2023-cü il tarixdə 750 TRY, xx.xx.2023-cü il tarixdə 13411.30 TRY, xx.xx.2023-cü il tarixdə 1000 TRY ödənilmişdir. Bu xəstəxana xərclərinin cəmi 6134,99 AZN edir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixində İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına 98.667.80 TRY ödənilmişdir. Bu həmin günün məzənnəsi ilə 8712.36 manat təşkil edir.

21. Məhkəmə kollegiyasının özünün də qəbul etdiyi kimi, X9 4100 manat ödəmiş, 14.05-17.05 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində X13 mehmanxanasına 489 EUR (895,33 AZN), “Özdilek” otel üçün 965.49 AZN məbləğində xərc çəkilib. “liv bona dea hospital”a xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 100 manat ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 454 manat məbləğdə vəsait xərcləməklə Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmişdir. xx.xx.2023-cü il tarixdə 490.80 manat pul xərcləməklə İstanbul şəhərindən Bakı şəhərinə təyyarə ilə gəlmişdir. xx.xx.2023-cü il tarixdə 2598 manat məbləğdə vəsait xərcləməklə Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmiş, xx.xx.2023-cü il tarixdə İstanbul şəhərindən Bakı şəhərinə təyyarə ilə gəlmişdir. xx.xx.2023-cü il tarixdə 707.02 manat məbləğdə vəsait xərcləməklə xx.xx.2023xx.xx.2023-cü il tarixlərində Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmişdir (i.v.139). Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına xx.xx.2023-cü il tarixdə 2360 TRY (i.v. 119) – 153.87 manat, xx.xx.2023-cü il tarixdə 750 TRY - 66.22 mamat, xx.xx.2023-cü il tarixdə 13411.30 TRY (i.v. 121,133) – 831.50 manat, xx.xx.2023-cü il tarixdə 1000 TRY (i.v.122,134) – 62.90 manat, ödənilmişdir.

22. Göründüyü kimi, məhkəmə kollegiyası vurulmuş ziyanın məbləğini müəyyən edərkən ödəniş günün məzənnəsini nəzərə almadığına görə vurulmuş ziyanın məbləğini düzgün müəyyyən etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının xx.xx.2023cü il tarixində “Özdilek” otelinə ödədiyi 18 274.13 TRY – həmin günün məzənnəsi ilə 1615.43 manatı (i.v.9), X10 ödədiyi 528 ma natı (i.v. 8), X14 ödədiyi 572 manatı (i.v.138), xx.xx.2023-cü ildə ödədiyi 694.44 TRY (i.v. 120)– həmin günün məzənnəsi ilə 61.04 manatı nəzərə almamışdır.

23. Beləliklə də, Səbail Rayon Məhkəməsi tərəfindən vurulmuş ziyan olaraq müəyyən olunmuş 23 776.36 manat tam təsdiq olunur, buna görə də mübahisələndirilən qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək sonuncu məbləğ cavabdehdən tutulmalıdır.

24. Məhkəmə kollegiyası göstərilən Plenum qərarının göstəriləşlərinə əməl etməyərək nəzərə almamışdır ki, göz ən vacib orqanlardan biri sayılır və iddiaçı gözündə OD əməliyyatından sonra buynuz qişasının zədələnməsi və kerotoplastika əməliyyatının icra olunması nəticəsində əsəb, stres, sarsıntı, iztirablar, digər psixoloji narahatlıqlar keçirdiyindən, habelə Bakı-İstanbul-Bakı marşrutu i lə dəfələrlə uçuşlar etmək məcburiyyətində qaldığından mənəvi ziyan tələbinin 10000 manat məbləğində təmin olunması ədalətli olmuşdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçının həmin əsəb, stres, sarsıntı, iztirablar, digər psixoloji narahatlıqları hələ də davam edir. Belə ki, əməliyyatdan sonra iddiaçı uzun müddət klinikanın müşahidə altında olmaq məcburiyyətində qaldığından, mülki işin apellyasiya instansiya məhkəməsində baxıldığı dövrdə də dəfələrlə İstanbul şəhərinə təyyarə ilə gedib-gəlmiş, çoxsaylı göz müayinələrinin aparılması üçün hər dəfə gözlərinə dərman damçılarının tökülməsi qaçılmaz olmuş, bu isə iddiaçıya əlavə sarsıntı və iztirablar yaşatmışdır (hər kəsə məlumdur ki, həmin prosedurların aparılması hər zaman diskomfort yaradır), bununla yanaşı səhhətini hələ də tam bə rpa etməməsi də iddiaçıya əlavə sarsıntı və iztirablar yaşatmaqda davam etdirir.

25. Sadalanan hallar məhkəmə kollegiyasının çıxardığı qətnamədə də öz əksini və təsdiqini tapmışdır. Belə ki, qətnamədə göstərilmişdir ki, Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, iddiaçının 74 yaşı vardır. İddiaçının qüsurlu əməliyyat nəticəsində sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Nəticədə bir gözü bulanıq görür. Bununla bağlı müalicə olunmaqdadır. İddiaçı sağlamlığının pozulması nəticəsində fiziki əzab keçirmişdir. Deməli Məhkəmə kollegiyasının özü tərəfindən də qəbul edildiyi kimi, İddiaçı müalicəsi hələ də davam etdiyindən onun əsab, stress, sarsıntı və iztirablar çəkməsi da davam etməkdədir, belə olan halda, heç bir əsasla ndırma aparmadan məhkəmə kollegiyasının “cavabdehdən 5000 manat məbləğində mənəvi ziyanın tutulmalı olması ağlabatandır” ifadəsinin işlədilməsi ilə kifayətlənməsi anlaşılan deyildir, eyni zamanda da mövcud qanunvericliyin, yuxarıda göstərilən Plenum qərarlarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının tələblərinin pozulması deməkdir, buna görə də qətnamə ləğv edilməli, yeni qərar qəbul edilərkən mənəvi ziyanın məbləği 10 000 manat müəyyən edilməlidir. (iddia tələbi 20 000 manat olmuşdur, birinci instansiyası məhkəməsinin mənəvi ziyanın məbləğinin 50 faiz azaldaraq 10 000 manat məbləğində tutulması iddiaçının qənaətinə görə ədalətli və ağlabatan olmuş, məhz buna görə də qətnamədən apellyasiya şikayəti verilməmişdir).

26. Cavabdeh MMC kassasiya şikayəti verərək, qətnamənin l əğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini yalnız məhkəmə tibb eksperti tərəfindən təqdim edilən rəy və məhkəməyə dəvət edilmiş X1 istinad etməklə əsaslandırmağa çalışmışdır. Məhkəmə tibb ekspertizasının rəyi özü-özlüyündə ziddiyyətli olmaqla yanaşı, heç bir rəsmi normativ akta, tibbi protokola istinad edilməmiş, həmçinin mülki iş materiallarında olan digər sübutlarla da təkzib edilir. Məhkəmə qeyd edilən sübutları araşdırmadan, kifayət qədər əsaslandırmadan qətnamə qəbul etməklə Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin və 88-ci maddəsinin tələblərini pozmuşdur.

28. T. Qəlbinur katarakta əməliyyatının aparılması qaydasını iza h edərək bildirmişdir ki, “Onlar əməliyyat zamanı çox kiçik bir kəsim edərək giriş edirlər. Buynuz qişaya onlar 3 yerdən giriş edirlər”. Göründüyü kimi T. Qəlbinur katarakta əməliyyat edərkən buynuz qişaya müdaxilə edilməli olduğunu etiraf etmişdir. Lakin, daha sonra T. Qəlbinur bildirir: “Onlar əməliyyat zamanı buynuz qişaya toxunmurlar, boşluqda buynuz qişanı əməliyyat edirlər, buynuz qişaya toxunduğu halda göz ciddi zədələnə bilər”.

29. T. Qəlbinur: “Professional bir həkim katarakta əməliyyatını 10-15 dəqiqə ərzində edir, amma bu sonradan qarşısı alınmaz fəsadlara gətirib çıxara bilər. Bunun birincisi gözdə iltihabdır, ikincisi keratoplastika-kornea yetməzliyidir. Hər iki fəsad nadir hallarda olsa belə, cərrahiyə sonrası ola biləcək haldır”. Bu sözləri bildirməsinə baxmayaraq iddiaçıda fəsad halının baş vermədiyini ekspert heç cür izah etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də qətnamədə sübut edilməli olan bu məqamı sübut etmədən əsaslandırılmamış qətnamə qəbul etmişdir.

30. T. Qəlbinur: “Əməliyyatdan əvvəl cihazla xəstənin gözünün bütün hüceyrələrini yoxlayırlar, bu mütləqdir. Güman edir ki, qarşı tərəf yoxlamamışdır. Yoxlanılma olmursa bu səhvdir. Həkim izah etməliydi ki, əməliyyat olduğu halda onun gözü keltaplastika oluna bilər.” 17 dekabr 2021-ci ildə iddiaçının gözü müayinə edilərkən iddiaçının gözündə nəinki hüceyrələr sayılmış, hətta “Korneada descement qırışıqlar, katarakt” diaqnozu qoyulmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçının gözündə əməliyyat 28 oktyabr 2022-ci il tarixində, yəni bu diaqnoz qoyulduqdan 10 ay sonra həyata keçirilmişdir. Demək ki, həkim tərəfindən yoxlamanın aparılmamasını “güman etməsi” tamamilə yanlışdır və bu mülki iş materiallarında olan sübutlarla təkzib edilir. Apellyasiya instansiyası məhkəməsi təqdim edilən və mülki iş materiallarında olan müayinə protokoluna rəy bildirməmiş və ekspertin fikrinin müayinə protokoluna zidd olmasını əsaslandırmamışdır.

31. T. Qəlbinur apellyasiya instansiyası məhkəməsində ifadə verərkən bildirmişdi ki, “Korneda bir xəstəlik varsa, cərrah bunu əməliyyat öncəsi bilir. O zaman onlar bu problemin əvvəlcədən olduğunu bilirlər və xəstəni çox vaxt əməliyyat etmirlər. Çünki, əməliyyatdan sonra keratoplastika əməliyyatının ola biləcəyini bilirlər. Keratoplastika əməliyyatı bu halda və ikinci zədə halında ola bilər. Təcrübəli bir həkim çox tez bu əməliyyatı edir və çox zaman uğurlu olur”. Mülki iş materiallarında olan və iddiaçı tərəfindən 28 oktyabr 2022-ci il tarixdə imzalanaraq təsdiq edilən “Katarakta əməliyyatı və /və ya göz daxili linza yerləşdirilməsi, dəyişdirilməsi və düzəldilməsi üçün xəstəni məlumatlandırma və təsdiq foramsı”nda qeyd edilmişdir ki, “Əməliyyat nəticələrinə zəmanət verilmir. Əlavə müalicə və ya cərrahi müdaxilələr tələb oluna bilər”. Həmçinin iddiaçı əməliyyata girmədən öncə imzaladığı razılıq-məlumatlandırma formasında qeyd edilmişdir ki, “nadir hallarda baş verən görmənin azalması, görmə qabiliyyətinin tamamilə itirilməsi və hətta çox nadir hallarda gözün bütünlüklə itirilməsinə səbəb ola bilər”. Göründüyü kimi ekspertin dediklərinə cavabdeh tərəfindən tamamilə əməl edilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi cavabdehi hans ı əsasla təqsirli bilməsini sübut edə bilməmişdir.

32. T.Qəlbinur apellyasiya instansiyası məhkəməsində bildirmişdir ki, “Qırışlar əməliyyatdan sonra olur, sağlam gözdə qırışlar ola bilməz. Onlar əməliyyatı edəndən sonra gözdə olan qırışlar artıq gözün sağlam olmadığını göstərir.” Qırışın cərrahiyyə əməliyyatının nəticəsində yaranmasını iddia edən T.Qəlbinurun bu iddiası artıq onun ekspert rəyinin və ümumiyyətlə T. Qəlbinurun verdiyi ifadənin dürüstlüyünü şübhə altına alır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının gözündə qırışların olması faktı əməliyyatdan bir il öncə tərtib edilmiş göz müayinəsinə dair protokolda öz əksini tapmışdır. Belə olan halda ekspert iddiaçını əməliyyat edən həkimin səhvinin gözdə yaranan qırışlarla bağladığı halda, iddiaçının gözündəki qırışların əməl iyyatdan öncə olduğu nəzərə alınsa, həkimin apardığı əməliyyatda heç bir təqsirinin olmadığı sübut edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

36. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

38. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

39. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

40. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

41. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifəl ərini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandı rılmalıdır.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Baxılan işdə mübahisə cavabdehin göstərdiyi qüsurlu tibbi xidmət nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır.

51. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

52. Qanunda nəzərdə tutulur ki, həmin normada sadalanan dispozisiya şərtləri sübuta yetirildiyi təqdirdə mülki hüquq pozuntusundan (delik tdən) zərər çəkmiş şəxs düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

53. Belə ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir (§ 37,41).

54. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizaları və mütəxəssis rəyləri ilə müəyyən etmişlər ki, “Dünya Göz” xəstəxanasında X4 təyin edilən diaqnoza əsasən aparılmış cərrahiyyə əməliyyatından öncə onun sağ gözünün buynuz qişasında hər hansı bir travmaya aid əlamətlər müəyyən edilməmiş və diaqnozda öz əksini tapmamışdır. Tibbi sənədlərin təhlili və mütəxəssis müayinəsinə əsasən, İddiaçı aparılmış əməliyyatdan sonra onun sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Buynuz qişanın zədələnməsi sağ gözdə icra edilmiş qüsurlu əməliyyatın nəticəsidir və buna məsul şəxs əməliyyatı icra edən həkim-oftalmoloqdur. Səadət Mahmudovaya əməliyyatdan sonra adekvat konservativ müalicələr təyin edilmişdir. Lakin bu müalicələr effektsiz olmuş və təkrar əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur.

55. Qeyd edilənlər nəzərə alındıqda cavabdehin əməlində mülki hüquq pozuntusunun (deliktin) sadalanan əlamətlərinin mövcud olması və bu çərçivədə iddiaçıya dəymiş zərərə görə məsuliyyət daşıması barədə məhkəmələrin gəldikləri qənaət qanuni və əsaslıdır. Ona görə də cavabdehin kassasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Kollegiya kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya bu hissədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.

57. Bununla belə məhkəmə tərkibi hesab edir ki, iddiaçıya dəymiş maddi və mənəvi zərərin məbləği ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticənin qanunvericiliyə uyğun olmamaması b arədə iddiaçının kassasiya şikayəti əsaslıdır.

58. İddiaçı şikayətində göstərir ki, “məhkəmə kollegiyası vurulmuş ziyanın məbləğini müəyyən edərkən ödəniş günün məzənnəsini nəzərə almadığına görə vurulmuş ziyanın məbləğini düzgün müəyyyən etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının xx.xx.2023-cü il tarixində “Özdilek” otelinə ödədiyi 18 274.13 TRY – həmin günün məzənnəsi ilə 1615.43 manatı (i.v.9), X10 ödədiyi 528 manatı (i.v.8), X14 ödədiyi 572 manatı (i.v.138), xx.xx.2023-cü ildə ödədiyi 694.44 TRY (i.v.120) - həmin günün məzənnəsi ilə 61.04 manatı nəzərə almamışdır....məhkəmə kollegiyasının “cavabdehdən 5000 manat məbləğində mənəvi ziyanın tutulmalı olması ağlabatandır” ifadəsinin işlədilməsi ilə kifayətlənməsi anlaşılan deyil... mənəvi ziyanın məbləğinin...10 000 manat m əbləğində tutulması iddiaçının qənaətinə görə ədalətli və ağlabatan olmuş...”.

59. Kollegiya bildirir ki, iddiaçı xərclərin bir çoxunu xarici ölkədə çəkdiyinə görə ödənilmiş xarici valyutanın ödəniş gününə Azərbaycan manatına olan məzənnəsinin nəzərə alınması maddi zərərin məbləğinin düzgün müəyyənləşdirilməsi üçün əhəmiyyətli olmuşdur. Buna baxmayaraq, apelyasiya məhkəməsi iş materiallarında olan, xarici valyutada aparılmış ödənişlər üzrə məzənnə fərqini nəzərə almaqla hesablama apardığını əsaslandırmamışdır.

60. Bundan əlavə, Kollegiya hesab edir ki, mənəvi zərərin həcmi ilə bağlı məhkəmənin ortaya qoyduğu əsaslandırma (iddiaçının 74 yaşı olması, bir gözünün bulanıq görməsi, bununla bağlı müalicənin davam etməsi) açıqlayıcı olmamışdır. Başqa sözlə, sadalanan halların hansı səbəbdən mənəv i zərər məbləğini azaltmağa əsas verdiyi başadüşülən deyil.

61. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il, 7 №-li Qərarına əsasən, “mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu v ə s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”.

62. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi bu qənaətə gəlir ki, apelyasiya məhkəməsi iddiaçıya dəymiş maddi və mənəvi zərərin məbləğini qanunvericiliyə uyğun qaydada müəyyənləşdirməmiş, bu xüsususat üzrə işdəki sübutlar düzgün qiymətləndirilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericliyə uyğun qaydada əsaslandırmamışdır (§ 44,46).

63. Ona görə də qətnamə iddiaçının şikayəti əsasında ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)1336/2024 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar