Məhkəmə qərarları › İş №2(102)-3544/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3544/2019

24.05.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3544/2019 24.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh5, onun vəkili Əliyev Həbib Əli oğlu, Cavabdeh2 vəkili Quliyev Elxan Ağalar oğlunun iştirakları ilə, Cavabdeh5 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh5 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı2, İddiaçı1, İddiaçı3 və X9 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdə olan evin naturada bölünməsi və evin naturada ayrılan hissələrinə köçürülmə tələbinə dair” ilkin, Cavabdeh1 və Cavabdeh5 cavabdehlər İddiaçı2, İddiaçı1, İddiaçı3, X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdə olan evinin real naturada bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Mehrəliy ev, iş 2(004)-42/2018) İddiaçı2, İddiaçı1, İddiaçı3 və X2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdə olan evin naturada bölünməsi və evin naturada ayrılan hissələrinə köçürülmə tələbinə dair” ilkin, Cavabdeh1 və Cavabdeh5 cavabdehlər İddiaçı2, İddiaçı1, İddiaçı3, X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdə olan evinin real naturada bölünməsi tələbinə dair” qarşılıqlı iddiaları rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Əliyev və R.Eyvazov, iş № 2(103)-1041/2019) Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh5 və onun vəkili Əliyev Həbib Əli oğlu izahatlarında göstərmişdilər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq et məmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Cavabdeh2 vəkili Quliyev Elxan Ağalar oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında ümumi sahəsi olan 14 saylı fərdi yaşayış evi 35/96 pay üzrə X6, 31/96 pay üzrə Cavabdeh1, 1/48 pay üzrə X8, 3/48 pay üzrə X7, 3/48 pay üzrə X1, 3/48 pay üzrə İddiaçı2, 3/48 pay üzrə İddiaçı3, 1/48 pay üzrə X3, 1/48 pay üzrə Cavabdeh4 adlarına xüsusı mülkiyyət kimi hüquqi qeydıyyatdan keçirilmişdir və bu barədə 350 saylı reyestr kıtabında (32765 səhifə, qeydə alma N* **********) 14.01.2017-ci il tarixındə qeydıyyat aparılmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 8151 saylı 09.06.2017-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında evdən Cavabdeh2 payının naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texnıki cəhətdən mümkün deyildir. Ekspert rəyi ilə həmçinin müəyyən edilmişdır kı, mübahisəli ev A, B, V literli tikililərdən ibarətdir. Faktiki olaraq A və V literli tikililər iddiaçının istifadəsindədir. Onlardan A literli tikili 122 kv.m, V literli tikili isə 10.2. kv.m təşkil edir. Deməli, iddiaçı faktıkı olaraq 132.2 kv.m sahəni istifadə edir. Hansı ki, iddiaçı etiraf edir ki, evdə onun 35/96 payına 97,5 kv.m sahə düşür. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, evin ümumı sahəsı 196.2. kv.m. təşkil edir, onun 92.1 kv.m sahəsi yaşayış, 104.1 kv.m sahəsi isə yardımçı sahədır. Göründüyü kimi, iddiaçı mübahisəli evdən ona düşməlı paydan faktiki olaraq artıq hissədən istifadə edir və həmin qaydada evin bölünməsini tələb edır. Ekspert yerində baxış keçirərkən müəyyən etmişdir ki, evin tərəflər arasında hər bır tərəfə təcrid olunmuş ayrıca giriş-çıxış yolu, yardımçı sahə və evlə təmin etməklə təcrıd olunması mümkün deyildır. Cavabdeh2 kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10147/2017 saylı, 13.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.07.2017-ct İİ tarixli, 2(004 )-251/2017 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; MM-in 222.1, 225.1; Azərbaycan Respublikası Ailə Məcəllənin (AM) 32.1, 36.1; MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388 və 390-cı maddələrini tətbiq etmişdır. Cavabdeh5 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, təkrar məhkəmə ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə k i, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası həmin iş ilə bağlı məhkəmə mübahisələrinin uzun müddət davam etməsini nəzərə alaraq paylı mülkiyyətçilərin ümumi mülkiyyətdən payının ayrılması barədə tələblərinə münasibətini bildirməyi məqsədəmüvafiq hesab edir. B u kimi mübahisələrdə paylarının ayrılmasını tələb edən tərəflər paylara müvafiq olaraq ümumi mülkiyyətin bölünməsi ilə bağlı öz təkliflərini təqdim etmək hüququna malikdirlər. Tərəflərin təklif etdiyi variantda ümumi əmlakın bölünməsi mümkün olmadığı təqdirdə məhkəmə müvafiq ekspertiza keçirməklə ümumi əmlakın bölünməsi ilə bağlı məsələni həll etməyə çalışmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, əmlakda daha böyük paya və ya paylara malik olan tərəflərin paylarının onların verdikləri təkliflər əsasında ayrılması, daha az paya malik olanların paylarının isə birgə istifadə də saxlanılması ehtimalı da nəzərdən keçirilə bilər. Hazırki işdə kassasiya şikayətini Cavabdeh5 vermişdir. Mülki işin materialları ilə təsdiq olunur ki, Cavabdeh5 ümumi əmlakda cəmi 1/48 paya malikdir. Bu isə cəmi 196, 2 kv. metrdən ibarət olan mülkün 4.1 kv. metrini təşkil edir. Məhkəmə kollegiyası ümumi əmlakda cəmi 4.1 kv. metr sahəyə malik olan tərəfin şikayəti əsasında ümumi əmlakın bölgüsünün aparılmasını məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegi yasının 14 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar