Məhkəmə qərarları › İş №2(102)-3547/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3547/2020

04.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3547/2020 04.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər: X13, X7, X14 və X11 Cavabdeh: Cavabdeh X6 İddia tələbi: daş istehsalı ilə bağlı fəaliyyətin dayandırılması Açar sözlər: yerin təkindən istifadə hüququnun dayandırılması və ya ləğvi, işə məhkəmədə baxılmalı deyil, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X4, X5, onların və digər üçüncü şəxslərin, habelə iddiaçının vəkili X12, cavabdehin vəkili X9 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3136/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları SSRİ Dövlət X10 Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi tərəfindən verilmiş “Dağ-mədən ayırması” aktına əsasən yerin təki sahəsindən yeraltı (açıq) üsulla “Nardaran” əhəng yataqlarının işlənib hazırlanması məqsədilə “Nardaran karyer təsərrüfatı xüsusi məişət təmir-tikinti” Trestinə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, 1, 2, 3, 4, 4a, 13, 14, 15, 16, 17, 18, 19, 20 saylı künc nöqtələri ilə nömrələnmiş 34,5 ha ərazidə dağ mədən işlərinin həyata keçirilməsinə icazə verilmiş və “Dağ mədən ayırması” aktı xx xxxxxx 1988-ci il tarixdə 10 nömrə ilə Komitənin reyestr kitabında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxx 1994-cü il tarixli qərarı ilə “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 1 saylı X20 X1 dövlət qeydiyyatına alınmaqla, həmin təşkilatın hüquqi şəxs kimi rəsmi fəaliyyətinə icazə verilmişdir. Sonradan həmin təsərrüfatın hüquqi varisi kimi onun bazasında Cavabdeh X6 (bundan sonra – cavabdeh) təsis edilmiş və xx xxxx 2003-cü il tarixdə Cəmiyyətin Nizamnaməsi dövlət qeydiyyatına alınmaqla, bu barədə Cəmiyyətin adına 0103-P7-37400 saylı “Dövlət qeydiyyatı haqqında” Şəhadətnamə verilmişdir. Cəmiyyətin hüquq i ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X24 təsərrüfatının ərazisində yerləşir. Fövqəladə Hallar Nazirliyi tərəfindən cavabdeh təşkilata Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X24 təsərrüfatının ərazisində 5 il müddətində “dağ-mədən işləri, dağ və buruq qazmaları”nın aparılmasına qeydiyyat nömrəsi FHN/40-01296 olan xx xxxxxx 2013-cü il tarixli lisenziya verilmiş və həmin lisenziyanın müddəti xx xxxxxx 2018-ci il tarixdə bitmişdir. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cavabdeh təşkilata Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, Markşeyder planı üzrə 1, 2, 3, 4, 5, 6, 7 və 8 künc nöqtələri ilə nömrələnmiş 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “Nardaran” əhəngdaşı yatağında mişar daşı istehsalı üçün 5 il müddətində qüvvədə o lmaqla 00879 saylı “Dağ-mədən ayırması” aktı verilmiş və bu akt xx xxxxxxxx 2014-cü il tarixdə Nazirliyin reyestr kitabında 879 nömrə ilə qeydiyyata alınmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq departament tərəfindən xx xxxx 2018-ci il tarixdə sözügedən karxanada və karxana ətrafında yerləşən yaşayış məntəqəsində monitorinq işləri həyata keçirilmiş və müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə normadan artıq təsir göstərildiyi müəyyənləşdirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddəti cavabdeh təşkilat tərəfindən yerin təkindən istifadəyə dair qanunvericiliyin tələblərinin pozulması aşkar edildiyindən xx xxxxxx 2018-ci il tarixli, 63/ü sa ylı əmrlə dayandırılmışdır. İddiaçı (bundan sonra – iddiaçı) və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində torpaq sahələri və bağ evləri olmaqla, onlar həmin evlərdə yaşayırlar. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 4161 “a” saylı bağ evi mülkiyyət hüququ üzrə xx xxxx 2010-cu il tarixdə iddiaçının adına qeydə alı nmışdır. 2016cı ilin aprel ayından başlayaraq cavabdeh təşkilat onun və digər bağ evlərinin çox yaxınlığında öz dağıdıcı, tələb olunan texniki göstəricilərə cavab verməyən köhnə avadanlıqlar quraşdıraraq ətraf mühiti və yaşayış məntəqələrini radiasiyalı daş tozuna bürümüşdür. Nəticədə həmin ərazinin ekoloji vəziyyəti kəskin şəkildə korlanaraq insanların həyatı üçün real təhlükə yaranmışdır. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş x xxxxxxxx 2014-cü il tarixli “Dağ-mədən ayırması” aktını əsas tutaraq fəaliyyət göstərir. Dəfələrlə rəsmi qaydada həmin Nazirliyə müraciət edərək, sözügedən aktın ləğv edilməsi və həmin daş karxana təsərrüfatının insan həyatı üçün təhlükəli fəaliyyətinin dayandırılması xahiş olunsa da, bunun heç bir nəticəsi olmamış və müraciətlər cava bsız qalmışdır. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X13, X7, X14, X11 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-305/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) iddiaçının, habelə üçüncü şəxslərin iddia tələbləri rədd edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxs kimi qeydiyyata alınmaqla yerin təkinin istifadəsi ilə bağlı fəaliyyətini müvafiq icra haki miyyəti orqanı - Azərbaycan Respublikasının Ekologiya və Təbil Sərvətlər Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq əsasında və bunun üçün nəzərdə tutulmuş hüdudlarda aparıldığı üçün iddia tələbləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-5728/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Vəliyev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) iddiaçı və üçüncü şəxslərin birgə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-8181/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə. Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndrov və İ.Dəmirov) iddiaçı və üçüncü şəxslərin kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdə cavabdeh təşkilatın qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsinə dair heç bir mötəbər yazılı sübut yoxdur. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsi, eləcə də yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi vəzifələrini yerinə yetirib-yetirməməsini, qeyd olunan fəaliy yət növünü həyata keçirmələri üçün həmin təşkilatın vəzifəli şəxslərinə xüsusi ixtisasını və təcrübəsini təsdiq edən diplomun və ya şəhadətnamənin verilib-verilməməsini, eləcə iddiaçının və üçüncü şəxslərin bağ evlərinin yaxınlığında yerləşən sözügedən daş karxanasının onların həyatı və sağlamlıqları üçün təhlükə törədib-törətməməsini, həmin daş karxanasının ətraf mühitə zərər vurub-vurmamasını, daş karxanasında təhlükəsizlik texnikası qaydalarına və sanitariya normalarının tələblərinə uyğun gələn maşın, avadanlıq və materiallardan istifadə olunub-olunmamasını, həmçinin normal iş rejimlərində və ya qəza hallarında yerin təkindən istifadə ilə əlaqədar işlərin təsir zonasındakı əhalinin, o cümlədən iddiaçının və üçüncü şəxslərin mühafizəsini təmin edən tədbirlərin hazırlanıb-hazırlanmamasını və ya həyata keçirilib-keçirilməməsini araşdırmadan, iş üzrə müvafiq ekspertizalar keçirib rəylər almadan və beləliklə də məhkəmə icraatı üzrə üzrə həqiqəti müəyyən etmədən, yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qətnaməyə köçürməklə öz vəzifəsini bitmiş hesab etmişdir. Bundan başqa işdən görünür ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən “dağ-mədən işləri, dağ və buruq qazmaları”nın aparılması üçün cavabdeh təşkilatın adına verilmiş lisenziyanın müddəti xx xxxxxx 2018-ci il tarixdə artıq bitmişdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cavabdeh təşkilatın adına verilmiş xx xxxxxxxx 2014-cü il tarixli, 00879 nömrəli “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddəti isə xx xxxxxx 2018-ci il tarixli, 63/ü saylı əmrlə dayandırılmışdır. Bu baxımdan kassasiya instan siyası məhkəməsi hesab etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən qeyd olunan hallar nəzərə alınmaqla yanaşı, yuxarıda sadalanan normaların tələbləri baxımından cavabdeh təşkilatın yerin təkindən istifadə hüququna xitam verilməsi üçün əsasların olub-olmaması bir daha yoxlanılmaqla, iddia tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsinin 2(103)-3671/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbləri təmin olunmuşdur. Kassasiya instansiyası məhkəməsinin 2(102)-7845/19 nömrəli iş üzrə x x xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini ilk olaraq onunla əsaslandırılmışdır ki, cavabdehin daş istehsalı ilə bağlı fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduğuna görə yerin təkindən istifadə münasibətlərinə aiddir. Cavabdeh yerin təkindən istifadə üçün icazələr almış və onların yerin təkindən istifadə hüququ yaranmışdır. Qanunvericilik yerin təkindən istifadə hüququna xitamın və bu hüququn məhdudlaşdırılmasının (dayandırılmasının) həm əsaslarını, həm qayd asını müəyyən etmişdir. Qanuna müvafiq olaraq məhz xüsusi razılıq və ya icazə verən orqan bir sıra hallarda, o cümlədən yerin təkindən istifadə ilə əlaqədar işlər aparılan sahələrdə yaşayan və işləyən əhalinin həyat və sağlamlığına qarşı bilavasitə təhlükə yarandıqda, yerin təkinin istifadəçisi xüsusi razılığın şərtlərini pozduqda və s. yerin təkindən istifadə hüququnu məhdudlaşdıra (məsələn dayandıra) bilər. “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən istifadə hüququnun dayandırılmasını dövlət orqanı həyata keçirməlidir. İddiaçılar həmin orqana müraciətdən sonra onun qəbul etdiyi qərardan razı qalmadıqları təqdirdə isə inzibatiiqtisadi məhkəməsinə müraciət etməyə haqlıdırlar. Ali Məhkəmə həmçinin hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin daş istehsalı ilə ba ğlı fəaliyyətini heç bir müddət və şərt ilə əlaqələndirmədən dayandırmaqla səhvə yol vermişdir. Ümumiyyətlə, iddiaçının və üçüncü şəxslərin cavabdehin daş istehsalı ilə əlaqədar fəaliyyətinin dayandırılması ilə bağlı tələbi özünün müvəqqəti xarakterinə görə uğurlu tələb hesab oluna bilməz. Bundan başqa, iş üzrə obyektiv nəticənin alınmasına nail olunması üçün işin halları tam araşdırılmamışdır. İşə yenidən baxan apelyasiya instansiyası məhkəməsi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6, 41, 59-cu, “Yerin təki haqqında” Qanunun 9, 11, 18-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddialar əsaslıdır. Məhkəmə kollegyiasının qənaətinə əsasən, cavabdeh təşkilatın Bakı şəhərinin Ləhiş bağ massivi ər azində divar daşlarının istehsalı ilə bağlı apardığı fəaliyyət nəticəsində ətraf mühütə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədilməsi, fəaliyyətin ekoloji tələblərə uyğun olmaması və qanunsuz olaraq istismar işlərini davam etdirilməsi iş üzrə sübuta yetirilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil X15) kassasiya şikayəti və ona əlavə verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamışdır. K assasiya şikayətinə qarşı iddiaçı və üçüncü şəxslər tərəfindən verilmiş etirazda kassasiya şikayətinin əsassız olduğu bildirilməklə şikayətin təmin olunmaması, apelyasiya instansiyası məhkəməsinin qənaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X7, X11, onların və digər üçüncü şəxslərin, habelə iddiaçının vəkili X3 şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehin vəkili X2 şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Yerin təki haqqında” Qanun Maddə

19. Yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası. Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Yerin təkindən istifadə hüququnun dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı təqdirdə, bu hüquq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bərpa olunur. Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Qanunun 18-ci maddəsinin b irinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Lisenziyalar və icazələr haqqında” Qanun Maddə

25. Lisenziyanın və icazənin dayandırılması 25.1. Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır: 25.1.1. lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 25.1.2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; 25.1.3. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edil miş digər hallarda. 25.2. Lisenziya və icazə lisenziya və icazə verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın və icazənin dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın və icazənin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir. 25.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırıldığı müddət bitənədək bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində lise nziya və icazə verən orqana yazılı məlumat verməlidir. 25.5. Bu Qanunun 25.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya və icazə lisenziya (icazə) sahibinin müvafiq ərizəsinə, bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya və icazə isə həmin halların aradan qaldırılması barədə lisenziya (icazə) sahibinin təqdim etdiyi yazılı məlumata əsasən lisenziya və icazə verən orqanın inzibati aktı ilə bərpa olunur. 25.7. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Maddə

26. Lisenziyanın və icazənin ləğvi 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. 26.2. Lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 26.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə nəzərə alınmalıdır ki, sonuncu dəfə apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etməklə işi yeni apelyasiya baxışına qaytarmış kassasiya instansiyası məhkəməsi Kollegiyasının mövqeyi, həmçinin onunla əsaslandırılmışdır ki, ca vabdehin daş istehsalı ilə bağlı fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduğuna görə yerin təkindən istifadə münasibətlərinə aiddir. Qanunvericilik yerin təkindən istifadə hüququna xitamın və bu hüququn məhdudlaşdırılmasının (dayandırılmasının) həm əsaslarını, həm qaydasını müəyyən etmişdir. Qanuna müvafiq olaraq məhz xüsusi razılıq və ya icazə verən orqan bir sıra hallarda, o cümlədən yerin təkindən istifadə ilə əlaqədar işlər aparılan sahələrdə yaşayan və işləyən əhalinin həyat və sağlamlığına qarşı bilavasitə təhlükə yarandıqda, yerin təkinin istifadəçisi xüsusi razılığın şərtlərini pozduqda və s. yerin təkindən istifadə hüququnu məhdudlaşdıra (məsələn dayandıra) bilər. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Buna baxmayaraq işə yenidən baxmış apelyasiya instansiyası məhkəməsi qeyd olunan göstərişlər üzrə hər hansı araşdırma və hüquqi dəyərləndirmə aparmadan iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələblərini təmin etmişdir. Halbuki, “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən yerin təkindən istifadə hüququnun dayandırılması və ya ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 25 və 26-cı maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 25-ci maddəsi lisenziya və icazənin dayandırıldığı halların dairəsi müəyyən edilir və həmin dairə məhdud olmamaqla, həmçinin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hall arı əhatə edir. Maddə nəzərdə tutur ki, lisenziya və icazə bunu verən orqanın inzibati aktı ilə dayandırılır və belə aktda dayandırılmaya əsas verən hallar (habelə belə halların aradan qaldırılması üçün görülməli olan tədbirlər) və dayandırılma müddəti göstərilməlidir. Mövcud hallar aradan qalxdıqda belə hüquq yenidən lisenziya və icazə verən orqanın inzibati aktı ilə bərpa olunur. Qanunun 26-cı maddəsi lisenziya və icazənin ləğvi əsaslarını və bunun həyata keçirilməsinin oxşar prosedurunu tənzimləyir. İstinad olunan Qanun lisenziya və icazənin dayandırılması, habelə ləğvi barədə inzibati aktlardan inzibati qaydada və məhkəməyə şikayət vermək hüququnu nəzərdə tutur. Göründüyü kimi qanunverici yerin təkindən istifadə ilə bağlı icazə və lisenziyaların ləğvi, yaxud dayandırılmasının xüsusi qa ydasını tənzimləyir və bu hüququn müstəsna olaraq həmin lisenziya və icazəni verən orqan tərəfindən həyata keçirilməli olduğunu nəzərdə tutur. İnzibati orqanın bununla bağlı fəaliyyəti publik hüquq münasibətlərinə aid olduğu üçün qanun bunun məhz inzibati akt qəbul etməklə aparılması qaydasını müəyyən edir və belə aktlardan inzibati qaydada şikayət vermək hüququnu nəzərdə tutur. MPM-in tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1). Baxılan iş üzrə iddiaçı və üçüncü şəxslər cavabdehin yerin təkindən is tifadə - daş istehsalı ilə bağlı fəaliyyətinin dayandırılmasını tələb edirlər. Tələb onunla əsaslandırılır ki, cavabdeh fəaliyyəti zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş x xxxxxxxx 2014-cü il tarixli “Dağ-mədən ayırması” aktını əsas tutur. Dəfələrlə rəsmi qaydada həmin Nazirliyə müraciət edərək, sözügedən aktın ləğv edilməsi və həmin daş karxana təsərrüfatının insan həyatı üçün təhlükəli fəaliyyətinin dayandırılmasını xahiş etsələr də bunun heç bir nəticəsi olmamış və müraciətlər cavabsız qalmışdır. Yuxarıda qeyd olunduğu kimi yerin təkindən istifadənin dayandırılması və qadağan olunması qanunla müəyyən olunmuş qaydada inzibati orqanlar tərəfindən inzibati icraat qaydasında həyata keçirildiyi üçün göstərilən məsələ üzrə inzibati orqanın hərəkətsizliyindən narazı qaldığı halda iddiaçı, o cümlədən də üçüncü şəxslərin bununla bağlı yuxarı inzibati orqana və ya müvafiq inzibati məhkəməyə şikayət vermək hüquqları olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, yerin təkindən istifadə ilə bağlı hüquq münasibətləri – müvafiq icazə və lisenziyanın verilməsinin, belə fəaliyyətinin həyata keçirilməsinin qanuniliyi, o cümlədən həmin fəaliyyətin dayandırılması əsasları və qaydaları (xəbərdarlıq müddəti, fəaliyyətin hansı müddətə dayandırılması, nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətin bərpa edilməsi və s.) barədə məsələlər publik hüququn tənzimləmə predmeti olduğundan və həmin müddəalar nəzərə alınmadan mübahisənin həlli qeyri-mümkün olduğundan belə tələblərə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almadan və kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə edilmiş göstərişlər üzrə hüquqi dəyərləndirmə aparmadan məhkəmədə baxılmalı olmayan – inzibati orqan tərəfindən baxılmasının xüsusi qaydası müəyyən edilmiş mübahisəyə mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxaraq, iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya və üçüncü şəxslərə izah edir ki, cavabdehin yerin təkindən istifadə ilə bağlı fəaliyyətinin dayandırılması və ya l əğvi ilə bağlı belə icazə və ya lisenziyanı verən inzibati orqana müraciət edə, inzibati orqan tərəfindən tələbləri əsassız təmin edilmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) aidiyyəti üzrə yuxarı inzibati orqana və (və ya) müvafiq inzibati məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3136/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar