Məhkəmə qərarları › İş №2(102)-3549/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3549/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3549/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2(103)249/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən et di: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı sahibliyində və istifadəsindədir.

2. Qonşuluqda, eyni küçə, 3A ünvanda yerləşən fərdi yaşayış evi isə Cavabdeh sahibliyində və istifadəsindədir.

3. Hər iki ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

4. Cavabdeh istifadəsində olan həyətyanı sahədə, əlavə tikililərin inşası məqsədi ilə qazıntı işləri aparmış, lakin həmin ərazidə tikili inşa olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus mənzilə vurulan 6000 manat məbləğində maddi ziyanın cavabdeh tərəfindən aradan qaldırılması və mənzilinin təmirinin cavabdehin üzərin ə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh öz həyətyanı sahəsini genişləndirmək məqsədilə həyətini traktorla qazdırmış, nəticədə iddiaçının evi qəzalı vəziyyətə düşmüşdür. Bununla bağlı, iddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymamışdır. Bununla bağlı iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət etmiş, həmin Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş və müvafiq arayış tərtib olunmuşdur.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(009)3250/2019 nömrəli qətnaməsi ilə (hakim Ü.S.Şükürova) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi m övqeyini belə əsaslandırmışdır ki, iddiaçı, cavabdehin təqsiri üzündən maddi zərər dəydiyini iddia etdiyi evə dair məhkəməyə heç bir hüquq müəyyənedici sənəd təqdim etməyib. Halbuki, iddianın əsaslı olması üçün ilk növbədə həmin iddianı irəli sürən iddiaçının müvafiq subyektiv hüquqa malik olması tələb olunur. Belə olan halda, maddi zərər vurulduğu iddia edilən evə mülki qanunvericiliyin tələbləri baxımından iddiaçının mülkiyyət və ya istifadə hüququ müəyyən edilmədiyindən, hazırki iddia tələbi əsaslı sayılaraq təmin edilə bilməz.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.3, 178.1, 238.1, 241.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76, 80, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(009)-3250/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(103)-4292/2020 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovadan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(009)-3250/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rə dd etməklə düzgün nəticəyə gəlsə də, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair mövqeyi ilə razılaşmaq olmaz.

13. Belə ki, iddiaçı, zərər vurulduğunu iddia etdiyi özbaşına tikili olan evdə qeydiyyatsız yaşayır, həmin ev onun faktiki sahibliyindədir. Bu baxımdan iddia, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması əsasına görə rədd edilə bilməz.

14. Bununla yanaşı iddiaçı, iddia ərizəsində, apellyasiya şikayətində ona məxsus olan evə cavabdehin apardığı qazıntı işləri ilə bağlı maddi ziyan dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməyib. Əksinə, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh tər əfindən sözügedən ünvanda 2005-ci ildən 16 dekabr 2019-cu il tarixədək heç bir qazıntı işləri aparılmayıb. İddiaçı isə bildirir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evini 2009-cu ildə inşa edib və 2012-ci ildən həmin evdə yaşayır. Ona görə də iddia rədd olunmalıdır.

15. Apellyasiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 21.2, 152.1, 157.4, 158, 158.2, 158.4, 170.1, 172.1, 1096.1, 1097.1-ci, Torpaq Məcəlləsinin 34.6, 48.5-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

16. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(103)-4292/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2021ci il tarixli, 2(102)-1094/2021 nömrəli qərarı ilə (hakim Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Dəmirovdan və V.T.Həsənovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(103)-4292/2020 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

18. Kassasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 158.1.2, 158.2, 158.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblərinə istinad edib, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmasına, yəni sözügedən evin mülk iyyətçisi olmasa da, onun həmin evə olan sahiblik, istifadə hüququnun istənilən şəxs, o cümlədən cavabdeh tərəfindən pozulmasının aradan qaldırılmasını tələb etmək hüququnun olmasına dair düzgün nəticəyə gəlsə də, iddiaçıya həqiqətən iddia etdiyi maddi zərərin dəyib-dəyməməsi, həmin zərərin bilavasitə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulub-vurulmaması, habelə maddi zərərlə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqənin olub-olmaması və iddiaçıya dəymiş maddi zərərə görə məhz cavabdehin təqsirli olubolmaması ilə bağlı kifayət qədər araşdırma aparmadan, bir sözlə xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, yalnız cavabdehin sözüge dən ünvanda 2005-ci ildən 16 dekabr 2019-cu il tarixədək heç bir qazıntı işləri aparmaması, iddiaçıya məxsus evin isə 2009-cu ildə inşa edilməsinə dair irəli sürdüyü arqumentlərlə kifayətlənərək, onun iddiaçıya qarşı mülki hüquq pozuntusu törətməməsi qənaətinə gəlmişdir.

19. Digər tərəfdən, tərəflərin qonşuluqda yaşamaları, cavabdehin yaşadığı ünvanda qaraj tikmək üçün qazıntı işləri aparması mülki iş materialları, o cümlədən cavabdehin özünün izahatı və mütəxəssisin arayışı ilə də istisna olunmur. Belə ki, sözügedən sübutlara görə, tərəflərin yaşadıqları ərazi mailliyi 25-30 dərəcə olan sərt yamacda yerləşir və həmin əraziyə baxış keçirilərkən iddiaçının müraciətində göstərilən faktlar - sürüşməyə meylli sahədə cavabdeh tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacı n kəsilməsi faktı öz təsdiqini tapmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin həyətyanı sahəsini genişləndirmək məqsədilə dik yamacı kəsib-kəsməməsi faktı və bunun nəticəsində iddiaçıya məxsus evə zərər dəyib-dəyməməsi ilə bağlı heç bir araşdırma aparmadan, bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən cavabdehin izahatına MPM-nin 88, 106.1ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut növü təqdim etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Təkrar apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 06 sentyabr 2021-ci il tarixli rəyinə əsasən, ünvan 4 ünvanınd a İddiaçı tərəfindən uzunluğu 13,0 metr, eni isə 9 metr olan fərdi yaşayış evi tikilmişdir. Həmçinin iddiaçının evini aşağı hissəsində, yəni ki, ünvan 5 ünvanında Cavabdeh məxsus uzunluğu 16,9 metr, eni isə 12,2 metr olan fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Lakin, iddiaçının yaşayış evinə dair mülki iş materiallarında hər hansı bir sənəd olmadığından, evin texniki parametrlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd olunur ki, cavabdehə məxsus yaşayış evinin faktiki vəziyyəti, ölçüləri, texniki parametrləri mülki iş materiallarında olan texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası tərəfindən 13 aprel 2018-ci il tarixdə və Kompleks monito rinq və hidrogeoloji tədqiqatlar idarəsi tərəfindən 13 aprel 2020-ci il tarixdə verilmiş arayışlara əsasən, ünvan 4 ünvanında İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi ərazidə sürüşməyə meylli sahədə qonşu tərəfindən həyətyanı sahəsinin genişləndirilməsi məqsədilə dik yamacın hopsometrik aşağı hissəsinin şaquli kəsilməsi, texnogen müdaxilə nəticəsində yamacın dayanıqlığı zəifləmiş və sözügedən ünvanda torpaq qatında deformasiyalar, tikilinin divarlarında isə müxtəlif ölçülü çatlar əmələ gəldiyi müəyyən olunmuş və bunun nəticəsində ünvan 4 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə maddi zərər dəydiyi müəyyən edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)-5107/2021 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və Ş.A.Məmmədovadan ibarət tərkibdə) İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(009)3250/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi həmin mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının qismən pozulmasına yol verilərək iddia ərizəsi üzrə düzgün olmayan nəticə hasil olunmuşdur.

24. Belə ki, birinci instansiya məhkəməsi müvafiq sorğular verməməklə (əmlakların hüquqi rejimin müəyyən etməməklə) və ekspertiza təyin etməməklə işi hərtərəfli araşdırılmasını təmin etməmiş, şəxsin subyektiv hüququnun olmamas ına istinad etməklə kifayətlənmişdir. Təkrar apellyasiya icraatı zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq prosessual hərəkətlər aparılaraq ətraflı araşdırma aparılmış və mötəbərliyi şübhə doğurmayan sübutedici əsasların müəyyən edilməməsi qənaəti formalaşmışdır.

25. İddiaçının subyektiv hüququnun mövcudluğunu istisna edilməsi iddiaçınının ehtimal edilən əmlak mənafelərinə rəğmən rədd edilməsinə əsas vermir. İddianın əsası onun daşınmaz əmlak üzərində hüquqları ilə bağlı deyildir. İddianın əsasını iddiaçının əmlak hüquqlarının pozulması və ona maddi zərər dəyməsi təşkil edir ki, bunların da ilk növbədə baş verməsi və məhz cavabdehin hərəkətləri nəticəsində baş verdiyi sübuta yetirilmir. Ona görə məhz aparılan əlavə araşdırmanın nəticəsi olaraq sübuta yetirilməyən id dianın təmin edilməsi mümkün deyildir.

26. Hazırkı (sahiblik əsasında əmlak hüquqlarının pozulması mübahisələndirilən) torpağın başqa şəxslərə məxsusluğu əldə edilmiş sorğularla və iddiaçının özünün təqdim etdiyi arayışla təsdiq edilir. Belə ki, iddiaçı ünvan 2 ünvanında yerləşən ona məxsus mənzilə zərərin dəyməsini qeyd etsə də, yeganə sübut ola bilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* saylı arayışa əsasən onun ünvan 6 ünvanında qeydiyyatda olduğu müəyyən edilir. d) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat

27. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)-5107/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2022ci il tarixli, 2(102)-1515/2022 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.Q.Hüseynovdan və İ.R.Xələfovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)-5107/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

29. Kassasiya məhkəməsi həmin qərarını belə əsaslandırmışdır ki, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1, 1115-ci maddələri nəzərdən keçirilə bilər. Apellyasiya məhkəməsi mövcud vəziyyətdə işin müəyyən edilmiş faktiki halları ilə, qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri arasında uyğunluğun olubolmamasına dair təhlil aparmadan belə qənaətə gəlmişdir ki, iddiaçının əmlak hüquqlarının pozulması və ona maddi zərər dəyməsi və bunların məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi sübuta yetirilmir. Bundan əlavə, Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən onun ünvan 6 ünvanında qeydiyyatda olduğu müəyyən edilir.

30. Halbuki, apellyasiya məhkəməsinin cavabdehə aid sahədə aparılmış qazıntı nəticəsində iddiaçıya zərər dəyməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 30 aprel 2018-ci il tarixli arayışındakı, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 01 oktyabr 2019-cu il tarixli, xx/xx-06373 saylı məktubundakı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli rəyindəki məlumatları müvafiq qiymətləndirmə ilə təkzib etmədiyi halda, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsinin sübuta yetməməsi barədə qənaəti əsaslı sayıla bilməz. Apellyasiya məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi digər halın (iddiaçının ünvan 6 ünvanında qeydiyyatda olmasının) isə hazırkı mübahisənin hüquqi həlli üçün hansı səbəbdən və nə kimi əhəmiyyət kəsb etdiyi də əsaslandırılmamışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

31. Yeni apellyasiya baxışı zamanı təqdim edilmiş "xxxx" MMC-nin 13 iyun 2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə sürüşmə nəticəsində dəymiş zərərin bazar dəyir 10900 manat təşkil edir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 04 iyul 2023-cü il tarixli, 2(103)-249/2023 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(009)-3250/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Cavabdeh 6000 manat məbləğində maddi ziyanın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

33. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etməmiş və həmçinin cavabdeh tərəfin vurulan ziyanda onların təqsirinin olmamasına dair dəlillərinə qiymət verərək hesab etmişdir ki, bu mövqe və dəlil ona görə əsassız dır ki, zərər dəydiyi iddia edilən, ünvan 4 ünvanında yerləşən evin İddiaçı məxsus olması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 30 aprel 2018-ci il tarixli arayışı, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 01 oktyabr 2019-cu il tarixli, xx/xx-06373 saylı məktubu və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli rəyi ilə təsdiqlənir. Bu halı tərəflər də mübahisələndirməmişlər. Həmin ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsə belə, əmlakına vurulan zərərin əvəzini tələb etməkdə iddiaçının subyektiv hüququnun olmasını apellyasiya və kassasiya məhkəmələri qəbul etmişlər. Belə olan halda, daxili işlər orqanının verdiyi arayışd a iddiaçının Səbail rayonu, Əli Nəzmi küçəsi ev 2B ünvanında qeydiyyatda olmasının iddia tələbinin qanuni əsası olan MM-in 1096.1-ci maddəsindəki hansı dispozisiya şərtini aradan qaldırdığı, başqa sözlə bu faktın hansı səbəbdən iddianın rədd edilməsinə əsas olduğu birinci instansiya məhkəməsinin qətnaməsində göstərilməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi şahid qismində dinlənilən X2 ifadəsində verdiyi məlumatlara da prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Belə ki, həmin şahid ifadəsində bildirmişdir ki, o, 1999-cu il tarixdən Səbail MKTB-nin 46 saylı mənzil-kommunal istismar sahəsində mühəndis vəzifəsində işləmişdir. Qeyd edilən ərazidə 2000-ci ildən başlayaraq mütəmadi sürətdə torpaq sür üşməsi hadisəsi baş vermişdir. Həmin ərazi sürüşmə zonası olduğundan hər hansı tikinti işlərinin aparılmasına icazə verilməmişdir. İddiaçı sürüşmə zonasında ev tikmək istəmiş və 2 dəfə bu hərəkətlərinin qarşısı alınmışdır. Lakin buna baxmayaraq İddiaçı 1 otaqlı evi sürüşmə zonasında tikməyə nail olmuş, müxtəlif vaxtlarda həmin ərazidə tikililərin sayını artırmış, həmçinin sonradan sürüşmənin qarşısını almaq üçün istinad divar inşa etmək istəsə də, səlahiyyətli orqanlar tərəfindən qarşısı alınmışdır. Mülki iş üzrə Cavabdeh isə Cənub dərə yaşayış massivində 1993-1994-cü illərdə məskunlaşmış, 2005-ci il tarixdə tikinti işləri aparmaq istəmiş, lakin icazə verilməmişdir. Həmçinin o, sürüşmə zonasında yerləşən Cənub dərə yaşayış massivində yerləşən 160 evdən 98 evin köçürülməsi üçün dövlət tərəf indən vəsaitin ayrıldığını, iddiaçı və cavabdehin evinin qeyd edilən 98 ev siyahısında olmadığını, lakin Ekologiya Nazirliyi tərəfindən təqdim edilmiş xəritədə göstərilməyən digər evlərində həmin sürüşmə zonasına yaxın olması səbəbi ilə gələcəkdə köçürülməsinin planlaşdırıldığının nəzərdə tutulmuşdur.

35. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının subyektiv hüququnun olması işin mübahisəsiz halı olmaqla mövcud vəziyyətdə araşdırılmalı olan hal cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərər dəyib-dəyməməsi, dəymişdirsə zərərin miqdarının hansı məbləğdə olmasıdır. İşdən görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında fərdi tikilinin yerləşdiyi ərazidə sürüşməyə meylli sahədə Cavabdeh tərəfindən həyətyanı sahəsinin genişləndirilməsi məqsədilə dik yamacın hopsometrik aşağı hissəsinin şaquli kəsilməsi, texnogen müdaxilə nəticəsində yamacın dayanıqlığı zəifləmiş və sözügedən ünvanda torpaq qatında deformasiyalar, tikilinin divarlarında isə müxtəlif ölçülü çatlar əmələ gəlmiş və bunun nəticəsində ünvan 4 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə maddi zərər dəymişdir. Göründüyü kimi, iddiaçıya dəymiş maddi zərərin bilavasitə cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, habelə maddi zərərlə cavabdehin qanunsuz hərəkəti arasında hər hansı səbəbli əlaqənin olması və iddiaçıya dəymiş maddi zərərə görə məhz cavabdehin təqsirli olması iş materialları ilə və cavabdehin özünün izahatı ilə tam təsdiq edildiyindən, iddiaçıya dəyən maddi ziyanın məbləği üzrə araşdırma aparılmalıdır.

36. İddia tələbindən görünür ki, iddiaçı cavabdehin apardığı qanunsuz qazıntı işləri nətic əsində evinə 6000 manat maddi ziyan dəydiyini iddia edir. Apellyasiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini də nəzərə alaraq, iddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmiş və 01 dekabr 2022-ci il tarixdə rəy verilmişdir. Həmin ekspert rəyinin əsaslandırıcı hissəsində tədqiq olunan fərdi yaşayış evinin divarlarında müxtəlif ölçülərdə iki tərəfli keçici çatların olduğunu nəzərə alaraq iddiaçıya məxsus ünvanda yerləşən evə dəymiş zərərin məbləğinin tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan mütəxəssis tərəfindən yəni, tikinti konstruktoru (mərkəzdə həmin sahə üzrə mütəxəssis yoxdur) müvafiq hesablaşmalar aparıldıqdan sonra həll oluna bilməsi göstərilmişdir.

37. Bu halda, apell yasiya instansiyası məhkəməsi işdə olan digər sübutlara zərərin məbləğinin müəyyən edilməsini zəruri hesab etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı tərəfin təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə sürüşmə nəticəsində dəymiş zərərin bazar dəyir 10900 manat təşkil edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, təqdim edilən sonuncu rəy sübut növü kimi qiymətləndirilməli və həmin rəydə istinad edilən qiymətləndirmə rəyində fərdi yaşayış evinə dəyən zərərin məbləği 10900 manat müəyyən edilsə də, iddiaçının iddia tələbi 6000 manat olduğundan cavabdehdən tutulmalı məbləğ məhz iddia tələbi həcmində, yəni 6000 manat müəyyən edilməlidir.

38. Apellyas iya instansiyası məhkəməsi həmin mövqeyini Mülki Məcəllənin 170.1, 170.2, 172.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 103.1, 104.1, 106.1, 372.6, 384.0.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

39. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2(103)-249/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1096.1, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 88, 386-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə iddia tələbini təmin edən zaman ko nkret olaraq hansı sübut əsasında cavabdehin iddiaçıya məxsus yaşayış sahəsinə ziyan vurmasını müəyyən etdiyini göstərməmişdir. Belə ki, iş materiallarında iddiaçıya məxsus sahəyə ziyan vurmasını təsdiq edən heç bir sübut əlavə olunmamışdır. Cavabdeh tərəfindən 2005-ci il tarixdən sonra hər hansı qazıntı işlərinin aparılmasını təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, işdə olan dəlillərdə onu təsdiq edir ki, Cavabdeh hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər vurulmamışdır.

41. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

42. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

43. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin təl əbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedi kdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.1-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zər ərin əvəzini ödəmək öhdəliyi qoyur.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində m üəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarlarında irəli sürülən göstərişlərini icra edərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş, işin hallarını tam və hərtərəfli araşdırmış və gəldiyi nəticəni qanunvericiliyə uyğun əsaslandırmışdır.

49. Kassasiya şikayətinin dəlilləri işin hallarının düzgün m üəyyən edilməməsi və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.

50. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2(103)-249/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar