Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3552/2019 24.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh, nümayəndəsi və vəkili Allahverdiyev Yusif Asif oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1077/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.NK.Abbasova) 2(011)-920/2018 nömrəli, 14 avqust 2018-ci il tari xli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4000 manat məbləğində pul vəsaiti, habelə nümayəndəyə ödənilmiş xidmət haqqına görə 150 manat İddiaçı xeyrinə tutulması, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 95 %, yəni 28 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 05 %, yəni 02 manat İddiaçı aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və R.Ə.Eyvazov) 2(103)-1077/2019 nömrəli, 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh nümayəndəsi və vəkili Allahverdiyev Yusif Asif oğlunun apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-920/2018 saylı işi üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmə dən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu Buzovna qəsəbəsi Atçılıq massivi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin satışı adı altında Cavabdeh ondan aldığı 4000 manat məbləğində pul vəsaitinin, hüquqi xidmətə görə tərəfindən ödənilmiş 300 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 4330 manat məbləğində pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh, nümayəndəsi və vəkili Allahverdiyev Yusif Asif oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1077/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şi kayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1077/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: ƏN-İ seriyalı, xxxxxxxx nömrəli etibarnamənin surətindən görünür ki, X1 X6-a Abşeron RİH üzrə 20 avqust 1999-cu il tarixli, xxx saylı sərəncamına əsasən ona məxsus olan Buzovna qəsəbəsi ərazisində 0.10 ha torpağı özəlləşdirməyi, tikməyi, DTXK-dən kadastr planı və DƏDRXİ-dən çıxarış almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (gir ov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 05 avqust 2058-ci il müddətinə verilmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 21.05.2003-cü il tarixli əmrdən çıxarışın surətindən görünür ki, Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X5 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması barədə əmr verilmişdir. 20.08.1999-cu il tarixli, xxx saylı Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışın surətindən görünür ki, vətəndaş X5 0.10 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarə sinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 20.07.1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli xxx nömrəli əmr nəzərə alınması və vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qeyd edilmişdir. 03.11.2017-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh bu qəbzi ondan ötrü yazmışdır ki, həqiqətən X10 ilə birlikdə onun anasının adına olan torpaq sahəsini 10 sot etibarnamə əsasında X3 4000 manata satmışlar və ondan pulu bir yerdə almışlar. Öz imzası ilə bu qəbzi təsdiq etmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 2(011 )-8930/2017 saylı, 16 oktyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X2 cavabd eh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 4000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnə ilə və 30 manat dövlət rüsumu X2 xeyrinə tutulması qət edilmişdir, həmin qətnamədə şahid qismində iştirak etmiş Cavabdeh ifadəsində göstərmişdir ki, X6-nın qonşusudur, Zeynəbin oğlu Əlvan torpağı 4000 manata mülki etibarnamə ilə ona satmış, o da X6-ya satmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(103)-118/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8930/2017 saylı, 16 oktyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8930/2017 saylı, 16 oktyabr 201 7-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh İddiaçı 3500 manat alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. AAE seriyalı, xxxxxxxxx nömrəli, 17 noyabr 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Xətai Rayon Məhkəməsində təmsil olunması üçün 300 manat məbləğində pulu “xxxx” MMC-yə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları əsasında müqavilə nin bağlanmalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borc lu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Sözügedən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Adıçəkilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1077/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh, nümayəndəsi və vəkili Allahverdiyev Yusif Asif oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1077/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3552/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3552/2019
24.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver