Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3556/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və üçüncü şəxs Astara rayon Ərçivan qəsəbə Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3556/2022 Açar sözlər: (yolun açılması, məhdudiyyətin aradan qaldırılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və Astara rayon Ərçivan qəsəbə Bələdiyyəsinə qarşı mülkiyyətin və sahibliyin müdafiəsi, cavabdeh tərəfindən özbaşınalıq yolu ilə tutulmuş ümumi gediş-gəliş yolunun açılması, yolun üstündə özb aşına qurulmuş qurğuların (çəpərin) sökülməsi, cavabdeh tərəfindən ümumi gediş-gəliş yoluna qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, özbaşınalıq hərəkətlərinə son qoyulması qarşı tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)296/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Astara rayonu Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.
2. Astara rayonu, Ərçivan qəsəbə ərazisində yerləşən 0,14 hektar torpaq sahəsi və ü zərində yerləşən 103,5 kvadratmetr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. 0,14 hektar torpaq sahəsində onun və ailə üzvlərinin bərabər payları vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən özbaşınalıq yolu ilə xüsusi mülkiyyətlərində olan, Astara rayon Ərçivan qəsəbəsində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsinə ümumi gediş-gəliş yolunun açılması, cavabdeh tərəfindən özbaşınalıq yolu ilə bağlanmış ümumi gediş-gəliş yolunun üstündə qurulmuş tikanlı çəpərin sökülməsi, xüsusi mülkiyyətlərində və istifadələrində olan həyətyanı torpaq sahələrinə ayrılmış ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi, gediş-gəliş yoluna qoyulmu ş məhdudiyyətlərin (çəpərin sökülməsi) aradan qaldırılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad edərək belə əsaslandırmışdır ki, Cavabdeh özbaşınalıq yolu ilə onun xüsusi mülkiyyətinə verilmiş, fərdi yaşayış evini tikdiyi həyətyanı torpaq sahəsinə ayrılmış ümumi gediş-gəliş yolunu tutmuşdur. Bununla da torpaq sahəsi üzərində mülkiyyət hüquqları məhdudlaşdırılmışdır, cavabdehdən özbaşınalıq hərəkətlərinə son qoyulmasını, qanunsuz və özbaşınalıq yolu ilə tutulmuş ümumi gediş-gəliş yolunun üstündə özbaşına qurduğu tikanlı çəpərin sökülməsini, ümumi yoldan maneəsiz istifadə etməsinə şərait yaradılmasını xahiş etsə də, cavabdeh tələblərini yerinə yetirməmiş, özbaşınalıq hə rəkətlərini davam etdirmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası və məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 17 noyabr 2020-ci il tarixli. M-189 nömrəli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2020-ci il tarixli 10/4178 nömrəli rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsinə gedən yol Cavabdeh tərəfindən istifad ə edilmir. İddiaçı yol kimi iddia etdiyi torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir və Astara rayonu Ərçivan qəsəbə yaşayış məntəqəsinin xüsusi mülkiyyətinə, bələdiyyə və dövlət mülkiyyətinə (3039BB/0.21) aid torpaq sahəsidir. Həmçinin İddiaçı mülkiyyətində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********65-10301 Reyestr nömrəli (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli) Çıxarış və Texniki pasporta əsasən Cavabdeh mülkiyyətində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür.
6. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(018)-52/2021 saylı qətnaməsi ilə iddia qismən edilmiş, Astara rayonu Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə, JN-882A “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsinə Cavabdeh faktiki istifadəsində olan, Astara rayonu Ərçivan qəsəbə yaşayış məntəqəsinin xüsusi mülkiyyətinə, bələdiyyə mülkiyyətinə (3039BB/0.21) aid torpaq sahəsindən yol açılması, həmin yolunun üstündə qurulmuş tikanlı çəpərin sökülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən yol kimi iddia etdiyi torpaq sahəsi cavabdehin faktiki istifadəsində olmaqla, Astara rayonu Ərçivan qəsəbə bə lədiyyəsinin mülkiyyətindədir. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə başqa yerdən yol olmamasına görə gedişgəliş yolu açılmalıdır. Belə ki, servitut yalnız servitut qoyulmadan təmin edilə bilinməyən ehtiyacların təmin edilməsi üçün təyin oluna bilər. Hazırki mülki işdə də bu hal mövcüddur.
8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh özbaşınalıq hərəkətlərinə son qoyulmasını tələb etdikdə həmin hərəkətlərin nə ilə ifadə olunmasını əsaslandırmamışdır. Odur ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 255.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-cı maddələrinə, İnsan hüquqlarının və ə sas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilmə məsi ilə qəbul edilmişdir. Cavabdehə məxsus torpaq sahəsində 1990-cı ildə ümumi sahəsi 103.5 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi tikib ailə üzvləri ilə birlikdə yaşayırlar, hər hansı gediş gəliş yolunu zəbt etməmiş və çəpərə salmamış, iddiaçının evinə və həyətinə gediş gəliş yolu var və həmin yoldan istifadə edir, bu Astara rayon Ərçivan Bələdiyyəsinin verdiyi xx.xx.2021-ci il tarixli 4-113 saylı arayışi ilə bir daha sübut edilir ki, iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə gedən avtomobil yolu açıqdır və heç bir maneə yoxdur, dövlət tərəfindən onlara verilən şəhadətnamədə həmin yol mövcuddur. İddiaçının həyətyanı torpaq sahəsinə maşın yolu olduğu halda, yenidən həyətyanı torpaq sahəsindən yol tələb edilməsi əsasları qətnamədən aydın deyildir.
12. Apellyasiya icraatı zamanı Astara rayonu Ərçivan bələdiyyəsi tərəfindən 4 oktyabr 2021-ci il tarixli 4-112 saylı arayış təqdim edilmiş, həmin arayışa əsasən, Astara rayonu Ərçivan bələdiyyəsi tərəfindən cavabdehin adına 0.12 ha həyətyanı və bələdiyyəyə aid olan 0.03 ha zəbt olunmuş ərazisi vardır, 0.15 ha torpaq sahəsi istifadəsindədir.
13. Məhkəmə kollegiyasının iclasında Astara rayonu Ərçivan bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxem təqdim edilmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Z.Zeynalov (sədrlik edən və məruzəçi), M.Həsənov və Z.Allahyarov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-296/2022 saylı mülki iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qət naməsi iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşmayaraq, ilk növbədə qeyd etmişdir ki, 17 noyabr 2020-ci il tarixli və 30 dekabr 2020-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, iddiaçının mülkiyyətində olan 0,18 ha həyətyanı torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən istifadə edilmir. İddiaçının yol kimi iddia etdiyi torpaq sahəsi cavabdehin faktiki istifadəsindədir və Astara rayonu Ərçivan qəsəbə yaşayış məntəqəsinin xüsusi mülkiyyətinə, bələdiyyə və dövlət mülkiyətinə aid torpaq sahəsidir. Həmçinin iddiaçı və cavabdehə məxsus torpaq sahələri üst-üstə düşmür. 17 noyabr 2020-ci il tarixli, mütəxəssis rəyinə əlavə edilmiş 1 saylı və 2 saylı Sxemlərə əsasən, iddiaçının faktiki istifadə kimi plana alınmış 0.24 ha torpaq sahəsi üç tərəfdən naturada mövcud olan yolu vardır, iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsi sxemdə yol kimi nəzərdə tutulmamışdır.
16. Bundan əlavə, mütəxəssis rəylərində birmənalı qeyd edilmişdir ki, iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsi cavabdehin faktiki istifadəsindədir və Astara rayonu Ərçivan qəsəbə yaşayış məntəqəsinin xüsusi mülkiyyətinə, bələdiyyə və dövlət mülkiyyətinə aid torpaq sahəsidir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəfindən əslinə baxış keçirilmiş, Astara rayonu Ərçivan bələdiyyəsi tərəfindən verilmiş 4 oktyabr 2021-ci il tarixli 4-113 saylı arayışdan görünür ki, Cavabdeh və İddiaçı məxsus olan həyətyanı torpaq sahələrinə gedən maşın yolu açıqdır və heç bir maneə yo xdur. Dövlət tərəfindən onlara verilən şəhadətnamələrdə də həmin yol mövcuddur.
18. Astara rayonu Ərçivan bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən, cavabdehin istifadəsində 0.3 hektarı bələdiyyəyə məxsus olmaqla 0,15 ha torpaq sahəsi vardır. Təqdim olunmuş sxemə əsasən, iddiaçının fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə üç tərəfdən yol vardır və hər hansı maneə yoxdur.
19. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş fotoşəkillər və işə əlavə edilmiş mübahisəli ərazinin videogörüntüsü ilə bir daha müəyyən və müşahidə edilmişdir ki, İddiaçı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobil və piyada yolu mövcuddur, yol açıqdır, tutulmamış, zəbt edilməmiş, digər maneə yoxdur, hər hansı tikanlı çəpər yoxdur.
20. Məhkəmə kol legiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməməsi ilə qəbul edildiyindən qanuni və əsaslı olmadığı üçün məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsaslı sayılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə nəticəyə gələrkən "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsinə istinad etmişdir. Sözügedən qərarda qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldı qda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir.Apellyasiya instansiya məhkəməsi bununla bağlı qeyd edir ki, İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir, həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsini, 111-ci maddəsini tətbiq etməklə maddi hüquq normaların mübahisəli məsələyə düzgün tətbiq və təfsir etməmiş, iş üzrə sübutları düzgün qiymətləndirməmiş, nəticədə iddianın təmin edilməsi yolun açılması barədə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 170.1, 170.2, 171.1, 175.1, 175.21-ci, Mülki Prosessual Məcəllənin 1 4.3, 77.1-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
23. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün apellyasiya instansiya məhkəməsində təkrar tikinti-texniki ekspertizasının keçirilməsi xahiş edilmiş, lakin buna baxmayaraq məhkəmə vəsatəti nəticəsiz qoymuşdur. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
24. Bundan başqa, birinci instansiya məhkə məsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan və icra edilməsi üçün Astara rayon İcra və Probasiya Şöbəsinə yönəldikdən bir neçə ay sonra cavabdeh apelyasiya şikayəti vermiş, Astara rayon məhkəməsi isə ona məlum olmayan səbəblərdən ötürülmüş müddəti bərpa etmişdir.
25. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, bu hal mülki və konstitusion hüquqlarının kobud pozulmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddiaçı qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmış həmin sübutlara tətbiq edilməli hüququ normalarına müvafiq qiymət vermişdir. Kassasiya şikayətində qeyd edilir ki, guya iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəs atət verilmiş, lakin buna əhəmiyyət verilməmişdir. Belə hal olmamış, sadəcə iddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün bu halı qeyd etmişdir. Kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
28. Maddə 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
29. Maddə 171.1- ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
30. Maddə 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar.Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşu lara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
31. Maddə 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir.Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən e dilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 417.1.1. Kassasiya məhkəm əsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının iddia tələblərinə və apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi nin göstərdiyi kimi, iddiaçı sökülməsi tələb olunan çəpərin qanunvericiliyin tələblərinə əsasən və iddiaçının mülkiyyətində olan sahədə inşa edilməsini təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
44. Əksinə, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsi cavabdehin faktiki istifadəsindədir, həmçinin 17 noyabr 2020-ci il tarixli və 30 dekabr 2020-ci il tarixli mütəxəssis rəylər və apelyasiya məhkəməsinə təqdim edilmiş fotoşəkillərlə, işə əlavə edilmiş mübahisəli ərazinin videogörüntüsü ilə müəyyən edilmişdir ki, İddiaçı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobil və piyada yolu mövcuddur, yol açıqdır, tutulmamış, zəbt edilməmiş, digər maneə yoxdur, hər hansı tikanlı çəpər yoxdur.
45. İddiaçının kassasiya şikayətinin dəlili təkrar ekspertiza təyin olunması ilə bağlı vermiş olduğu vəsatətin əsassız olaraq təmin olunmaması ilə bağlıdır. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda ekspert rəyindən əks olunan məlumatları şübhə altına alan və yenidən ekspertiza keçirilməsini zəruri edən heç bir sübut mövcud olmamışdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar a raşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-296/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.