Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3557/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3375/2023 nömrəli, 26 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı xx.xx.1995-ci ildə nikaha daxil olmuşlar. Birgə nikahlarından X20 adlı bir qızları anadan olmuşdur. Nikah xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. 2. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən X10 adından Cavabdeh əməliyyatı üçün “BelorusBank”da olan bank hesabına 115000 ABŞ dolları göndərilmişdir.
3. Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məmmədəli Cümşüdovun xx.xx.2022-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə İddiaçı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Həmin qərarla elan edilən ittihama əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X38 küçəsi, ev 19 B ünvanında yerləşən 18 saylı mənzili xx.xx.2019-cu i l tarixdə X11 110000 manata, Bakı şəhəri, Nərimanov rayonu, X38 küçəsi 19B ünvanında yerləşən 46 saylı mənzili xx.xx.2019-cu il tarixdə X3 170000 manata və ünvan 3 ünvanında yerləşən 33 saylı mənzili xx.xx.2019-cu il tarixdə X12 265029 manata satmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)3079/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, X13, X14, X17, X4 və "xxxx" MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
5. X22 tərəfindən elektron imza ilə imzalanmış və tarixi olmayan (0quo9urpvh971eb17c4e) ərizəyə əsasən İddiaçı həyat yoldaşı Cavabdeh ürək əməliyyatı üçün aldığı 115000 ABŞ dolları borcunu geri qaytarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İd diaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq ödənildiyi gün Azərbaycan manatının məzənnəsi ilə 115000 ABŞ dollarının və ödənilmiş 485,50 manat dövlət rüsumunun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İlahə Tükənovadan savayı istər onun, istərsə cavabdehin əvvəlki nikahlarından olan övladları olmuşdur. Yaxın vaxta qədər cavabdehlə münasibətləri normal olsa da, sonradan cavabdehin kəskin dəyişməsi nəticəsində münasibətləri pisləşmişdir. Münasibətlərin kəskinləşməsi nə baxmayaraq, əvvəllər istər o, istərsə də, bütün övladları cavabdehə qayğı ilə yanaşmış, onu bütün işlərində dəstəkləmiş və müdafiə etmişlər. Belə ki, 2019-cu ildə cavabdehin ürəyində ciddi problemlər yaranmış, onun müalicəsi və sağalması üçün mümkün bütün addımlar atılmış, müxtəlif həkimlərə, səhiyyə müəssisələrinə müraciətlər edilmiş, Azərbaycan Respublikasının səhiyyə sahəsi ilə məhdudlaşmayaraq cavabdehin müalicəsi üçün ölkədən kənarda imkanlar axtarılmışdır. Bu minvalla cavabdehi xx.xx.2019-cu il tarixdə Gürcüstan Respublikasına göndərmişlər, istər Azərbaycan Respublikasında, istərsə də, ölkədən kənarda müalicəsi üçün külli miqdarda pul xərcləmişlər, onun Gürcüstanda müalicə (əməliyyat) olunması zamanı ailəliklə müşayiət etmiş, onun bütün xərclərini ödəmişlər. Nəhayət, bütün cəhdlər dən sonra həkimlər ürəyin dəyişdirilməsinə zərurət yarandığını bildirmişlər. Bu məqsədlə cavabdeh Belarusiya Respublikasına göndərilməli olmuş, orada ürək transplantasiyası üçün onlara 150000 ABŞ dolları məbləğində hesab verilmişdir. Cavabdeh təcili bu məbləğin tapılmasını, borc alınmasını israr etmiş, əks halda, onu çox ciddi sağlıq təhlükəsi gözləmişdir. Həmin vaxt onların buna imkanı olmadığı üçün cavabdehin təkidi ilə o, qohum-qonşulara müraciət etmiş və pulun 115000 ABŞ dolları hissəsini qonşusu və ailə dostları X10 ailəsindən borc almışlar. Belə ki, xx.xx.2019-cu il tarixdə Rəna Cəfərova cavabdehin xx.xx.2019-cu il tarixli, 388 nömrəli hesabı əsasında "xxxx" ASC-nin Bakıxanov filialı vasitəsilə cavabdehə 115000 ABŞ dolları məbləğində pul göndərmişdir. Cəfərovlar ailəsi 115000 ABŞ d olları borc verərkən onlara bildirmişlər ki, “özünüzü darıxdırmayın, Turab əməliyyat olunsun, gəlsin, pulunuzu toplayıb qaytararsız.” Cavabdehin ürəyində uğurlu əməliyyat aparılmış və artıq 2019-cu ilin noyabr ayında ölkəyə qayıtmış, artıq onun ürəyindəki ciddi problemlər aradan qalxmışdır. Lakin cavabdeh qayıtdıqdan sonra nəinki ürəyi, hətta xasiyyəti belə dəyişdirilmiş şəkildə evə dönmüş, səbəbsiz söz-söhbətlər yaratmış, hər kəslə münaqişəyə girmişdir. Əvvəllər yeni qayıtdığı üçün borcun qaytarılması məqsədi ilə onu çox narahat etməsə də, sonradan ona Cəfərovların pulunun qaytarılmasını bildirərkən hər dəfə bəhanə gətirib ödəniləcəyini söyləmişdir. Lakin get-gedə ailələrində söz-söhbətlər artmağa başlamış, münaqişələr yaranmış və onlar ayrılmışlar. Qohum-qonşudan bunu bir müddət gizləməy ə çalışsalar da, sonradan onların problemlərindən artıq qohum-qonşu da xəbər tutmağa başlamışdır. Cəfərovlar ailəsi nikahlarının pozulması haqda məhkəmə işindən xəbər tutduqdan sonra verdikləri 115000 ABŞ dollarını tələb etmişlər. O, bu haqda cavabdehə xəbərdarlıq etsə də, cavabdeh heç bir pul ödəməyəcəyini bildirmişdir. Lakin 115000 ABŞ dolları məbləğində pulu bilavasitə o, aldığı üçün və qaytarmağa söz verdiyi üçün bu pulun ödənilməsi məqsədilə yenə də qohumlarına və dostlarına müraciət etmiş, onlardan toplayıb sözügedən 115000 ABŞ dollarını Cəfərovlar ailəsinə qaytarmışdır. Göründüyü kimi, cavabdeh ürəyinin dəyişdirilməsi üçün təkid edib, yalvarıb onun vasitəsilə aldığı pulun qaytarılmaması nəticəsində ona külli miqdarda zərər vurmuşdur.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz ve rmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi tam əsassızdır. Belə ki, X18 adından ona əməliyyat edilməsi üçün göndərilən pul vəsaiti onun özünə məxsus olmaqla, onun evində olmuş pul vəsaiti olmuşdur. Onun başqa şəxsin puluna ehtiyacı olmamışdır. X18 həmin dövrdə cəmi 22 yaşı olmuş, onun həmin məbləğdə pulu ola bilməzdi. X1 atası ilə münasibəti pis olmuş, Rəna Cəfərovanın atasının ona 7000 ABŞ dolları borcu olmuş, bu vaxta qədər borcu qaytarılmamışdır. İddiaçıya münasibətdə isə bildirmişdir ki, o, iddiaçı ilə xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin dövrdə iddiaçının X23 və X21 adlı iki azyaşlı uşağı olmuş, ailə qurduqdan sonra da cavabdehin uşaqlarını o, böyüdüb başa çatdırmışdır. Onların birgə nikahlarından X20 adlı bir qızları da olmuşdur. Bi rgə nikah dövründə o, çoxsaylı mənzillər, qızıl-zinət əşyaları, daş-qaşlar almış, daşınmaz əmlakların bir qismini öz adına, bir qismini isə iddiaçının adına rəsmiləşdirmişdir. 2019-cu ildən ürəyində güclü ağrılar baş qaldırmış, həmin dövrdən mütəmadi olaraq müalicə almağa başlamış, lakin ürəyinin müalicəsi Bakı şəhərində mümkün olmadığına görə, müalicə olunmaq üçün xx.xx.2019-cu il tarixdə Gürcüstan Respublikasına getmişdir. Orada bir müddət müalicə olunduqdan sonra həkimlər ona ürəyinin dəyişdirilməsi zərurətinin olmasını bildirmişlər. Ürəyindən əməliyyat olunmaq üçün Belarusiya Respublikasına getməli olduğu vaxt onun evində 500000 manat olmuşdur. Əməliyyat üçün isə, ona 115000 ABŞ dolları lazım olmuşdur. O, evində pulu olduğunu bildiyi üçün əməliyyata getmişdir. O, iddiaçıdan ona pul gön dərməsini tələb etdikdə, sonuncu, müxtəlif bəhanələrlə pul göndərməkdən imtina etmiş, yubandırmışdır. Çox təkiddən sonra, nəhayət 2019-cu ilin avqust ayında iddiaçı ona başqa şəxsin adı ilə 115000 ABŞ dolları pul vəsaiti göndərmişdir. Orada əməliyyat olunduqdan sonra xx.xx.2019-cu il tarixdə evə qayıtdığı vaxt iddiaçının hansı səbəbdən onun öz pulunu başqa şəxsin adı ilə ona göndərməsini başa düşməmiş, bundan şübhələnməmişdir. Sonradan isə o, xaricdə olduğu dövr ərzində isə iddiaçı uşaqlarla əlbir olub, onların birgə nikah dövründə əldə etdikləri bütün əmlakları satmasını, qızı X5 adına başqa daşınmaz əmlaklar almasını bildikdən sonra iddiaçının əsl məqsədini başa düşmüşdür. Belə ki, o, xaricdə olduğu vaxt iddiaçı xx.xx.2019-cu il tarixdə 24 saylı notariat ofisində onun adından saxta etiba rnamə götürmüş, bu etibarnamə ilə adlarına olan bütün əmlakları özgəninkiləşdirmiş, pullarına isə qızı İlahənin adına başqa əmlaklar almaqla onun əmlaklarını mənimsəmişdir. İndi isə əvvəlcədən planlaşdırdığı kimi onun üçün göndərdiyi özünə məxsus olan 115000 ABŞ dollarını guya X6 borc aldığını bildirərək, həmin pulun ondan tutulması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tərəfindən bütün bu əməllər əvvəlcədən planlaşdırılmış qaydada həyata keçirildiyinə görə, o iddiaçıdan şübhələnməmiş, heç ağlına da gəlməmişdir ki, bu qədər əmlakı iddiaçı başqa-başqa şəxslərin adlarına keçirməklə özgəninkiləşdirə bilər. Onun maddi imkanı kifayət qədər yaxşı olmuş, o, uşaqların hamısına xaricdə təhsil vermiş, iddiaçının özü üçün avtomobil almışdır. Onlar birgə nikah dövründə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində, 79 saylı evin, 33 saylı mənzilini, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, 3024-cü məhəllə, bina 1, blok 1-də yerləşən 58 saylı mənzilini, Bakı şəhəri, Nərimanov rayonu, X38 küçəsində, 19b saylı evin, 41 saylı mənzilini, Bakı şəhəri, Nərimanov rayonu, X38 küçəsində, 19b saylı evin, 46 saylı mənzilini, Bakı şəhəri, Nərimanov rayonu, X38 küçəsində, 19b saylı evin, 33 saylı mənzilini, Bakı şəhəri, Nərimanov rayonu, X38 küçəsində, 19b saylı evin, 18 saylı mənzilini, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 105/35 saylı evin 49 saylı mənzilini, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, korpus 1, 4V saylı evin, 51 saylı mənzilini almışlar. Həmin mənzillərin ümumilikdə təxminə n ******* manat dəyəri olmuşdur. İddiaçı, X23, X21 və X20 əvvəlcədən əlbir olub ona məxsus həmin əmlakları ələ keçirmiş, o, isə bunları sonradan bilmişdir. Halhazırda o, cavabdehlər İddiaçı, X15, X7 və X8 onu aldatmalarını bu yaxınlarda, X8 adına çox sayda daşınmaz əmlakın qeydə alınmasını bildikdən sonra başa düşmüşdür. Belə ki, bu vaxta qədər yalnız iddiaçının onu aldatmasını düşünmüşdür. Belə hesab etmişdir ki, iddiaçı bu işləri tək etmiş, uşaqların bundan xəbəri olmamışdır. Lakin ona sonradan məlum olmuşdur ki, əmlaklarını satdıqdan sonra onlar X5 adına Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0599 ha torpaq sahəsini, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0599 ha torpaq sahəsini, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsini, Abşeron rayonu, Masazır kəndind ə yerləşən 0,0598 ha torpaq sahəsini, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsini, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, ev 74, mənzil 493, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, b 74 nömrəli qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 9, mənzil 9, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5405 saylı bağ evini, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 577, ev 5, mənzil 1, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 577, ev 5, qeyriyaşayış sahəsini almışlar. Bakı şəhəri, Buzovna qəsəbəsi, 72/60 saylı sahədə 0,12 ha torpaq sahəsi, Abşeron rayonu, Masazır kəndində 0,06 ha torpaq sahəsi, Abşeron rayonu, Masazır kəndində 0,06 ha torpaq sahəsi, Abşeron rayonu, Masa zır kəndində 0,06 ha torpaq sahəsi, Quba şəhəri, Dəvədabanı y/m küçəsində 0,10 ha torpaq sahəsi isə 2020-ci ildən sonra, yəni ona məxsus mənzillər saxta sənədlər əsasında iddiaçı tərəfindən satıldıqdan sonra, iddiaçının oğlu Zaur Musayevin adına alınmışdır. Onun bu qədər vardövləti olduğu halda, iddiaçının başqa şəxslərdən borc pul alması absurd olmuşdur. Sadalanan mənzillərdən əlavə, onların başqa əmlakları – qızıl-zinət əşyaları olmuş, iddiaçı həmin əmlakları da evdən gizlincə aparmışdır. Belə ki, o, xaricə əməliyyat olunmağa gedən zaman evdə 500000 manat məbləğində nağd pul vəsaiti, 20 ədəd 5-lik “İmperial” qızıl, 20 ədəd 10-luq qızıl, dəyəri 4000 ABŞ dolları olan 1 ədəd qızıl komplekt və dəyəri 16000 ABŞ dolları olan, 1 ədəd brilliant qaşlı qolbaq və 2 ədəd kişi qızıl üzüyü olmuşdur. M əhz iddiaçı ona məxsus əmlakların dələduzluq yolu ilə ələ keçirilməsində Rəna Cəfərovadan da istifadə etmiş, bununla da iddiaçı Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, öz mövqeyini – cavabdehin əməliyyatı üçün X22 tərəfindən Belarus Respublikasına göndərilmiş 115000 ABŞ dollarının iddiaçı tərəfindən 2022-ci ilin təxminən may-iyun aylarında Rəna Cəfərovaya ödənilməsi və bu halın Rəna Cəfərova tərəfindən məhkəməyə ünvanlanmış ərizə ilə etiraf edilməsi ilə əsaslandırmışdır.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz e dərək izahatında iddia ərizəsinə etirazda yazılanlara uyğun izahat vermiş və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin Belarus Respublikasında ürək əməliyyatı edilməsi üçün 115000 ABŞ dolları pul vəsaitinin Rəna Cəfərovanın adından göndərilməsi mübahisə edilməmiş, lakin həmin pul Rəna Cəfərovaya iddiaçı ilə birgə nikah dövründə əldə etdiyi pul vəsaitindən verilmiş və onların öz pulları olmuşdur. Hətta Suraxanı Rayon Prokurorluğunda iddiaçı barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə aparılan cinayət işi üzrə iddiaçıya elan edilən ittihamda da iddiaçının ona məxsus mənzilləri sataraq ona 545000 manat zərər vurması müəyyən edilmişdir. Ümumilikdə isə iddiaçı tərəfindən cavabdeh ə məliyyatda olduğu dövrdə 750000 manat dəyərində olan mənzil satılmış və iddiaçının bildirdiyinə əsasən, cavabdehin həmin mənzillərin satışından məlumatı olmuşdur. X25 115000 ABŞ dolları borcu olduğu halda, 750000 manatlıq mənzillər satıldıqdan sonra iddiaçının həmin mənzillərin satışından əldə edilmiş puldan Rəna Cəfərovaya olan borcu ödəməməsi sual doğurmuşdur. Rəna Cəfərova tələbə olmaqla Almaniyada təhsil almışdır. Rəna Cəfərova 2022-ci ildə Bakı şəhərində olmamışsa, iddiaçının 115000 ABŞ dollarını Rəna Cəfərovaya hansı yolla verməsi də sual doğurmuşdur. Bundan əlavə, cavabdehin əməliyyatından sonra 8000 ABŞ dolları artıq qalmış və həmin pul məbləği X2 adına göndərilmiş, Rəna Cəfərova isə həmin pul vəsaitini çıxarıb ona qaytarmışdır. X16 halda, pulu ona qaytarması, eləcə də, Rəna Cəfəro vanın pulu ona qaytarmaması halında Rəna Cəfərovaya 115000 ABŞ dolları ödənilməsi suallar doğurmuşdur. Rəna Cəfərovanın məhkəməyə ünvanladığı ərizədən də görünmüşdür ki, ərizədə iddiaçının həyat yoldaşı cavabdehin ürək əməliyyatı üçün aldığı 115000 ABŞ dolları borcunu geri qaytarması göstərilmişdir. Lakin həmin ərizədə pulun nə vaxt Rəna Cəfərovaya verilməsi göstərilməmişdir. İddiaçı bu ərizənin məzmunundan istifadə edərək pulun Rəna Cəfərovaya 2022-ci ilin may-iyun aylarında ödənilməsini göstərməklə, həmin pulun ona məxsus olmasını sübut etməyə çalışmış, lakin həmin pulun hansı tarixdə Rəna Cəfərovaya verilməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, bu pullar onların birgə nikah dövründə əldə etdiyi pullar olmuş və bu baxımdan Rəna Cəfərovaya 115000 ABŞ dollarını Belarus Respublikasına göndərilməzdən əvvəl və ya sonra verilməsinin heç bir əhəmiyyəti olmamışdır.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-582/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia rədd edilmişdir.
12. Məhkəmə araşdırması zamanı işin konkret halları və proses iştirakçılarının izahatları ilə işin mübahisə edilməyən halları kimi müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, 2019-cu il tarixdə cavabdeh ürək transplantasiyası edilməsi üçün Belarus Respublikasına getmiş, orada onun ürəyində əməliyyat edilməsi üçün 115000 ABŞ dolları pul vəsaiti lazım olmuş, həmin pul vəsaiti xx.xx.2019-cu il tarixdə X10 adından cavabdehin adına “B elorus Bank”a köçürülmüşdür. X22 həmin pul vəsaitinin iddiaçı tərəfindən ona ödənilməsini bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2596/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə iddiaçı arasında olan nikahın pozulması qət edilmişdir. Cavabdeh iddiaçı ilə ailə münasibətlərinin faktiki olaraq 2021-ci ilin avqust-oktyabr aylarında pozulduğunu bildirmişdir. İddiaçı 115000 ABŞ dollarının Rəna Cəfərovaya 2022ci ilin may-iyun aylarında, yəni ailə münasibətləri pozulduqdan sonra ödənildiyini bildirmişdir. Cavabdeh Rəna Cəfərovaya verilən pulun evdə olan, birgə nikah dövründə əldə etdikləri pul vəsaiti olmasını bildirdiyinə görə, iddiaçının 115000 ABŞ dolları məbləğində pul vəsaitini Rəna Cəfərovaya 2022-ci ilin may-iyun aylarında, yəni faktiki ayrı yaş adıqları dövrdə verməsini sübut etmək vəzifəsi yaranmışdır. Lakin iddiaçı 115000 ABŞ dolları məbləğində pul vəsaitini Rəna Cəfərovaya 2022-ci ilin may-iyun aylarında verdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin müalicəsi üçün Belarus Respublikasına göndərilmiş 115000 ABŞ dolları məbləğində pul vəsaitinin X19 verilməsi deyil, həmin pul vəsaitinin tərəflərin birgə nikah dövründə əldə etdikləri pul vəsaiti hesabına və ya iddiaçının öz vəsaiti hesabına verilməsi işin mübahisə edilən halı olduğundan iddiaçı həmin pul vəsaitinin onun hesabına ödənilməsini sübut etməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, 115000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehin adına “Belorus Bank”a göndərildiyi tarix dən cavabdehin Azərbaycan Respublikasına qayıtdığı xx.xx.2019-cu il tarixədək iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X38 küçəsi, ev 19 B ünvanında yerləşən 18 saylı mənzili xx.xx.2019-cu il tarixdə X11 110000 manata, Bakı şəhəri, Nərimanov rayonu, X38 küçəsi, 19B ünvanında yerləşən 46 saylı mənzili xx.xx.2019-cu il tarixdə X3 170000 manata və ünvan 3 ünvanında yerləşən 33 saylı mənzili xx.xx.2019-cu il tarixdə X12 265029 manata satmışdır. Yəni cavabdeh Azərbaycan Respublikasında olmadığı dövrdə artıq mənzillərin satışından əldə etdiyi 545029 manat məbləğində pul vəsaiti iddiaçının sərəncamında olmuşdur. Belə olduqda isə iddiaçının birgə nikah dövründə 115000 ABŞ dollarını X19 ödəməməsi barədə dəlili ağlabatan olmamışdır.
15. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə də xx.xx.2019-cu il tarixdə X10 adından cavabdehin adına “Belorus Bank”a göndərilmiş 115000 ABŞ dollarının 2022-ci ilin may-iyun aylarında iddiaçının öz vəsaiti hesabına Rəna Cəfərovaya ödənilməsi barədə iddia tələbini təsdiq edən mötəbər sübutlar (“əsaslı şübhədən kənar” sübutlar) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və eləcə də, iş üzrə aparılan məhkəmə araşdırmasında da iddiaçı tərəfindən həmin iddia tələbi sübut edilməli idi.
16. İddiaçı öz iddia tələbini cavabdeh tərəfindən ona maddi zərər vurulması ilə əsaslandırıdığına görə, məhkəmə iddiaya bu hissədə də qiymət verməyi zəruri hesab edərək qeyd etmişdir ki, ailə qanunvericiliyinə əsasən ailə üzvü kimi iddia çının cavabdehin qayğısına qalmaq vəzifəsi olmuşdur. Ərin müalicəsi üçün götürülən borc birgə nikah dövründə edilmiş borc olduğuna görə əgər birgə nikah dövründə qaytarılmamışdırsa ilkin olaraq həmin borcda tərəflərin payları müəyyən edilməli və sonra borcun qaytarılması vəzifəsi irəli sürülməlidir. Yəni arvad tərəfindən ərin müalicəsi üçün alınan borc məbləğinə arvada dəymiş zərər kimi qiymət verilə bilməz.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.3, 217.4 218.3cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim olunan sübutlara düzgün qiymət verməyərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən qeyd olunmuşdur ki, iddia sübuta yetirilməmişdir. Mübahisə üzrə sübutetmə yükü aşağıdakılardan ibarət olmuşdur: cavabdehin müalicəsi üçün 115000 ABŞ dolları onun müalicə aldığı xəstəxananın bank hesabına köçürülmüşdür. Bu fakla bağlı mötəbər sübutlar iş materiallarında öz təsdiqini tapmışdır. Cəfərova Rəna adlı xanım tərəfindən cavabdehin müalicə aldığı xəstəxana nın bank hesabına köçürüldüyünü təsdiq edən bank çıxarışı təqdim edilmişdir. Bu məbləğin tamamı ailənin ehtiyacları üçün deyil cavabdehin müalicəsi üçün xərclənmişdir. Bunu isə cavabdeh özü təsdiq və etiraf etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməmişdir. Cavabdeh tərəfindən təqdim olunan etirazında öz etirazının əsasları kimi qeyd etmişdir ki, o pul Cəfərova Rənaya aid pul olmamış, qeyd olunan məbləğdəki 115000 ABŞ dolları ailənin ümumi büdcəsinə aid olan pul olmuş və o pul evdə olmuşdur. Lakin cavabdeh öz etirazını əsaslandırdığı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmin vaxt nə cavabdeh nə də iddiaçı ölkə ərazisində olmamışlar. Cavabdehin istinad etdiyi bu hal evdə olmadığı bir halda, pulun Rəna Cəfərova tərəfindən onların evindən götürülməsi absurd olmuşdur. İddiaçı tərəfindən birgə nikah dövründə alınmış həmin borcun iddiaçı tərəfindən qaytarılması Cəfərova Rəna tərəfindən təqdim olunan ərizə ilə öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən sübut olunmuşdur. Cavabdeh bu məbləğin birgə nikah dövründə qaytarıldığını bildirsə də yenə bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə cavabdeh tərəfindən iddiaya qarşı etiraz ərizəsində birgə nikah dövründə qaytarmış olmaları barədə heç bir qeyd, əsas göstərilməmişdir. Yəni o ümumiyyətlə Rəna Cəfərovadan pul aldıqını və qaytardıqını ümumiyyətlə etiraf etməmişdir. Bu hal isə onu təsdiq etmişdir ki, Rəna Cəfərovanın pulu verməsi iş materiallarındakı sübutlarla təsdiq olunduğu üçün həmin pulun iddiaçı tərəfindən ödənil diyi iş materiallarında təqdim olunmuş faktlarla sübut olunmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3375/2023 nömrəli mülki iş üzrə 26 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Tərəflər keçmiş ər-arvaddır. Onların nikahı xx.xx.1995-ci ildə bağlanıb, Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulub. 22. xx.xx.2019-cu ildə Rəna Cəfərova tərəfindən bank vasitəsilə Belarusdakı tibb müəssisəsinin bank hesabına ca vabdehin ürək transplantasiyasına görə 115.000 ABŞ dolları pul köçürüldüyüvmüəyyən olunur. Bu barədə ödəniş tapşırığı var (iş v. 25). Rəna Cəfərova birinci instansiya məhkəməsinə ərizə verərək bildirib ki, iddiaçı həyat yoldaşının ürək əməliyyatı üçün ondan aldığı 115.000 ABŞ dollarını geri qaytarıb (iş v. 74).
23. İddia 3 səbəbdən əsassızdır.
24. Birinci, Rəna Cəfərova 115.000 ABŞ dollarını iddiaçıya verməyib, tibb müəssisəsinə aid bank hesabına köçürüb. Borc müqaviləsinin anlayışına görə, borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür (Mülki Məcəllə, maddə 739.1). Tibb müəssisəsinin bank hesabına köçürülmüş pula mülkiyyət hüququ iddiaçıya keçməyib. Ona görə də həmin pul iddiaçıya borc verilmiş pul sayılmır. Bu hal öhdəliyin üçüncü şəxs tərəfindən icrası hesab ol unur. Belə ki, tibbi xərcləri ödəmək pasiyentin öhdəliyidir. Lakin mülki qanunvericilik həmin öhdəliyin üçüncü şəxs tərəfindən də icrasına imkan verir (Mülki Məcəllə, maddə 431.1). Rəna Cəfərova həmin ödənişi edərkən cavabdehin əvəzinə öhdəliyi icra etdiyini bilib. Çünki ödəniş tapşırığının məzmununda ödənişin məhz cavabdehin ürək transplantasiyasına görə tibb müəssisəsinin bank hesabına köçürüldüyü qeyd olunub.
25. İkinci, yuxarıda göstərilən səbəbdən iddiaçının 115.000 ABŞ dollar pulu Rəna Cəfərovaya qaytarmaq öhdəliyi olmayıb. Buna baxmayaraq, iddiaçı həmin pulu öz təşəbbüsü ilə Rəna Cəfərovaya qaytarıbsa, bu hal cavabdeh tərəfindən iddiaçıya zərər vurulması kimi qiymətləndirilə bilməz. İddiaçı hazırkı iddia tələbini cavabdehin ona zərər vurması ilə əsaslandırıb. Halbuki, zərərin əsasın da hüququn pozulması, əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi dayanır (Mülki Məcəllə, maddə 21.2). Cavabdeh iddiaçının hüququnu pozmayıb, onu əmlakından məhrum etməyib və ya onun əmlakını zədələməyib.
26. Üçüncü, əgər iddiaçı 115.000 ABŞ dollarını Rəna Cəfərovaya qaytarıbsa, bunu şəxsi vəsaiti hesabına qaytardığını sübut etməlidir. Rəna Cəfərova birinci instansiya məhkəməsinə ərizə verərək bildirib ki, iddiaçı həyat yoldaşının ürək əməliyyatı üçün aldığı 115.000 ABŞ dollarını geri qaytarıb. Lakin həmin ərizədə pulun hansı tarixdə qaytarıldığı qeyd olunmayıb. Tərəflərin nikahı Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulub. Hazırkı iddia ərizəsi isə bundan əvvəl – xx.xx.2022-ci ildə məhkəməyə verilib. Bu isə onu təsdiq edir ki, əgər pul qaytarılıbsa, onun qaytarılmas ı nikah dövründə həyata keçirilib. Nikah dövründə ərin tibbi ehtiyacları üçün xərclənən pul ailənin mənafeyi üçün xərclənən pul sayılır. Əgər bu xərclərin qarşılanması üçün nikah dövründə başqa şəxsdən pul alınıbsa və həmin pul nikah dövüründə ər-arvaddan biri tərəfindən geri qaytarılıbsa, pulun şəxsi vəsait hesabına qaytarıldığı sübut edilənə qədər ehtimal olunur ki, pul ərarvadın ümumi vəsaiti hesabına qaytarılıb. Bu qayda Ailə Məcəlləsinin 32 və 33-cü maddələrinin mahiyyətindən irəli gəlir. İddiaçı 115.000 ABŞ dolları pulu Rəna Cəfərovaya şəxsi vəsaiti hesabına qaytardığını sübut edə bilmir.
27. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsin in 21.2, 431.1, 739.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 33-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3375/2023nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsini ləğv edərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddialarının tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkəməqanunvericilikləöhdəliyi icra edən şəxs tərəfindən tələb hüququnun yaranması halını nəzərə almayaraq maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 431.3-cü maddəsinin tələblərinə əsasən “Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.” Məhkəmənin mövqeyindən yanaşdıqda belə Rəna Cəfərovanın ödəmiş olduğu pulu hər bir halda tələb etmə hüququ yaranmış olur. Məhkəmə heç cavabdehin belə bildirmədiyi mövqedən çıxış edərək, heç bir şəkildə sübut olunmayan əsaslara istinad etmişdir ki, bunu heç cavabdeh belə bildirməmişdir. Məhkəmə hansı sübutlarla bu nəticəyə gəldiyini əsaslandırmamışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır. İstinad olunmayan hala və ya təqdim olunmayan sübuta görə məhkəmə ne cə hüquqi mövqey bildirir? Məhkəmə bu hal ilə mülki mühakimə icraatının təməl prinsiplərindən olan “çəkişmə prinsipini” kobud şəkildə pozmuşdur, bu isə yol verilməzdir. Qeyd etmək istəyirlər ki, Cavabdeh belə bir ödənişin edilməsi üçün hər hansı tapşırıq və ya göstəriş verdiyini nə məhkəmədə nə də etirazında bildirməmişdir. Cavabdehin mövqeyi pulun Cəfərova Rənaya aid pul deyil, qeyd olunan məbləğdəki 115000 USD ailənin ümumi büdcəsinə aid olan puldur və o pul evdə olduğunu bildirmiş, lakin cavabdeh öz etirazını əsaslandırdığı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qanunun tələblərinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Borc alınmış pulun Rəna Cəfərovaya İddiaçı tərəfindən qaytarılmasına baxmayaraq hələ də cavabdeh tərəfindən Rəna Cəfərovaya ödənilmiş pulun İddiaçı qaytarılmaması iddiaçının hüququnu pozması, onun əmlakından məhrum edilməsi deyildirmi? Bupulun qaytarılması faktı Cəfərova Rəna tərəfindən gücləndirilmiş elektron imza ilə xx.xx.2022-ci il saat 16:50-də imzalanmış ərizədə öz əksini tapmışdır. Məhkəmə burada heç Ailə Məcəlləsinin 41-ci maddəsini belə diqqətəalmamışdır 32. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il. tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-cimaddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Halbuki cavabdeh öz etirazında bu faktı “ona əməliyyat edilməsi üçün göndərilən pul vəsaiti” kimi qeyd etmişdir. Bu isə tərəfilərindən istinad olunan faktlar cavabdeh tərəfində də etiraf edildiyi kimi qiymətləndirilməlidir. Bu da bir daha sübut edir ki, Rəna Cəfərovadan alınmış borc ailə ehtiyaclarının təmin edilməsi üçün yox cavabdehin ürək əməliyyatı üçün alınmışdır.
33. İddiaçı 115.000 ABŞ dolları pulu bilavasitə o aldığı üçün və qaytarmağa söz verdiyi üçün bu pulun ödənilməsi məqsədilə yenə də qohumlarına və dostlarına müraciət etmiş, onlardan toplayıb sözü gedən 115.000 ABŞ dollarını Cəfərovlar ailəsinə qaytarmışdır. Məhkəmə burada da düzgün mövqey nümayiş etdirməmiş, işin düzgün şəkildə araşdırılmasını təmin etməmişdir.
34. Mübahisə üzrə sübutetmə yükləri üz aşağıdakılardan ibarətdir:
35. Cavabdehin müalicəsi üçün 115000 USD onun müalicə aldığı xəstəxanın bank hesabına köçürülmüşdür. Bu fakla bağlı mötəbər sübutlar iş materiallarında öztəsdiqini tapmışdır. Cəfərova Rəna adlı xanım tərəfindən cavabdehin müalicə aldığı xəstəxanın bank hesabına köçürüldüyünü təsdiq edən bank çıxarışı təqdim edilmişdir.
36. Bu məbləğin tamamı ailənin ehtiyacları üçün deyil cavabdehin müalicəsi üçün xərclənmişdir. Bunu isə cavabdeh i ş materiallarından da aydın olduğu kimi özü təsdiq edirvə etiraf edir.
37. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməmişdir. Buda qətnamənin ləğvi üçün əsasdır.
38. Cavbdeh tərəfindən təqdim olunan etirazında öz etirazının əsasları kimi qeyd etmişdir ki, o pul Cəfərova Rənaya aid pul deyil, qeyd olunan məbləğdəki 115000 USD ailənin ümumi büdcəsinə aid olan puldur və o pul evdə olmuşdur. Lakin cavabdeh özetirazını əsaslandırdığı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qanunun tələblərinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin vaxt nə cavabdeh nə də iddiaçı ölkə ərazisində olmamışdır. Cavabdehin istinad etdiyi bu hal evdə olmadığı bir halda, pulun Rəna Cəfərova tərəfindən onların evindən götürülməsi absurddur və bu “Məlikməmmədin nağılı”ndan başqa bir şey deyildir. Cavabdehin etirazının əsasını təşkil edən bu hal heçbir şəkildə öz sübutunu tapmamışdır
39. İddiaçı tərəfindən birgə nikah dövründə alınmış həmin borcun iddiaçı tərəfindən qaytarılması Cəfərova Rəna tərəfindən təqdim olunan ərizə ilə öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən sübut olunur. Cavabdeh bu məbləğin birgə nikah dövründə qaytarıldığını bildirsə də yenə bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
40. Cavabdeh tərəfindən təqdim olunan etiraz ərizəsində isəbu halla bağlı ümumiyyətlə hər hansı bir qeyd, bu halı təsdiq edən sübut və.b yoxdur. Əksinə cavabdeh tərəfindən iddiaya qarşı etiraz ərizəsində birgə nikah dövründə qaytarmış olmaları ba rədə heç bir qeyd, əsas göstərilməmişdir. Yəni onlar ümumiyyətlə Rəna Cəfərovadan pul aldıqlarını və qaytardıqlarını ümumiyyətlə etiraf etmirlər. Bu hal isə onu təsdiq edir ki, Rəna Cəfərovanın pulu verməsi iş materiallarındakı sübutlarla təsdiq olunduğu üçün həmin pulun iddiaçı tərəfindən ödənildiyi iş materiallarında təqdim olunmuş faktlarla sübut olunmuşdur.
41. Yuxarıda qeyd olunanməlumatları nəzərə alaraq bildiririk ki, məhkəmə tərəfindən heç bir hüquqi əsas göstərilmədən tərəfimizdən təqdim edilmiş sübutlar araşdırılmamış, qiymətləndirilməmişvə onlardan istifadə etməyərək heç bir sübutla öz təsdiqini tapmayan məlumatlara istinad etmişdir.
42. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1-ci madd ələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də i cra edə bilər və buna borclunun razılığı tələb edilmir.
46. Maddə 739.1.(hüquq münasibəti yarandığı vaxt qüvvədə olmuş redaksiyada) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
47. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
48. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və m üavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.)
49. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
50. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
51. Maddə 33.2. Ər-arva dın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
52. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin ak tı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdak ı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası q ərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2023-cü il tarixli 2(103)3375/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.