Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3560/2023 04.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Erşana (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC” cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-ni cəlb etməklə Cavabdeh Erşana qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)-1662/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh Erşan tərəf indən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı "xxxx" MTK-nın təsisçilərindən biridir və mənzillərin tikilib, satılması fəaliyyəti ilə məşğuldur. 2015-ci ildə arvadı N.İsmayılovaya məxsus qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə icarəyə vermiş və bu barədə Cəmiyyəti idarə edən şəxslərdən biri Cavabdeh ilə razılığa gəlmişlər.
2. Daha sonra "xxxx" MMC Azərbaycanda işlərini dayandırmaq qərarına gəlmiş, həmin vaxt Cəmiyyətin iddiaçının arvadına məxsus qeyri-yaşayış sahəsində yerləşən anbarında 216000 ABŞ dolları dəyərində satılmamış malı qalmışdır. Cavabdeh Erşan əmlak satıldıqca onun dəyərinin ödənilməsi şərtilə 216000 ABŞ dolları dəyərində əmlak ı iddiaçıya verərək Türkiyəyə getmişdir.
3. İddiaçı pulu Cavabdeh Erşanın vasitəçisi olan X4 verməli, Amid Rəhimov da həmin pulu Cavabdeh Erşana, sonuncu isə "xxxx" MMC-yə çatdırmalı olmuşdur.
4. İddiaçı cavabdeh X4 qarşı qaldırdığı 31175 ABŞ dolları məbləğində pulun tələbinə dair mülki iş üzrə iddianın rədd edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli qətnaməsi 2(105)2434/2020 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-ni cəlb etməklə Cavabdeh Erşana qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" M MC ilə biznes münasibətlərində olmuşdur. Həmin biznes münasibətlərindən irəli gələn pul öhdəliklərinin icrasını qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikasının vətəndaşı X4 verərək onun vasitəçiliyi ilə Türkiyyə vətəndaşı Erşan Cavabdeh çatdırmalı və Erşan Cavabdeh isə həmin pulları sonunda "xxxx" MMC-yə çatdırmasını təmin etməli idi. Beləliklə, iddiaçı bu formada qurulmuş vasitəçiliklə "xxxx" MMC-yə 80000 ABŞ dolları göndərmişdir. Sonuncu dəfə X6 iddiaçıdan 31175 ABŞ dolları alaraq onu Türkiyə vətəndaşı Erşan Cavabdeh verməli, sonuncu isə onu "xxxx" MMC-yə ödəməli idi. Müəyyən müddətdən sonra iddiaçıya məlum olmuşdur ki, sözügedən 31175 ABŞ dolları məbləğində pul X6 tərəfindən Türkiyə vətəndaşı Erşan Cavabdeh verilməmişdir və bunun nəticəsi olaraq sonuncu həmin məbləği “Ekiphan Az" MMC-yə çatdırmamışdır. Bununla bağlı iddiaçı Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X3 həmin məbləği tələb elmişdir. İlkin proseslərdə cavabdeh X6 pulu aldığı qəbul etməsə də, ekspertiza aparılması nəticəsinə imzaların ona məxsus olması təsdiqlənmişdir. Uzun sürən məhkəmə çəkişməsindən sonra Sumqayıt məhkəməsi iddianı təmin etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməni dəyişdirmədən saxlamış, cavabdeh tərəfindən Ali Məhkəməyə verilmiş kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi işi araşdıraraq müəyyən etmişdir ki, Erşan Cavabdeh İddiaçı tərəfindən ona göndərilmiş 31175 ABŞ dollarında pul məbləğini almışdır. Hal-hazırda bu işlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsinin almış 2(105)2434/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi var. Belə ki, Türkiyə vətəndaşı Erşan Cavabdeh Ali Məhkəmədə və Sumqayıt Apellyasiya Məhkəməsində izahat verərək göstərmişdir ki, o, X3 31175 ABŞ dolları məbləğində pul vəsaitini almış və lazım olan yerə vermişdir, eyni zamanda həmin pulun 80000 ABŞ dolları ilə bağlılığının olmamasını qeyd elmişdir. Qeyd edir ki, iddiaçı Erşan Cavabdeh başqa niyyətlə pul verməmişdir. X16 Tolqaya 31175 ABŞ dollarını verməkdə niyyəti həmin pulu “Ekiphan AZ" MMC-yə çatdırması olmuşdur.
7. Sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 31175 ABŞ dolları əsas məbləğ və ona dair faiz qisminə hesablanmış 15648 ABŞ dolları icra gününə olan mərkəzi bankın məzənnəsi ilə, 30 manat dövlət rüsum unu, etibarnaməyə sərf edilmiş 11,50 manat məbləğlərini cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-420/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi (hakim: Ramin Xəlilov) ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh bir-biri ilə tapşırıq müqaviləsi münasibətində olmuşlar.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin iclasında dindirilən Cavabdeh Erşan iddiaçıya 31175 ABŞ dolları məbləğində pul borclu olduğunu etiraf etmişdir. Faiz məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehdən 15648 ABŞ dollarının tutulması əsaslı və qanunidir. Belə ki, münasibətlər kredit müqaviləsi müna sibəti olmasa da, faiz hissəsində uyğunluq təşkil etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün həmin günə bank uçot dərəcəsi ilə müəyyən edilmiş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 15648 ABŞ dolları borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.7, 448.1, 449.1, 777.1, 777.2, 783.1 və 783.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119.1 və 121.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instasiya məhkəməsi) 16 iyun 2022-ci il tarixli, 2(103)-2534/2022 saylı qətnaməsi ilə (hakimlər Tanrıverdiyev Anar (sədrlik edən və məruzəçi), Şirinov İkram və Həmidov Həmid) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, cavabdehdən 14927,33 (on dörd min doqquz yüz iyirmi yeddi dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz borcunun iddiaç ının xeyrinə tutulması qət edilmişdir.
14. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq qeyd etmişdir ki, işə baxılan zaman cavabdeh izahatında iddiaçıya heç bir borcunun olmadığını və həmin borcu nə olursa olsun ona ödəməyəcəyini bildirmişdir. Belə ki, cavabdehin bu izahatı onun borcu ödəməkdən qərəzli şəkil boyun qaçırmasını göstərir. Halbuki, cavabdeh daha əvvəl Sumqayıt Apellyasiya Məhkəməsində izahatında iddiaçıya 31175 ABŞ dolları borcunun olmasını etiraf etməsinə baxmayaraq, hazırda borcunun olmasını inkar edir və həmin məbləği heç vaxt ödəməyəcəyini bildirir. Qeyd edilən hallar cavabdehin həmin pul vəsaitindən uzun müddətdir ki, qanunsuz olaraq faydalana bilməsini deməyə əsas verir.
15. Həmçinin, apellyasiya instasiyası məhkəməsi göstərmişdir ki, cavabde hin iddiaçıya 31175 ABŞ dolları məbləğində əsas borcunun olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
16. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq Ali Məhkəmənin son zamanlar formalaşdırdığı hüquqi mövqeyə əsaslanmaqla qeyd etmişdir ki, əsas borca görə hesablanan faiz məbləği Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmalıdır.
17. Bundan başqa, apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarsınında Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 31175 ABŞ dollarının xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinədək (məhkəməyə müraciət edildiyi tarix) hesablanan faiz məbləğinin nə qədər təşkil etməsi ilə bağlı sual qoyulmuşdur.
18. Azər baycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən 31175 ABŞ dolları pul vəsaitinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanan faiz məbləği 14927,33 ABŞ dolları (25376,47 manat) müəyyən olunmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən həmin rəyə faiz məbləğinin müəyyən edilməsində istinad edilməli, sadalanan hallara, ekspert rəyinə və Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən, cavabdehdən iddiaçının xeyrinə 14925,33 ABŞ dolları məbləğində pul tutulmalıdır.
20. Məhkəmə etibarnaməyə sərf edilmiş 11,50 AZN məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçının iddia tələbi təmin edildiyindən həmin məbləğin cavabdehdən idd iaçının xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
21. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iş materiallarında olan poçt xəbərnmələrindən (i.v. 28, 35), reyestrlərdən və SMS bildirişlərdən göründüyü kimi, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlı olmuş və birinci instansiya məhkəməsi cavabdehin iştirakının təmin edilməsi ilə bağlı hər hansı prosessual pozuntuya yol verməmişdir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 449.1, 777.1, 777.2, 783.1 və 783.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88 və 121.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsini n 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunmsı barədə yeni qərar çıxarılmasını və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022ci il tarixli 2(102)-5671/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2534/2022 saylı iş üzrə 08 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gön dərilməsi qərara alınmışdır.
25. Kassasiya kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin borcu etiraf etməsi, borcun ödənilməsindən yayınması halı nə əvvəlki məhkəmə araşdırmaları zamanı, nə də hazırki iş üzrə məhkəmə iclasının protokollarında öz əksini tapmamışdır.
26. Belə ki, cavabdeh həm apelyasiya şikayətinin dəlillərində, həm də kassasiya şikayətinin dəlillərində borcu etiraf etməmiş, ona Amid Rəhimov tərəfindən verilən 31175 ABŞ dolları məbləğində pulu lazımi yerə çatdırdığını bildirmişdir.
27. Belə olan halda, apelyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri əsasında ətraflı araşdırılma aparılmadan, yalnız iddiaçının mülahizələrinə əsaslanmaqla düzgün olmayan maddi və prosessual hüquq normalarının pozulması il ə müşahidə olunan qətnamə qəbul edilmişdir.
28. Bundan əlavə, apellyasiya məhkəməsi borcun verildiyi və ya pul vəsaitinin qanunsuz saxlanıldığı dəqiq tarixi müəyyən etsəydi belə, cavabdeh tərəfin 21 fevral 2022ci il tarixdə elektron qaydada verdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirməmiş, bununla da kobud maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
29. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalı idi. d) Apellyasiya inst ansiyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)-1662/2023 nömrəli qətanməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), E.M.Həsənovdan və X.A.Mərdanovadan ibarət tərkibdə) X15 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-420/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi qismən – cavabdehdən faiz borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd olunması qət etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsinin Cavabdeh borcu etiraf etməsinin protokollarda, apellyasiya şikayətində əksini tapmamasını, yalnız ona Amid Rəhimov tərəfindən verilən 31175 ABŞ dollar ı məbləğində pulu lazımi yerə çatdırdığını bildirməsini qeyd etməklə hazırki məsələnin aydınlaşdırılması barədə göstərişinə uyğun olaraq məhkəmə kollegiyası tərəfindən həmin məsələ dəqiqləşdirilmiş, cavabdehin özü və nümayəndəsi məhz həmin məbləğin "xxxx" MMC-yə verilməsini bildirmiş, bunun sübutu kimi isə məhkəmə iclasına şahid də dəvət etmişlər. Sözügedən halın müəyyən edilməsi ilə bağlı cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin 2 təsisçisindən biri olan X7 verdiyi ifadəsində Cavabdeh tərəfindən onların şirkətinə pul ödənildiyini, lakin həmin pulun rəsmi şəkildə ödənilmədiyini, pulun birbaşa ona da çatdırılmadığını bildirməklə bu hala hər hansı bir aydınlıq gətirməmişdir. Əksinə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-ni n qanuni təmsilçisi məhkəmə iclasında verdiyi izahatında Cavabdeh onlara hər hansı bir pul ödənişi etmədiyini və bununla bağlı şirkət hesablarında hər hansı məlumatın olmadığını göstərmişdir.
32. Apellyasiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, cavabdeh tərəf iddia tələbində qeyd edilən məbləğin "xxxx" MMC-yə ödədiyini bildirdiyindən həmin məbləğin ödənilməsini sübut etmək vəzifəsi də cavabdehdə olmuşdur. Hazırki halda işin bu halını cavabdeh sübuta yetirə bilmədiyindən kollegiya hesab etmişdir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda apellyasiya şikayətinin dəlilli həmin hissədə əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
33. Eyni zamanda kassasiya instansiyası məhkəməsinin apelyasiya instansiyası tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin 21 fevral 2022-ci il tarixdə elektron qaydada verdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməməsinə dair göstərişi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, ərizə əsassızdır və hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, iş materiallarına əsasən iddiaçı hazırki pul tələbi ilə bağlı X4 qarşı Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, iş üzrə keçirilən məhkəmə icraatı zamanı həmin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, hazırki iş üzrə cavabdeh Tuna Tolga X1 31175 ABŞ dolları pulu alması barədə izahatından sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-2434/2020 saylı qətnaməsi ilə Amid Rəhimova qarşı iddia tələbi təmin edilməmiş və hüquqlarının məhz X15 tərəfindən pozulduğunu həmin vaxtdan bildiyindən, iddia müddətinin axımı məhz həmin vaxtdan hesablanmalıdır. Yəni bu halda bildiyi vaxtdan sonra hazırki iddia tələbi ilə müddəti ötürmədən müraciət etdiyindən hazırki iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürülməmişdir.
34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377.1, 385.1, 386.1, 442 və 449.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88 və 217.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
35. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il, 2(103)-1662/2023 nömrəli qətn aməsinin cavabdehdən faiz borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbi təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı ilkin olaraq məhkəməyə müraciət edən zaman Mülki Məcələnin 449-cu maddəsini rəhbər tutmuşdur, lakin məhkəmə işi araşdırarkan müəyyən etmişdir ki burada Mülki Məcəllənin 449-cu maddəsi yox, həmin məcəllənin 445.7-ci maddəsi tətəbiq edilməlidir. Məhkəmə düzgün qənaətə gələrək özü Mülki Məcəllənin 445.7-ci maddəsini tətəbiq etmiş və həmin qətnamə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmıdır. Bütün yuxarıda qeyd edilənlər bir daha sübut edir ki, məhkəmə hazırk i qətnaməni qəbul edərkən maddi hüquq normasını düzgün tətbiq etməmiş, tətbiq edilməli olan normanı tətəbiq etməmişdir ki, bu da Konstitusiyanın 25-ci maddəsi ilə təsbit etmiş qanun və məhkəmə qarşısında bərabər olmaq hüququnu pozmuşdur. Birinə münasibətdə məhkəmə bir mövqe, digərinə münasibətdə isə başqa mövqe sərgiləyə bilməz.
37. Bundan başqa Ali Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi 01 aprel 2022-ci il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası təyin edərkən ekspert qarşısında “Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 31175 ABŞ dollarının xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinədək (məhkəməyə müraciət edildiyi tarix) hesablanan faiz məbləğinin nə qədər təşkil etdiyi” barədə sual qoymuşdur. Halbuki, nə iş materiallarında, nə də sözügedən qərardadda Mülki Məc əllənin 449.1-ci maddəsinə əsasən pul vəsaitinin qanunsuz saxlanıldığı müddətin başlanğıcının xx.xx.2016-cı il tarixdən hesablanması qənaətinə hansı əsasla gəldiyi məlum deyil.
38. Faizin hansı tərixdən hesablanması və ona dair sübut qismində birinici instansiya məhkəməsində təqdim edilmiş bloknot (bax. Birinci instansiya elektron kabinet 14-cü sətir) həmin bloknotda olan imza və pulun hansı tarixdə götürüldüyü əvvəllər tərəflər arasında Sumqayıt şəhər məhkəməsində sübut qismində ekspert tərəfindən qiymətləndirilmişdir. Lakin kassasiya instansiya məhkəməsi bunu qüsür kimi təqdim edərək qətnamə ləğv etmişdir. Apellyasiya instansiya məhkəməsi faizlərin hansı tərixdən hesablanmasını araşdırarkən müəyyən etmişdir ki, sözügüdən bloktonda pulun götürülməsi tarixini təsdiq edən son tarix xx.xx.20 16-cı il olmuşdur. Odur ki faizlərin hesablanamsı məhz həmin tarixdən başlamalıdır. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsinə bu hissəyə ümumiyyətlə toxunmamışdır. Hərçənd Ali Məhkəmənin öz qərarında qeyd etdikləri göstərişlər aşağı instasiya məhkəməsi üçün məcburidir.
39. Hazırki qətnamə qəbul edilərkən məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə tətbiq etməli olan normanı, Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etməmiş, əksinə Mülki Məcəllənin 449-cu maddəsini tətbiq etməklə iddia tələbini borcludan faizlərin tutulması hissəsinə rədd edtməkdə haqlı olmamışdır.
40. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi və Mülki Məcəlləsinin 445.7-ci, Mülki Prosessual Məcəllənin 8.1 və 9.3-cü maddələrinə istinad etməkl ə əsaslandırmışdır.
41. Cavabdeh Erşan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il, 2(103)-1662/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında münasibətlər 2017-ci il tarixində pozulmuş, iddiaçı 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, rayon məhkəməsi qanunsuz olaraq iddianı təmin etmişdir. Apellyasiya məhkəməsində birinci icraat zamanı işə baxan məhkəmə iddia müddətinin tətbiqi barədə verdiyimiz ərizəyə hər hansı münasibət bildirmədiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, a pellyasiya instansiyası məhkəməsi 01 aprel 2022-ci il tarixdə məhkəməmühasibatlıq ekspertizası təyin edərkən ekspert qarşısında “Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 31175 ABŞ dollarının xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinədək (məhkəməyə müraciət edildiyi tarix) hesablanan faiz məbləğinin nə qədər təşkil etdiyi” barədə sual qoymuşdur. Halbuki, nə iş materiallarında, nə də sözügedən qərardadda Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən pul vəsaitinin qanunsuz saxlanıldığı müddətin başlanğıcının xx.xx.2016-cı il tarixdən hesablanması qənaətinə hansı əsasla gəldiyi məlum deyildir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları kassasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri ilə əlaqələndirərək qeyd etmişdir ki, apellyasiya məhkəməsi borcun verildiyi və ya pul v əsaitinin qanunsuz saxlanıldığı dəqiq tarixi müəyyən etsəydi belə, cavabdeh tərəfin 21 fevral 2022-ci il tarixdə elektron qaydada verdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirməmiş, bununla maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
43. Bundan əlavə, təkrar apellyasiya baxışı zamanı məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin 21 fevral 2022-ci il tarixdə elektron qaydada verdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməməsinə dair göstərişi ilə bağlı qeyd etmişdir ki, ərizə əsassız və hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, iş materillarından görünür ki, iddiaçı hazırki pul tələbi ilə bağlı X4 qarşı Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, iş üzrə keçirilən məhkəmə icraatı zamanı həmin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş cavabdeh Tuna Tolga X1 31175 ABŞ dolları pulu alması barədə izahatından sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-2434/2020 saylı qətnaməsi ilə Amid Rəhimova qarşı iddia tələbi təmin edilməmiş və hüquqlarının məhz X15 tərəfindən pozulduğunu həmin vaxtdan bildiyindən, iddia müddətinin axımı məhz həmin vaxtdan hesablanmalıdır.
44. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1, 368, 372, 373 və 449.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri
45. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yaz ıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
54. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 56.
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 57. 418.1. Maddi və prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya baxışının hədləri:
58. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsini İddiaçı kasasiya şikayətində iddianın rədd olunması hissədə, Cavabdeh Erşanın kassasiya şikayətində iddianın təmin olunması hissədə mübahisələndirildiyinə görə hazırki kasasiya baxışının həcmi həmin məhkəmənin qətnaməsinin tam yoxlanılmasından ibarətdir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, Cavabdeh Erşanın kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın rədd olunmasına dair yeni qərara çıxarılmalıdır. İddiaçı kassasiya şikayəti isə təmin edilməməlidir.
61. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində Cavabdeh Vahib X8 verdiyi 31175 ABŞ dolları məbləğində pulu sonuncudan aldığını və lazımi yerə, yəni "xxxx" MMC-yə çatdırdığını bildirmiş, lakin hazırki halda işin bu halını, yəni həmin pulu "xxxx" MMC-yə ödədiyini cavabdeh sübuta yetirə bilməmişdir. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin 2 təsisçisindən biri olan X2 Tolqa tərəfindən onların şirkətinə pul ödənildiyini, lakin həmin pulun rəsmi şəkildə ödənilmədiyini, pulun birbaşa ona da çatdırılmadığını bildirməklə bu hala hər hansı bir aydınlıq gətirməmiş, əksinə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi məhkəmə iclasında verdiyi izahatında Cavabde h onlara hər hansı bir pul ödənişi etmədiyini və bununla bağlı şirkətin hesablarında hər hansı məlumatın olmadığını göstərmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbinin təmin olunması üçün ilk növbədə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməsi tələb olunur. Bu hal müəyyən edildiyi təqdirdə cavabdeh tərəfin üzərinə iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi düşür. İşə baxan apellyasiya instansiyası məhkəməsi göstərilən halı və İddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın təmini üçün kifayət edib-etməməsini müzakirə etmədən cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməməsi əsası ilə iddianı qismən təmin etmiş və səhv nəticəyə gəlmişdir.
63. Hazırkı iş üzrə idd ia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə biznes münasibətlərində olmuşdur. Həmin münasibətlərdən irəli gələn pul öhdəliklərinin icrasını qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikasının vətəndaşı X4 verərək onun vasitəçiliyi ilə Türkiyyə Respublikası vətəndaşı Erşan Cavabdeh çatdırmalı və Erşan Cavabdeh isə həmin pulları sonunda "xxxx" MMC-yə çatdırmasını təmin etməli idi. Beləliklə, iddiaçı bu formada qurulmuş vasitəçiliklə "xxxx" MMC-yə 80000 ABŞ dolları göndərmişdir. Sonuncu dəfə X6 iddiaçıdan 31175 ABŞ dolları alaraq onu Türkiyə vətəndaşı Erşan Cavabdeh verməli, sonuncu isə onu "xxxx" MMC-yə ödəməli idi. Lakin Cavabdeh sözügedən 31175 ABŞ dollarını X3 alsa da, “Ekiphan Az" MMC-yə çatdırmamışdır.
64. İşdən görünür ki, İddiaçıla "xxxx" MMC arasında hər hansı b iznes münasibətlərin olmasına, MMC-nin iddiaçıdan göstərilən məbləğdə pul tələb etməsinə, İddiaçı MMC-yə pul borclu olmasına, onun həmin pulu ödəmək öhdəliyi daşımasına, MMC ilə biznes və ya digər fəaliyyətlə məşğul olmalarına dair hər hansı müqavilə, sənəd və sübut mövcud deyildir.
65. İddiaçı Nəsrəddi oğlu cavabdeh X12 31175 ABŞ dolları məbləğində pulu hansı əsaslara görə tələb etməsini göstərə bilməmiş, bu barədə Sumqayıt Apellyasiya Məhkəməsində baxılan iş üzrə, hazırkı iş üzrə və polis orqanlarında aparılan araşdırma zamanı fərqli dəlillər irəli sürmüş, onun üçüncü şəxs "xxxx" MMC-yə borclu olması, MMCnin həmin borcu ondan tələb etməsini sübuta yetirə bilməmişdir.
66. Cavabdeh X4 qarşı eyni məbləğdə pul tələbinə dair mülki işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən İddiaçı göstə rmişdir ki, Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsini 2915-ci il yanvar ayında icarəyə götürməklə oradan Turkiyə Respublikasında gətirdiyi mətbəx və restoran avadanlıqlarını satmaqla məşğul olmuş, lakin icarə haqqını verə bilmədiyinə görə Tuqa Tolqa 216000 ABŞ dolları dəyərində avadanlığı ona və arvadına təhvil verərək obyektdən çıxmışdır. Aralarında olan razılaşmaya görə onlar həmin avadanlığı satıb pulunu Cavabdeh ödəməli idilər. Amid Rəhimova verdiyi 31175 ABŞ dolları məbləğində pul həmin avadanlıqların satışından Cavabdeh çatası pul idi.
67. Erşan Cavabdeh Alparslanın şikayət ərizəsinə əsasən toplanmış material üzrə Nərimanov RPİ İŞ-nin Cinayət işinin başlanmasının rədd olunması barədə 31 oktyabr 2017-ci il tarixlə qərarından da görünür ki, iddiaçı yenə də eyni məzmunlu izahat vermi ş, "xxxx" MMC ilə hər hansı biznes əlaqəsinin olduğunu göstərməmiş, Cavabdeh ilə mətbəx və restoran avadanlıqları ilə əlaqədar haqq-hesabının olduğunu, nisyə aldığı 216000 ABŞ dolları dəyərində əşyaların dəyərini hissə-hissə ona ödədiyini göstərmişdir. 68. "xxxx" MMC-nin təsisçilərindən biri olan və 50 faiz paya malik X7 iddiaçının MMC-yə borcunun olmadığını, Cavabdeh tərəfindən MMC-yə pul ödənildiyini, iddiaçı ilə MMC arasında mal dövriyyəsi və ya əvəzlədirmə ilə əlaqədar münasibətlərin olmadığını, iddiaçının obyektində qalan malların MMC-yə deyil, Cavabdeh məxsus olduğunu göstərmişdir. 69. "xxxx" MMC qanuni təmsilçisi kimi izahat verən Cavabdeh tərəfindən MMC-yə pul ödənilmədiyini, bu səbəbdən İddiaçı mallarını götürdüyünü qeyd etsə də, İddiaçı olmuş malları, nə vaxt götürməsi, şəxsən on a, yaxud MMC-yə aid olması və sair barədə hər hansı bir məlumat verməmişdir.
70. Göründüyü kimi 3-cü şəxs kimi işə cəlb olunmuş "xxxx" MMC-nin iddiaçıdan hər hansı xidmətə, malların satışına və ya digər biznes fəaliyyətinə görə İddiaçı pulu tələb etməsi, İddiaçı MMC-yə pul borclu olmasına dair iddiaçının ziddiyyətli izahatlarından başqa sübut olmamışdır. İddiaçı hazırkı məhkəmə baxışına kimi həmin pulun məhz Cavabdeh çatası pul olduğunu göstərmişdir.
71. Həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-yə ödəniləsi pul məbləğinin hansı səbəblərə görə ilk olaraq Amid Rəhimova verilməli olması, sonra Türkiyə Respublikasının vətəndaşı Cavabdeh satmalı, sonuncu tərəfindən isə MMC-yə ödənilməli olmasını, İddiaçı özə tərəfindən həmin pulun bilavasitə MMC-yə verilməsinə hansı man eələrin olması da müəyyən deyildir.
72. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
73. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
74. Q anunverciliyin sadalanan normalarından görünür ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən məhkəmənin əsaslandığı sübutlar-mötəbər, aidiyyatı olan və əhəmiyyətli olmalı, həmçinin işin mahiyyəti üzrə həlli üçün kifayət etməlidir. Sübutların kifayətliliyi mülki prosessual qanunvercilikdə göstərilməsə də, qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri kimi əvvəlki üç şərtdən irəli gəlir və hər bir mülki iş üzrə ayrıca dəyərləndirilməlidir.
75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsində düzünə sübutlar sadalanmış, 106.1-ci maddəsində isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları yanakı sübutla r kimi qeyd edilmişdir. İşdə iştirak edən şəxslərin izahatlarının yalnız iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığı halda sübut kimi qəbul edilən olması ilə şərtləndirilmişdir.
76. Göstərilən normaya görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
77. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Məhkə mə iddianın qismən təmin olunması, yəni 31175 ABŞ dolları məbləğində pulun Türkiyyə Respublikasının vətəndaşı Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qənaətə gələrkən iddiaçının təqdim etdiyi sübutların yetərli olmadığını diqqətdən qaçırmışdır. Ona görə də qətnamə ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi mübahisələndirilən hissədə rədd edilməlidir.
78. İşə mahiyyəti üzrə birinci instansiya məhkəməsində, iki dəfə isə apellyasiya instansiyası məhkəməsində baxılmış, məhkəmə iclaslarında tərəflər iştirak etmiş, sübutlar tədqiq edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından məhkəmə kollegiyası işin yenidən baxılması üçün apelly asiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət görmür.
79. İddiaçının kassasiya şikayətində münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin dəlillərinin müzakirəsi cavabdehin kassasiya şikayətinin təmin olunmamasından birbaşa asılı olduğundan və cavabdehin kassasiya şikayətinə əsasən qətnamə ləğv edilməklə iddia rədd olunduğundan iddiaçının kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Erşanın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1662/2023 nömrəli iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi iddianın təmin olunması hissədə ləğv edilsin və həmin hissədə yeni qərar çıxarılsın. İddiaçı Cavabdeh Erşandan 31175 ABŞ dolları məbləğində pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.