Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3561/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, onun vəkili Cəfərli Vüsalə Zərif qızı, Cavabdeh vəkili Alışov Rahim Nüsrət oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018- ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin - qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cаvаbdeh Cavabdeh qаrşı ümumi mülkiyyətin bölünməsi tələbinə dair ilkiniddia ərizəsi ilə; Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi və çıxarılması barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Misirzadə, iş 2(011)-3996/2018) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinə olan istifadə hüququna xitam v erilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Vəliyev (sədrlik edən və məruzəçi), hakimlər X.Mərdanova və E.Həsənov, iş № 2(103)-9824/2018) ilkin İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilmiş, qarşılıqlı iddia təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli q ətnaməsinin - qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Alışov Rahim Nüsrət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını d üzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin - qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Cəfərli Vüsalə Zərif qızı izahatında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı m addəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılma sı hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə cavabdeh Faiz Ömərov 10.07.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahdan uşaqları - xx.xx.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah 10.11.2017-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və nikah pozulduqdan sonra onların yetkinlik yaşına çatmayan uşaqları iddiaçının yanında saxlanılmışdır. Cavabdeh mübahisəli mənzili 17.03.2009-cu il tarixdə, yəni cavabdehlə nikaha daxil olmamışdan əvvəl alqı-satqı qayda sında əldə etmiş və onun adına 28.09.2009-cu il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq çıxarış verilmişdir. İddiaçı ilə Cavabdeh 10.07.2009-cu il tarixdə rəsmi nikaha daxil olsalar da, iddiaçı mübahisəli mənzilə 18.10.2009-cu il tarixdə köçərək, həmin mənzildə cavabdehlə birgə yaşamağa başlamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitam mülkiyyətçi ilə bağlanan, notarial qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçisi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən pay ödənilməsini tələb etmək hüququnu verməsə dəo, yaşayış sa həsində istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və ’'müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan əmlakına cavabdehin istifadə hüququna yalnız onun tələbi ilə kompensasiya vermək yolu ilə xitam verilə bilər. Ona görə də, qanunverici kompensasiya vermək hüququnu yalnız mülkiyyətçinin tələbi ilə həyata keçirilməsini müəyyən edilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinə qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət vermədən mübahisəni mahiyyəti üz rə düzgün həll etməmişdir. Məhkəmə hesab edir ki, mülkiyyətçi öz ailəsini (arvadını) mübahisəli mənzilə köçürdüyündən mövcud mübahisə Mülki Məcəllənin 228.2-ci maddəsinin qaydalarına uyğun həll edilməli və cavabdehə müvafiq kompensasiya ödənilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməli və o, mənzildən çıxarılmalıdır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi həm də ona istinad etmişdir ki, “Cavabdehin mübahisəli mənzillə bağlı münasibətlər 18 oktyabr 2019-cu il tarixdən sonra yarandığından qarşılıqlı iddia tələbinə 01.10.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. ’‘Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və A zərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ai lə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəmə si qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən, mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafıq olaraq hüquqlara malikdir və m üvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Lakin məhkəmə kollegiyası sözügedən qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına, "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasma dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına istinad edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə müvafiq kompensasiya ödənilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilərək mənzildən çıxarılması nəticəsinə gələrək qarşılıqlı iddianı təmin etməməsi tamamilə əsassız və qanuna ziddir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşır. Apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 418.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhk əməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3561/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3561/2019
31.05.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver