Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3563/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 xxxxxxxxxxxqızının, İddiaçı3 və İddiaçı4 cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Cavabdeh2 və X3 qarşı iddia tələbinə X2 İddiaçı1 qarşı qarşılıqlı iddia tələbinə Cavabdeh2 İddiaçı1, İddiaçı2 xxxxqızına, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı və ləğvi tələbləri, məhkəmənin prosessual vəzifələri, iddianın yolverilənliyi (mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov A biddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçılar İddiaçı1 xxxxx oğlunun və İddiaçı4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-241/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Qax rayonu Əmbərçay kəndində yerləşən 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) Qax rayon Aqrar İslahat Komissiyasının 10.09.1997-ci il tarixli qərarı ilə İddiaçı1, xxxxxxxxxxxxx qızı, İddiaçı3 və İddi açı4 (bundan sonra – iddiaçılar) verilmiş, torpağa mülkiyyət hüququna dair JN-0003, KOD ******* nömrəli dövlət aktı tərtib edilmişdir. 28.11.2002-ci il tarixdə həmin torpaq sahəsinin ******* AZM-ə alqı-satqısına dair İddiaçı1 ilə X5 arasında sadə yazılı müqavilə (akt) imzalanmışdır. Qax Rayon Məhkəməsinin 2(024)-358 nömrəli iş üzrə 27.04.2017-ci il tarixli qətnaməsi ilə X2 iddiası təmin edilmiş, onunla İddiaçı1 arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair 28.11.2002-ci il tarixdə Əmbərçay bələdiyyəsində müqavilə etibarlı (bağlanmış) hesab qət edilmişdir. Həmin qətnaməyə əsasən mübahisəli torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ 01.06.2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi (bundan sonra – Reyestr xidməti) tərəfindən A-156579 saylı, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1465/2018 nömrəli iş üzrə 13.06.2018-ci il tarixli qətnaməsi ilə Qax Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi barədə X2 iddiası rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. 14.05.2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X5 mübahisəli torpaq sahəsini etibarnamə əsasında Cavabdeh2 satmışdır. Alqı-satqı zamanı alıcını etibarnamə əsasında onun oğlu Nümayəndə təmsil etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-544/2019 nömrəli iş üzrə 05.08.2019-cu il tarixli qərarı ilə mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun X2 adına qeydiyyatı ləğv edilmiş və bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyi Reyestr xidmətinin üzərinə qoyulmuş, iddianın qalan hissədə, yəni Cavabdeh2 adına verilmiş 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli çıxarışın ləğvi hissəsində ümumi məhkəmələrin səlahiyyətinə aid olduğu üçün təmin edilməmiş və aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qərar qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar, cavabdehlər Reyestri xidmətinə, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X5 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləs inin ləğv edilməsi və onun əsasında Cavabdeh2 adına verilmiş 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və onların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, məhkəmə mübahisəsi nəticəsində xxxxxxxxxxxxxxiddiası rədd edildikdən sonra torpaq sahəsinə baxış keçirmək istəyərkən məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Dərhal ərizə ilə Reyestri xidmətinə müraciət edilərək, mübahisəli torpaq sahəsi üzrə 27.04.2017-ci il tarixdən sonra verilmiş çıxarışın ləğvini xahiş etmişlər. Ərizəl ərinə sözügedən qurumda baxılaraq, 05.02.2019-cu il tarixli məktubla bildirilmişdir ki, qeydiyyat məhkəmə qətnaməsi əsasında icra etmiş, X2 adına rəsmiləşdirilmişdir. Məhkəmə mübahisələri getdiyi bir dövrdə X5 həmin torpaq sahəsini məhkəmə mübahisələrində onu etibarnamə ilə təmsil edən şəxsə formal olaraq satmış və həmin alqı-satqı müqaviləsi əsasında 20.12.2018-ci il tarixli çıxarış əldə etmişdir. Bundan başqa, cavabdehlər məhkəmə mübahisəsi zamanı da torpaq sahəsinin adlarına rəsmiləşdirilməsini gizlətmişlər. Bundan sonra Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət etsələr də iddia qismən təmin olunmuş, qalan hissədə ümumi məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Sonuncu müqavilə bağlanarkən artıq işə Ali Məhkəmədə baxılmış və X2 tələbi (kassasiya şikayəti) rədd edilmişdir. Yəni həm in şəxslər artıq mübahisəli torpaq sahəsinin X2 adına rəsmiləşdirilməsinə əsas olmuş məhkəmə qərarının ləğvindən xəbərdar idilər. Bu günə kimi pay torpağı olaraq onlara verilmiş torpaq sahəsindən istifadə etmələrinə və oraya daxil olmalarına Cavabdeh2 maneə yaradır. Məhkəmə baxışı zamanı X1 xxxxxxx oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı1 əmlakın (2.47 ha torpaq sahəsinin) hazırkı dəyəri olan 25000 manat pulun alınıb ona verilməsi və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh2 da İddiaçı1, İddiaçı2 Nəsrulla qızına, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ona məxsus olan, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20.12.2018-ci il tarixdə verilmiş 14383442 saylı çıxarışa əsasən Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsini vicdanlı əldə etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsini əvəzli əldə edib və vicdanlı alıcıdır. Qax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(024)16/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Qarayev) ilkin iddia tələbi təmin edilmiş, Qax rayonu Əmbərçay kəndində yerləşən mübahisəli 2.47 ha torpaq sahəsi ilə bağlı X5 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh2 adına aparılmış 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və iddiaçıların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfind ən edilən maneələrin aradan qaldırılması; X2 İddiaçı1 qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı1 əmlakın hazırkı dəyəri olan 1240 manat pulun alınıb X3 verilməsi, İddiaçı1 20 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi; Cavabdeh2 İddiaçı1, İddiaçı2 xxxxxxxxxqızına, İddiaçı3 və İddiaçı4 qarşı özünün vicdanlı əldə edən kimi tanınması tələbinə dair qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddəsinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia tələbi ilə ləğv edilməsi tələb olunan alqı-satqı müqaviləsinin bağlanılması üçün əsas olmuş Reyestr x idmətinin X2 adına rəsmiləşdirdiyi 01.06.2017-ci il tarixli, A-156579 saylı, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı ləğv edilmişdir. Həmin dövlət qeydiyyatı (və hüquq müəyyənedici sənəd olan çıxarış) ləğv edildiyi üçün 14.05.2018-ci il tarixdə Qax rayon Dövlət Notariat Kontorunda cavabdeh X5 ilə digər Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsi də ləğv edilməlidir. Eyni zamanda, Cavabdeh2 adına verilmiş 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli çıxarış həmin müqavilə əsasında verildiyi üçün ləğv edilməlidir. Həmçinin iddiaçıların torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Belə ki, ilkin iddia tələblərinin təmin edilməsinin əsasları qanuni qüvvəyə minmiş məhkəmə qərarlar ının preyudisiallığı ilə şərtlənir. Cavabdeh2 özünün vicdanlı əldə edən kimi tanınması tələbinə dair qarşılıqlı iddiasını əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 vicdanlı alıcı olmasına dair mülahizələri qeyri-səmimidir. Məhkəmə qeyd etmişdir ki, X5 ilə İddiaçı1 arasında əvvəlki məhkəmə mübahisəsi üzrə məhkəmə aktları qəbul edilərkən məhkəmə prosesində X4 etibarnamə əsasında Cavabdeh2 oğlu Nümayəndə təmsil etmişdir. Hazırkı işdə ilkin iddia tələbi üzrə mübahisələndirilən AN-1 seriyalı, ******* saylı alqı-satqı müqaviləsi isə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul olunduqdan sonra, yəni 14 may 2018-ci il tarixdə bağlanmışdır. Müqavilədən də görünür ki, müqavilə tərəfi kimi satıcı qismində X7 xxxxxxxx oğlu Nümayəndə təmsil etmişdir. Həmin müqavilədə alıcı tərəf isə Cavab deh2dur. Hazırkı iş üzrə məhkəmə icraatında Cavabdeh2 etibarnamə əsasında oğlu Nümayəndə təmsil edərək onun vicdanlı alıcı olmasına dair iddia tələbini məhkəmədə müdafiə etmişdir. Ona görə də, mübahisiləndirilən əmlakı əldə etmiş Cavabdeh2 hazırkı halda vicdanlı əldə edən deyildir. Məhkəmə, həmçinin hesab etmişdir ki, cavabdeh Şiraslan Hümmətovun qarşılıqlı iddia tələbi qismən - ekspert rəyində göstərilən məbləğdə (1240 manat), indiki ekvivalentlə qaytarılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 140, 390.1-ci, MPM-in 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehlər X5 və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məh kəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-241/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab etmişdir ki, məhkəmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Və kil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Kassator göstərmişdir ki, mübahisəli torpaq sahəsini 25000 manat ödəməklə Qax Rayon Notariat Kontorunda təsdiq olunmuş müqavilə əsasında əldə etmiş və bundan sonra müvafiq çıxarış almışdır. Kassasiya şikayətinin əsası kimi, Mülki Məcəllənin 149.2, 567, 646.1, 647, 648.1, 648.2-ci, MPM-in 217, 218.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı1 xxxxxxxxxxoğlu və İddiaçı4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili, habelə digər iddiaçılar və cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə kassasiya şikayəti yalnız cavabdehlərdən Cavabdeh2 tərəfindən verildiyindən, habelə şikayətin dəlillərinə görə tələbin bir hissəsinin bölünməz olduğu nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsinin aktı ilkin iddianın təmin olunması hissəsində, X2 tələbinin təmin olunmuş hissəsində və Cavabdeh2 tələbinin rədd edilməsi hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bu Məcəl lədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığın ın ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəti cəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2). MPM Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda mə hkəmədə iş başlanılır. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə
53. İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkə mə qaydasında baxılmalı deyildirsə... Maddə 184.1. Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir, onların bütün sübutları təqdim edib-etməmələrini, iş materialları ilə tanış olub-olmamalarını aydınlaşdırır. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa... Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarı Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan mə hkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mü hüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (MPM-in 167-ci maddəsi). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı mübahisə ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. Mülki qanunvericilik müqavilənin ləğvinin məhkəməyədək xüsusi qaydasını müəyyən etdiyi halda əqdlərin etibarsızlığı ilə bağlı belə məcburi qayda müəyyən edilməmişdir. Əgər müqavilənin ləğvi mübahisənin hallarınd an asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qaldırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Baxılan iş üzrə ilkin iddia tələbinin birinci hissəsində iddiaçılar özlərinin tərəfi olmadıqları, cavabdehlər arasında bağlanmış əqdin ləğvini xahiş edir və tələbi onunla əsaslandırırlar ki, həmin əqddə satıcı kimi çıxış etmiş tərəf əslində onların mülkiyyətində olan mübahisəli torpaq sahəsini digər şəxsə satıb və onun adına çıxarışın verilməsinə əsas olmuş məhkəmə aktı sonradan ləğv edilib. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə əqdlərin ləğvi və ya etibarsızlığı ilə bağlı hər hansı maddi hüquq normalarına ist inad etmədən təmin etmiş və müqaviləni ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə öz mövqeyini etibarsızlıqla bağlı maddi hüquq normaları ilə əsaslandırıraq, qətnaməni dəyişdirilmədən saxlamışdır. Yuxarıda da qeyd olunduğu kimi müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan və eyni əqd barəsində hər iki iddianın verilməsi istisna edilmədiyindən işə baxan məhkəmənin etibarsızlıq əsası ilə müqaviləni ləğv etməsi maddi hüquq normalarının pozuntusunu təşkil etməklə, son nəticədə düzgün olmayan məhkəmə aktının qəbulu ilə nəticələnir. Belə olan halda iddiaçının mübahisələndirdiyi əqdlə bağlı hansı hüquqi nəticəni əldə etmək istədiyi sual yaratdığı üçün MPM-in 14.1-ci, 167 və 184.1-ci maddələrinin tələblərinə əsasən bu məsələni tərəflərlə müzakirə etmək məhkəmənin vəzifəsidir. Bu cür müzakirənin nəticəsindən asılı olaraq isə işə baxan birinci instansiya məhkəməsi MPM-in 53-cü maddəsinə əsasən iddianın əsasını və ya predmetini dəyişməyi iddiaçıya təklif edə, yaxud həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarına, tərəflərin bununla bağlı mövqeyinə, işin hallarına qiymət verərək iddiaçının əslində əqdin etibarsızlığını tələb etdiyi barədə qənaətə gələ və bundan irəli gələn hüquqi nəticələri tətbiq edə bilər. Qeyd olunmalıdır ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, MPM-in 14.1 və 184.1-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləc ək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, işin və mübahisənin vəziyyətini müzakirə etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14, 184.1 və 167-ci maddələrinin tələbləri pozulmuş, tərəflərlə lazımi müzakirələr aparılmadan etibarsızlıq əsasları ilə qaldırılmış müqavilənin ləğvi tələbi təmin edilmişdir. Bu zaman birinci instansiya məhkəməsi ümumiyy ətlə əqdlərin ləğvi və ya etibarsızlığı ilə bağlı hər hansı maddi hüquq normalarına istinad etməmiş, apellyasiya instansiyası məhkəməsi isə mövqeyini etibarsızlıqla bağlı maddi hüquq normaları ilə əsaslandırmışdır. Bununla yanaşı, işə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi verərək mübahisəli torpaq sahəsini vicdanlı əldə etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiyası məhkəməsi həmin tələbi icraata qəbul etmiş və bu tələbə dair mahiyyəti üzrə qətnamə qəbul edərək onu rədd etmişdir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi qətnaməni bu hissədə də dəyişdirilmədən saxlamışdır. Halbuki Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya xud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunveric ilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunduğu kimi baxılan iş üzrə Cavabdeh2 qarşılıqlı iddia ərizəsi mübahisəli torpaq sahəsini vicdanlı əldə etməsi barədə qətnamə çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla bu cür tələb, o cümlədən qarşılıqlı tələb, ayrıca iddia tələbi kimi qəbul oluna və icraata qəbul edilə bilməz. Bu tə ləb mahiyyətcə əqdin etibarsızlığı barədə iddiaya etirazı təşkil etməklə, əsaslı olduğu halda həmin iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Beləliklə, baxılan iş üzrə Cavabdeh2 mübahisəli torpaq sahəsini vicdanlı əldə etməsi barədə qarşılıqlı iddia ərizəsi müstəqil iddia kimi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməzdi. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Lakin baxılan iş üzrə birinci instansiya məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini pozaraq qeyd olunan tələbə mahiyyəti üzrə baxmış və həmin h issə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları, habelə ilkin iddia tələbinin digər hissələrinin və qarşılıqlı iddia tələblərinin ilkin iddianın müqavilənin ləğvi və ya etibarsızlığı tələbinə məhkəmə tərəfindən veriləcək qiymətdən asılı olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə baxılan hissədə ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 385.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən buraxılmış maddi və prosessual hüquq normalarının pozuntusuna hüquqi qiymət verilməli və bu Qərarın əsaslandırıcı hissəsində sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-241/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi qismən – ilkin iddianın təmin olunması hissəsində, X2 tələbinin təmin olunmuş hissəsində və Cavabdeh2 tələbinin rədd edilməsi hissəsində ləğv olunsun və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.