Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3564/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(103)2594/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Mübahisə iddiaçının avtomobil alqı-satqısı ilə bağlı ca vabdehə verdiyini bildirdiyi pul vəsaitinin geri qaytarılmaması iddiası ilə bağlıdır.
2. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətinə əsasən, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi 2020-ci ilin iyun ayından tanımış və onunla Elgün Hacıyev tanış etmişdir. Təxminən 15 gün sonra Cavabdeh ona məxsus “Chevrolet Tr ax” markalı avtomaşını 16000 manat müqabilində sataraq ona Elgün Hacıyevin iştirakı ilə 16000 manat pul vermişdir. Bundan sonra Famid ona təklif etmişdir ki, o, həmin 16000 manat pulu ona versin və həmin pula uyğun o, müxtəlif marakalı daha ucuz avtomobilləri alaraq həmin avtomobillərin baha qiymətə sataraq əldə olunan qazancı iki hissəyə böləcək. O qazanc əldə etmək məqsədi ilə birlikdə biznes qurmaq üçün Famidlə razılaşmış və xx.xx.2020-ci il tarixdə Famid ilə Q.Qarayev metrostansiyasının yaxınlığında görüşüb Famidə 16.000 manat pulu vermişdir. xx.xx.2020-ci il tarixdə Famid ona bildirmişdir ki, Şirvan şəhərində dəyərindən ucuz qiymətə, yəni 6.800 manata “Opel Astra” markalı avtomaşın var. Bu səbəbdən o, və Famid elə həmin gün taksi ilə Şirvan şəhərinə getmiş və həmin “Opel Astra” markal ı avtomaşını 6.800 manat müqabilində alaraq Bakı şəhərinə geri qayıtmışlar. Həmin avtomaşın onun iş yoldaşı X3 adına alınmışdır. Həmin avtomaşın nasaz olduğu üçün onu təmirə vermişlər. xx.xx.2020-ci il tarixdə Famid ona bildirmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində ucuz qiymətə “Chevrolet-Aveo” markalı avtomaşın vardır. O, həmin vaxt işdə olduğu üçün avtomaşını almağa gedə bilməmiş və bu səbəbdən də Famid özü Mağtağa qəsəbəsinə gedərək “Chevrolet-Aveo” markalı avtomaşını 7.400 manat müqabilində almışdır.Həmin avtomaşına 100 manat xərc qoymuşlar. 2021-ci ilin yanvar ayının əvvəllərində Famid “Chevrolet-Aveo” markalı avtomaşını 8.400 manat müqabilində onun iştirakı ilə satmışdır. “Chevrolet-Aveo” markalı avtomaşının satışından ümumilikdə 900 manat qazanc əldə etmişlər. Bundan sonra, F amid ilə onlar birlikdə 2 ədəd “Opel Astra” markalı avtomaşın almışlar. “Opel Astra” markalı avtomaşının birinin qiyməti 6.600 manat, digərinin qiyməti isə 6.800 manat olmuşdur. Həmin avtomaşınlar alınan zaman pulun çatışmayan 2000 manat hissəsini Famid özü vermişdir. Bundan sonra o, və Famid “Opel Astra” markalı avtomaşınların hər birini 7.500 manat müqabilində sataraq ümumilikdə 1600 manat qazanc əldə etmişlər. Həmin avtomaşınların təmirinə ümumilkdə 300 manat xərc qoyulduğundan qazanclkarı 1.300 manat olmuşdur. 2021-ci ilin yanvar ayının sonlarında Famid iki ədəd “Opel Astra” markalı avtomaşın almışdır ki, onlardan birinin qiyməti 6.000 manat, digərinin qiyməti isə 6.400 manat olmuşdur. Famid həmin avtomobillərdən birini Şəmkir rayonundan, digərini isə Ucar rayonundan özü gedib almışdır. Onun özü həmin vaxt işdə olduğu üçün Famid ilə birlikdə gedə bilməmiş və Famid həmin avtomaşınları etibarnəmə ilə öz adına almışdır. Bir müddət sonra o, öyrənmişdir ki, Famid “Opel Astra” markalı avtomaşının birini 6400 manat deyil 5.800 manat müqabilində almışdır. Bundan sonra onların aralarında narazıçılıq baş vermiş və o, avtomaşınları ger qaytarmasını Famiddən tələb etdikdə Famid ona bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə avtomaşınları satıb pulu ona qaytaracaq. Bundan sonra xx.xx.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Famid 3 ədəd “Opel Astra” markalı avtomaşını Sumqayıt şəhərində yerləşən “888” adlı avtosalona satmışdır. O, bunu bildikdən dərhal sonra Məmmədov Fərid ilə birlikdə 18 saylı notariat ofisinə getmiş və Fəridin adına olan birinci dəfə aldıqları və satılmayan “Ope l Astra” markalı avtomaşın üçün Famidin adına verdiyi etibarnaməni 18 saylı notariat ofisində ləğv etdirmişlər. Digər iki avtomaşın isə etibarnamə ilə Famidin öz adına olmuşdur.xx.xx.2020-ci il tarixdə Famid ona bildirmişdir ki, Şirvan şəhərində dəyərindən ucuz qiymətə, yəni 6.800 manata “Opel Astra” markalı avtomaşın olmuşdur. Bu səbəbdən o, Famid ilə elə həmin gün taksi ilə Şirvan şəhərinə getmiş və həmin “Opel Astra” markalı avtomaşını 6.800 manat müqabilində baş etibarnamə əsasında onun adına alaraq Bakı şəhərinə geri qayıtmışlar. Lakin ona avtomaşını satan şəxs bildirmişdir ki, onun özü də baş etibarnamə əsasında avtomaşının sahibi olmuş lakin onun baş etibarnaməsinin vaxtı qısa zamanda bitdiyindən həmin avtomaşını 3-cü şəxsin adına rəsmiləşdirməlidir. O, məcburi qaçqın olduğu üçün av tomaşını öz adına rəsmiləşdirə bilməmiş və bu barədə dostu Fəriddən xahiş etdikdə Fərid onunla razılaşmış və beləliklə də “Opel Astra” markalı avtomaşını Fəridin adına rəsmiləşdirmişdir. Səhəri gün Fərid həmin maşın üçün Famidin adına baş etibarnamə vermiş və Famid həmin etibarnamə əsasında avtomaşını Sumqayıt şəhərində yerləşən “888” avtosalona satmışdır. Sonradan Famid ilə onun arasında yaranmış narazılıq səbəbindən o, Fərid ilə birlikdə 18 saylı notariat ofisinə getmiş və Fərid Məmmədovun adına olan “Opel Astra” markalı avtomaşın üçün Famidin adına verdiyi etibarnaməni 18 saylı notariat ofisində ləğv etdirmişlər. Famid yalan danışaraq “Opel Astra” markalı avtomaşının Fəridin adına rəsmiləşdirilməsi üçün nə ona, nə də Fəridə 200 manat pul verməmişdir. Belə ki, o, Famidə ümumilikdə 18.000 manat pul vermişdir ki, müxtəlif markalı avtomaşınları alaraq onları daha da baha qiymətə satıb qazanc əldə etsinlər. Əvvəlcə bir neçə dəfə o, Famid ilə birlikdə müxtəlif markalı avtomaşınları ucuz qiymətə alıb baha qiymətə satıb qazanc əldə etsələr də, sonuncu 3 ədəd avtomaşınları sataraq ona heç bir məbləğdə pul verməyərək onu aldatmışdır. Satışa qoyulan avtomaşınların reklam olunması üçün avtomaşınlara aid fotoşəkillərin və məlumatların müxtəlif internet səhifələrində yerləşdirilməsi üçün o, heç bir məbləğdə Famiddən pul almamışdır. Famid verdiyi pul vəsaiti hesabına ilk dəfə Şirvan şəhərindən X4 “Opel-Astra” markalı **-GU-*** dövlət nömrə nişanlı avtomaşın alınmışdır ki, həmin avtomaşını Famid onunla birlikdə Şirvan şəhərinə gedərək almışlar, lakin onun pulu Famiddə olduğundan avtomaş ının pulunu avtomaşını satan şəxsə Cavabdeh özü ödəmişdir. Sonradan həmin avtomaşını Fəridin adına rəsmiləşdirilən zaman həmin avtomaşının dövlət nömrə nişanı **-OS-*** dövlət nömrə nişanı ilə əvəz edilmişdir. Həmin avtomaşın 6800 manat müqabilində alınmışdır. İkinci avtomaşın “Chevrolet-Aveo” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomaşını “Aydın” adlı şəxsdən Sabunçu qəsəbəsindən Famid özü gedib almışdır ki, həmin vaxt o, işlə əlaqədar alqı-satqıda iştirak edə bilməmişdir. Həmin avtomaşın 7400 manat müqabilində alınmış, 8400 manat müqabilində satılmış və 100 manat həmin avtomaşına xərc çəkildiyindən 900 manat qazanc əldə edilmişdir ki, həmin məbləğin 450 manat hissəsi Cavabdeh, 450 manat hissəsi isə onun olmuşdur. “Chevrolet-Aveo” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomaşın satıld ıqdan sonra 02 ədəd “Opel-Astra” markalı avtomaşın Cavabdeh adına alınmışdır ki, həmin avtomaşınlar **-CD-*** və **-MZ-*** dövlət nömrə nişanlı avtomaşınlar olmuşdur. “Opel-Astra” markalı **-CD-*** dövlət nömrə nişanlı avtomaşını 6800 manata alaraq 7500 manata, “Opel-Astra” markalı **-MZ-*** dövlət nömrə nişanlı avtomaşını isə 6600 manata alaraq 7500 manata satmışlar. Müəyyən xərclər çıxıldıqdan sonra həmin avtomaşınlardan 1000 manat qazanc əldə etmişlər və həmin gəlirin 500 manat hissəsi Cavabdeh, 500 manat hissəsi isə onun olmuşdur. Bundan sonra **-CD-*** və 90- MZ-970 dövlət nömrə nişanlı 02 ədəd “Opel-Astra” markalı avtomaşını satıb qazanc əldə etdikdən sonra Cavabdeh özü Şəmkir rayonundan X1 “Opel Astra” markalı **-DG-*** dövlət nömrə nişanlı avtomaşını gedib 6000 manat müqabilində al mışdır. Bundan sonra Cavabdeh Ucar şəhərinə gedərək “Abuzər” adlı şəxsdən “Opel Astra” markalı 01-BZ717 dövlət nömrə nişanlı avtomaşını 5800 manat müqabilində almışdır. Lakin ona sonradan məlum olmuşdur ki, Cavabdeh özü onsuz aldığı avtomaşınları daha ucuz qiymətə aldığına baxmayaraq ona düzgün deməməsi, yəni avtomaşınları baha qiymətə aldığını bildirməsi onların arasında sonradan narazıçılığa səbəb olmuşdur. Bütün satılıb qazanc əldə olunması üçün alınan avtomaşınlar etibarnamə əsasında yalnız Cavabdeh adına alınmışdır. O, 2000 manat pul vəsaitini Rusiya Federasiyasında yaşayan əmim X2 borc olaraq alıb Cavabdeh vermişdir. Həmin pulu əmisi ona Bakı şəhərinə gələrkən vermişdir. O, Nizami RPİ-nin 25-ci PŞ-də təhqiqat araşdırması aparılan zaman izahat verərkən tanış dedikdə əmisi İman Kalba lıyevi nəzərdə tutmuşdur. Onun əmisi hazırda Rusiya Federasiyasında yaşayır və Bakı şəhərinə il ərzində bir dəfə gəlir. Rusiya Federasiyasında yaşayan əmisi X2 borc olaraq aldığı 2000 manat pulu sonradan ona qaytarmaq üçün “Express bank”-dan o, 3200 manat kredit götürərək həmin 3200 manat pulun 2000 manat hissəsini əmisi İman Kalbalıyevə qaytamış, 1200 manat hissəsini isə təhsil aldığı Ukrayna Respublikasında yerləşən “X6”na olan təhsil haqqı borcunu ödəmişdir. Onun əlavə olaraq dövriyyədə olan əsas pula əlavə etdiyi 2000 manat məbləğdə pul vəsaitindən başqa, Cavabdeh tərəfindən də dövriyyədə olan əsas pula 2000 manat pul əlavə edilmişdir.05 fevral 2021-ci il tarixdə Cavabdeh Sumqayıt şəhərində fəaliyyət göstərən “Avtosalon 888” avtomobil salonuna üç ədəd “Opel Astra” minik markalı avtomaş ını satması barədə ona heç bir məlumat verməmiş, o, həmin vaxt sadəcə olaraq qeyd olunan 3 ədəd avtomaşını 7500 manatdan aşağı olmayaraq satacağını ona demişdir. Həmin avtomaşınların satışından onunla Cavabdeh ümumilkdə 1000 manat qazanc qalmalı idi. Cavabdeh tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən “Avtosalon 888” avtomobil salonuna satılmış “Opel Vektra” minik markalı avtomaşın Cavabdeh özünə məxsus idi, buna görə də həmin avtomaşının satışından o, hər hansı bir məbləğdə gəlir əldə etməyəcəkdi. “Opel-Astra” markalı 99OS648 dövlət nömrə nişanlı avtomaşın Cavabdeh tərəfindən Şirvan şəhərindən aldığı avtomaşın sonradan onun tanışı X3 adına rəsmiləşdirilmiş və 18 saylı notariat kontorunda X3 adından Cavabdeh baş etibarnəmə verilmişdir. “Opel Astra” markalı **-BZ-*** dövlət nömrə nişa nlı avtomaşın Cavabdeh tərəfindən Ucar rayonundan alındığından Cavabdeh elə həmin rayonun notariat kontorundan öz adına baş etibarnamə almışdır. “Opel Astra” markalı **-DG-*** dövlət nömrə nişanlı avtomaşın isə Cavabdeh tərəfindən Şəmkir rayonundan alındığından Cavabdeh elə həmin rayonun notariat kontorundan öz adına baş etibarnamə almışdır. Cavabdeh onu özü ilə aparmadığından və ya o, həmin vaxt işdə olduğundan Cavabdeh satmaq üçün aldığı avtomaşınları etibarnamə əsasında öz adına almışdır. Bu səbəbdən satmaq üçün aldıqları avtomaşınları öz adına rəsmiləşdirməmişdir. X3 “Opel Astra” minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh etibarnamə verməsi onun istəyi və xahişi iə olmuşdur. Həmin avtomaşın formal olaraq X3 adına olsa da, həmin avtomaşının faktiki sahib i onun özü olmuşdur. “OpelAstra” minik markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh hər zaman saxladığı dayancaqda olmadığını görüb Cavabdeh zəng etmişm, lakin Cavabdeh həmin vaxt telefona cavab vermədiyindən o, avtomobilin kimlər tərəfindənsə oğrulandığını zənn etmiş və dərhal həmin avtomaşının rəsmi sahibi dostu X7 zəng edərək ondan Azərbaycan Respublikası DİN-nin “102 zəng mərkəzi”-nə zəng edərək “Opel Astra” minik markalı **OS-*** dövlət nömrə nişanlı avtomaşının qaçırılması barədə məlumat verməsini xahiş etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, “Opel Astra” minik markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil hər hansı bir şəxs tərəfindən oğurlanmamış, həmin avtomaşın Fərid Məmmədov tərəfindən baş etibarnamə əsasında etibar olunmuş Cavabdeh tərəfindən S umqayıt şəhərində fəaliyyət göstərən “Avtosalon 888” avtomobil salonuna satılmışdır. İddiaçı cavabdehin hərəkətlərindən Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri, Nizami rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi Səbuhi İsmayılovun 16 iyul 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bununla da Cavabdeh İddiaçı 23.000 manat maddi ziyan vurmuşdur.
5. Cavabdeh məhkəmə iclasına gəlməsə belə, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində verdiyi izahatında bildirmişdir ki, o hazırda avtomaşınların alqı-satqısı ilə məşğul olmuşdur. İddiaçını 2020-ci ilin iyun ayindan tanımışdır. Rüfət ona bildirmişdir ki, onun “Chevrolet trax” markalı avtomaşını olmuş və həmin avtomaşını sata bilmədiyi üçün ona həmin avt omaşını satmaqda köməklik etsin. O, da Rüfət adlı şəxslə razılaşmışdır. Beləliklə o, Rüfətdən ona məxsus “Chevrolet trax" markalı avtomobili 16000 manat müqabilində almağa razılaşmışdır. Elə həmin o, Elgün adlı tanışlarının mağazasında Elgünün iştirakı ilə 16.000 manat pulu Rüfətə vermiş va bundan sonra Rüfət onun adına baş etibarnamə vermişdir. Bundan sonra onun Rüfət ilə də munasibati yaranmış və o, Elgün işləyən mağazaya gələn zaman Rüfat də həmin mağazada olmuş və onlar birlikdə söhbət edirmişlər. Ölkədə elan olunmuş karantin rejimi dövründə Elgünün mağazası işləməyən vaxt Rüfət bir neçə dəfə ona məxsus olan və satmaq istədiyi avtomaşınların elanlarını 200 manat müqabilində avtomaşın alqı-satqısı internet saytlarında yerləşdirmişdir. O, aldığı avtomobillərin hamısını etibarnamə ilə ö z adına almış və sonradan satmışdır. Həmin dövrdə o, növbati dafa avtomobil almaq məqsədi ilə Şirvan şəhərinə getmiş va həmin yerdən “Opel Astra” markalı avtomobili baş etibarnamə asasında almışdır. Lakin ona avtomobili satan şəxs bildirmişdir ki, onun özü də baş etibarnamə asasında avtomobilin sahibi olmuş, lakin onun baş etibarnaməsinin vaxtı qısa zamanda bitdiyindən həmin avtomobili 3-cü şəxsin adına rəsmiləşdirməli olmuşdur. Həmin vaxt o, bu barədər Rüfətə müraciə etmiş və bildirmişdir ki, “Opel Astra” markali avtomobil onun adına rəsmiləşdirilərək, ona etibarnamə verilsin ki, həmin avtomobili sata bilsin. Rüfət ona məcburi köçkün olduğunu üçün öz adına avtomobili rəsmiləşdirə bilməyəcəyini, lakin onun Fərid adlı tanışı olduğunu və Fəriddən bu barədə xahiş edə biləcəyini ona demişdir. Rüfətə bu işin müqabilində həmin şəxsə 200 manat pul verəcəyini bildirdikdə, Rüfət onunla razılaşmış və o, 200 manat pulu Rüfətə vermişdir. Bundan sonra razılaşdıqları kimi Rüfətin dediyi X5 adına “Opel Astra” markali avtomaşın rəsmiləşdirilmişdir. Səhəri gün Fərid Məmmədov “Opel Astra” markali avtomaşın üçün onun adına baş etibarnamə vermişdir. Bundan sonra o, həmin “Opel Astra” markalı avtomobili Sumqayıt şəhərində yerləşən “888” avtosalona satmışdır. O, həmin şəxsləri əvvəllər tanımamışdır. Bundan sonra onun ürəyində yaranan xəstəliklə əlaqədar o, bir müddət müalicə almış va buna görə də özünə məxsus mobil telefonları söndürmüşdür. Sonradan müalicə aldıqdan sonra ona malum olmuşdur ki, İddiaçı ondan Nizami RPi-nə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Fərid Rüfətin tağşırığı ilə 18 saylı notariat ofisində “Opel Astra” markalı avtomobil üçün onun adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Belaliklə, Rüfət də onu aldatmamışdır. İddiaçı yalan danışmış, o, nəyinki Rüfətlə ümumiyyatlə heş bir kəslə birgə iş qurmamış və Rüfətə 18.000 manat dəyərinda ziyan vurmamışdır. Rüfət ona şər-böhtan atmışdır. X13 oglu Azarbaycan Respublikasi DİN-nin 102 zang mərkəzinə zəng edərək ona məxsus olan “Opel Astra” minik markalı **OS-*** dovlat qeydiyyat nişanlı avtomobilin ogurlanması barədə yalandan məlumat vermişdir. İddiaçı istintaqa “Whatsapp” proqrami vasitasila icra edilmiş mesaj mətnlərinin məzmununu əks etdirən 12 ədəd vərəqdə göstarilən Famid adlı istifadəçi o olmuşdur. Həmin yazışmalar onun tərəfindən icra olunmuşdur. Bundan başqa, səs yazıları olan “CD” diskə 15 faylda yerləşdirilmiş səs yaziları da ona aid olmuşdur. X9 ogluna müəyyən məbləğdə zəhmət haqqı qismində pul verərək onu maddi cəhətdən dolandırmışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2023-ci il tarixli, e-2(008)2080/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 18000 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş 144 manat dövlət rüsumunun iddiaçınının özünə aid edilməsi qət edilmişdir.
7. Məhkəmə, tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi cavabdehə münasibətdə 18000 manat pulun tələb edilməsi hissəsində sübuta yetirildiyindən, həmin hissədə əsaslı olmuş və təmin edilməlidir. Çünki, onun tərəfindən göstərilən məbləğdə pul əldə edilməsinin nə müqavilə, nə də qanun üzrə əsası vardır. Tələb iddiaçı tərəfindən cavabdehə ümumilikdə 23000 manat məbləğində pulun verildiyinə dair hissədə əsaslı və mötəbər sübutlarla öz təsdiqini tapmadığından, məhkəmə hesab etmişdir ki, bu hissədə təmin edilə bilməz
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1092.1, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəm ə araşdırmasında hakim və iclas katibindən başqa nə iddiaçı, nə cavabdeh, nə də şahidlər iştirak etməmişdir. Məhkəmə yalnız iddiaçının iddia ərizəsinə əlavə etdiyi, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara sübut kimi istinad edərək iddianı qismən təmin etmişdir. Qətnamənin 1-ci səhifəsinin 1-ci abzasından 2-ci səhifəsinin aşağıdan 4-cü sətrinə qədərki məzmunundan belə görünür ki, İddiaçı Cavabdeh onun xeyrinə 23 000 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Lakin, iddianın əsaslandırılmasından belə məlum olur ki, iddiaçı cavabdeh 16000 manat pul vermişdir ki, cavabdeh avtomaşın alqı-satqısı ilə məşğul olsun, qazanclarını yarı bölsünlər, maya, yəni 16000 dövriyyədə olsun. Həmin pula onlar hər ikisi xx.xx.2020-ci ildə Şirvan şəhərinə gedib 6800 manata Fəridin adına “Opel – Astra” markalı avtomaşın alıblar. Həmin maşını Famid Sumqayıt şəhərindəki “888” adlanan avtosalona satmışdır. Onun neçəyə satılması barədə və kimə nə qədər pul çatması barədə məlumat yoxdur. İkinci avtomaşını Famid xx.xx.2020-ci ildə Maştağa kəndindən 7400 manata almışdır, 8400 manata satmışlar, hərəsinə 450 manat pul düşmüşdür. Sonra iki ədəd “Opel” markalı avtomaşın alıblar. Birini 6600 manata, digərini 6800 manata həmin maşınların da satışından hərəsinə 650 manat qazanc olmuşdur. 2021-ci ilin yanvar ayının sonlarında Famid iki ədəd “Opel” markalı maşın almışdır, birini 6000 manata, digərini 5800 manata. Həmin avtomaşınlardan da iddiaçıya pul çatmamışdır. İddiaçı və nümayəndəsi, habelə cavabdeh məhkəmədə iştirak etmədiklərindən bu məlumatların iddia ərizəsində göstərilməsi ehtimal olunur. Qətnamədən görünür ki, məhkəmə bu məlumatlardan sonra iddiaçının adından yazır ki, “Cavabdeh yalan danışır, “Opel Astra” markalı avtomaşının X3 adına rəsmiləşdirilməsi üçün nə ona, nə də Fəridə 200 manat pul verməmişdir. Cavabdeh yalan danışır. Belə ki, o, Famidə ümumilikdə 18 000 manat pul vermişdir ki, müxtəlif markalı avtomaşınları alaraq daha da baha qiymətə sataraq qazanc əldə etsinlər”. Məhkəmə qətnaməsinin İİİ və İV səhifəsində yxuarıda göstərilənləri avtomaşınların qeydiyyat nişanları ilə təkrar edir. Məhkəmə cavabdehi məhkəmə baxışında iştirak etməsi üçün lazımi qaydada xəbərdar etmədiyindən və işə onun iştirakı olmadan baxdığından sübut kimi onun hadisə barədə Bakı şəhəri, Niz ami RPİ-nin İstintaq Şöbəsində verdiyi izahatı sübut kimi sadalamışdır. Hansı ki, Cavabdeh iddiaçının dediklərinin yalan olduğunu bildirmişdir. Nəticədə məhkəmə iddianın təmin edilməsi üçün heç bir sübut olmadığı halda iddianı qismən təmin etməkdə düzgün olmayan nəticəyə gəlmişdir.
11. İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fərrux Qasımov – sədrlik edən və məruzəçi, hakimlər Fuad Abdıyev və Xəyal Sarıyev) 11 iyun 2024-cü il tarixli, 2(103)-2594/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəh əri Sabunçu Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2(008)-2080/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunmuşdur ki, cavabdehin rəsmi qeydə alındığı ünvana keçirilmiş məhkəmə iclasları barədə bildirişlər göndərilmişdir. Cavabdeh yekun məhkəmə aktını əldə etməklə mübahisələndirmiş, apellyasiya şikayətində irəli sürülmüş digər dəlillər isə formal mülahizələr olmaqla, qətnamənin ləğv olunmasına və dəyişdirilməsinə əsas verməmişdir. Belə ki, cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının qeyd etdikləri həqiqəti əks etdirəmişdir. Lakin, iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmalarına görə, tərəflər birgə fəaliyyət göstərməklə avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Yazışmalardan məlum olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə bir neçə dəfə olmaqla cəmi 18000 manat pul vermiş, cavabdeh isə bir neçə dəfə avtomobilləri sataraq ödəniş edəcəyini bildirmişdir. Bu yazışmalar tərəflərin işgüzar münasibətləri ilə bağlı olduğundan birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə də uyğun olmuşdur. Cavabdeh isə iş materiallarına əlavə olunmuş bu yazışmalara ümumiyyətlə fikir bildirməmiş, qeyd olunan halları təkzib edən heç bir sübut və dəlil təqdim etməmişdir. Əksinə, iş materiallarının 66-cı vərəqəsində olan 03 fevral 2021-ci il tarixli yazışmalarda İddiaçı “11445 idi”, “Tək mənim pul”, “Mənə de qiyməti sonra sat” yazılarına cavabında Cavabdeh müvafiq olaraq bildirmişdir ki, “ordan çıx da bu günkü rasxodla maşnın pulunu, bir də 10 manat yaşıla benzin vurmuşam dünən”, “7500”, “Aşağı vermərəm”. Qeyd olunan yazışmaların məzmunu ilə də tərəflər arasında işgüzar münasibətlərin olması, avtomobillərin iddiaçının pul vəsaiti ilə alınması məbləğin birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunan hissədə əsaslı olması təsdiq edilmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 386.1, 390.1, 399.1, 442, 1091.1, 1092.1, 1096.1 və 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şi kayətinin dəlilləri
15. Cavabdeh (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görədə hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pu l ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qa rşısında 18.000 manat icra edilməmiş öhdəliyi vardır.
31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
32. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prins ipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(103)2594/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.