Məhkəmə qərarları › İş №2(102)-3565/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3565/2022

14.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3565/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3081/2022 nömrəli iş üzrə 18 mart 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə köçürülmə, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-872/2007 saylı, 19 iyun 2007-ci il tarixli qətnaməsi ilə (hakim Alim Namazov) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-872/2007 saylı, 19 iyun 2007-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasın ı xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8144/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Azad İmanov) mülki iş materialları mövcud olmadığından apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kasasiya şikayəti verərək, apelyasiya şikayətinin mümkünlüyü barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1222/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər Gündüz Quliyev (sədrlik edən, məruzəçi), İlqar Xələfov və Zaur Əliyev) kasasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8144/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. d) Birinci instansiya məhkəməsində icraatın davamı Cavabdeh1 itirilmiş məhkəmə icraatının bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1307/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) ərizənin təmin edilməsi qət edilmişdir. Göstərilən qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili X3 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. e) Apelyasiya instansiyası məhkəməsində icraatın dav amı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8554/2021 saylı, 03 noyabr 2021-ci il qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi, İlham Kərimli və Elşən Kazımov) apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1307/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli məktubla Səbail Rayon Məhkəməsinin sədri Səbail Rayon Məhkəməsinin 2-872/2007 saylı, 19 iyun 2007-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş apelyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3081/2022 saylı, 18 mart 2022-ci i l qərardadı ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi, Fuad Babayev və Rafael Eyvazov) apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, Cavabdeh1 tərəfdən yenidən apelyasiya şikayəti verilmədiyindən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli 2(009)-872/2007 saylı qətnaməsindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərardadı və Azəbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2(102)-1222/2020 saylı Qərarı ilə münasibət bildirildiyindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apelyasiya şikayətinə yenidən (təkrar) apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab olunmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, qərardadın ləğv edilərək ötürülmüş apelyasiya şikayətinin mümkün hesab edilərək işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, əvvəlki məhkəmə prosesində apellyasiyanın qeyri-mümkünlüyünə səbəb olan hal (prosessual pozuntu), yəni mülki iş materiallarının itirilməsi şikayət verən şəxsin iradəsindən asılı olmamışdır. Həmin pozuntu şikayət verən şəxs tərəfindən deyil, itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamə ilə birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmışdır. Belə olduğu halda apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3081/2022 saylı qərardadı əsasında şikayətin şikayət verən şəxsə qaytarılması, şikayət verən şəxsin şikayətdə hər hansı bir dəyişiklik etmədən yenidən məhkəməyə təqdim etməsinə hüquqi lüzum yoxdur və bu, prosessual qənaət prinsipinin pozulmasından başqa bir şey deyildir. Eyni zamanda apellyasiyanın qeyri-mümkünlüyü şikayət verən şəxsin iradəsindən asılı olmadan mövcud olan və onun iradəsi ilə aradan qaldrılmayan halla əlaqədar olduqda şikayətin yenidən verilməli olması əsası ilə geri qaytarılması qanuni deyildir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı ya zılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qərardad tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 366.2. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olun mamış hesab edilə bilər. Maddə

402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Belə ki, kasasiya şikayətinin dəlilləri üzrə bildirilməlidir ki, cavabdeh kasasiya şikayətini sadəcə olaraq öz subyektiv yanaşmaları isə əsaslandırmağa çalışmışdır. Halbuki, apelyasiya kollegiyası qəbul etdiyi qərardadda bir dəfə qeyri-mümkün hesab edilmiş apelyasiya şikayətinin yenidən təkrarən icraata qəbul edilib mahiyyəti üzrə baxılmasının prosessual qanunvericilik baxımından qeyri-mümkünlüyü aydın şəkildə ifadə edilmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. B ununla belə, kassatora izah edilməlidir ki, göstərilən qərardadın mövcudluğu onun məhkəmə müdafiəsi hüququnu məhdulaşdırmır və o, yenidən apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3081/2022 nömrəli iş üzrə 18 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi anda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar