Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3569/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar C əmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-44/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən X14 tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax Rayon Məhkəməsinin 2(039)-882/2019 saylı iş üzrə çıxardığı 27 mart 2017-ci il tarixli qətnamə ilə iddiaçı Cavabdeh3 ASC-nin iddiası təmin edilərək, cavabdehlər İddiaçı, X1, X3, X6, X2, X7 və X4 5714 manat əsas borc, 2908 manat faiz borcu, ümumilikdə 8622 manat kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğind ə dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə ödənilməsi, ödəmənin X9 ilə bank arasında bağlanmış 31 iyul 2013-cü il tarixli, YF-1490 nömrəli, “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya qoyulmuş, İddiaçı (yaşayış evinin tam və torpaq sahəsinin ümumi birgə), X5 (torpaq sahəsinin ümumi birgə), X10 (torpaq sahəsinin ümumi birgə), X12 (torpaq sahəsinin ümumi birgə), X13 (torpaq sahəsinin ümumi birgə) və X11 (torpaq sahəsinin ümumi birgə) paylı mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri, S.Əsgərova küçəsində mülkiyyətdə olan 0,0488 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 77,02 kv.m yaşayış, 78,8 kv. m köməkçi sahədən ibarət 74 nömrəli fərdi yaşayış evinə yönəldilərək, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pulu tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh3 ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir.
2. Qətnamənin icrası qaydasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın nəticələri üzrə tərtib edilmiş Y-360 saylı yekun protokola əsasən ipoteka predmeti Cavabdeh3 ASC tərəfindən əldə edilmiş və daşınmaz əmlakın dövlət reyestrində həmin Bankın adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.
3. X9 ilə danışıqlar aparılaraq razılığa gəlinmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Problemli k reditlərin həllinə dair” fərmanının qaydalarına uyğun olaraq borclunun kreditinin restrukturizasiya edilməsi üçün müvafiq prosedurlara başlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və 3-cü şəxs DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın, həmin hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli Y-360 saylı yekun protokolun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0488 ha torpaq sahəsinə Cavabdeh3 ASCnin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onun ipoteka qoyan kimi hərracın keçirilməsindən məlumatı olmamış, bu barədə sonradan başqa şəxslərdən eşitmişdir. Ona məxsus olan ev artıq Cavabdeh3 ASC-nin mülkiyyətinə keçdiyi üçün hazırkı tələbi irəli sürmüşdür.
6. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)-1777/2019 nömrəli iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Cavadova) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh3 ASC-nin nümayəndəsi X8 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə yazılı ərizə verməklə iddianı tam etiraf etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317, 414.2, 414.3, 415.2, 415.5 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1, 43.5, 43.7-ci maddələrinə, eləcə də MPM-in 52.2.-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Cavabdeh3 ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-512/2020 saylı mülki iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
12. Həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərdən birinin iddianı etiraf etməsini əsas götürməklə iddianı təmin etməkdə haqlı olmamışdır.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-287/21 saylı mülki iş üzrə 2 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) kassasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianı cavabdehlərdən biri olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etirafı əsasında təmin etmiş, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddianı bu qaydada qəbul etmək, etiraf etmək qanunaziddir. Əvvəla, iş üzrə üç cavabdeh cəlb edilmişdir. İddia tələbi birgə cavabdehlərə qarşı yönəlmişdir. Hərracın etibarsız hesab olunması tələbi əslində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı yönələn tələbdir. Cavabdeh bank digər cavabdehə yönələn həmin tələbi qəbul edə bilməzdi və məhkəmə belə etirafı təsdiq etməməli idi.
18. Bundan başqa, iddianın cavabdeh tərəfindən etiraf edilməsi hər hansı bir şəxsin hüquq larını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Ona görə işə baxan apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv etməkdə və iddianın etirafını qəbul etməməkdə haqlı olmuşdur. Lakin, iddia tələbinə mahiyyəti üzrə baxarkən məhkəmə prosessual hüquq normalarının tələblərinə riayət etmədən qərar qəbul etmişdir.
19. Belə ki, iddiaçı hərracın etibarsızlığı ilə bağlı iddia tələbinin əsası kimi bir neçə hala, o cümlədən, hərracın onun məlumatı olmadan keçirilməsinə istinad etmişdir. İddiaçı hərracın ona məlumat verilmədən keçirilməsinə istinad edirsə, deməli bu halı təkzib edə biləcək sübutlar (sənədlər) cavabdeh tərəfdə olmalıdır. Məhz bu səbəbdən işə baxan birinci instansiya məhkəməsi "xxxx" Məhdud Mə suliyyətli Cəmiyyətinə sorğu yazaraq, müvafiq sənədləri tələb etmişdir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Zəruri sübutlar məhkəmə sorğusu əsasında tələb olunsa da, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir.
20. Məhkəmə, həmçinin göstərmişdir ki, iddianın etiraf olunması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi iddia tələbinin dəlillərinə uyğun olaraq mübahisəyə hüquqi qiymət verməli, bunun üçün mütləq sorğu edilmiş zəruri sənədlər göt ürülməli idi. Çünki həmin sənədlər götürülmədən hərracın keçirilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamaq mümkün deyildir. Belə ki, hərraclarla bağlı kütləvi informasiya vasitələrində elanlar dərc olunub-olunmaması, bu barədə borcluya bildiriş göndərilib-göndərilməməsi və s. zəruri məlumatları həmin sənədlərdən əldə etmək olardı. Cavabdeh tərəf əslində həmin sənədləri təqdim etməyə borclu idi. Zəruri sübutları özündə əks etdirən sənədləri götürmədən iddianın rədd edilməsi əsaslı sayıla bilməz. Çünki idddianın etirafı ilə bağlı tələb təmin olunmursa deməli, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar yoxlanmalı idi. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), A.Eyvazov və İ.Şükürov) 2(105)-44/2022 saylı mülki iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilməmişdir.
22. İşə baxılarkən Yevlax Rayon Məhkəməsinin 2(039)-882/2019 saylı iş üzrə çıxardığı 27 mart 2017-ci il tarixli qətnaməsi üzrə icra işi tələb edilmiş və məhkəmə həmin materiallar əsasında müəyyən etmişdir ki, hərracın keçirilməsi ilə bağlı ipoteka predmetinin mülkiyyətçilərinə lazımi qaydada məlumat verilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. Üçüncü şəxs X14 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-in 9.1, 9.3-cü, 88.1-ci, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh tərəf məhkəmədə iddianı tamamilə qəbul etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Bu hal heç bir təsir və təzyiq altında baş verməmişdir və eyni zamanda cavabdehin burada heç bir yanılması və başqa məqsədi olmamışdır. Bu halın özü iddia tələbinin təmini üçün əsasdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almadan cavabdehlərin mənafeyindən çıxış edərək birinc i instansiya məhkəməsinin qətnaməsini tam əsassız olaraq yenidən ləğv etmişdir. Halbuki, burada cavabdeh iddia tələbini qəbul etmişdir. Lakin apellyasiya instansiyası bunları nəzərə almamışdır Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
28. Maddə 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
29. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər.
30. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlak ın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
31. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
32. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
33. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
34. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir.
36. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdir ir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinəən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
37. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
38. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
39. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual h üquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
47. Qanunun t ələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən və şikayətin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. İddia tələbinin əsası ondan ibarət olmuşdur ki, hərracın keçirilməsi vaxtı və yeri barədə iddiaçıya məlumat verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının və digər mülkiyyətçilərin hərrac barədə məlumatlı olduğunu müəyyən etdiyi üçün iddianı təmin etməmişdir.
51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Üçüncü şəxs X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 07)-44/2022 nömrəli mülki iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.