Məhkəmə qərarları › İş №2(102)-357/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-357/2023

15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-357/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı tələbi 15.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi),Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4648/2022 nömrəli mülki iş üzrə 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı X verdiyi kassasiya şikayəti üzrə işə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəməni binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İdd iaçı məxsus olan ******* nömrəli əmək kitabçasının surətinə əsasən o, işəgötürənin 04 noyabr 2009-cu il tarixli əmrinə əsasən x “böyük laborant vəzifəsinə” qəbul edilmiş və işəgötürənin 03 iyul 2012-ci il tarixli əmri ilə müvəqqəti “Kadrlar şöbəsinin müdiri” vəzifəsinə keçirilmiş, 14 sentyabr 2015-ci il tarixli əmrlə isə “Kadrlar şöbəsinin müdiri” vəzifəsinə təsdiq edilmişdir. Azərbaycan Milli Elmlər X2 01 oktyabr 2021-ci il tarixli, 17/25 nömrəli Qərarına əsasən X kadr sahəsi üzrə müəyyən edilmiş işlər üzrə ciddi nöqsan və çatışmazlıqlarlar nəzərə alınaraq İnstitutun kadrlar şöbəsinin müdiri- iddiaçının əmək müqaviləsinə xitam verilməsinin İnstitutun rəhbərliyinə tapşırılması qərara alınmışdır. X Həmkarlar Təşkilatının 21 oktyabr 2021-ci il tarixli protokolundan çıxarışa əsasən institut ə məkdaşlarının şikayətləri əsasında institutun X10 21 oktyabr 2021-ci il tarixdə iclası keçirilmiş və iclas protokolundan çıxarışa əsasən iddiaçının dərhal tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. X direktoru tərəfindən imzalanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 26 oktyabr 2021-ci il tarixli, 267 nömrəli əmrin təsdiq edilmiş surətinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X 26 oktyabr 2021-ci il tarixli, 267 nömrəli əmrinin ləğv edilməsi, onun İnstitutda kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə heç bir xəbərdarlıq, töhmət almamış, intizam məsuliyyətinə cəlb edilməmiş, əmək və icra intizamını pozmamış, məsul olduğu vəzifənin öhdəsindən gəlmişdir. İşəgötürən işdən azad edərkən heç bir əsas göstərməmiş və həmkarlar orqanında heç bir müvafiq araşdırma aparmadan hüquqlarını pozaraq əmək münasibətlərinə xitam vermişdir. İddiaçının işdən azad olunması qanunsuzdur. Əmrdə iddiaçının konkret olaraq hansı tarixdən işdən azad olunması, onun tutduğu vəzifənin adı qeyd edilməmişdir. X5 təşkilatının iclasında sənədlər təqdim edilmədən, uydurma, əsassız şikayətlər müzakirə olunmuşdur. Həmin iclasda komitə üzvlərindən 4 nəfər iştirak etmişdir. Komitənin səlahiyyətli olması üçün ən azı 2/3 hissəsi, yəni 5 üzvü iştirak etməlidir, komitə iclas zamanı səlahiyyətli olmamışdır, qəbul edilmiş qərarın hüquqi qüvvəsi yoxdur. İddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, iddiaçının əmək fəaliyyətinə qanunsuz olaraq xitam verilmişdir. Belə ki, bir qrup işçi bir gündə, 20 oktyabr 2021-ci il tarixdə birləşərək iddiaçıdan şikayət vermək qərarına gəlmiş və şikayət ərizələri tərtib olunmuşdur. Ərizələr İnstitutun direktoruna deyil, X13 Təşkilatına ünvanlanmışdır. Həmkarlar Təşkilatı növbəti gün iclas keçirmişdir. İclasdan bir gün sonra məlum olmuşdur ki, ərizələr qeydiyyata alınmamış, 22 oktyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. 19 oktyabr 2021-ci il tarixdə direktor X18na məktub göndərərək iddiaçı barəsin də çoxsaylı şikayətlərin olmasını bildirmiş və onun işdə qalıb-qalmaması məsələsinə münasibət bildirilməsini istəmişdir. Halbuki şikayətlər 20 oktyabrda tərtib olunmuş, 22 oktyabrda qeydiyyata alınmışdır. İclas protokolundan görünür ki, işəgötürən tərəfindən təqdimat verilməmiş, ərizələri təşkilat icraata qəbul edərək müzakirəyə çıxarmışdır. Cavabdeh etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı işlədiyi müddətdə faktiki olaraq İnstitutun bütün işlərinə, o cümlədən sabiq direktor X1 aid işlərə müdaxilə etmiş, özündən qanunsuz əmrlər hazırlamış, direktor xəstə olduğu müddətdə əmrlər direktorun evində imzalatmış və dəfələrlə sürücü tərəfindən gətirilən möhürlə möhürlətmiş, imza isə xüsusi hazırlanmış imza ilə təsdiq edilmişdir. Bundan əlavə o, cinayət xarakterli qanuna zidd hərəkətlər etmişd ir. İddiaçı İnstitutda tutduğu Kadrlar şöbəsinin müdiri vəzifəsindən X10 təqdimatına əsasən Elmi müəssisənin o, vaxtki direktor əvəzi X9 tərəfindən 26 oktyabr 2021-ci il tarixli, 267 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İnstitutun X10 iclas protokolunun audio yazısı iddiaçıda da var. X10 iclasında iştirak edən şəhid ailəsi X7 şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şahid3 iddiaçı tərəfindən ona edilən qanuna zidd hərəkətlərdən şikayətlənmişdir. Bundan əlavə, o da bildirmişdir ki, AMEA-nın X14 şöbəsi tərəfindən İnstitutdan şəhid ailələri və müharibə iştirakçıları haqqında olan məlumat İnstitutun Kadrlar şöbəsinin müdiri iddiaçıdan dəfələrlə istənilməsi göstərilmişdir. Lakin iddiaçı tərəfindən bu sorğulara cavab verilməmişdir. Buna görə də şəhid ailələrinə və vətən mü haribəsi iştirakçılarına dövlət tərəfindən ödəniləcək kompensasiya ödənilməmişdir. Bundan əlavə, İnstitutun əvvəlki direktoru X12 ilə iddiaçı arasında böyük konflikt yaşanmışdır. İddiaçı İnstitut direktorunun əmrlərinə tabe olmamış, X-nın İnstitut əməkdaşları tərəfindən edilən çoxsaylı şikayətlərə əsasən Rəyasət Heyəti tərəfindən dəfələrlə İnstitutun Kadrlar şöbəsinin müdiri olan iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə şifahi və yazılı göstərişlər verilmişdir. x-nın Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli, 17/25 qərarında İnstitutun Kadrlar şöbəsinin müdiri İddiaçı və digərlərinin əmək müqavilələrinə xitam verilməsi göstərilmişdir. İnstitutun baş mühasibi və İnstitutun Ümumi işlər üzrə direktor müavini qərarda adları olduğu üçün öz ərizələri ilə tutduqları vəzifədən azad olunmuşdur. İnstitutun əvvəlki və sonrakı rəhbərliyi iddiaçıya öz ərizəsi ilə 14-cü dərəcə Kadrlar şöbəsinin müdiri vəzifəsindən azad olub, İnstitutun başqa şöbəsində 16-cı dərəcə ilə digər vəzifəyə keçməsi tövsiyə olunmuşdur. Lakin o bununla razılaşmamış, arxeoloji ekspedisiyaya gedən ekspedisiya rəhbərlərindən mütəmadi pul tələb etmiş, istədiyini almadıqda ekspedisiya rəhbərlərinin ezamiyyə vərəqlərini alıb özündə saxlamış və müəyyən haqq müqabilində onları geri qaytarmağı söz vermişdir. Müxtəlif ixtisasa malik şəxsləri müəyyən haqq müqabilində işə qəbul etmiş və onların ixtisasları İnstitutun profilinə uyğun gəlmədiyi halda onlarla qanuna zidd olaraq müddətsiz əmək müqavilələri bağlamışdır. İddiaçı 267 saylı, 26 oktyabr 2021-ci il əmri özü şəxsən tərtib etmişdir. X direktoru olmuş X12 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizəsində iddiaçının qanunazidd hərəkətlər etdiyini, iddia ərizəsində göstərilənlərin həqiqətə uyğun olmadığını qeyd etmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(004)-958/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir ki, işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlid ir, işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğunolmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Bundan əlavə, cavabdeh müəssisə iddiaçının öz əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəlikləri icra etmədiyini əmrdə göstərməmiş, b u Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında 26 oktyabr 2021-ci il tarixli, 267 saylı əmrdə onun “əmək fəaliyyəti zamanı yol verdiyi ciddi nöqsanlara görə” işdən azad olunması qeyd olunmuşdur. Halbuki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi ciddi nöqsanlar digər intizam tənbehi tədbirinin tətbiqinə də əsas ola bilərdi. İş materiallarından görünür ki, işəgötürən tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat verilməmiş, X Həmkarlar Təşkilatının 21 oktyabr 2021-ci il tarixli protokolunda da belə bir təqdimata baxılması qeyd olunmamışdır. İclasın protokolundan çıxarışda isə İddiaçı X əməkdaşl arı ilə qeyri-etik davranışları, onları alçaltması və vəzifə səlahiyyətlərini aşması nəticəsində müəssisənin işini iflic vəziyyətə gətirməsi qeyd edilmişdir. X Həmkarlar Təşkilatının 21 oktyabr 2021-ci il tarixli, 15 nömrəli protokolunun gündəliyində büroya daxil olan şikayət ərizələrinin müzakirəsi qeyd edilmişdir. İş materiallarında olan şikayət ərizələrinin verilmə tarixi 20 oktyabr 2021-ci il, qeydə alınma tarixi isə 22 oktyabr 2021-ci il qeyd edilmişdir. Belə müəyyən olunur ki, şikayət ərizələri həmkarlar təşkilatının iclasından bir gün qabaq yazılmış və iclasdan sonrakı gün isə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi qənaətini Əmək Məcəllənin 11.1, 70-ci maddəsinin “ç” bəndi, 71, 72, 80, 84, 186-cı maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddə lərinə istinadən əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı və institutun əməkdaşı olmuş onun həyat yoldaşı Şahid1 barəsində müxtəlif vaxtlarda İnstitutda etdikləri qanunazidd hərəkətlər barəsində tərəflərindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. İnstitutun müraciəti əsasında araşdırma aparılmış, toplanmış materiallarda göstərilən İnstitutun vəzifəli şəxslərinin əməllərində mənimsəmə, yəni qulluq mövqeyindən istifadə etməklə təqsirkara etibar edilmiş özgə əmlakını külli miqdarda talama, vəzifə səlahiyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətinin tərkib əlamətləri müəyyən edildiyindən 13 may 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-4648/2022 nömrəli iş üzrə 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev sədrlik edən, məruzəçi, X.Sarıyev və N.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2022-ci il tar ixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işin materialları, həmçinin iş üzrə müəyyən edilmiş aşağıdakı hallara əsasən iddiaçının işdən azad edilməsi barədə əmr qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının işdən azad edilməsi barədə X əmri məhz İnstitunun X10 21 oktyabr 2021-ci il tarixli iclasının protokolunun çıxarışı əsasında verilmişdir. Həmin çıxarışda isə iddiaçının işdən azad edilməsi məsələsinin İnstitutun rəhbərliyi qarşısında qaldırılmasının qərara alındığı qeyd edilmişdir. Bu hal onu deməyə əsas verir ki, mübahisələndirilən əmr həmkarlar ittifaqının razılığı əsasında verilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, X-nın 10 iyun 2021-ci il tarixli, 132 nömrəli sərəncamına əsasən yaradılan Komissiyanın Xa apardığı yoxlamaya dair arayışda (iş vərəq 120) qeyd edilmişdir ki, İnstitutun kadrlar və inzibati idarəçilik sahəsində aşağıdakı nöqsanlar qeyd edilmişdir: “Horizon 2020 Proqramı tərəfindən maliyyələşən KEAC-BSR layihəsi üzrə XX, X, Xvə X16 və Gürcüstana ezam edildiyi bildirilir. Kadrlar şöbəsinin müdiri İddiaçı bildirdiyinə görə adları qeyd edilən əməkdaşlar 30 avqust 2021-ci ildə işdə olmaları halda 06 sentyabr 2021-ci il olduğu halda hələ də Türkiyədən qayıtmamışlar. Onların ezam edilməsi və sonradan ezamiyyət müddətlərinin artırılması barədə sənədlər tələb edilsə də, komissiyaya sənədlər təqdim edilməmişdir. Həmçinin, İnstitutun kadrlar şöbəsinin müdiri iddiaçının 11 iyul 2019-cu il tarixdə İnstitutun direktoru Maisə Rəhimovaya verdiyi yazılı məlumatda Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri X19, həmin şöbəsinin elmi işçisi X21 və Xtexnologiya bölməsinin müdiri X3 İnstitut rəhbərliyinə nə şifahi, nə də yazılı xəbər vermədən ölkə xaricinə getmələri bildirilir. Komissiya maaşların ödənilməsi ilə bağlı bank sənədləri ilə tanış olarkən yuxarıda qeyd edilən əməkdaşlara maaşların ödənildiyinə rast gəldi. Əmrlər kitabı təlimata uyğun tikilməmiş və möhürlənmə düzgün aparılmamışdır. Əmrlərin nömrələrində qələmlə düzəlişlər edilmiş, bir neçə əmr eyni nömrə ilə verilmişdir. Bəzi əmrlərdə möhürlər yoxdur. Təhsilə dair bəzi əmrlər əsaslandırılmadan verilmişdir. Əmək haqlarına edilən əlavələrə dair əmrlər əsaslandırılmamışdır. Əmək müqaviləsinin ləğvi ilə əlaqədar verilən 23 yanvar 2017-ci il tarixli, 14 saylı əmrdə Əmə k Məcəlləsinin normaları pozulmuşdur. Belə ki, işçinin yazdığı ərizədə səbəb və tarix göstərilmədiyi halda, o Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə deyil, 69.3- maddəsi ilə işdən azad edilmişdir. Heç bir əsas göstərilmədən 24 noyabr 2017-ci il tarixli, 339 nömrəli əmrlə işçi M.Rəştiyev öz ştat vahidi ilə “Arxeoloji texnologiya” bölməsinə keçirilmişdir. "xxxx" MMC-yə aid ekspedisiya ilə bağlı 08 noyabr 2017-ci il tarixli, 294 saylı əmr əsaslandırılmadan verilmişdir. Məzuniyyət ərizələri yazılarkən tarixlər qeyd edilməmişdir. İşçiyə aid T2 formalı uçot vərəqəsi işlənilmir. İnstitut direktorunun 15 dekabr 2016-cı il tarixli, 331 nömrəli əmri ilə Tədris və elmi əlaqələr şöbəsi yaradılsa da, əmr əsaslandırılmamışdır. Tabellərdə çoxlu düzəlişlər mövcuddur. Tabellərə əsasən uzun müddət (noyabr 20 19-cu il tarixdən) işə gəlməmək hallarına rast gəlinir. Uzun müddət işə gəlməyən işçi sonradan etibarnamə əsasında 15 sentyabr 2020-ci ildə işdən azad edilmişdir. 15 nəfər institut əməkdaşının əmək kitabçası yoxdur. Şəxsi işlər tərtib edilərkən ciddi pozuntulara yol verilmişdir. Əmək müqavilələri tam doldurulmur. Dəyişiklik edilərkən yeni əmək müqaviləsi tərtib olunsa da, ilkin müqavilələr şəxsi işdə saxlanılmır. İşçilərin ştat cədvəlində olan Mövsüm Rəşdiyev portalda görünmür, əmək kitabçası da yoxdur, hər ay əmək haqqı alınır. Yol vərəqələri düzgün doldurulmur, aidiyyəti şəxslərin imzaları yoxdur. Avtomobilin yürüşü qeyd edilmir, təhvil verən, təhvil alan şəxslərin imzası yoxdur. Yol vərəqələrinin müddəti bitdikdən sonra mühasibatlığa təhvil verilmir. Yol vərəqələrinə dispetçer yerinə ba ş mühasib qol çəkib. Digər tərəfdən mülki işdə olan X-nın Rəyasət Heyəti tərəfindən X direktoru vəzifəsini icra edən N.Müseyibliyə ünvanlanan 14 oktyabr 2021-ci il tarixli, 04-34 saylı məktubda qeyd edilir ki, “X-nın Rəyasət Heyətinin 16 yanvar 2019-cu il tarixli, 1/4 nömrəli qərarı ilə X-nın elmi müəssisə və təşkilatlarında kadrların hərəkəti barədə məlumatları hər ayda bir dəfə növbəti ayın 5-dən gec olmayaraq həmin qərara əlavə olunmuş forma üzrə XRəyasət Heyəti aparatı kadrlar şöbəsinə təqdim edilməsi tapşırılmışdır. Lakin X-nın X kardlar şöbəsi məlumatı təkrar müracətlərdən sonra gecikdirmiş və natamam olaraq təqdim etmişdir. 2021-ci ilin iyul, avqust, sentyabr ayına olan məlumat isə hələ də təqdim edilməmişdir. Bundan başqa, X-nın X17 kadrlar şöbəsinin şifahi və yazılı sorğusu ilə X elmi müəssisə və təşkilatlarının kadrlar şöbəsindən təqdim edilməsi zəruri olan məlumatlar dəfələrlə müraciət etdikdən sonra gecikdirilmiş olaraq təqdim edilib. X-nın elmi müəssisə və təşkilatlarında işləyən 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçıları, əlilləri, şəhidləri və şəhid ailəsinin üzvləri barədə məlumatın 5 oktyabr 2021-ci il tarixə qədər təqdim edilməsi barədə sorğu cavabsız qalmışdır...” İddiaçının qeyd edilən əmrdə əmək müqaviləsinin ləğv edildiyi tarixi göstərilməməsi, eləcə də iddiaçının tutduğu vəzifənin göstərilməməsi ilə bağlı iddia ərizəsində göstərdiyi hallara münasibətdə kollegiya qeyd etmişdir ki, əmr texniki cəhətdən düzgün tərtib edilmişdir. Belə ki, əmrdə qeyd edilən 26 oktyabr 2021-ci il əmrin tarixi olmaqla İddiaçı həmin tarixdən etibarən tutduğu vəzifədən az ad edildiyini ifadə edir. Digər tərəfdən əmrdə İnstitutun kadrlar şöbəsinin müdiri olan iddiaçının ifadəsi göstərilmişdir. Kollegiya işin müəyyən edilmiş hallarına əsasən həmçinin bildirmişdir ki, hazırki əmək mübahisəsinin əsasını əmrin ləğvi təşkil edir, hazırki iddia həmin hissədə təmin edilmədiyi üçün, iddianın işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı tələbləri də rədd edilməlidir. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında bağlanmış cinayət işi üzrə hazırda ibtidai istintaq aparıldığından təqsirsizlik prezumpsiyası nəzərə alınaraq iddiaçının vəzifəsindən istifadə edərək cinayət xarakterli əməl törət məkdə təqsirli bilinməsi barədə cavabdehin dəlili nəzərə alına bilməz. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələbinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. İddiaçıdan izahat verməsi tələb edilməyib, iddiaçı izahat verməklə ərizələrdə ona yönəlmiş qeydlərə öz dəlilləri ilə izah verə və özünü müdafiə edə bilərdi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İddiaçının işdən azad edilməsi barədə 267 nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırmamış, hansı pozuntunun edilməsi belə aydın deyil. İddiaçının işdən azad edilməsi haqqında 267 nömrəli əmrdə, əsas olmuş sənədlərdə, o cümlədən digər sənədlərdə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyanın dəyməsi haqqında heç bir qeyd aparılmamış və sübut təqdim edilməmişdir. İddiaçının işdən azad edilməsi haqqında X 267 nömrəl i, 26 oktyabr 2021-ci il tarixli əmrində qeyd edilmiş, əmrin verilməsi üçün göstərilmiş əsaslarda göründüyü kimi işəgötürən tərəfindən həmkarlar təşkilatına təqdimat verilməmiş, həmkarlar təşkilatının razılaşdırılmış qərarı qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında X10 sədri kimi çıxış etmiş Şahid9 ifadəsində X10 sədri olmadığını, müvəqqəti əvəz etdiyini bildirmişdir. Əlavə olaraq onu səs vermə yolu ilə direktorun seçdiyini bildirmişdir. X18 21 oktyabr 2021-ci il tarixli iclas 7 nəfər olmaq komitə üzvlərinin tam tərkibdə iştirakını göstərmişdir. Halbuki, iclasda iddiaçı barəsində şikayətlər müzakirə edildiyi üçün iclasda komitə üzvü kimi çıxış etməmişdir, digər komitə üzvü Xh həmin gün X, Xisə x rayonunda ezamiyyətdə olmuşlar. Birinci instansiya Məhkəməsinə təqdim edi lmiş səs yazısında sübuta yetirilmişdir. Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının Nizamnaməsinə əsasən Komitənin iclası komitə üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. İclasda 4 nəfər komitə üzvü iştirak etdiyinə görə səlahiyyətli sayılmır. İclas protokolu isə cəmi 2 nəfər tərəfindən imzalanmışdır. Apellyasiya instansiya məhkəməsi qətnamənin 29-cu paraqrafında X-nın 10 iyun 2021-ci il tarixli, 132 nömrəli sərəncamına istinad etməklə qətnaməni əsaslandırmağa çalışmışdır. Halbuki, iddiaçının işdən azad edilməsi haqqında 267 nömrəli əmrin verilməsinə əsas olan sənədlər sırasında yoxdur. Buna görə də həmin sənədə istinad edilə bilməz. Apelyasiya məhkəməsinin qətnaməsinin 30-cu paraqrafında X-nın Rəyasət Heyətinin 16 yanvar 2019-cu il tarixli, 1/4 nömrəl i qərarı ilə X-nın elmi və təşkilatlarında kadrların hərəkəti barədə məlumatları hər ay bir dəfə növbəti ayın 5-dən gec olmayaraq həmin qərara əlavə olunmuş forma üzrə XRəyasət Heyəti aparatı kadrlar şöbəsinə təqdim edilməsi tapşırılmışdır. Direktorun əmrinə əsasən bu iş institutun baş iqtisadçısı Ələviyə İsmayılzadəyə tapşırılmışdır. Bununla bağlı sübut birinci instansiya məhkəməsində elektron kabinetə əlavə edilmişdir. Şahid ifadələri də həqiqətə uyğun deyil. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən halları və şahid ifadələrinin qətnaməyə köçürməklə kifayətlənmiş və mövqeyini əsaslandırmamışdır. Həmçinin apellyasiya instansiya məhkəməsi protokoldan çıxarışı qərar kimi qiymətləndirmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olm amışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq işyerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər ha nsı formada ziyan dəyimiş olsun. Maddə 71.3. İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə

80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işə götürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqd an sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tut ulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməs inin aktı bütovlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu d əlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı, işəgötürənin 04 noyabr 2009-cu il tarixli əmrinə əsasən cavabdehdə “böyük laborant vəzifəsinə” qəbul edilmiş və işəgötürənin 03 iyul 2012-ci il tarixli əmri ilə müvəqqəti “Kadrlar şöbəsinin müdiri” vəzifəsinə keçirilmiş, 14 sentyabr 2015-ci il tarixli əmrlə isə “Kadrlar şöbəsinin müdiri” vəzifəsinə təsdiq edilmişdir. XX2 01 oktyabr 2021-ci il tarixli, 17/25 nömrəli Qərarına əsasən cavabdehin kadr sahəsində ciddi nöqsan və çatışmazlıqlara yol verdiyinə görə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin İnstitutun rəhbərliyinə tapşırılması qərara alınmışdır. Cavabdehin X10 21 oktyabr 2021-ci il tarixli protokolundan çıxarışa əsasən institut əməkdaşlarını n şikayətləri əsasında institutun X10 21 oktyabr 2021-ci il tarixdə iclası keçirilmiş və iclas protokolundan çıxarışa əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Bundan sonra, işəgötürənin 26 oktyabr 2021-ci il tarixli, 267 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Əvvəla, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək...işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsasl arla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsinin əsaslarından biri kimi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması da nəzərdə tutulub. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləs ini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına nəzərə alıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, cavabdehin X10 21 oktyabr 2021-ci il tarixli protokol-qərarı əsas götürülüb. Həmin protokol-qərardan isə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndində nəzərdə tutulan intizam xətasına yol verməsi mülki iş materialları ilə istisna edilmir. Bu hal isə onu deməyə əsas verir ki, işəgötürənin mübahisələndirilən əmri məhz həmkarlar ittifaqı təşkilatının razılığı əsası nda verilib. Ona görə də iddiaçının kassasiya şikayətində həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığın alınmamasına dair dəlili əsassızdır. İddiaçının, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan intizam xətasına yol verməsinə gəlincə isə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “Horizon 2020 Proqramı tərəfindən maliyyələşən KEAC-BSR layihəsi üzrə X X, X, Xvə X16 və Gürcüstana ezam edildiyi bildirilir. İddiaçının izahatına görə adları qeyd edilən əməkdaşlar 30 avqust 2021-ci il tarixdə işdə olmaları olduqları halda, 06 sentyabr 2021-ci il tarixədək hələ də Türkiyədən qayıtmamışlar. Onların ezam edilməsi və sonradan ezamiyyət müddətlərinin artırılması barədə sənədlər tələb edilsə də, Komissiyaya sənədlər təqdim edilməmişdir. Həmçinin, iddiaçının 1 1 iyul 2019-cu il tarixdə işəgötürənə verdiyi yazılı məlumatda Tədris və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Xv, həmin şöbəsinin elmi işçisi X və X texnologiya bölməsinin müdiri X11 rəhbərliyinə nə şifahi, nə də yazılı xəbər vermədən ölkə xaricinə getmələri müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, işçilərə əmək haqqının ödənilməsi ilə bağlı bank sənədləri ilə tanış olarkən yuxarıda qeyd edilən əməkdaşlara əmək haqqının ödənilməsinə rast gəlinmişdir. Əmrlər kitabı təlimata uyğun tikilməmiş və möhürlənmə düzgün aparılmamışdır. Əmrlərin nömrələrində qələmlə düzəlişlər edilmiş, bir neçə əmr eyni nömrə ilə verilmişdir. Bəzi əmrlərdə möhürlər yoxdur. Təhsilə dair bəzi əmrlər əsaslandırılmadan verilmişdir. Əmək haqlarına edilən əlavələrə dair əmrlər əsaslandırılmamışdır. Əmək müqaviləsinin ləğvi ilə əlaqədar verilən 23 yanvar 2017-ci il tarixli, 14 saylı əmrdə Əmək Məcəlləsinin normaları pozulmuşdur. Belə ki, işçinin yazdığı ərizədə səbəb və tarix göstərilmədiyi halda, o Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə deyil, 69.3- maddəsi ilə işdən azad edilmişdir. Heç bir əsas göstərilmədən 24 noyabr 2017-ci il tarixli, 339 nömrəli əmrlə işçi M.Rəştiyev öz ştat vahidi ilə “Arxeoloji texnologiya” bölməsinə keçirilmişdir. "xxxx" MMC-yə aid ekspedisiya ilə bağlı 08 noyabr 2017-ci il tarixli, 294 saylı əmr əsaslandırılmadan verilmişdir. Məzuniyyət ərizələri yazılarkən tarixlər qeyd edilməmişdir. İşçiyə aid T2 formalı uçot vərəqəsi işlənilmir. İnstitut direktorunun 15 dekabr 2016-cı il tarixli, 331 nömrəli əmri ilə Təd ris və elmi əlaqələr şöbəsi yaradılsa da, əmr əsaslandırılmamışdır. Tabellərdə çoxlu düzəlişlər mövcuddur. Tabellərə əsasən uzun müddət (noyabr 2019-cu il tarixdən) işə gəlməmək hallarına rast gəlinir. Uzun müddət işə gəlməyən işçi sonradan etibarnamə əsasında 15 sentyabr 2020-ci ildə işdən azad edilmişdir. 15 nəfər institut əməkdaşının əmək kitabçası yoxdur. Şəxsi işlər tərtib edilərkən ciddi pozuntulara yol verilmişdir. Əmək müqavilələri tam doldurulmur. Dəyişiklik edilərkən yeni əmək müqaviləsi tərtib olunsa da, ilkin müqavilələr şəxsi işdə saxlanılmır. İşçilərin ştat cədvəlində olan Mövsüm Rəşdiyev portalda görünmür, əmək kitabçası da yoxdur, hər ay əmək haqqı alınır. Yol vərəqələri düzgün doldurulmur, aidiyyəti şəxslərin imzaları yoxdur. Avtomobilin yürüşü qeyd edilmir, təhvil verən, təhvil alan şəxslərin imzası yoxdur. Yol vərəqələrinin müddəti bitdikdən sonra mühasibatlığa təhvil verilmir. Yol vərəqələrinə dispetçer yerinə baş mühasib qol çəkib. Digər tərəfdən mülki işdə olan X-nın Rəyasət Heyəti tərəfindən X direktoru vəzifəsini icra edən N.Müseyibliyə ünvanlanan 14 oktyabr 2021-ci il tarixli, 04-34 saylı məktubda qeyd edilir ki, “X-nın Rəyasət Heyətinin 16 yanvar 2019-cu il tarixli, 1/4 nömrəli qərarı ilə X-nın elmi müəssisə və təşkilatlarında kadrların hərəkəti barədə məlumatları hər ayda bir dəfə növbəti ayın 5-dən gec olmayaraq həmin qərara əlavə olunmuş forma üzrə XRəyasət Heyəti aparatı kadrlar şöbəsinə təqdim edilməsi tapşırılmışdır. Lakin X-nın Xn kardlar şöbəsi məlumatı təkrar müracətlərdən sonra gecikdirmiş və natamam olaraq təqdim etmişdir. 2021-ci ilin iyul, avqust, sentyabr ayına olan məlumat isə hələ də təqdim edilməmişdir. Bundan başqa, x-nın X17 kadrlar şöbəsinin şifahi və yazılı sorğusu ilə X elmi müəssisə və təşkilatlarının kadrlar şöbəsindən təqdim edilməsi zəruri olan məlumatlar dəfələrlə müraciət etdikdən sonra gecikdirilmiş olaraq təqdim edilib. X-nın elmi müəssisə və təşkilatlarında işləyən 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçıları, əlilləri, şəhidləri və şəhid ailəsinin üzvləri barədə məlumatın 5 oktyabr 2021-ci il tarixə qədər təqdim edilməsi barədə sorğu cavabsız qalmışdır...” İddiaçının qeyd edilən əmrdə əmək müqaviləsinin ləğv edildiyi tarixi göstərilməməsi, eləcə də iddiaçının tutduğu vəzifənin göstərilməməsi ilə bağlı iddia ərizəsində göstərdiyi hallara münasibətdə kollegiya qeyd etmişdir ki, əmr texniki cəhətdən d üzgün tərtib edilmişdir. Belə ki, əmrdə qeyd edilən 26 oktyabr 2021-ci il əmrin tarixi olmaqla İddiaçı həmin tarixdən etibarən tutduğu vəzifədən azad edildiyini ifadə edir. Digər tərəfdən əmrdə İnstitutun kadrlar şöbəsinin müdiri olan iddiaçının ifadəsi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən həmçinin müəyyən etmişdir ki, hazırki əmək mübahisəsinin əsasını əmrin ləğvi təşkil edir, hazırki iddia həmin hissədə təmin edilmədiyi üçün, iddianın işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı tələbləri də rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X vəzifəli şəxslərinin qanunsuz əməlləri bar ədə toplanmış materiallar əsasında bağlanmış cinayət işi üzrə hazırda ibtidai istintaq aparıldığından təqsirsizlik prezumpsiyası nəzərə alınaraq iddiaçının vəzifəsindən istifadə edərək cinayət xarakterli əməl törətməkdə təqsirli bilinməsi barədə cavabdehin dəlili nəzərə alına bilməz. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin iddiaçıdan yazılı izahatın verilməsini tələb etməməsi, ona intizam tənbehi verilməsini istisna etmədiyindən, iddia tələblərini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq etmişdir. Bu baxımdan kassasiya inst ansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya eritaz ərizəsinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Zülfi qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 2(103)-4648/2022 saylı qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar