Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3572/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3572/2023 (Açar sözlər: borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2660/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhk əmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sadə yazılı formada tərtib edilmiş qəbzlərin məzmunundan müəyyən olunur ki, Cavabdeh aşağıdakı məzmunda qəbzləri öz xətti ilə yazaraq İddiaçı vermişdir: 2. “X12 ümumi 4.500 manat pul götürmüşəm, Mahirə müəllimədən, ona borcluyam. İmza 18 yanvar 2019. 2.000 manat qızıldan borcluyam. İmza ***-***-**-**”. (Cild 1. i.v 124); 3. “Mən Ramilə 8.000 manat Mahirədən borca aldım, qaytarmağa söz verirəm. xx.xx.2019. İmza. Cəmi 5.800 borcum var”. (Cild 1. i.v 123); 4. “Mənim Mahirəyə 6.450 manat borcum var qızıldan. İmza Ramilə xx.xx.2019 ******-**-** tel Ramilə”. (Cild 1. i.v 125); 5. “Mən Ramilə 5.000 manat borcum var qızıldan ümumi 2.480 borcum var. İmza. Avqustun 10.Xİ 3.400 m. Lotareya verəcə m. İmza”. (Cild 1. i.v 126); 6. “Oayen – 21. 2.500 AZN + 4.600 (qaralanıb) aldım Ramilə. İmza”. (Cild 1. i.v 127); 7. “Mən Ramilə, müəlliməyə Mahirəyə 2.500 qızıl pulu borcum var. İmza”. (Cild 1. i.v 128)
8. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı X2 25 yanvar 2020-ci il tarixli və təhqiqatçı X7 23 mart 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
9. Həmin materialda olan İddiaçı xx.xx.2019-cu il ratixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Ramilə Kiçiyevanın dələduzluq əməli barəsində hüquqi qiymət verməklə onun və 22.000 manat dəyərində olan qızıllarının, qızıllar olmadıqda isə onların pulla dəyəri əvəzi olunaraq ona qaytarılması barədə tədbir görülməsini xahiş etdiyi müəyyən olunur.
10. Həmin material üzrə Cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində verdiyi izahatında göstərmişdir ki, “təxminən 2 ildir ki, Mahirəni tanıyır və Mahirə faizə pul verməklə məşğul olur. Onun ailə vəziyyəti ilə əlaqədar 2018-ci ilin sentyabr aylarında Mahirədən təxminən 4.000 manata yaxın pul götürmüş və o, hər ay Mahirəyə götürdüyü məbləğin faizini ödəyirmişdir. 2019-cu ilin avqust aylarında o, Mahirəyə nağd şəkildə 3.000 manat pul verdmiş və onun Mahirəyə 1.000 manat borcu qalmışdır. 2019-cu ilin sentyabr ayında maddi cəhətdən sıxıntıları olduğu üçün Mahirədən xahiş etmişdir ki, ona noyabr ayına kimi vaxt versin 1.000 manatı və qa lan faizini də noyabr ayına kimi verəcək. Lakin o, noyabr ayında Mahirəyə verdiyi sözü tuta bilməmiş və ona qalan borcunu və faizi ödəyə bilməmişdir. Bundan sonra İddiaçı onu hədələmişdir ki, “2 nəfərə problem yaratmışam sənə də problem yaşadacam”. Mahirə bu şər və böhtanı atır ki, ondan qorxacağını sanıb ona şişirdilmiş pulu verəcək. Mahirənin yazdıqları şər və böhtandır. O, lotereya oyunu təşkil etməmiş və heç kimdən pul yığmamışdır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 17.800 manat nağd pulun və 13.430 manat dəyərində qızıl-zinət əşyalarını n, ümumilikdə 31.230 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2019-cu ildə tanış olmuş, cavabdeh özünü işgüzar xanım kimi təqdim etmiş və bildirmişdir ki, Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən “555” adlı kafenin sahibidir. Cavabdehlə aralarında yaxın münasibət yaranmış, ona etibar etmişdir. 2019-cu ilin may ayında cavabdeh lotereya oyunun təşkil edilməsini və hər 10 gündən bir 500 manat məbləğində pulu ona veriləcəyini bildirmişdir. Həmin pul yığılaraq cəmi 32.000 manat məbləğində ona qaytarılmalı idi. Aralarında olan razılaşmaya görə hər dəfə 500 manat pul əvəzinə 500 manat dəyərində qızıl-zinət əşyalarını c avabdehə vermişdir. Beləliklə, cavabdehə ümumilikdə 32.000 manat dəyərində qızıl-zinət əşyalarını vermişdir. Qızıl-zinət əşyalarını və ya onların dəyərinin qaytarılmasını cavabdehdən dəfələrlə tələb etmişdir. Cavabdeh onun qızıl-zinət əşyalarını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin bir müddət keçdikdən sonra məlum olmuşdur ki, cavabdeh öz öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Dəfələrlə ona bildirmişdir ki, pulu heç olmasa hissə-hissə qaytarsın. Lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə qızıl-zinət əşyalarını və ya onların bazar dəyərini qaytarmaqdan imtina etmişdir.
13. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsinin predmetində uyğunsuzluq olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində əvvəlcə ondan 32.00 0 manat dəyərində qızıl-zinət əşyalarını və ya onun pulunu, sonradan isə 17.800 manat məbləğində nağd pul və 13.430 manat dəyərində qızıl-zinət əşyalarını, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə yazdığı ərizələrdə isə ondan 22.000 manat pul tələb etmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar: “lotereya oyunu təşkil etməsi, həmin oyunun hansı şəxslərdən ibarət olması, hər on gündən bir cavabdehə 500 manat dəyərində qızıl-zinət əşyaları verməsi və həmin qızıl-zinət əşyalarının adlarının nədən ibarət olması, onda 32.000 manat dəyərində qızıl-zinət əşyalarının toplanması barədə” məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 3-cü sətirdəki “200” yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlə icra edilmişdir. Mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 8-ci sətirdəki 10 avqustan 30 noyabr yazısındakı “an 30 noyabr” yazıları sonradan əlavə edilmişdir. Mülki işin 127-ci vərəqəsindəki “4.600” yazısının yerində əvvəlcə “1.600” rəqəmləri olmuş, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlər icra edilmişdir. Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmişdir ki, “İzahatı alınan vətəndaş Cavabdeh bildirmişdir ki, təxminən 2 ildir ki, Mahirəni tanıyır. Ramiləxanım ailə vəziyyəti ilə əlaqədar 2018-ci ilin sentyabr aylarında Mahirədən təxminən 4.000 manata ya xın pul götürmüş və o, hər ay Mahirəyə götürdüyü məbləğin faizini ödəyirmiş. 2019-cu ilin avqust aylarında o, Mahirəyə nağd şəkildə 3.000 manat pul verdiyini və 1.000 manat borcunun qaldığını bildirmişdir. Ramiləxanım 2019-cu ilin sentyabr ayında maddi cəhətdən sıxıntılarının olması səbəbindən Mahirədən noyabr ayına kimi vaxt verməsini xahiş etmiş və qalan 1.000 manatı və faizini də noyabr ayında verəcəyini bildirmişdir. Lakin Ramiləxanım noyabr ayında Mahirəyə verdiyi sözü tuta bilməmiş və ona qalan borcunu və faizi ödəyə bilməmişdir. Bundan sonra İddiaçı Ramiləxanımı hədələyərək 2 nəfərə problem yaratdığını bildirərək ona da problem yaşadaçağını bildirmişdir. Ramiləxanım Mahirənın onun üzərinə şər və bohtan atdığını bildirərək, Mahirənin ondan şişirdilmiş məbləği qorxudaraq almaq istəməs ini bildirmişdir. Ramiləxanım Mahirənın yazdıqlarını şər və böhtan olduğunu bildirərək onun heç bir lotereya oyunu təşkil etmədiyini və Mahirəyə 22.000 manat borcu olmadığını bildirmişdir”. 2 ilə yaxın ayda 400 manat, cəmi 9.600 manat məbləğində Mahirəyə faiz ödəmişdir. Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmişdir ki: “İzahatı alınan Cavabdeh izahatında heç bir lotereya oynamadığını və sadəcə Mahirəyə 1.000 manat məbləğində borcu olduğunu qeyd etmiş, həmin borcu ödəyəcəyini bildirmişdir.” Hal-hazırda İddiaçı borc tələbinə dair Beyləqan Rayon Məhkəməsində X4, Kürdəmir Rayon Məhkəməsində X3 və Bakı şəhəri Nizami Rayon Məhkəməsində X1 qarşı borc tələbinə dair iddia ərizəsi qaldırmışdır. İddiaçı ona qarşı borc tələbinə dair iddia ərizəsindən məhkəmənin qiyabi qətnaməsindən sonra Nəsimi rayon İcra Şöbəsində xəbər tutmuş, sonradan həmin qiyabi qətnaməni məhkəmədən götürmüş və onun ləğvi barədə məhkəməyə ərizə vermişdir. İddiaçının iddia ərizəsinin surəti ona göndərilməmiş və verilməmişdir. Şəhid ailəsidir, atası X5 1993-cü ilin yanvarın 1-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda himayəsində 2 azyaşlı uşağı vardır və Bakı Dövlət Universitetinin tarix fakultəsinin 4-cü kurs tələbəsidir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1300 -5/1077 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 3-cü sətirdəki “200” yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlər icra edilmişdir. Mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 8-ci sətirdəki “10 avqustan 30 noyabr" yazısındakı “an 30 noyabr” yazıları sonradan əlavə edilmişdir. Mülki işin 127-ci vərəqindəki “4.600” yazısının yerində əvvəlcə “1.600” rəqəmləri olub, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlər icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki (i.v.124 vərəqəsindən olan 18 yanvar 2019-cu il tarixli qəbzdə “tel 05553913-64" yazılardan və 126-cı vərəqəsinin arxa hissəsindəki yazılardan başqa) yazılar və imzalar - ca vabdeh tərəfindən icra olunmuşdur.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-23/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi təmin edilərək, 17.800 manat nağd pulun və qaytarılmamış 13.430 manat məbləğində qızıl-zinət əşyalarının dəyəri olmaqla, ümumilikdə 31.230 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixdə 4.500 manat (i.v 124), xx.xx.2019-cu il tarixdə 5.800 manat (i.v 123), xx.xx.2019cu il tarixdə 5.000 manat (i.v 126), 2.500 manat (i.v 127) olmaqla ümumilikdə 17.800 manat məbləğində nağd pul, həmçinin xx.xx.2019-cu il tarixdə 2.000 manat (i.v 124), xx.xx.2019-cu il tarixdə 6.4 50 manat (i.v 125), xx.xx.2019-cu il tarixdə 2.480 manat (i.v 126), 2.500 manat (i.v 128) olmaqla ümumilikdə 13.430 manat dəyərində qızıl-zinət əşyaları olmaqla, 31.230 manat məbləğində borc vermiş, cavabdeh həmin borcu qaytaracağını bildirsə də, qaytarmamışdır.
17. Tərəflər arasında qəbz tərtib edilsə də, həmin qəbzin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtlərinə) uyğun gəlmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, borc (kredit) müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaç ı, cavabdehin ona borclu olmasını aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borcun mövcud olmasına dair yazılı sənədlərə (əlyazma) istinad etmişdir. Hansı ki, borcun mövcud olması ilə bağlı yazılı sənədlərdəki yazıların və imzanın cavabdeh tərəfindən icra olunması Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1300-5/1077 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş qəbzlərdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə (qəbzlər üzrə) öhdəliyi yerinə y etirməmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasları zamanı cavabdeh izahatlarında iddiaçıya qeyd olunan məbləğdə borcun olmadığını, ona mütəmadi olaraq ödənişlər etdiyini (ayda 100-150 manat olmaqla) şifahi formada bildirsə də, bu halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir.
21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 390, 442, 448, 739, 740-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş e tmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində əvvəlcə mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək başlığı ilə, daha sonra isə pul tələbi və qızıl-zinət əşyalarının əvəzi olan pulu tələb etmişdir. İddiaçı Mülki Məcəllənin 385-ci maddəsinin tələblərini irəli sürmüş, daha sonra da borc müqaviləsinin mövcudluğundan və onun icra edilməməsindən qaynaqlanan məsələni mübahisələndirmişdir. Həmçinin verilmiş iki fərqli iddia ərizəsində çəkilmiş imzalar iddiaçıya məxsus olmamışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən verilən iddia ərizəsinə baxan məhkəmə isə bir çox qaranlıq məqamlara aydınlıq gətirməmişdir. İddiaçının tələbləri, eyni zamanda məhkəmə tərəfindən qəbul edilən bu ödənilməmiş borcun və qızılzinət əş yalarının hansı əsaslarla müəyyən edildiyi, həmin əşyaların hansılar olduğu iddiaçı tərəfindən təqdim edilməmiş və normal olaraq da onlara aydın olmamışdır. Həmçinin, onun məhkəmə prosesi boyunca səsləndirdiyi ifadələri, etirazları, iddiaçı ilə aralarında olan pul məsələsinin borc müqaviləsi əsasında yox sələmçilik münasibəti ilə yarandığını, aralarında bu münasibətin illərdi olduğunu bildirməsi, dəfələrlə iddiaçıdan borc pul götürüb geri qaytarması halları, iddiaçıya bugünki tarixə həqiqətən də 800 manat, faizi ilə birlikdə ümumilikdə 1.000 manat borcu olduğunu etiraf etməsi və buna dair iddiaçının təqdim etdiyi köhnə tarixlərə dayanan sözdə “maliyyə sənədləri”, bunun hüquqi əsasları və reallığı əks etdirməsi araşdırılmadan sənədlərin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsi s adəcə təəccüb doğuran hal olmuşdur. Onun məhkəmə baxış iclasında iştirakı təmin edilmiş olsa idi gətirəcəyi şahidlər də bu faktları sübut edəcək mötəbər ifadələr vermiş olardırlar. Məhkəmə yekun məhkəmə aktı çıxararkən səbəbli əlaqə itmiş, nəticə hissəsi qətnamənin işin hallarına dair hissəsinə uyğun gəlməməklə tətbiq edilən qanun normaları da işə uyğun olmamışdır. Cavabdeh 2 dəfə məhkəmədə iştirak edə bilmədiyini qeyd edərək bu barədə məhkəməyə rəsmi qaydada teleqram vasitəsilə məlumat versə də məhkəmə bunu nəzərə almadan baxış iclaslarını cavabdehin iştirakı olmadan keçirmiş və yekun məhkəmə aktını çəkişmə prinsipinin tələblərini pozmaqla çıxarmışdır. Cavabdehin dəfələrlə iddiaçının biri-digərinə uyğun olmayan ifadələrini məhkəmə iclasları zamanı protokolda qeyd edilməsini tələb etməsi, bunun məhkəmə tərəfindən nəzərə alınaraq təmin edilməməsi bu halda isə iclasların audio-video görüntülərinə baxmaq üçün vəsatət verməsi halları olmuş, hətta cavabdeh öz etirazını da bildirmiş lakin, məhkəmə yenə də qərəzli yanaşma sərgiləyərək bunları gizlətməklə qalmamış hətta çıxardığı qətnamədə belə bu məsələlərə aydınlıq gətirməmişdir. İddiaçı tələbində qeyd etmişdir ki, 10 gündən bir lotereya oyunu üçün cavabdehə pul vermişdir, lakin məhkəmənin sübut kimi qeyd etdiyi vərəqlərdə bu müddət öz təsdiqini tapmamışdır. Həmçinin, sadəcə rəqəmlə yazılmış guya iddiaçıdan götürdüyü qızılların nəyə görə ancaq dəyəri göstərilmiş, markası, modeli, çəkisi, neçə əyar olması və s. kimi digər ayırdedici xüsusiyyətləri qeyd edilməmişdir. Bütün bu hallar onu sübuta yetirmişdir ki, iddiaçı öz mülahizələr inə əsasən iddia qaldırmış məhkəmə isə qərəzli və tərəfli münasibət sərgiləməklə iddia ərizəsini təmin etmək üçün hər cür maddi və prosessual normaları pozmaqdan çəkinməmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilən digər hallar məhkəmə tərəfindən qəti surətlə araşdırılmamışdır. Məhkəmə qətnamə çıxararkən 31.230 manat məbləğini sübut sayılmayacaq dəftəri tədqiq edərək doğru hesab etmiş və sübut tədqiq edilərkən ekspertiza rəyi ilə təsdiq edilmiş təhriflər və saxtalaştırmalar qətnamədə məhkəmə tərəfindən qərəzli şəkildə mübahisələndirilməyərək buna qiymət verilməmişdir. Həmçinin, cavabdehin əvvəlki borcları üçün ödədiyi məbləğləri dəqiqləşdirməməklə, iddiaçı tərəfin t əqdim etdiyi rəqəmlərin hansı qaynaqlı olması barədə kəskin dəlillərin olmamasını və bütün bunlara rəğmən iddiaçının tələbinin təmin edilməsinə dair qətnamə çıxarmışdır. Hətta iddiaçının cavabdeh barəsində şər, böhtan xarakterli yazılı ərizəsinə də məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Belə ki, iddiaçı cavabdehin himayəsində olan iki körpə uşağının atası ilə olan münasibətinə yaşadığı kişi kimi qeyd verməklə onu təhqir etmiş ona, şər, böhtan atmışdır. Məhkəmə isə digər hallar kimi bu hala da münasibət bildirməmiş, qiymət verməmişdir. Eyni zamanda iddiaçı onun xeyrinə heç bir hərəkət etməmiş, heç bir əşya verməmiş və ona qətnamədə qeyd edilən məbləğdə pul vəsaiti verməmişdir. Bununla belə borcunu ödəməyə hazır olmuş, lakin borcu 32.000 manat olmamışdır. İddiaçı ilə aralarında heç bir qarışıq müqavilə yoxdur və olmamışdır. Onunla arasında olan şifahi borc müqaviləsi olmuşdur ki, iddiaçıya olan 4.000 manat borcunun 3.000 manatını və bu günədək 9.600 manat həcmində faizi artıq ödəmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi ondan 13.430 manat məbləğində qızıl-zinət əşyaları və 17.800 manat nağd pul almamışdır. Həmçinin bu pulların alınması faktını guya sübut edən sadə yazılı qəbzlər illərdir iddiaçı ilə aralarında olan sələm münasibətinə dayanmışdır ki, imkansızlıq səbəbi ilə ondan dəfələrlə sələmə pul götürüb geri qaytarmışdır. O, isə öz növbəsində pul götürülən zaman aparılmış qeydləri silməyərək guya ki, ondan ard-arda bu qədər pulu götürmüşdür kimi bütün bunları məhkəməyə təqdim etmişdir. Məhkəmə isə öz qənaəti ilə bunları araşdırmadan nəticə çıxarmışdır. Birinci instansiya məhkəməsi əlavə heç bir sübut tələb etməmiş və ona da sübut təqdim etməyi üçün şərait yaratmamışdır. Məhkəmə onun işdə iştirakını təmin etməmiş, etirazında və vəsatətində bildirdiyi halları nəzərə almamış, 23-cü polis bölməsinə sorğu verərək iddiaçının onun barəsində olan şikayətinə dair iş materialları istənilməmiş və buna münasibət bildirilməmişdir. Həmçinin məhkəmə iclaslarında hər dəfə bildirdiyi fərqli ifadələri ortaya çıxarmaq üçün audio-video görüntüləri tələb etsə də təmin etməmişdir. Bununla da qalmamış vəsatətinə münasibət belə bildirməmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2660/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) cavabdeh t ərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh bildirmişdir ki, iddiaçıdan cəmi 4.000 manat borc pul götürmüş, həmin pulu da faizi ilə birlikdə iddiaçıya qaytarmışdır, iddiaçıya iddia tələbində göstərilən məbləğdə borcu olmamışdır. Lakin cavabdeh istinad etdiyi hallara münasibətdə mötəbər sübutlar təqdim etməmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclaslarında araşdırma zamanı borc məbləğinin düzgün hesablanmadığını, borcunun məbləğinin 4.000 manat təşkil etdiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmiş və iş üzrə tədqiq edilmiş sü butların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh qeyd olunan məbləğdən geri qaytarmalar və ya ödənişlərin aparılması barədə hallara dair də sübutetmə vəzifəsi daşımışdır. Lakin iş materiallarına bununla bağlı sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bunun əksi olaraq isə birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 4/1300-5/1077 saylı ekspert rəyi ilə borcun mövcud olması ilə bağlı yazılı sənədlərdəki yazıların və imzanın cavabdeh tərəfindən icra olunması təsdiq olunmuşdur.
27. Cavabdeh qeyd olunan ekspert rəyinə istinad edərək, iddiaçı tərəfindən təqdim edilən yazılı sənədlərdə düzəlişlər olmasını bildirmişdir. Bun unla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı təqdim edilmiş ekspert rəyində mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki yazılar və imzaların məhz cavabdeh tərəfindən icra edildiyi təsdiqini tapmışdır. Hazırki iş üzə araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşmışdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf bildirmişdir ki, iddiaçı təqdim etdiyi sənədlərdə verilmiş qızıl-zinət əşyalarının ayırded ici xüsusiyyətlərini qeyd etməmişdir. Apellyasiya baxışı zamanı isə cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan nağd puldan başqa qızıl-zinət əşyaları da almışdır. Göründüyü kimi cavabdeh öz izahatı ilə iddiaçıdan qızıl-zinət əşyalarını almasını təsdiq etmiş, eləcə də özü hansı miqdarda və hansı əyarda qızıl-zinət əşyalarını belə qeyd etməmişdir.
29. Apellyasiya şikayətində Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilən digər hallar məhkəmə tərəfindən qəti surətlə araşdırılmamasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, həmin qərarın qəbul edilməsinə əsas olmuş material birinci instansiyası məhkəməsi tərəfindən tələb edilmiş, öyrənilmiş və müəyyən edilmişdir ki, qəbul edilmiş qərarda iddianın əsassız olmasına dair hər hansı faktın mövcudluğu əks edilməmişdir. Həmin material üzrə tərəflər arasında yaranmış mübahisənin hazırki iddianın predmeti ilə hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir.
30. Cavabdehin “iddiaçının polis orqanına verdiyi şikayətdə ona 22.000 manat borcunun olduğunu bildirdiyi halda, hazırkı iddianı məhkəməyə verərkən 31.230 manat tələb etməsinin ziddiyyətli olması” arqumentinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin hal müvafiq iddia tələbinin irəli sürülməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbinə təqdim olunan sübutlar əsasında qiymət verilmiş, cavabdehin iddiaçıya məhz 31.230 manat borcunun olduğu qənaətinə gəlinmişdir.
31. Cavabdeh qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxış iclasları cavabdehin iştirakı olmadan keçirilmiş və yekun məhkəmə aktını çəkişmə prinsipinin tələblərini pozmaqla çıxarmışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmamışdır. Belə ki, iş materiallarından görünmüşdür ki, hazırki iş üzrə qiyabi qətnamə ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsindən sonra cavabdeh keçirilən məhkəmə iclaslarından məlumatlı olmuş və məhkəmə iclaslarında iştirak etmiş, hətta onun vəsatəti əsasında məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur.
32. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385, 442, 448, 739, 740-cı maddələrinə və Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlillə ri. Kassasiya şikayətinin dəlilləri:
33. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qərəzli yanaşma sərgiləyərək cavabdehin müraciətlərini və ifadələrini nəzərə alamdan, birinci instansiya məhkəməsində çəkişmə prinsipi pozulduğundan gətirə bilmədiyi şahidlərin apellyasiya instansiyası məhkəməsində gətirilməsinə və digər məsələlərə dair vəsatətlərinə münasibət belə bildirmədən, heç bir dəlil və sübut təqdim etməsinə şərait yaradılmadan, həmçinin, məhkəmə təcrübələrini və qanunun tələblərini pozaraq qətnamə çıxarmışdır. M əhkəmə cavabdehin ifadə və etirazlarına münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin qanunsuz və əsassız olaraq, sübut və dəlilləri tam araşdırmadan, sadəcə iddiaçının lehinə olan hissələrə münasibət bildirməklə çıxardığı qətnaməsini cavabdehin maraqlarına toxunan hissədə araşdırmayaraq, cavabdehin şikayətinə isə birinci instansiya məhkəməsinin çıxardığı qətnaməyə münasibətdə əlavə sübut və dəlillər gətirməsini tələb etməsi bir yana, şərait belə yaratmadan, iddiaçıdan isə əlavə sübutlar tələb etməyərək cavabdehə münasibətdə çəkişmə prinsipini də pozmuşdur. Həmçinin, birinci instansiya məhkəməsində cavabdehə nisbətdə pozulmuş çəkişmə prinsiplərini cavabdehin hazırlıq iclasında iştirakını əsas gətirərək öz qərəzini aydın surətdə göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi ca vabdehin özünü müdafiə etməsinə, haqlı müraciətlərinə və digər dəlillər təqdim etməsinə məhdudiyyət yaratmaqla, verdiyi ifadələri iddiaçının lehinə qərəzli şəkildə məhkəmə aktına əlavə edərək eyni zamanda digər orqanlarda əlaqəli prosessual addımları işlə birbaşa əlaqəsi olmasına rəğmən mahiyyətsiz hesab etməklə cavabdehin hüquqlarının müdafiəsini bir başa pozmuş, onun konstitusion hüquqlarını belə tapdalamaqdan çəkinməmişdir.
35. İddiaçı cavabdehə verdiyi pulları illərlə fərq edən müxtəlif vaxtlı əlyazmalarına əsaslanaraq tələb etmişdir ki, bunlar geri qaytarılmış, lakin hal-hazırda iddiaçı tərəfindən məhkəmənin də mübahisələndirilən qətnaməsi ilə haqsız gəlir əldə etməsi təmin edilmişdir. Qızıl-zinət əşyalarının qarşılığı olan pul məbləği isə ümumiyyətlə sübuta yetirilməmişdir. Cavabdehi n hər-hansı öhdəliyinin olması üçün ortada heç bir müqavilə olmamasına baxmayaraq, məhkəmə cavabdehi onda olmayan borca görə ittiham edərək onun əleyhinə qətnamə çıxarmışdır.
36. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Apellyasiya instansiyası Məhkəməsi çıxardığı qətnamədə bu müddəaya toxunmuş, tərəflər arasında cavabdehin əlyazmaları olduğu vərəqlərə istinad etmiş, tərəflər arasında borc müqaviləsinin olduğunu qeyd etmişdir. Lakin, qət etdiyi hissədə bu normanı düzgün tətbiq etməyərək səlahiyyətlərini aşmış və süni əsaslar yaradaraq qanunsuz nəticə qət etmişdir. Belə k i, iddiaçı sələmçi olmaqla cavabdehə illərdir faiz qarşılığı pul vermiş və əvəzini haqsız gəlir əldə etməklə yüksək faizlərlə geri almışdır. Hər dəfəsində cavabdehə borc aldığı məbləğləri yazdırmış, lakin pul qaytarıldıqdan sonra bu yazıları silməmişdir. Bu əlyazmalar müxtəlif illəri və dövrləri əhatə etmişdir ki, iddiaçının təqdim etdiyi və məhkəmə tərəfindən ekspertiza nəticəsi ilə dəyişikliklərin olduğu qeyd edilən rəy də işin içərisinə daxil edilmişdir. Lakin, bu ekspert rəyi, məhkəmə tərəfindən çəkişmə prinsipləri pozulmaqla araşdırılmamışdır. Belə ki, həmin əlyazmaların illərlə fərq olan müxtəlif dövrləri əhatə etdiyi təqdim edilən səhifələrin arasında olan nömrələmə qeydlərindən belə aydın olmuşdur. Lakin, məhkəmə bu əlyazmalarını borc müqaviləsi varmış kimi nəzərə almış və bunun şi fahiliyini qəbul etmişdir. Məhkəmə bu hissədə MM-in 740.2-ci maddəsini də qeyd etmiş, lakin həmin hissədə maddi normanı səhv tövsif edərək, işə mahiyyəti üzrə və məhkəmənin qənaətinə uyğun olmayan bir şəkildə tətbiq etmişdir.
37. İş üzrə apellyasiya məhkəməsinin qənaətinə əsasən qeyd olunmalıdır ki, qızılzinət əşyalarına münasibətdə tərəflər arasında guya şifahi razılaşma olmuş və iddiaçı cavabdehə 13.430 manat məbləğində qızıl-zinət əşyaları vermişdir. Cavabdeh isə bu əşyaları geri qaytarmamış və əvəzində bu qədər pul öhdəliyi yaranmışdır. Ortada heç bir yazılı müqavilə olmamış, qızıl-zinət əşyalarının dəyəri 3.000 manatdan yuxarı olmuş və iddiaçı da yazılı müqavilə olduğunu və ya qızıl-zinət əşyalarını cavabdehə verdiyini sübuta yetirəcək hər hansı bir dəlil təqdim etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsində verdiyi ifadə “əvvəllər iddiaçıdan qızıl götürüb satıb pulunu da vermişəm özünə. İddiaçı bundan başqa mənə qızıl zad verməyib. Aramızda lotereya zad olmayıb.” isə yekun məhkəmə aktında təhrif edilməklə yerləşdirilmişdir. (Apellyasiya instansiyasında keçirilmiş məhkəmə iclaslarının audio-video yazılarına baxıla bilər). Məhkəmənin mötəbər sübut olaraq qiymətləndirdiyi vərəqlərdəki müxtəlif illərə məxsus əlyazmalarda da, qızılzinət əşyalarına dair heç bir şey qeyd edilməmişdir. Nəticə etibarı ilə ortada bir müqavilə olmamasına rəğmən məhkəmənin bunu şifahi müqavilə hesab etməsi hissəsində belə qeyd etmişdir ki, imperativ qanun norması pozulduğundan bu əqd etibarsız olacaqdı. İddiaçı nələri verdiyini nəinki sübut edə bilməmiş, heç elə bir feil olmadığında n əşyaların adlarını və ayırdedici xüsususiyyətlərini belə qeyd edə bilməmişdir.
38. İddiaçı ilə cavabdeh arasında ümumiyyətlə bir əqd olmamışdır. Belə ki, cavabdeh iddiaçıya məxsus heç bir qızıl-zinət əşyasını özü üçün almamışdır. O, sələm olaraq iddiaçıdan götürdüyü 4.000 manat məbləği qatbaqat artıqlaması ilə 9.600 manat olmaqla ona geri qaytarmışdır. Hətta iddiaçının şərtlərini qəbul etməklə yuxarı faizlərini nəzərə alsa belə yekunda ona 1.000 manat belə olmayan əsas məbləğdən borcu qalmışdır. Eyni zamanda cavabdeh tərəfindən ifadə verməsi üçün iddiaçıdan sələm götürmüş şəxslər şahid kimi tanınaraq məhkəməyə dəvət edilməsi təklif edilmiş, lakin, məhkəmə heç bir əsas olmadan cavabdehin bu tələbinə münasibət bildirməyərək təmin etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasını n Mülki Məcəlləsi.
39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
40. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 386.1. Öhdəliyin zərər vuru lması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hər əkət etməlidir.
45. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
46. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
47. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
48. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə gö türür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
49. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
50. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
51. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmi ş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Ka ssasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri:
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsi aktı tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Q eyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya və əvvəlki kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun yoxlamamışdır.
67. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddia tələbinin qanuni əsasını borc münasibətləri, yəni Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir.
68. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvə z edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
69. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (Mülki Məcəllənin 740.2-ci maddəsi).
70. Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtlərindən göründüyü kimi bu müqavilə əsasında borcluya konkret məbləğdə pulun verilməsini sübut etmək öhdəliyini kreditor daşıyır.
71. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünürki iddiaçı cavabdehdən 17.800 manat nağd pulu n və 13.430 manat dəyərində qızıl-zinət əşyalarının, ümumilikdə 31.230 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
72. İddiaçı 17.800 manat nağd pulu və 13.430 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə borc olaraq verməsini onunla əsaslandırmışdır ki, cavabdeh 17.800 manat nağd pulu və 13.430 manat dəyərində qızıl-zinət əşyalarını ondan borc olaraq almasına dair yazılı qəbzlər vermiş və bu qəbzlər cavabdeh tərəfindən imzalanmışdır.
73. Cavabdeh isə iddia tələbinə qarşı verdiyi etirazında, iddiaçının ərizəsi əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində aparılmış araşdırma zamanı iddiaçının ərizəsində ondan 22.000 manat dəyərində olan qızıllarını tələb etdiyini, əslində onun iddiaçıdan 2019-cu ilin a vqust ayında borc olaraq faiz ödəmək şərti ilə 4.000 manat pul aldığını, həmin puldan 3.000 manatını qaytardığını, iddiaçıya cəmi 1.000 manat borcunun qaldığını qeyd etmiş, yoxlamanın nəticəsi kimi xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar qəbul olunduğunu bildirmişdir.
74. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli 4/13005/1077 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə - iddiaçının təqdim etdiyi və mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 3-cü sətirdəki “200” yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlərin icra edilməsi, mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 8-ci sətirdəki “10 avqustan 30 noyabr" yazısındakı “an 30 noyabr” yazılarının sonrad an əlavə edilməsi, mülki işin 127-ci vərəqindəki “4.600” yazısının yerində əvvəlcə “1.600” rəqəmləri olması, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlərin icra edilməsi, ekspertizaya təqdim edilmiş, mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki (i.v.124 vərəqəsindən olan 18 yanvar 2019-cu il tarixli qəbzdə “tel 05553913-64” yazılardan və 126-cı vərəqəsinin arxa hissəsindəki yazılardan başqa) yazıların və imzaların - cavabdeh tərəfindən icra olunmsı müəyyən edilmişdir.
75. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən ekspertiza rəyinə istinad etməklə, bu nəticəyə gəlmişdir ki, 17.800 manat nağd pulun və 13.430 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehə borc olaraq verilməsi sübuta yetirildiyindən və cavabdeh həmin borcun iddiaçıya qaytarılmasını sübut e də bilmədiyindən iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində aparılmış araşdırma ilə bağlı hallara hər hansı hüquqi qiymət verməmişdir.
76. Apellyasiya instansiyası məhkəməsi də eyni əsasla cavabdehin verdiyi apellyasiya şikayətini təmin etməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiya məhkəməsi cavabdehin, “iddiaçının polis orqanına verdiyi şikayətdə ona 22.000 manat borcunun olduğunu bildirdiyi halda, hazırkı iddianı məhkəməyə verərkən 31.230 manat tələb etməsinin ziddiyyətli olması” arqumentinə münasibətdə qeyd etmişdir ki, həmin hal müvafiq iddia tələbinin irəli sürülməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbinə təqdim olunan sübutlar əsasında qiymət verilmiş, cavabdehin iddiaçıya məhz 31.230 manat borcunun olduğu qənaətinə gəlinmişdir.
77. Mülki Prosessual Məcəllənin 103-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının polis orqanına verdiyi şikayətdə cavabdehin ona 22.000 manat borcunun olduğunu bildirdiyi hala, 17.800 manat nağd pulun və 13.430 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehə borc olaraq verməsinə dair iddiaçının təqdim etdiyi qəbzlərə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmədiyindən qəbul edilən qətnamə qanuni və əsaslı sayıla bilməz.
79. İşin halları ilə müəyyən edilir ki, iddia tələbinə qarşı etirazında, məhkəmə iclaslarında verdiyi izahatlarda, eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində cavabdeh iddiaçıdan 2019-cu ilin avqust ayında borc olaraq faiz ödəmək şərti ilə 4.000 manat pul aldığını, həmin puldan 3.000 manatını qaytardığını, iddiaçıya cəmi 1.000 manat borcunun qaldığını qeyd etmiş, iddiaçıdan 17.800 manat nağd pul və 13.430 manat dəyərində qızıl-zinət əşyaları alınmasının işin hallarına uyğun olmadığını göstərmişdir.
80. Cavabdehin öz dəlilləri ilə bağlı iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq edil ir ki, iddiaçı xx.xx.2019-cu il ratixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Ramilə Kiçiyevanın dələduzluq əməli barəsində hüquqi qiymət verməklə onun 22.000 manat dəyərində olan qızıllarının, qızıllar olmadıqda isə onların pulla dəyəri əvəz olunaraq ona qaytarılması barədə tədbir görülməsini xahiş etmişdir.
81. Eyni zamanda birinci instansiya məhkəməsinin 15 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, iddiaçı birinci instansiya məhkəməsində izahat verərkən “cavabdehin bəzən qızılın pulundan 50 manat, 100 manat məbləğində ödənişlər etməsini, lakin bununla bağlı qeydlər olmadığını” göstərmişdir. (Cild 1, i.v. 163)
82. Göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərkən cavabdehdən 22.000 manat dəyərində olan qızıllarını tələb etdiyi halda, habelə hazırki iddia ilə xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etdiyi zaman cavabdehdən 17.800 manat nağd pul və 13.430 manat dəyərində qızıl-zinət əşyaları tələb etməsini nə ilə əsaslandırması iş materialları ilə müəyyən olunmasa da, məhkəmələr həmin ziddiyyəti aradan qaldırmaq üçün hər hansı araşdırma aparmamış, iddiaçı cavabdeh tərəfindən bəzən “qızılın pulundan” 50 manat, 100 manat məbləğində ödənişlər edilməsini etiraf etsə də, ödənilmiş məbləğin ümumi borca hansı həddə təsir etməsi, o cümlədən iddia ərizəsində tələb olunan 31.230 manat borcdan cavabdeh tərəfindən ödənişlər edilməsi nəticəsində məbləğin 22.000 manata qədər azalmasının mümkünlüyü məhkəmələr tərəfindən araşdırılma mışdır.
83. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərin məhz tərəflər arasında Mülki Məcəllənin 739.1-ci maddəsində nəzərdə tutulmuş borc münasibətlərinin mövcud olmasını ehtiva etməsi məhkəmələr tərəfindən dəyərləndirilməmişdir. Belə ki, cavabdehin öz xətti ilə yazaraq iddiaçıya verdiyi, iş materiallarının 1-ci cildinin 127-ci iş vərəqində olan qəbzin məzmununda (“Oayen – 21. 2.500 AZN + 4.600 (qaralanıb) aldım Ramilə. İmza”.) qeyd olunanların iddiaçı ilə cavabdeh arasında hansı borc münasibətini ehtiva etməsi məhkəmələr tərəfindən əsaslandırılmamış, bununla belə həmin qəbzdə qeyd olunmuş 2.500 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
84. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində 2019-cu ilin may ayından başlayaraq cavabd ehlə lotereya oyunun təşkil edilməsi üçün hər 10 gündən bir 500 manat məbləğində pulu cavabdehə verməsi barədə razılaşmasını, həmin pul yığılaraq cəmi 32.000 manat məbləğində ona qaytarılmalı olmasını, razılaşmaya görə hər dəfə 500 manat pul əvəzinə 500 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə verməsini göstərsə də, iddiaçının təşkil olunan lotereya oyunun mexanizmi barədə, cavabdehə verdiyini iddia etdiyi qızılların mənbəyi və mövcudluğu, onların adı, əyarı, çəkisi, qızılların hansı qaydada qiymətləndirilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməməsinə məhkəmələr tərəfindən qiymət verilməmişdir.
85. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdehə lotereya oyunun təşkil edilməsi üçün yalnız cəmi 32.000 manat dəyərində qızıl-zinət əşyalarını verdiyini göstərdiyi halda, iddia ərizəsinə əlavədə cavabdehdən 17.800 manat nağd pul və 13.430 manat dəyərində qızıl-zinət əşyaları tələb etməsinə baxmayaraq həmin tələbini əsaslandırmamasına məhkəmələr tərəfindən hər hansı hüquqi qiymət verilməmişdir.
86. Beləliklə, iş materiallarından göründüyü kimi cavabdehin öz xətti ilə yazaraq iddiaçıya verdiyi qəbzlər iş materiallarında olan digər sübutlarla tam uyğunluq təşkil etmir.
87. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, həmçinin işdə olan digər subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini tam təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.
88. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.
89. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömək göstərir.
90. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil ed ən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsid ir.
91. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 92. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qan unun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
93. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
94. Məhkəmə k ollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
95. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
96. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
97. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çı xarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
98. Cavabdeh verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, həmçinin məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəuyğun hesab etdiyindən, kassasiya şikayəti qismən təmin edilməlidir.
99. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
100. İşə yenidən baxı larkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2660/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.