Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3573/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın boşaldılması və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-816/2022 nömrəli, 12 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən,ümumi sahəsi 1408.20 kv.m olan qeyri-yaşayış sahəsi (bundan sonra – mübahisəli əmlak) xx.xx.2019-cu il tarixdə X5 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Cavabdeh isə mübahisəli əmlakın keçmiş mülkiyyətçisidir.
2. X7 ilə X3 arasında bağlanmış 04 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki,icarəyəverən - X7 icarəçi X2 mübahisəli əmlakı 1 il müddətinə icarəyə vermişdir.Aylıq icarə haqqı 20000 manat müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “əmlakın boşaldılması və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İd diaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2017-ci il tarixli 2(103)-913/2017 saylı qətnaməsi ilə Cavabdeh X4 xeyrinə 1.000.000 ABŞ dolları və həmin məbləğdən faydalandığına görə 1 il üçün 7 faizlə hesablanan faizlər qismində 70.000 ABŞ dolları məbləğində pul vəsaiti, qətnamənin icra olunacağı tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulub.X1 "xxxx" MMC-nin təsisçiliyindən çıxarılması hissəsi ilə pulun ödənilməsi barədə hissəsi eyni zamanda icra olunub. Məhkəmə qətnaməsi icraya yönəlib, borclunun əmlakının üzərinə həbs qoyulub, "xxxx" MMC-nə məxsus “Dan Ulduzu” adı altında şadlıq evi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi hərraca çıxarılıb. Mübahisəli əmlak tələbkar olaraq iddiaçıya təklif olunub, iddiaçı əml aka tam mülkiyyət hüququ əldə edib. İddiaçı əvvəlki mülkiyyətçi Cavabdeh rəsmi müraciət edərək əmlakı onun istifadəsinə verməyi tələb edib. Cavabdeh əvvəlcə əmlakı təhvil verməyə razı olmuş, buna görə də, iddiaçı obyekti icarəyə vermək üçün X3 ilə hər ay üçün 20.000 manat ödəmək şərti ilə icarə müqaviləsi bağlayıb, 14 may 2019-cu il tarixdə əmlakı icarəçiyə təhvil verməli idi. Buna baxmayaraq Cavabdeh iddiaçının əmlakından çıxmaqdan imtina edir və qanunsuz istifadə etməklə gəlir əldə edir. Beləliklə, cavabdeh hüquqlarını müdafiə etdiyi şəxsin əmlakından qanunsuz istifadə etməklə onu vurulan zərərin əvəzini tam ödəməlidir. Qeyd olunanları nəzərə alıb, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 14C, 2405-ci məhəllədə yerləşən “Dan Ulduzu” şadlıq evi kimi fəaliyyət göstərən qeyri -yaşayış sahəsindəki bütün əmlakının boşaldılaraq həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, məhkəmə qətnaməsi icra olunan günə qədər Cavabdeh hər ay üçün 20000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmədə işə baxılarkən “Leyla” firmasının direktoru Cavabdeh “Leyla” firmasının müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş və 28 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında “Leyla” firması müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmuşdur.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il, tarixli, 2(007)-64/2021 nömrəli qətnaməsi ilə (hakim: Fikrət Mirzəyev) iddia qismən təmin edilərək, cavabdehin “Dan Ulduzu” şadlıq evi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsindəki bü tün əmlakının boşaldılaraq həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdirki, cavabdehin mübahisəli əmlakı boşaldıb təhvil verməməsi nəticəsində iddiaçı mülkiyyətində olan əmlakdan istədiyi kimi istifadə edə bilmir. Cavabdeh hal-hazırda əmlakın onun istifadəsində olmadığını bildirsə də işin faktiki halları, eləcə də tərəflər arasında gedən uzun müddətli məhkəmə çəkişmələri ilə əlaqədar çıxarılan qərarların məzmunundan görünür ki, həqiqətən də mübahisəli qeyri-yaşayış sahəsi cavabdehin faktiki istifadəsindədir. Bu xüsusat həm də onunla öz təsdiqini tapır ki, mülki iş məhkəmə icraatına daxil olduğu 21 may 2019-cu il tarixdən sonra keçirilən məhkəmə iclas larında cavabdeh müxtəlif vəsatətlər və şikayətlər verməklə, iddiaya cavab verməli olan şəxs olduğunu dolayısı ilə etiraf etmiş və məhkəmədə verdiyi izahatda iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı X5 xüsusi mülkiyyətində olan əmlakından sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır.
9. İddianın “məhkəmə qətnaməsi icra olunan günə qədər Cavabdeh hər ay üçün 20000 manat alınaraq ona verilməsi” hissəsinə qiymət verərkən məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə X3 arasında 04 may 2019-cu il tarixdə icarə müqaviləsi bağlanarkən hazırkı iş üzrə məhkəmə mübahisəsi başa çatmamış və yekun mə hkəmə qərarı qəbul olunmamışdı. İcarə müqaviləsini bağlayan tərəflər qeyri-yaşayış sahəsinin 3-cü şəxslərin təsirindən azad, boş və istifadəsiz olmadığını bildiyi halda bu cür müqavilə bağlamaqla həmin müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə özləri məsuliyyət daşıyırlar.
10. Məhkəmə onu da qeyd etmişdir ki, məhkəmədə işə baxılarkən “Leyla” firması müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmasına baxmayaraq iş üzrə tərəflərə və ya digər şəxslərə qarşı hər hansı bir tələb irəli sürməmişdir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş və həmin qətnamənin ləğv edilməsi ni və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)816/2022 nömrəli qətnaməsi ilə (hakimlər: İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, Anar Tanrıverdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının boşaldılmasını tələb etdiyi sahə onun xüsusi mülkiyyətində olduğundan, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
15. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddia tələbinin əsl olmayan cavabdehə yönəldilməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, (cavabdeh müxtəlif vəsatətlər və şikayətlər verməklə, iddiaya cavab verməli olan şəxs olduğunu dolayısı ilə etiraf etmiş, eyni zamanda işin araşdırılmış halları ilə cavabdehin həmin sahənin faktiki olaraq cavabdehdə olduğu müəyyən edilir) birinci instansiya məhkəməsi cavabdehin hazırkı tələbə cavab verməli ola şəxs olması barədə düzgün qənaətə gəlmişdir
16. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir.
18. Kassator məzmunu apellyasiya şikayəti ilə eynilik təşkil edən şikayətini əsaslandırarkən bildirmişdir ki, mübahisəli əmlak ümumiyyətlə onun mülkiyyətində deyildir. Mülkiyyətində və istifadəsində olmayan əmlakın onun tərəfindən boşaldılması isə qeyri mümkündür. Kassator hesab etmişdir ki, iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür.
19. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 50, 51 və 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sü but edilmir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlil lər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şə rh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
37. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-816/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.