Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3573/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı "əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-120/2024 nömr əli, 20 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə, Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "Əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində yerləşən 2 (iki) mərtəbəli, 152,6 kv metr ümumi, 77,3 kv metr yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı fərdi yaşayış evinin qiymət ləndirilməsinə dair QR-2629 saylı, 5 fevral 2020-ci il qiymətləndirmə rəyinin ləğv edilməsi və həmin əmlakın hazırkı real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3790/2022 nömrəliı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 iyun 2024-cü il tarixli, 2(103)120/2024 nömrəli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi) Günay Axundova və Fuad Babayev) apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3790/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunaraq iddia tələbinin qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla rədd olunması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-120/2024 nömrəli qərardadı ilə iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 3 saylı əlavədə göstərilən formaya uyğun tərtib olunmadığından qaytarılmışdır.
6. Daha sonra iddiaçı qətnamədən yenidən kasasiya şikayəti vemişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2(103)-120/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti yenidən geri qaytarılmışdır.
8. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayətində bəzi hüquq normalarının mətninə istinad edilmiş, lakin maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin konkret nədən ibarət olması və sair zəruri hallar göstərilməmişdir. Halbuki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayəti isə qeyd edilən tələblərə cavab verməyərək, Mülki Prosessual Məcəlləyə Əlavə 3-də göstərilən k onkret formaya lazımi qaydada riayət olunmamışdır.
9. Məhkəmə hesab etmişdr ki, əvvəlki qərardadda açıq-aydın göstərilməsinə baxmayaraq, iddiaçının eyni məzmunlu kassasiya şikayətini yenidən verməsi prosessual hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, MPM-nin 174.5-ci maddəsinə əsasən, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.
10. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2, 407.1 və 408.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (vəkil İddiaçı) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-120/2024 nömrəli qərardadının ləğv edilməsi və kassasiya şikayətinin mümkün hesab edilməklə icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası MPM-nin 408.1-ci maddəsində göstərilən əsasları nəzərə almayaraq əsassız olaraq və formal əsaslandırılmaqla kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Bununla da məhkəmə kollegiyası iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş kassasiya şikayəti vermək hüququnu əsassız olaraq məhdudlaşdırmağa çalışaraq iddiaçının mənafelərinə ciddi şəkildə zərər vurmuşdur. Həmçinin, məhkəmənin qətnamə sindən iki dəfə kassasiya şikayəti verilərkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə və tələblərə riayət olunmuşdur. Lakin apellyasiya məhkəməsi kassasiya şikayətində yalnız ekspert rəyinə istinad olunmaqla qətnamənin qanunsuz hesab edilməsi barədə şikayət verilə bilməyəcəyini qeyd etmişdir. Ekspert rəy verərkən kifayət qədər araşdırma aparmayaraq rəy verdiyi üçün iddiaçı məhkəmə iclasında rəyin nəticələrindən narazı qaldığını bildirmiş və yenidən ekspertizanın keçirilməsi barədə vəsatət qaldırsa da, məhkəmə kollegiyası onun vəsatətinin əsassız olduğu bildirilərək rədd edilmişdir. Bununla da iddiaçının qanuni mənafeləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsi
14. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
15. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır.
16. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
17. Maddə 408.2. Bu Məcəllənin 40 8.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
18. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı kassasiya şikayətində bəzi hüquq normalarını göstərsə də, lakin həmin maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin konkret nədən ibarət olması qeyd etməmiş, əvvəlki qərardadda nöqsanların nədən ibarət olması göstərilsə də, iddiaçı bu nöqsanları aradan qaldırmadan yenidən eyni məzmunlu, Mülki Prosessual Məcəlləyə Əlavə 3-də göstərilən konkret formaya uyğun olmayan kassasiya şikayəti vermişdir.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qənaət i qanuni və əsaslı olmuşdur, ona görə qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-120/2024 nömrəli iş üzrə 20 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.